Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-831/2024 06.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X25 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X26 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)-217/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə X27 arasında bağlanmış, JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna X50”nda 874W planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Tülü kəndində yerləşən 0,67 ha (6680,88 m ) torpaq sahəsinin alqı-satqısına dair 21 may 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X27 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Balakən rayonu, Tülü kəndi ərazisində 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Onların həmin əmlak üzərində mülkiyyət hüquqları JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna X50” ilə rəsmiləşdirilmişdir. O, X27 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna X50”nda 874W planşet nömrəsi ilə qeyd edilən 0,67 ha (6680,88 m) hissəsini X27 ilə aralarında bağlanmış 21 may 2004-cü il tarixli sadə yazılı əqdə əsasən dəyərini ödəməklə almış,bu barədə onlar arasında akt tərtib edilmişdir. Həmin tarixdən, yəni, 21 may 2004-cü ildən qeyd olunan torpaq sahəsindən özü istifadə edir və həmin torpaq sahəsinin vergilərini Balakən rayonu Tülü bələdiyyəsinə ödəyir. O, X27 və torpaq sahəsinin digər mülkiyyətçiləri olan cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması üçün müraciət etsə də sonuncular hər dəfəsində müxtəlif bəhanələrlə müqavilənin bağlanmasından yayınmışlar.19 noyabr 2021-ci il tarixdə X27 ölmüş və bundan sonra da cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müxtəlif bəhanələrlə müqavilənin bağlanmasından imtina etmişlər. Nəticədə, o, X27 ilə aralarında bağlanmış JN seriyalı 874 nömrəli “Torpağa mülkiyyət hüququna X50”nda 874W planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Tülü kəndində yerləşən 0,67 ha (6680,88 kv/m ) torpaq sahəsinin alqı-satqısına dair 21 may 2004-cü il tarixli müqavilənin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə onların, yəni X11 X2, X3, X6 və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-874 KOD-40114018 saylı torpağa mülkiyyət hüququna X50 təqdim edilmişdir. Həmin torpaq sahəsinin Tuğay çöl “Təpə” adlı sahəsindən verilmiş 0.67 ha hissəsi 2004- cü ildə atası tərəfindən İddiaçı icarəyə verilmiş, o vaxtdan da torpaq sahəsi İddiaçı istifadəsindədir. Atası və onlar tərəfindən torpaq sahəsi Xanlara satılmamışdır. İddiaçı bələdiyyədə işləməsindən istifadə edərək 21 may 2004-cü il tarixli aktı yazaraq atasına imza etdirmişdir.Atası saf adam olmuş, Xanlara inanaraq həmin sənədə imza etmişdir. Onlar özlərinə düşən torpaq payını tələb edirlər. Atası və onlar ilə İddiaçı arasında notariat qaydasında heç bir müqavilə bağlanmadığından torpaq sahəsinin satılması barədə iddiaçının tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək,Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)-217/2024 nömrəli qətnaməsi ilə (H.Səlimov), iddianın təmin edilməsi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna X50” ilə X11, X2, X3, X6 və X7 ümimi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 0.87 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 874W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.67 ha (6680,88 kv/m ) hissəsinin İddiaçı satılması barədə İddiaçı ilə 19 noyabr 2021-ci il tarixdə ölmüş X27 aralarında 21 may 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktının (müqaviləsi) etibarlı hesab edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə, JN-874 kod-40114018 saylı “Torpağa mülkiyyət hüququna X50” əsasında X11, X2, X3, X4 və X7 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 21 may 2004-cü il tarixdə X27, özünün və ailə üzvüləri- X12, X16, X21 və X7 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna X50”nın JN- 874W planşet nömrəsində göstərilmiş 0.67 ha hissəsini o vaxtkı məzənnə ilə 300000 (üç yüz min) manata İddiaçı satmışdır. Bu barədə 21 may 2004-cü il tarixdə Tülü kənd icra nümayəndəliyində Tülü kənd icra nümayəndəsi X8, Tülü kənd bələdiyyəsinin mühasibi X5, Tülü bələdiyyəsinin vergi mütətişi Şahid2, Tülü kənd sakinləri- X11, X2, X3, X6, X7 və İddiaçı iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuşdur. O,vaxtdan da torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir,torpağın vergisini də özü ödəyir. 19 noyabr 2021-ci il tarixdə X27 öldükdən sonra cavabdehlər X16 , X21 , X22 torpaq sahəsinin satılmasına narazılıqlarını bildirdiklərindən və alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etdiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , 21 may 2004-cü il tarixdə X27, X12, X16, X21 və X22 ümumi birgə mülkiyyətlərində olan, JN- 874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna X50”nın JN- 874W planşet nömrəsində göstərilmiş 0.67 ha torpaq sahəsini o vaxtkı məzənnə ilə 300000 (üç yüz min) manata İddiaçı satmışlar.Bu barədə 21 may 2004-cü il tarixdə Tülü kənd icra nümayəndəsi X8, Tülü kənd bələdiyyəsinin mühasibi X5, Tülü bələdiyyəsinin vergi mütətişi Şahid2, Tülü kənd sakinləri-X11, X3, X6, X7 və İddiaçı iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuşdur.Həmin vaxt X27 torpaq sahəsinə görə İddiaçı o,vaxtkı məzənnə ilə 300000 ( üç yüz min) manat pulu almış və torpaq sahəsini və JN-874 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna X50”nın əslini İddiaçı sahibliyinə və istifadəsinə vermişdir.O,vaxtdan da torpaq sahəsi İddiaçı aşkar sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir, torpağın vergisini də özü ödəyir.
9. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əqdi icra etmiş, tərəflər arasında bağlanmış 21 may 2004-cü il tarixli torpaq sahəsinin alqısatqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir.
10. Alqı-satqının notariat qaydasında bağlanmaması, torpaq sahəsinin İddiaçı satılmaması, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə cavabdehlərin etirazları ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.
11. Məhkəmə işin hallarını, cavabdeh tərəfin torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir sübut təqdim etməmələrini, əksinə torpaq sahəsinin satılması ilə bağlı işdə mötəbər sübutlar olmasını, qanunvericiliyin və konstitusiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ilə X27, X12, X16, X21, X22 arasında, sonuncuların mülkiyyətində olan 0.67 ha torapaq sahəsinin İddiaçı satılması barədə 21 may 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 222, 357, 358, 360.2, 560.1, 560.2, 560.3.4-cü maddələri, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsi, İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər.
14. Apellyasiya şikayəti onunla əsaslandılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İşə birinci instansiya məhkəməsi qismində baxan Balakən Rayon Məhkəməsi cavabdehlərin qanunla qorunan mülkiyyət hüquqlarını gözardı edərək mübahisələndirilən qətnaməni qəbul etmişdir.
15. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərdiklərini əsas hesab edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.7-ci maddələrinin dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Hansı ki, maddənin məzmunundan görünür ki, ümumi birgə mülkiyyətdə olan əmlaklarla bağlı hər-hansı bir sənədləşmə işlərinin aparılması yalnız mülkiyyətçilərin hər-biri ilə razılaşdırıldıqda mümkündür.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü, 218.1-ci maddələrində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır.
17. Məhkəmənin qətnaməsi ədalətli və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
18. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki mübahisənin hər tərəfli araşdırılmasına çalışmamış, iş üzrə obyektiv məhkəmə araşdırmasını təmin etməmişdir. Ən sadə bir misalla məhkəmə iddiaçının niyə 2004-cü ildən bu günə kimi aldığı (əgər həqiqətən də, almışdırsa) torpaq sahəsini sənədləşdirmədiyini, ən azından sənədləşdirməyə cəhd etmədiyini əsaslandırmamışdır.
19. İş materiallarına istinad edərək məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, iş materiallarına əsasən cavabdehlərin ata adı (soyadı, adı və atasının adı) “Qədirət” kimi göstərilməsinə baxmayaraq sadə yazılı alqı-satqı müqaviləsi kimi etibarlılığı tələbi qoyulmuş 21 may 2004-cü il tarixli aktda torpaq sahəsi satılan şəxsin adı (hazırki iş üzrə cavabdehlərin ata adı) “Qədrət” olaraq qeyd edilmişdir. “X27” ilə “X31”nun eyni şəxs olması barədə isə işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər mötəbər sübut yoxdur. Belə olan halda 21 may 2004-cü il tarixli aktın-ehtimal olunan sadə yazılı müqavilənin X27 və onun ailə üzvləri-X12, X23, X28 və X29 ilə bağlanması və bu müqavilə tərəflərinin üzərinə müəyyən öhdəliklər götürmələri (torpağın satılması, titul sahibliyinə verilməsi, pulun alınması və sair) bu aktın özü ilə təsdiq olunmur və bunun əksini təsdiq edən işdə heç bir mötəbər sübut mövcud deyildir və belə sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir.
20. Digər tərəfdən 21 may 2004-cü il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının (məhz İddiaçı) öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 5 mülkiyyətçidən kimin tərəfindən və kimdən (İddiaçı yoxsa başqa şəxsdən) alınması (aktda «aldım» ifadəsi altında pulun bir nəfər tərəfindən alınması ehtiva edilsə də, X31 tərəfindən pulun alması qeyd edilmiş, lakin kimdən alınması göstərilməmişdir) və sair şərtlər göstərilməmişdir. Digər tərəfdən İddiaçı, sağlığında X17 həmin 21 may 2004-cü il tarixli aktın notarial qaydada rəsmiləşdirilməsi üçün notariat orqanına gəlmələri barədə bildirməsi, bu vəzifənin həmin müqavilə kimi qeyd edlilən aktdan irəli gəlməsi və məhz X18 bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınmasını və bu əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür.
21. Əgər həqiqətən də, İddiaçı 21 may 2004-cü ildə torpaq sahəsini X9 almış olsa idi, sonuncunun sağlığında, yəni-19 noyabr 2021-ci il tarixə kimi sənədləşdirməyə cəhd edərdi. İş materiallarında iddiaçının bununla bağlı hər-hans bir cəhdi sübuta yetirilmir. Əksinə hazırki iş üzrə cavabdehlər ataları rəhmətə getdikdən, yəni-19 noyabr 2021-ci il tarixdən sonra 2004-cü ildə ataları tərəfindən hazırki iş üzrə iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin sənədlərini tələb etmişlər ki, artıq torpaq sahəsini icarəyə vermək istəmirlər və özləri istifadə edəcəklər.
22. Qeyd edildiyi kimi, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 22 mart 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. İş materiallaırna əsasən sözügedən müqavilənin (əqd) qanuna zidd olmaması, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması şərtləri mövcud olmadığından hazırki işə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsində və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında göstərilən şərtlər tətbiq edilə bilməz və iddia təmin oluna bilməz.
23. Belə ki, yuxarıda göstərildiyi kimi tərtib edilən akt formasında həyata keçirilməsi ehtimal edilən həmin alqı-satqı qanunda nəzərdə tutulmuş forma və məzmun şərtlərinə əməl edilmiş müqavilə deyildir, qanunun tələblərinə uyğun deyildir, bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməmişdir.
24. İş materiallarından tam şəkildə sübuta yetirilir ki, dövlət aktında adı göstərilən şəxslərdən X30 10 noyabr 1998-ci ildə ölmüşdür. Ancaq göstərilən akta onun yerinə də, imza edilmişdir. X1 həmin vaxtı X13 yerinə həmin alqı-satqını həyata keçirməyə lazımi səlahiyyətləri olmamış və İddiaçı da bunu bilmişdir və ən azından bilməli idi. Belə ki, həmin vaxt İddiaçı JN:874 saylı Torpağa Mülkiyyət Hüququna X50 verilmişdir ki, X47 da ümumi mülkiyyətçilərin sırasında X13 da adı vardır. Ona görə də 21 may 2004-cü il tarixli akt ehtimal edilən əqd kimi qanunauyğun bağlanması və həmin vaxt qüvvədə olan Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan 22 mart 2006-cı il tarixli qərarının şərtlərinə uyğun olması barədə nə forma, nə də məzmun cəhətdən hüquqi əsas vermir. Digər torpaq mülkiyyətçilərinin razılığı olmadan həmin torpaq sahəsinin iddiaçıya qeyri-müəyyən formada satılması qanunazidddir, ona görə də aktla bağlanması ehtimal edilən alqı-satqı müqaviləsinin etibarlı saylıması üçün heç bir faktoloji və hüquqi əsaslar yoxdur.
25. İş materiallarından aşkar şəkildə görünür ki, ümumi birgə mülkiyyətçilərdən biri-X30 10 noyabr 1998-ci ildə vəfat etmişdir. Hazırki iddia üzrə bağlaniması ehtimal edilən əqdin bu və ya digər formada və ya ad altında etibarlı hesab edilməsi isə mərhum X13 vərəsələrinin və JN:874 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X50 üzrə digər torpaq mülkiyyətçilərinin həmin 0,87 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mülkiyyət hüquqları qanunla qorunur və qanunda göstərilmiş hallardan başqa heç kim mülkiyyətindən məhrum edilə bilməz. 0,87 ha torpaq sahəsi mülkiyyətçilərinin həmin torpaq sahəsinə mülkiyyət hüququna müdaxilə üçün isə hazırki iş üzrə qanunda göstərilən hallar və əsaslar mövcud deyildir.
26. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, Avropa Konvsensiyasına dair 1 saylı Protokolun 1- ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
27. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)-214/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)-217/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)-217/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə qədər qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təstiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf işə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təstiqlənməsi tələb edilmir.
Qərarlar:
32. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarı.
33. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarı.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyatorlar Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)- 217/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X18, X2, X10, X14 və X15 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 0,87 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-874 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna X50 verilmişdir. X12 isə 10 noyabr 1998-ci ildə ölmüşdür. X31, X23, X28 və X29 həmin torpaq sahəsinin 0,67 ha hissəsini satmaq qərarına gəlmişlər. Belə ki, 21 may 2004-cü il tarixdə X31, X23, X28, X29, İddiaçı, həmçinin Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kəndindəki nümayəndəsi X8, Tülü kənd bələdiyyəsinin mühasibi X5, Tülü bələdiyyəsinin vergi müfəttişi Şahid2 iştirakları ilə X31, X12, X23, X28, X19 məxsus 0,87 ha torpaq sahəsindən 0,67 ha hissəsinin İddiaçı satılmasına dair AKT tərtib edilmiş və cavabdehlər həmin sənədə imza etmişlər. Aldığı torpağın müqabilində İddiaçı torpaq satıcılarına o vaxtkı məzənnə ilə 300000 (üç yüz min) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra X31, X12, X23, X28, X29 torpaq sahəsini İddiaçı təhvil vermişlər. O, vaxtdan torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir, torpağın vergisini də özü ödəyir. 19 noyabr 2021-ci il tarixdə X27 öldükdən sonra cavabdehlər X16, X21, X22 torpaq sahəsinin satılmasına narazılıqlarını bildirdiklərindən və alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etdiklərindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
43. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
44. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
45. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
46. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
47. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
48. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
49. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçıya satılması ilə bağlı cavabdehlər və onların mərhum ataları sərbəst şəkildə iradələrini ifadə etmişlər.
50. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır . Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir .
51. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin ata adı (soyadı, adı və atasının adı) “Qədirət” kimi göstərilməsinə baxmayaraq 21 may 2004-cü il tarixli aktda torpaq sahəsi satılan şəxsin adının “Qədrət” olaraq qeyd edilməsi, “X27” ilə “X31”nun eyni şəxs olması barədə işdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya digər mötəbər sübutun olmaması, belə olan halda 21 may 2004-cü il tarixli aktınehtimal olunan sadə yazılı müqavilənin X27 və onun ailə üzvləri-X12, X23, X28 və X29 ilə bağlanması və bu müqavilə tərəflərinin üzərinə müəyyən öhdəliklər götürmələri (torpağın satılması, titul sahibliyinə verilməsi, pulun alınması və sair) bu aktın özü ilə təsdiq olunmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Torpağa Mülkiyyət Hüququna Dair JN-874 KOD 40114018 olan Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X18, X2, X10, X14 və X15 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 0,87 hektar torpaq sahəsi verilmişdir.
54. İşdə olan 21 may 2004-cü il tarixdə X31, X23, X28, X29, İddiaçı, həmçinin Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kəndindəki nümayəndəsi X24, Tülü kənd bələdiyyəsinin mühasibi X20, Tülü bələdiyyəsinin vergi müfəttişi Şahid2 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X31, X23, X28, X29 onlara məxsus 0,87 ha torpaq sahəsindən 0,67 ha hissəsini İddiaçı satmışlar və aldığı torpaq sahəsinin müqabilində İddiaçı tərəfindən 300000 (üç yüz min) manat pul vəsaiti ödənilmişdir.
55. Kollegiya qeyd edir ki, JN-874 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna X49 göstərilən torpaq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə məhz cavabdehlərə və onların mərhum valideynlərinə ayrılması, məhz X47 göstərilən torpaqdan 0,67 ha hissəsinin alqı-satqının predmetini təşkil etməsi, 21 may 2004-cü il tarixli aktın tərtibində satıcı qismində məhz cavabdehlərin mərhum atalarının və cavabdehlərin özlərinin çıxış etmələri işin mübahisəsiz halı olduğundan tərtib edilən aktda satıcılardan birinin adının Qədirət əvəzinə Qədrət kimi qeyd edilməsi texniki yanlışlıq kimi qəbul edilməklə həmin müqavilənin etibarlı hesab edilməsini istisna edən hal kimi şərh edilə bilməz.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 21 may 2004-cü il tarixli aktda müqaviləyə aid şərtlər; müqavilənin müddəti, satıcıların və alıcının öhdəlikləri, o cümlədən torpaq sahəsinin alıcıya təhvil verilməsi müddəti, müqavilənin icra vaxtı, satıcıların həmin müqavilənin rəsmiləşdirilməsi üçün hansı vaxt ərzində notariat orqanına getməli olması, bu sadə yazılı müqavilənin icra edilməməsinə görə tərəflərin məsuliyyəti, pulun məhz İddiaçı tərəfindən kimə verilməsi, 5 mülkiyyətçidən kimin tərəfindən və kimdən alınması və sair şərtlərin göstərilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
57. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
58. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarından da göründüyü kimi əqdin etibarlı hesab edilməsi üçün əsas şərtlərdən biri məhz onların yazılı formada bağlanmasına dair tələbə riayət edilmiş olmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adıçəkilən qərarlarında notariat qaydasında təsdiq edilməmiş, lakin sadə yazılı formada tərtib edilmiş əqdlər üzrə yazılı müqavilənin məzmunu ilə bağlı, həmçinin geniş öhdəliklərin müəyyən edilməməsi səbəbli müqavilənin etibarlı hesab edilmə imkanları istisna edilməmişdir.
59. Kollegiya şikayətin dəlili üzrə əlavə olaraq qeyd edir ki, işdə olan 21 may 2004cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin alqı-satqısına dair aktda 300000 manat pulu nəqd olaraq X18 alması aydın şəkildə qeyd edilmiş və bu X18 imzası ilə təsdiq edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı sağlığında X1721 may 2004-cü il tarixli aktın notarial qaydada rəsmiləşdirilməsi üçün notariat orqanına gəlmələri barədə bildirməsi, X18 bu alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən yayınması, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onların təqsiri ucbatından baş verməsini təsdiq edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalması, cavabdehlər tərəfindən iddia tələbinin qəbul edilməməsi özüözlüyündə 21 may 2004-cü il tarixdə bağlanmış torpaq alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin, yəni cavabdeh tərəfin təqsiri ucbatından baş verməsini, məhz cavabdeh tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasını təsdiq edən hallardır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alqı-satqının bütün mülkiyyətçilərin razılaşması ilə həyata keçirilməməsi, X13 10 noyabr 1998-ci ildə ölməsi, ancaq göstərilən akta onun yerinə də, imza edilməsi, X11 həmin vaxtı X13 yerinə həmin alqı-satqını həyata keçirməyə lazımi səlahiyyətlərinin olmaması, əqdin etibarlı hesab edilməsinin mərhum X13 vərəsələrinin və torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olmasına dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, torpaq mülkiyyətçilərindən X30 10 noyabr 1998-ci ildə vəfat etsə də Torpağa Mülkiyyət Hüququna Dair JN-874 KOD 40114018 olan Dövlət Aktında adları qeyd edilən və X13 birinci növbə vərəsələri olan digər mülkiyyətçilər aktın tərtibində iştirak etmişlər. Hansı ki, aktın tərtibində iştirak edən cavabdehlər və onların mərhum ataları mülkiyyətlərində olan torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı qəti mövqe nümayiş etdirmişlər.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır.
63. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.
64. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
65. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
66. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.
67. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.
68. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)-217/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2(019)- 217/2024 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.