Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-832/2022 08.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(033)- 232/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu himayəsində olan azyaşlı uşaqları - 29 oktyabr 2006-cı il tarixdə doğulmuş X5 və 12 mart 2012-ci il tarixdə doğulmuş X7 ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində onun və əri X8 ilə birlikdə tikdikləri yeni fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evi vardır. İddaçının həmin fərdi yaşayış evi üzərində hüquqları 19 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətində olmaqla, fərdi yaşayış evinin yerləşdiyi 0.1346 ha torpaq sahəsi isə həyat yoldaşı X1, oğlu X3 və qızı X2 ümumi birgə paylı mülkiyyətindədir. Həmin həyətdə yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş və bir hissəsi sökülmüş iddiaçıya məxsus evdə keçmiş gəlini - iş üzrə Cavabdeh, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 yaşayırlar. Hazırda iddiaçı cavabdehin mülkiyyətçisi olduğu fərdi yaşayış evində olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin evdən çıxarılmasını istəyir. Belə ki, hesab edir ki, mövcud şəraitdə cavabdehlə eyni evdə yaşaması qeyri-mümkündür və bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2021ci il tarixli 2(033)- 836/2021 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X8 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində Cavabdeh uşaqları ilə yaşadığı yaşayış sahəsinə oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna bazar qiymətinə uyğun 5000 (beş min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, X6 14 noyabr 2005-ci il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Birgə nikahlarından iki övladı vardır. xx.xx.2006-cı il tarixdə “Yeganə” və xx.xx.2012-ci il tarixdə “Aqşin” adlı övladları doğulmuşdur. Uşaqlar halhazırda onun himayəsində yaşayırlar. Zaqatala rayon Məhkəməsinin 2(033)-836/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat alimentin ödənilməsi qət edilmişdir. X14 alimenti vaxtı-vaxtmda ödəmir. Qaynatası İddiaçı ona qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hal-hazırda Aşağı Tala kəndində azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Onun əşyaları həmin evdədir. Hal-hazırda onun yaşadığı ev yararsız və qəzalı vəziyyətdədir, qaynatası hamamın qapısını bağlayaraq onları hamamdan istifadə etməyə qoymur, ona görə antisanitar vəziyyət yaranır. Onun yeni tikdikləri evə köçməsinə imkan vermir və üstəlik onu azyaşlı uşaqları ilə birlikdə halhazırda yaşadığı yararsız halda olan evdən də çıxarmaq istəyir. Onlar həyat yoldaşı ilə birlikdə cavabdehin razılığı ilə həmin həyətdə 4 otaqlı təzə fərdi yaşayış evi tikmişlər, lakin evdə təmir işləri tamamlanmamışdır. Evin tikilməsində onun çox böyük zəhmətləri olmuşdur. Həmin ev birgə nikahda əldə olunmuş əmlak hesab olunur. O, ailənin üzvüdür, həmin evdə onun da mülkiyyət hüququ vardır. Həmin evdə o yaşadığına görə və təsərrüfatın aparılmasında və təsərrüfatın inkişaf etdirilməsində iştirak etdiyinə görə, oradan istifadə hüququ qazanmışdır. Ancaq qaynatası onu evə girməyə, onu həmin evdə yaşamağa qoymur və üstəlik halhazırda yaşadığı evdən onu uşaqları ilə birlikdə çıxarmaq istəyir. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə o mülkiyyət hüququ əldə edə bilmir. Evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. O, təzə tikilmiş evdə təmir işlərini tamamlayaraq köçüb orada yaşamaq istəyir, lakin cavabdeh buna maneəçilik törədir. O, 2005-ci ildə ailə qurmuş, 2009-cu ilin sentyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən onun cavabdehə məxsus yaşayış evində yaşamaq və istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən onun yaşamaq və mənzildən istifadə hüququ vardır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzildən istifadə etmək hüququ pozulmuşdur. Ona görə də, o, təzə tikilmiş fərdi yaşayış evinə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(033)-232/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 70 (yetmiş) manat və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı oğlu- X8 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14 noyabr 2005-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra iddiaçı Cavabdeh Zahid Məmmədovun atası olan İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1986-cı ildə tikilmiş fərdi yaşayış evinə köçmüş və hazıradək də orada yaşayır. Daha sonra İddiaçı və ailə üzvlərinə məxsus olan olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi cavabdehin qaynatası-İddiaçı adına xüsusi mülkiyyət kmi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış, çıxarışla rəsmiləşdirilmişdir. Qeydiyyata alınmış həmin fərdi yaşayış evi hazırda tam təmir olunaraq istifadə olunacaq vəziyyətdə deyil. İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evindən Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini, Cavabdeh isə İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd olunanlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşaqların mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də qarşılıqlı iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, və birgə nikahdan anadan olmuş iki azyaşlı nikah ləğv edildikdən sonra iddiaçının himayəsində saxlanıldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbi üzrə dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, ilk iddia tələbi də əsaslı deyildir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, iddiaçının dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi üçün qanuni və kifayət qədər faktiki əsaslar yoxdur. Belə ki, əgər cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin olunaraq onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət olunardısa ilk iddia ərizəsinin də əsaslı olub-olmaması müəyyən olunardı. Göründüyü kimi, ilk iddia tələbi qarşılıqlı iddia tələbindən törəmə tələbdir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməli olan şəxsin fərdi yaşayış evinə istifadə hüququ yaranmadan ilk iddia tələbinin təmin olunmasından söhbət gedə bilməz. İlk iddia üzrə cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququ olmadığından və ilk iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlməli olduğundan ilk iddiaçının hazırki iddiasının rədd olunması onun hər hansı hüququnun pozulması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi də ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə ilk iddia tələbinin digər dəlillərinə (fərdi yaşayış evindən çıxarma) münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 70 manat və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat rüsum xərci onların özlərinə aid edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsi nəyə görə iddianı “cavabdehin, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması” hissəsində təmin etməmişdir?. İşdən də göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə onun mülkiyyətindədir. Zaqatala Rayon Məhkəməsi iş üzrə Cavabdeh qeyd olunan fərdi yaşayış evinə heç bir hüququ olmaması qənaətinə gəlsə də, iddianın onun və uşaqlarının evdən çıxarılması hissəsində həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında onun, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında onun, X1, X3 və X2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsi qeyd olunan sübuta düzgün hüquqi qiymət verməmiş və nəticədə heç bir hüququ olmadığı halda cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsində iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 06 aprel 2022-ci il tarixli, e-2(033)-232/2022 iş nömrəli qətnaməsinin ilk iddianın “Cavabdeh, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun yaşadığı otağın sökülmüş evin bir hissəsi olmasını yazmamışdır. Lakin yeni ev ifadəsini işlətmişdir. Məhkəmə sökülmüş evin bir hissəsi ifadəsini ona görə işlətməmişdir ki, əgər işlətmiş olsa idi yeni evin həmin köhnə evin yerində və köhnə evin əvəzinə tikildiyi sübuta yetiriləcək və qarşılıqlı iddianı rədd edə bilməyəcəkdi. Hər 2 fərdi yaşayış evinin iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üstündə olmasını məhkəmə müəyyən etmiş, lakin yenə burada nədən köhnə evin mülkiyyət sənədlərinin olmamasına dair heç bir fikir söyləməmişdir. Köhnə evin mülkiyyət sənədləri yoxdur. Bu səbəbdən o 2005-ci ildə evə gəlin gələrkən Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə əsasən evdən istifadə hüququnu rəsmiləşdirmək üçün evin mülkiyyətçisi ilə notariat orqanında müqavilə baglaya bilməmişdir. Qeydiyyata alınmış fərdi yaşayış evi tam təmir olunub və istifadə olunacaq vəziyyətdədir. Evin döşəməsi vurulub, tavanı quraşdırılıb, divarları boyanıb, pəncərələri salınıb, qapı yerləri qoyulub, elektrik çəkilib, su çəkilib, qaz çəkilib. Yaşamaq üçün başqa necə olmalıdır. Elə o vəziyyətdə olan evə köçürülməsinə razıdır. Məhkəmənin yazdığı bu fikri başa düşmək olmur. Evin istifadəyə yararlı olub-olmamasını məhkəmə necə müəyyən etdi, ekspert, mütəxəsiss dəvət etmədən. Belə bir ifadələrin qətnamədə ekspert, mütəxəsis rəyi olmadan işlədilməsi məhkəmənin işə qərəzli və bitərəfli yanaşdığını açıq aşkar göstərir. Məhkəmənin deməsinə görə həmin fərdi yaşayış evinin rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilməsi, hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, İddiaçı ona sahiblik etməsinə hazıradək etiraz etməməsi, evin İddiaçı mülkiyyətində olması onun uşaqları ilə birlikdə həmin evə köçürülməsinə imkan vermir. Niyə?, Nə üçün? Məhkəmə bu ifadələri, bu fikri nə üçün burda qeyd etməsi aydın deyil. Tamamlanmayan bir fikir. Məhkəmə burada maddi hüquq normasını səhv tətbiq edir. Belə ki, hazırki mübahisə üzrə evdən istifadə hüququ 2005-ci ildə yaranmışdır. Yəni o 2005-ci ildə iddiaçıya məxsus evə gəlin köçmüş onun oğlu ilə ailə qurmuş və onlar hamı birgə bu günədək təsərrüfat aparmışlar. Göründüyü kimi, hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2005-ci ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evi, daha dogrusu onun 2005-ci ildə gəlin köçərək istifadə hüququ yarandığı yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, hazırkı işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Həmçinin, o İddiaçı məxsus mübahisəli evə gəlin köçürülərkən evin mülkiyyətçisi tərəfindən heç bir qeyd şərt irəli sürülməmişdir. İddiaçı məlum mübahisəli evə gəlin köçərkən mübahisəli yaşayış evi müvafiq qaydada dövlət reyestrində qeydə alınmamışdır. Bu baxımdan da iddiaçının qayınatası İddiaçı həmin ev üzərində istifadə və sahiblik hüququ olsa da, yaşayış evi reyestr xidmətində qeydiyyata alınmadığından, sonuncuların iddiaçının yaşayış evi üzərində sərəncam vermək hüququ yaranmamışdır. 2005-ci ildə iddiaçı həmin evə gəlin köçərkən hətta tələb etmiş olsaydı belə notariat kontorunda evdən istifadə hüququnun əldə etməsi ilə bağlı İddiaçı ilə aralarında müqavilə bağlana bilməzdi. Ona görə ki, istər həmin dövrdə, istərsə də tərəflərin münasibətlərinin pisləşməsinə kimi yaşayış evi üzərində cavabdeh tərəfin mülkiyyət hüququ qeydə alınmamışdır. Hər şeydən başqa məhkəmənin qətnamədə yazdığıiddiaçının subyektiv huququnun olmamasına dair fikrini isə absurd bir fikir adlandırırıq. Belə ki, məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərkən başdan ayaga tərəflər arasında 2005-ci ildən yaranmış münasibətlərdən, uzun illər birgə təsərrüfat apardıqlarından, birgə nikahdan dogulmuş uşaqlardan, köhnə evin yararsız olduguna görə sökərək yerində yeni ev tikdiklərindən danışır, sonda isə onun həmin evdə uşaqlarla birlikdə yaşamaga subyektiv hüququ olmadıgını yazır. Məhkəmə bununla da qətnamədə ziddiyyətli fikirlər nümayiş etdirmiş olur. Qətnaməni tamamilə ləgv edərək, ilk iddiaya dair hissədə ərizənin baxılmamış saxlanılması (iddianın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və ya həmin sənədin işə əlavə edilməməsi), qarşılıqlı iddiaya dair hissədə təmin edilməsini xahiş edirik. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə iclasında göstərdiyi izahatında apellyasiya şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsinin 06 aprel 2022-ci il tarixli, e-2(033)- 232/2022 saylı qətnaməsinin ilk iddianın Cavabdeh, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında göstərdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, onun təmin edilməsi, Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsinin 06 aprel 2022-ci il tarixli, e-2(033)-232/2022 saylı qətnaməsinin ilk iddianın Cavabdeh, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X5 və 12 mart 2012-ci il təvəllüdlü X7 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh məhkəmə iclasında göstərdiyi izahatında verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Zaqatala Rayon Məhəkəməsinin 06 aprel 2022-ci il tarixli, e-2(033)-232/2022 saylı qətnaməsinin tamamilə ləgv edilməsini, ilk iddiaya dair hissədə ərizənin baxılmamış saxlanılması, qarşılıqlı iddiaya dair hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında göstərdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, onun təmin edilməsi, Zaqatala Rayon Məhəkəməsin 06 aprel 2022-ci il tarixli, e-2(033)-232/2022 saylı qətnaməsinin tamamilə ləgv edilməsini, ilk iddiaya dair hissədə ərizənin baxılmamış saxlanılması, qarşılıqlı iddiaya dair hissədə təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılmasını təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(033)- 232/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə qarşılıqlı iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı oğlu- X8 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14 noyabr 2005-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra iddiaçı Cavabdeh Zahid Məmmədovun atası olan İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1986-cı ildə tikilmiş fərdi yaşayış evinə köçmüş və hazıradək də orada yaşayır. Daha sonra İddiaçı və ailə üzlərinə məxsus olan olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi cavabdehin qaynatası-İddiaçı adına xüsusi mülkiyyət kmi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış, çıxarışla rəsmiləşdirilmişdir. Qeydiyyata alınmış həmin fərdi yaşayış evi hazırda tam təmir olunaraq istifadə olunacaq vəziyyətdə deyil. İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını tələb edir. Cavabdeh isə İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yerində müayinə keçirilmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı ümumi birgə mükiyyət hüququ əsasında məxsus olan 0,1346 ha torpaq sahəsində sonuncuya tam mülkiyyət hüququ əsasında məxsus olan ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi vardır, həmin fərdi yaşayış evinin sağ tərəfində Cavabdeh hazırda yaşadığı-gəlin köçdüyü 1986-cı ildə tikilmiş fərdi yaşayış evi vardır. Göründüyü kimi X8 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14 noyabr 2005-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra iddiaçı Cavabdeh Zahid Məmmədovun atası olan İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1986-cı ildə tikilmiş fərdi yaşayış evinə köçmüş və hazıradək də orada yaşayır. Hazırda isə iddiaçı Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4, X8 və X2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmış evə köçürülməsini tələb edir. Halbuki iddiaçı Cavabdeh köçmək istədiyi evə istifadə hüququ yaranmamışdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Şikayətin dəlilində qeyd edilir ki, hər 2 fərdi yaşayış evinin iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üstündə olduğu halda, birinci instansiya məhkəməsinin nədən köhnə evin mülkiyyət sənədlərinin olmamasına dair heç bir fikir söyləməmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, köhnə evin sənədlərinin olub-olmamasına qiymət vermək məhkəmənin səlahiyyətindədir. Bundan başqa mübahisə hazırda yeni tikilmiş evlə bağlı olduğundan 1986-cı ildə tikilmiş evin sənədlərinin olub olmamasına qiymət verilməsinə zərurət olmamışdır. Şikayətdə daha sonra qeyd edilir ki, qeydiyyata alınmış fərdi yaşayış evi tam təmir olunub və istifadə olunacaq vəziyyətdədir. Evin döşəməsi vurulub, tavanı quraşdırılıb, divarları boyanıb, pəncərələri salınıb, qapı yerləri qoyulub, elektrik çəkilib, su çəkilib, qaz çəkilib. Elə o vəziyyətdə olan evə köçürülməsinə razıdır. Kollegiya şikayətin bu dəlilinə də qiymət verərək hesab edir ki, evin tam təmirli olması iddianın təmin edilən olması anlamına gəlmir. Belə ki, qarşılıqlı iddia o halda təmin edilə bilərdi ki, ən azından 1986-cı ildə tikilmiş fərdi yaşayış evi sökülmüş olsun və yeni tikilmiş fərdi yaşayış evi həmin evin əvəzinə və ya həmin torpaq sahəsində tikilmiş olsun. İşdən isə görünür ki, iddiaçı hazırda da gəlin kimi köçmüş olduğu 1986-cı ildə tikilmiş fərdi yaşayış evində yaşayır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Şikayətin digər dəlillərində qeyd edilir ki, evdən istifadə hüququ 2005-ci ildə yaranmışdır. Evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2005-ci ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Mübahisə predmeti olan fərdi yaşayış evi, daha dogrusu onun 2005-ci ildə gəlin köçərək istifadə hüququ yarandığı yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, hazırkı işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. Həmçinin, O İddiaçı məxsus mübahisəli evə gəlin köçürülərkən evin mülkiyyətçisi tərəfindən heç bir qeyd şərt irəli sürülməmişdir. İddiaçı məlum mübahisəli evə gəlin köçərkən mübahisəli yaşayış evi müvafiq qaydada dövlət reyestrində qeydə alınmamışdır. Bu baxımdan da iddiaçının qayınatası İddiaçı həmin ev üzərində istifadə və sahiblik hüququ olsa da, yaşayış evi reyestr xidmətində qeydiyyata alınmadığından, sonuncuların iddiaçının yaşayış evi üzərində sərəncam vermək hüququ yaranmamışdır. 2005-ci ildə iddiaçı həmin evə gəlin köçərkən hətta tələb etmiş olsaydı belə notariat kontorunda evdən istifadə hüququnun əldə etməsi ilə bağlı İddiaçı ilə aralarında müqavilə bağlana bilməzdi. Kollegiya təkrar olaraq qeyd etməyi lazım bilir ki, yuxarıda qeyd edilən dəlillər işin mübahisə edilməyən halıdır. Ancaq işin bu halı iddiaçının köçmək istədiyi evlə bağlı deyil. Yəni əvvəl gəlin köçmüş evlə bağlıdır. Hazırda isə iddiaçı Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4, X8 və X2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmış evə köçürülməsini tələb edir. Maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə dair şikayətin dəlillərinə qiymət verən kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh köçmək istədiyi ev xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydə alınmışdır. Ona görə də hazırkı mübahisəyə yeni Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə haqlı olmuşdur. Şikayətin ilk iddiaya dair hissədə ərizənin baxılmamış saxlanılması (iddianın səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və ya həmin sənədin işə əlavə edilməməsi) hissəsinə münasibət bildirən kollegiya hesab edir ki, şikayət həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarının 13-cü səhifəsində olan etibarnamənin surətindən görünür ki, İddiaçı iddia ərizəsinin imzalanması və sair hüquqlarını vəkili Nümayəndə həvalə etmiş, Nümayəndə isə iddia ərizəsini imzalamışdır. Ona görə də ərizənin baxılmamış saxlanması barədə dəlillər əsassızdır. Beləliklə kollegiya hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsassızdır. İlk olaraq qeyd etmək lazımdır ki, İddiaçı qətnamənin cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılması hissəsini mübahisələndirmişdir. İş materialları, tərəflərin izahatları, eyni zamanda qarşılıqlı iddiadan görünür ki, Cavabdeh Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4, X8 və X2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmış evə köçməmiş, orada yaşamamış, evdən istifadə etməmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin yaşamadığı evdən çıxarılması üçün iddianın əsası yoxdur. Qeyd etmək lazımdır ki, evdən çıxarılmaq üçün ilk öncə həmin evə köçüb orada yaşamaq lazımdır ki, evdən çıxarılma barədə iddia qaldırmaq üçün əsas yaransın. Hazırda isə belə əsas mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(033)- 232/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdehin vermiş olduğu apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(033)- 232/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-832/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-832/2022
08.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver