Məhkəmə qərarları › İş №2(107)-839/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-839/2025

15.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-839/2025 15.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılıb, qüvvə) X6 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,16 ha hissəsindən Cavabdeh çıxarılmasına, xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdeh tərəfindən hasarlanması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına, ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan imtina edilmişdir. İddiaçı məhkəməyə şikayət ərizəsi verərək Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)- 870/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-559/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-106/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X1 qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçınını həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(107)- 106/2020 nömrəli qətnaməsində qeyd edilmişdir ki, kollegiya iş üzrə apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmışdır. Belə ki, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq, hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmaması müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyi məqsədəmüvaffiq hesab etmişdir. İş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyi Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması barədə 01 iyun 2020-ci il tarixli ekspert rəyini deyil, torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehin istifadəsində olmaması barədə 27 avqust 2020-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianı rədd etmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq İddiaçı Cavabdeh qarşı yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə şərh olunanları nəzərə alaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(019)-870/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar