Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-84/2020 24.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakıilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia qisməntəmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 12279.91 ABŞ dolları əsas borcu, 5258.87 ABŞ dolları faiz borcu, 48.26 ABŞ dolları cərimə borcu, cəmi 17587.04 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsinin, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 27.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kedit razılaşması üzrə 12279.91 ABŞ dolları əsas kredit borcunu, 5258.87 ABŞ dolları faiz borcunu, 30648.26 ABŞ dolları cərimə borcunu, cəmi 48187.04 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 23 kv.m yardımçı, 45.5 kv.m yaşayış və 68.5 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 50 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən cıxarılması,mənzilə istifadə hüquqularının itirilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X5 tələbi belə əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2011-ci il tarixdə kredit xətti müqaviləsi 180 ay müddətinə uzadılmış, kredit xəttinin məbləği isə 20.000 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 2.25 faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə İddiaçı QSC arasında xx.xx.2012-ci il tarixdə, Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə və Cavabdeh3 ilə xx.xx.2008-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə Cavabdeh3 ilə xx.xx.2011-ci il tarixdə zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə İddiaçı QSC arasında saziş bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanda yerləşən mənzilini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit razılaşması üzrə cəmi 48187.04 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından kredit borcunu ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir, tələbin cərimə və evdən çıxarılması hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə birinci instansiya məhkəməsinin baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh1 tərəfindən аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən iş üzrə Lazur-A MMC tərəfindən verilmiş onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzilin 27000 manata qiymətləndirilməsi ilə razı deyil. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsini ləğv edib, əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki- Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 36 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2011-ci il tarixli sazişdən görünür ki, kredit xəttinin müddəti 180 ay müddətinə uzadılmış, kredit xəttinin məbləği isə 20.000 ABŞ dolları müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.25 faiz olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli,xx.xx.2011-ci il tarixli, xx.xx.2008- ci il tarixli və xx.xx.2011-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. İşdə olan bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.1, 448.1, 448.2, 462.1 və 467-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzil İddiaçı QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 kredit razılaşması üzrə cəmi 48187.04 ABŞ dolları kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilə yönəldilməsini, mənzilin hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. LAZUR-A MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilin bazar dəyəri 27.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 32744 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixədək banka kredit razılaşması üzrə əsas kredit borcu 15050.65 ABŞ dolları, faiz borcu 3656.13 ABŞ dolları təşkil edir. Ekspertiza xərci 150 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyində nəzərdə tutulmuş xüsusatları mübahisələndirməmiş, tələbin iddia ərizəsində nəzərdə tutulmuş həddə təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində kredit borcunun əsas və faiz hissəsi iddia ərizəsində tələb edilən həddən çox olduğundan iddia təmin edilərkən əsas kredit borcu və faiz borcu iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 30648.26 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 48.26 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı cavabdehlərə aid edilməli, ekspertiza xərci olan 150 manat iddiaçı cavabdehlərə aid edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3nn həmin mənzildən çıxarılmaları, mənzilə istifadə hüquqularının itirilməsi və İddiaçı QSC-nə təhvil verilməsi tələbi təmin edilməməlidir. Çünki həmin mənzilin iddiaçıya təhvil verilməsini tələb etmək və cavabdehlərin mənzildən çıxarılması tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə iddiaçıya məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada kredit razılaşması üzrə 12279.91 ABŞ dolları əsas borcu, 5258.87 ABŞ dolları faiz borcu, 48.26 ABŞ dolları cərimə borcu, cəmi 17587.04 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 27.000 manat müəyyən edilməli, mənzil açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin mənzil boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul cavabdeh Cavabdeh1 alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 HaqqındaKonvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və eyni zamanda borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə həmçinin, icra mümkünsüzlüyünön nəticələri üçün borclu kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qеyd еdilir ki, öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə (öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi) əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, bоrc müqаviləsinin prеdmеti pul məbləği оlduqdа,о, krеdit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 743-cü mаddəsinin tələbinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən ipoteka qoyana müvafiq bildiriş göndərilərək həmin bildirişin dövlət orqanında qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Həmin Qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipotekaya qoyulmuş mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan mülkiyyətçinin və ailə üzvlərinin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmiş olsa da, tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətini 27000 manat müəyyən etməkdə haqlı olmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tаrixli, 2(107)-2475/2019 nömrəli qərаrdаdına əsasən “X3” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 003/LBC nömrəli rəydə göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilin hazırki dövrə olan orta bazar qiyməti 29000 (iyirmi doqquz min) manat təşkil edir. Məhkəmə kollegiyası həmin hissədə xx xxxxxx 2019-cu il tаrixli, 2(107)-2475/2019 nömrəli qərаrdаdına əsasən “X3” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 003/LBC nömrəli rəyi sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan, ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat müəyyən edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 32744 saylı ekspert rəyində Cavabdeh1 xx.xx.2016-cı il tarixədək banka kredit razılaşması üzrə faiz borcu 3656.13 ABŞ dolları göstərildiyi halda iddia tələbində həmin məbləğ 5258,87 ABŞ dolları göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən məbləğin daha çox olması qənaətinə gəlmiş, iddianı iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin etməklə səhvə yol verməsinə baxmayaraq cavabdeh tərəfindən həmin hal mübahisələndirilmədiyindən məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmamışdır. Həmçinin iddianın təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmədiyinə görə həmin hissədə də, araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəli qətnaməsi dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat müəyyən edilməli və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyаinstаnsiyаsıMəhkəməsiqətnаmənidəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(046)-35/2019 nömrəliqətnaməsi dəyişdirilsin. xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, ünvan 1 ünvanda yerləşən 50 nömrəli mənzilinilkin satış qiyməti 29000 (iyirmi doqquz min) manat məbləğində müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-84/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-84/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver