Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-84/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh, Cavabdehin nümayəndələri Nümayəndə3 və Şahid iştirakları ilə, İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsindən iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İsmayıllı Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.06 hektardır. Cavabdehin torpaq sahəsinə dair mülkiyyət sənədində zəbt sahə olması qeyd olunmamışdır.Belə ki,mülkiyyətçi tərəfindən mülkiyyətdə olan torpaq sahəsindən əlavə zəbt edilmiş sahə olduqda həmin zəbt edilmiş sahə mülkiyyət sənədində qırıx-qırıx xətlərlə qeyd olunur. Cavabdehə aid mülkiyyət sənədində isə qırıx-qırıx xətlər qeyd olunmamışdır. Buna baxmayaraq cavabdeh mülkiyyətində olan torpaq sahəsindən əlavə İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan əlavə torpaq sahəsini də özbaşına tutaraq qeyri-qanuni şəkildə istifadə edir və həmin ərazinin də bir hissəsi yoldur.Yollar da bələdiyyə mülkiyyətindədir. İsmayıllı şəhər sakini Zeynəb adlı vətəndaşın İsmayıllı bələdiyyəsinə ərizə ilə müraciət edərək qonşusu Təhmurazın ona məxsus fərdi yaşayış evinə gedən yolu zəbt etməsini bildirmişdir. Zeynəb adlı vətəndaşın İsmayıllı bələdiyyəsinə müraciəti əsasında bələdiyyənin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş,baxış zamanı cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir.Zəbt olunmuş sahənin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, eyni zamanda İsmayıllı rayon polis Şöbəsinə müraciət olunmuşdur.Buna baxmayaraq cavabdeh zəbt etdiyi sahəni boşaltmamışdır.İsmayıllı bələdiyyəsi mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına etiraz etmir və Zeynəb adlı vətəndaşın bələdiyyəyə ərizə ilə müraciətindən sonra cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Çünki Zeynəb adlı vətəndaşın müraciətinə bələdiyyə tərəfindən cavab verilməlidir.Cavabdeh torpaq sahəsinin ayrılması üçün İsmayıllı bələdiyyəsinə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir.Habelə torpaq sahəsi cavabdeh tərəfindən hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini özbaşına tutmuşdur.O,cavabdeh tərəfindən özbaşına tutulmuş İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin geri qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
3. İddiaçı İsmayıllı bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Nümayəndə1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı bələdiyyəsi ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun bələdiyyə mülkiyyətində olan torpaq sahəsini özbaşına tutaraq qeyri qanuni istifadə etdiyini bildirməklə həmin torpaq sahəsinin boşaldılmasını məhkəmədən xahiş etmişdir.İsmayıllı bələdiyyəsinin ona qarşı olan iddia tələbi əsassızdır.Belə ki, o mübahisəli torpaq sahəsini 1976-cı ildə, hələ bələdiyyələr mövcud olmamışdan əvvəl İsmayıllı rayon X5 İcrayə Komitəsinin qərarı ilə almış, həmin torpaq sahəsi sucaqlıq, çox çətin relyefə malik olmuş,həmin ildə torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Sözü gedən torpaq sahəsi onun həyətinə gələn yolun başlanğıcıdır və həmin yola o ev tikdirdiyi zaman, yəni 1976-cı ildə dəmir darvaza qoyaraq həmin ərazidən hal-hazıradək istifadə edir.O dövrdə qonşuluğunda mərhum Rəşid Abdurazaqov adlı şəxs yaşamış,sonradan həmin evi Elşən Əzizov alaraq son 15 il ərzində həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Elşən Əzizovun evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun torpaq sahəsinə mane olmayan ayrıca qapısı vardır.X7 Sumqayıt şəhərində ailə qurmuş qızı Zeynəb üçün həmin həyətdə yayda dincəlmək üçün başqa bir ev tikərək onun 1976-cı ildən istifadəsində olan 0.02 hektar torpaq sahəsini də əlavə zəbt edərək oradan yeni tikdirdiyi evinə qapı qoymuş və İsmayıllı şəhər bələdiyyəsi ilə əlaqəyə girərək onun 1976-cı ildən istifadəsində olan torpaq sahəsini ələ keçirmək istəyir. Bildirmək istəyir ki, o və arvadı uzun illər müəllim işləyiblər, hal-hazırda təqaüdçü olmaqla şəxsi təsərrüfatlarında toyuqcücə, mal-qara saxlamaqla dolanırlar. Dörd övladı olmaqla onlardan ikisi oğlan, ikisi qızdır.Oğlanlarının hər ikisi və həyat yoldaşları müəllim işləyirlər. X2 müraciət edərək 1976-cı ildən istifadəsində olan həyətyanı torpaq sahəsindən artıq torpaq sahəsinin uşaqlarına verilməsini xahiş etməsinə baxmayaraq İsmayıllı bələdiyyəsi tərəfindən onun əvvəlki ərizələrinə cavab verilməmiş, son ərizələrinə isə vermiş olduqları cavablar ərizəyə uyğun olmayan tələblərindən kənar verilmişdir ki, həmin ərizələrin və cavabların surətlərini məhkəməyə təqdim etmişdir.Hal- hazırda İsmayıllı şəhərində həyətyanı torpaq sahəsi olan əhalinin 50 faizdən çoxunun torpaq sahəsi sovetlər dönəmində götürüldüyü üçün həyətyanı sahələrdə artıq torpaq sahələri vardır. Mövcud qanunvericiliyin tələblərinə əsasən həyətyanı torpaq sahəsindən artıq tutulmuş torpaq sahəsi bələdiyyə tərəfindan bilavasitə həmin şəxslərə mülkiyyət sahiblərinə satılmalıdır. O,həyətyanı torpaq sahəsində 1976-cı ildə artıq tutduğu torpaq sahəsini müəllim ailəsi olan övladlarına satılmasını xahiş etsə də, bələdiyyə tərəfindən həmin torpaq sahəsi müəllim ailəsi olan övladlarına deyil, Bakı şəhərində yaşayan məcburi köçkün ailəsinə satdığını vəd edərək həmin ərazini ondan müxtəlif yollarla almağa çalışırlar. Belə ki, İsmayıllı bələdiyyəsi ilkin olaraq bu məsələ ilə əlaqədar ona hədə-qorxu məzmunlu məktublar yazıb onu qorxudaraq ərazini boşaltmağını tələb etmiş, bunun bir nəticəsi olmadığını görüb İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir.Polis Şöbəsində araşdırma aparılmış, araşdırma nəticəsində bələdiyyənin tələbi əsassız olduğu müəyyən edildiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Buna baxmayaraq İsmayıllı bələdiyyəsi yenidən ona və ailə üzvlərinə qarşı öz qərəzli hərəkətlərini davam etdirərək ona qarşı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Halbu ki,İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin və yaxınlarının mülkiyyətlərində olan həyətyanı torpaq sahələrində mülkiyyətdə olan torpaq sahələrindən əlavə bələdiyyə mülkiyyətində olan torpaq sahələri də vardır. İsmayıllı bələdiyyəsinin boşaldılmasını tələb etdiyi torpaq sahəsi 1976-cı ildən onun istifadəsindədir və həmin torpaq sahəsindən ona məxsus fərdi yaşayış evinə aid kanalizasiya xətti keçir. Mübahisəli torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsinə gedən yol olduğundan 1976-cı ildən həmin torpaq sahəsinin küçəyə açılan hissəsinə dəmir darvaza yerləşdirmişdir və həmin qapı 1976-cı ildən hazırkı vaxtadək onun tərəfindən istifadə edilir və qonşular üçün heç bir maneçiliyi yoxdur. Buna baxmayaraq İsmayıllı bələdiyyəsi ona qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək 1976cı ildən istifadəsində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.O,iddiaçının iddia tələbini əsasız hesab edir və rədd edilməsini xahiş edir.
5. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov), iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin Cavabdeh qarşı özbaşına tutulmuş bələdiyyə torpağının geri qaytarılmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli,**********98- 10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportuna əsasən İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 46 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır.Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da,1976-cı ildən Cavabdeh istifadəsindədir və Cavabdeh məxsus həyətə gediş-gəliş yolu həmin torpaq sahəsindəndir. Eyni zamanda Cavabdeh məxsus fərdi yaşayış evinin kanalizasiya xətti həmin ərazidən keçir.Cavabdeh həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu olan mübahisəli ərazinin əsas yola çıxan hissəsinə 1976-cı ildən dəmir darvaza yerləşdirmişdir və həmin ildən hazırkı vaxtadək qeyd edilən darvaza Cavabdeh tərəfindən iri buynuzlu mal-qara saxlamaqla istifadə edilir. Qeyd edilən ərazi ilə bağlı Cavabdehla Zeynəb adlı qonşusu arasında mübahisə olduğundan İsmayıllı bələdiyyəsi tərəfindən 02 avqust 2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilərək 5 gün müddətində bələdiyyə mülkiyyətindəki mübahisəli ərazidə olan dəmir darvazanın götürülməsi və həmin yolun açılıb buraxılması tələb olunmuşdur.İsmayıllı bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan ərazinin boşaldılması məqsədi ilə İsmayıllı rayon Polis Şöbəsinə ünvanlanmış müraciəti əsasında İsmayıllı RPŞ- nin TB-nin təhqiqatçısı polis kapitanı Qoşqar Aslanlı tərəfindən xx.xx.2022-ci il tarixli, MK- 1/1222 nömrəli material üzrə araşdırma aparılmış,aparılmış araşdırma nəticəsində MK- 1/1222 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən qurulmuş darvazanın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin elektron baza məlumatlarına əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşdiyi qeyd edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, mübahisəli ərazi tərəf ifadələrinə əsasən 1976-cı ildən Cavabdeh istifadəsindədir, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2001-ci ildən qüvvəyə minmişdir və qeyd edilən qanunun müvafiq maddəsi 2001-ci ildən sonrakı dövrə qədər zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaqlara şamil edilir. Eyni zamanda İsmayıllı bələdiyyəsi iddia tələbində Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdirilmiş dəmir darvazanın götürülərək ərazinin boşaldılması tələbini qoymalı olduğu halda, həmin tələbi deyil,Cavabdeh tərəfindən İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması tələbini qoymuşdur.
8. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun mənasına görə geri qaytarılması mümkün olmayan bələdiyyə torpaqlarının onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh 1976-cı ildən (bu işin mübahisəsiz halıdır) sözügedən torpaq sahəsindən istifadə edir, həmin sahəyə darvaza inşa etmiş və orada iri buynuzlu mal-qara saxlamaqla öz fərdi təsərrüfat fəaliyyətini həyata keçirmişdir.Göründüyü kimi mübahisəli torpaq sahəsinin orada inşa edilmiş darvazanın sökülmədən qaytarılması mümkün deyildir və iddiaçının bu barədə tələbi mövcud deyildir.
9. Məhkəmə ilk növbədə nəzərə almışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə bələdiyyəyə məxsus torpaq sahəsinin qaytarılmasımnın mümkünlüyünü sübutetmə yükü iddiaçının üzərinə düşür.
10. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı sözügedən torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını əsas gətirərək qaytarılmasını tələb etmiş, həmin torpaq sahəsinin qaytarılmasının mümkünlüyü barədə məhkəməyə hər hansı sübut təqdim etməməklə, orada inşa edilmiş darvazanın sökülməsi barədə də tələb irəli sürməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun 16.1, 16.2, 16.3, 16.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi apellyasiya şikayəti vermişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan 0.06 hektardır torpaq sahəsindən əlavə İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan əlavə torpaq sahəsini də özbaşına tutaraq qeyri-qanuni şəkildə istifadə edir və həmin ərazinin də bir hissəsi yoldur. Yollar da bələdiyyə mülkiyyətindədir. Mülkiyyətçi tərəfindən mülkiyyətdə olan torpaq sahəsindən əlavə zəbt edilmiş sahə olduqda həmin zəbt edilmiş sahə mülkiyyət sənədində qırıx-qırıx xətlərlə qeyd olunur. Lakin cavabdehə aid mülkiyyət sənədində isə qırıx-qırıx xətlər qeyd olunmamışdır. İsmayıllı şəhər sakini Zeynəb adlı vətəndaşın İsmayıllı Bələdiyyəsinə ərizə ilə müraciət edərək qonşusu cavabdeh Təhmurazın ona məxsus fərdi yaşayış evinə gedən yolu zəbt etməsini bildirmişdir. Vətəndaşın müraciətinə əsasən İsmayıllı Bələdiyyəsinin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir. Zəbt olunmuş sahənin boşaldılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, eyni zamanda İsmayıllı rayon Polis Şöbəsinə müraciət olunmuşdur. Buna baxmayaraq cavabdeh zəbt etdiyi sahəni boşaltmamışdır. İsmayıllı Bələdiyyəsi mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına etiraz etmir və Zeynəb adlı vətəndaşın bələdiyyəyə ərizə ilə müraciətindən sonra cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh iddia tələbini qəbul etməmişdir. Cavabdeh məhkəməyə izahat verərək göstərdi ki, İsmayıllı Bələdiyyəsinin ona qarşı vermiş iddia tələbi əsassızdır. Belə ki, o mübahisəli torpaq sahəsini 1976-cı ildə, hələ bələdiyyələr mövcud olmamışdan əvvəl İsmayıllı rayon X5 İcrayə Komitəsinin qərarı ilə almış, həmin torpaq sahəsi sucaq, çox çətin relyefə malik olmuş,həmin ildə torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmişdir. Sözü gedən torpaq sahəsi onun həyətinə gələn yolun başlanğıcıdır və həmin yola o ev tikdirdiyi zaman, yəni 1976-cı ildə dəmir darvaza qoyaraq həmin ərazidən hal-hazıradək istifadə edir. Mövcud qanunvericiliyin tələblərinə əsasən həyətyanı torpaq sahəsindən artıq tutulmuş torpaq sahəsi bələdiyyə tərəfindan bilavasitə həmin şəxslərə mülkiyyət sahiblərinə satılmalıdır. Mübahisəli torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsinə gedən yol olduğundan 1976-cı ildən həmin torpaq sahəsinin küçəyə açılan hissəsinə dəmir darvaza yerləşdirmişdir və həmin qapı 1976-cı ildən hazırkı vaxtadək onun tərəfindən istifadə edilir və qonşular üçün heç bir maneçiliyi yoxdur.
14. Halbu ki, İsmayıllı şəhər sakini Zeynəb adlı vətəndaşın İsmayıllı Bələdiyyəsinə ərizə ilə müraciət edərək qonşusu cavabdeh Təhmurazın ona məxsus fərdi yaşayış evinə gedən yolu zəbt etməsini bildirmişdir. Vətəndaşın müraciətinə əsasən İsmayıllı Bələdiyyəsinin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir.
15. Birinci istansiya məhkəməsi iş üzrə faktları araşdırmamış, iş üzrə səsləndirilən yalanların sübut edilməsi üçün səy göstərməmişdir. Bu məsələ ətrafında demək olar ki, heç bir sual verməmişdir. Verilmiş suallar, alınmış cavablar qəbul olunmuş qətnamədə öz əksini tapmamışdır. Belə ki, cavabdehin istifadəsində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinin gediş-gəlişə maneə yaradır və təxminən 3-4 metr enində, 7-8 metr uzunluğunda olan torpaq sahəsini öz həyətini torpaq sahəsinə birləşdirərək həmin əraziyə 2012-ci il tarixdə dəmir dərvaza yerləşdirdiyi halda birinci instansiya məhkəməsi açıq-aşkar mövqe tutaraq vəzifə səlahiyyətlərindən süi-istifadə edərək bələdiyyənin haqlı tələbini təmin etməmişdir.
16. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********98-10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportu sənədinin surətindən görünür ki, cavabdeh adına İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 46 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli 3-21-3-42/2-1937/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri, H.Əliyev pr-ti dalan 4, ev 5 ünvanında yaşayan İsmayıllı şəhər sakini cavabdeh tərəfindən qurulmuş darvazanın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsi elektron baza məlumatlarına əsasən İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir.
17. Lakin İsmayıllı rayon Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, mübahisəli hüquq münasibətinə sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmiş və birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İşin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ümumiyyətlə düzgün müəyyən etməməklə, iş üzrə gəldiyi nəticəni mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmalarına baxmayaraq iddia tələblərinin təmin edilməməsi barədə səhv nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.
18. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2 (037)-38/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Şahid apelyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun; 16.3-cü maddəsinə əsasən Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli,**********98-10301 reyestr nömrəli Çıxarışa əsasən İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 46 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 133.8 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə bitişik olan İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşən 0.06 hektar torpaq sahəsi 1976-cı ildən Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilən ərazi ilə bağlı Cavabdehla Zeynəb adlı qonşusu arasında mübahisə olduğundan İsmayıllı bələdiyyəsi Cavabdeh tərəfindən İsmayıllı bələdiyyəsinin özbaşına tutulmuş torpaq sahəsinin geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Lakin Cavabdeh mübahisəli torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin İsmayıllı bələdiyyəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(116)-1950/2024 nömrəli qərarı ilə Cavabdeh iddiası təmin edilmiş, cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin üzərinə İsmayıllı şəhəri H.Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən İsmayıllı şəhəri K.Qasımov küçəsi istiqamətində tamamlanmaqla) iddiaçı Cavabdeh satılması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmuş, həmin qərar qanuni qüvvəsini almışdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
36. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin torpaq sahəsini özbaşına tutaraq qeyri-qanuni şəkildə istifadə etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Şəki İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(116)-1950/2024 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinə qarşı iddiası təmin edilmiş, cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin üzərinə İsmayıllı şəhəri H.Əliyev prospekti ev 46 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən İsmayıllı şəhəri K.Qasımov küçəsi istiqamətində tamamlanmaqla) iddiaçı Cavabdeh satılması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
37. İşdə olan Şəki İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(116)- 1950/2024 nömrəli məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(116)-1950/2024 nömrəli qərarı qanuni qüvvəsini almışdır.
38. Kollegiya qeyd edir ki, cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə bitişik 0,06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, cavabdehin həmin torpaq sahəsindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar üzrə istifadə halı müəyyən edilməsə də, mübahisəyə məhkəmə kollegiyasında baxılarkən Şəki İnzibati Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2-1(116)-1950/2024 nömrəli qərarı ilə Cavabdeh mübahisəli torpaq sahəsinin əldə edilməsində üstünlük hüququ olan şəxs olması müəyyən edilmiş və İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin üzərinə mübahisəli torpaq sahəsinin cavabdehə satılmasına dair qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
39. Beləliklə Cavabdeh mübahisəli torpaq sahəsinin gözlənilən alıcısı və gözlənilən mülkiyyətçisidir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin ərazinin bir hissəsinin yol olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən buna dair hər hansı bir sübut təqdim etməmiş, iş materiallarından da mübahisəli ərazinin bir hissəsinin yol olması halı müəyyən edilməmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilmiş sualların, alınmış cavabların qəbul olunmuş qətnamədə öz əksini tapmamasına dair dəlilinə də münasibətdə qeyd edir ki, həmin məsələlər məhkəmə qətnaməsində deyil, məhkəmə iclaslarının protokollarında müzakirə edilməli olan hallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində qətnamənin məzmununda verilmiş sualların, alınmış cavabların öz əksini tapmalı olması imkanları nəzərdə tutulmamışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-38/2023 nömrəli qətnaməsi iddiaçı İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.