Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-85/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2(024)-189/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt edilmiş 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o Qax rayonu Şotavar kəndində yaşayır. Cavabdeh təxminən 10 ilə yaxındır ki, ona məxsus olan 1.68 ha torpaq sahəsini əkib becərir. Ona məxsus olan həmin əmlakın bir hissəsini 1 ildir ki, onun torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibi olan Cavabdeh zəbt etmişdir. Lakin onun əlində mülkiyyəti təsdiq edən DƏDRX çıxarışı olsa da, öz torpağından istifadə edə bilmir. O dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxması barədə desə də heç bir nəticəsi olmamışdır. Özünə məxsus olan həmin torpaq sahəsini təyinatı üzrə istifadə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən zəbt edilmiş 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması barədə barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2(024)-189/2021 saylı qətnaməsi (hakim M.Qarayev) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Cavabdeh iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin alınıb ("xxxx" ASC-nin Sahil filialı, KOD 201218, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ64A11B400900C**********208) saylı hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı hazırda 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılmasını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətinə 1.68 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası “X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 29 aprel 2021-ci il tarixli 139 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********29 olan çıxarışa əsasən iddiaçı İbrahimov Eİşad İsmayıl oğlunun mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır, eyni zamanda iş üzrə 300 (üç yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci İnstansiya Məhkəməsi mülki iş üzrə əsaslandırma aparmamış, hər hansı bir mövqedən çıxış etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması barədə ərizə ilə Qax rayon Məhkəməsində iddia qaldırmışdır. Onun illərdir istifadə etdiyi pay torpaq sahəsini həmkəndlisi İddiaçı onu məhkəməyə verərək əlindən almışdır. Ekspert gəlmiş güya həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. O bununla razı deyil. Qeyd edilənləri nəzərə alaraq o, Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(024)-189/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi, Qax rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-189/2021 saylı qətnaməsini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Qax rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-189/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qax rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-189/2021 saylı qətnaməsininin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı hazırda 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılmasını xahiş edir. Eyni zamanda iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, **********- qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı "zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması barədə ərizə ilə Qax rayon Məhkəməsində iddia qaldırmışdır. Onun illərdir istifadə etdiyi pay torpaq sahəsini həmkəndlisi İddiaçı onu məhkəməyə verərək əlindən almışdır. Ekspert gəlmiş güya həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. O bununla razı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, **********- qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın təyin edilməsinə dair 22 fevral 2021-ci il tarixdə qərardad qəbul edilmiş, rəyin verilməsi “X2”həvalə edilmişdir. İş materiallarında olan ekspert rəyindən məlum olur ki, 29 aprel 2021-ci il tarixli 139 saylı rəyindən görünür ki, iş materiallarına əlavə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında mübahisəli ərazi üzrə 1.68 ha k/t təyinatlı torpaq sahəsinin naturada, eləcə də, ərazinin ümumi xəritəsi (X3) və aerofotoplan üzərində aparılan tədqiqatın nəticəsində ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********29 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki isitfadəsində olması müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin ölçüləri Autocard və ArcMap proqramları vasitəsi ilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə kollegiyası mülki işin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə İddiaçı məxsus Qax rayonu Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmadığını müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmişdir. 10/3600 saylı 05 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 28 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışla Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi ilə Torpağa mülkiyyət Hüququna dair JN-077, KOD 40305028 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Həmçinin mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 28 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışla Qax rayonu Şotavar kənində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyi ilə müəyyən edilir ki, **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışla Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi ilə Torpağa mülkiyyət Hüququna dair JN-077, KOD 40305028 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Eyni zamanda müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018 ci il qeydiyyat tarixli Çıxarışla Qax rayonu Şotavar kəndində yerləşən İddiaçı odluğun mülkiyyətində olan 1.68 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Yəni Cavabdeh istifadə etdiyi topaq sahəsi İddiaçı məxsus olan torpaq sahəsi deyildir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2(024)-189/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. İddia rədd edildiyindən İddiaçı iş üzrə 300 (üç yüz) manat ekspertiza xərci alınıb ("xxxx" ASC-nin Sahil filialı, KOD 201218, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************,VÖEN **********, Hesab AZ64A11B400900C**********208) saylı hesаbа ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2(024)-189/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı tutularaq ("xxxx" ASC-nin Sahil filialı, KOD 201218, VÖEN **********, SFİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************,VÖEN **********, Hesab AZ64A11B400900C**********208) saylı hesaba ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-85/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-85/2022
06.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver