Məhkəmə qərarları › İş №2(107)-85/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-85/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-85/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Miras əmlakda payların müəyyən edilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum ataları X14 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99-10301 nömrəli, xx.xx.2018ci il tarixli çıxarışa əsasən Ağsu şəhəri, Babək küçəsi, İİİ döngədə 06 ha. həyətyanı torpaq üzərində yerləşən ümumi sahəsi 82.00 kv.metr olan 7 nömrəli mənzil və həyətyanı torpaq sahəsi, həmçinin üzərində tikilmiş digər tikililər üzrə mirasın tərəfindən qəbulu faktının müəyyən edilməsi, miras əmlakın vərəsələr arasına naturada bölünməsi, naturada bölgüsü mümkün olmasa miras əmlakın açıq hərracdan satılıb əldə edilmiş vəsaitin istəyən vərəsələr arasında paylara uyğun bölünməsini xahiş etmişlər.

2. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ağsu şəhəri, ünvan 1 ünvanında yerləşən 82 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0,0618 ha torpaq sahəsi üzərində onların paylarının müəyyən edilməsini xahiş etmişlər.

3. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 2 qardaş və 4 bacı olmuşlar - İddiaçı2, X9, Cavabdeh2 və İddiaçı4. Surxay adında bir qardaşları isə xx.xx.1969-cu ildə vəfat etmişdir. X1 xx.xx.2017-ci ildə, ataları X18 xx.xx.2019-cu ildə ölmüşlər. Yuxarıda qeyd edilən kimi onların altı vərəsələri qalmışdır. Ağsu şəhəri, Babək küçəsi, İİİ döngə ünvanında yerləşən mübahisəli ev 82 km. sahədən ibarət olmaqla 0,0316 ha. torpaq sahəsi üzərində yerləşməklə Seriyası RX ******* saylı Çıxarış əsasında mərhum ataları X14 mülkiyyətində olmuşdur. Onlar atalarından miras qalmış həmin Ağsu şəhəri, Babək küçəsi 7 saylı evdə doğulub, evlənib ailə quranadək orada yaşamışlar. Bütün vərəsə qızlar başqa-başqa ünvanlara gəlin köçmüşlər. Qardaşları cavabdeh olan Cavabdeh1 ailə qurandan sonra başqa ünvanda ev tikib uşaqları ilə orada yaşamışdır. Cavabdeh1 isə sonuncu olaraq ana və atası ölənədək həmin evdə yaşamış, ata və anasının bütün dəfn xərclərini özü çəkmiş, qəbir daşlarını öz xərci ilə quraşdırtmışdır. Atasının ölümündən sonra yuxarıda göstərdiyi miras əmlakı faktiki olaraq o qəbul edib, bir müddət orada yaşayandan sonra evin üstündən damdığından və bunun bərpasına hələlik imkanı olmadığından müvəqqəti olaraq subay olan oğlunun tikdiyi evə arvadı ilə köçüb orada onunla qalmalı olmuş və həmin evi müvəqqəti olaraq tanış adamın qalmasına vermişdir ki, nəzarət etsin. Evin açarları da onda olmuş və avadanlıqları da onda olmuşdur. Odur ki, evə o nəzarət etmişdir. O və arvad-uşaqları həmin evə qeydiyyatdadır. Evin bütün kommunal xərclərini də ötən ilədək - Cavabdeh1 məhkəmə qaydasında evə köçürülməsinədək o və oğlu ödəmişdir. Cavabdeh olan qardaşı Cavabdeh1 faktiki olaraq atası ölməzdən çox illər əvvəldən Ağsu şəhərində başqa ünvanda yaşamış və keçən il evə sahib olmaq istədiyindən aralarında kəskin mübahisələr baş vermişdir. Ən nəhayət o, arvadı X10 ilə ona və digər vərəsələrə qarşı miras evə köçürülmək və həmin evdə istifadə hüququnun tanınması üçün Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(016)-562/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmiş və həmin ilin sentyabr ayında qətnamə icra edilmişdir. Cavabdeh və arvadının mübahisəli evə köçürülməsi ilə əlaqədar o, mentalitetə uyğun olmayan aralarında keçmişdə ailəsinə şantaj edilməyi hadisəsinin kəskinliyini və buna görə də bir yerdə yaşamağın mümkünsüz olmasını nəzərə alıb öz avadanlıqlarını da evdən çıxarmışdır. Odur ki, onunla birgə miras əmlakdan bütün istəyən vərəsələrin payları müəyyən edilib naturada bölgüsü aparılmalı belə bölgünün mümkün olmadığı halda, evin hərracda satılıb pulunun bölgüsü həyata keçirilməlidir. Bu məqsədlə 30 avqust 2022-ci il tarixli iddia ərizəsi ilə o, Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, bununla əlaqədar məhkəmənin birinci iclasında belə qənaətə gəlinmişdir ki, o ilk olaraq notariusa müraciət etməlidir, odur ki ərizəsi baxılmamış qalmış və sənədləri geri almışdır. Ağsu rayon notarius ofisinə müraciət-etdikdə notarius bildirmişdir ki, vərəsələr gəlsin vərəsəlik şəhadətnaməsi də verib payları müəyyən edib bölgüsünü edər. Lakin cavabdeh İddiaçı1 və bacısı Cavabdeh2 gəlməmişlər. Cavabdeh olan İddiaçı1 isə bildirmişdir ki, ev bütünlüklə onundur, başqasına pay yoxdur. Odur ki vərəsəliklə əlaqədar digər iddiaçıların ona verdikləri etibarnamələr əsasında tələb olunan sənədlərlə Ağsu notariat ofisində məsələ həll olunmadığından Şamaxı regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, həmin ofisin xx.xx.2023-cü il tarixli, 228 saylı məktubunda göstərilmişdir ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri arasında mübahisə olduğu üçün payları müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunur. Mərhum atasının vərəsələrindən biri odur. Mirası faktiki olaraq o qəbul etmiş və Cavabdeh1 ora ailəsi ilə köçürülənədək onun sərəncamında olmuş, köçürmə ilə əlaqədar əşyalarını da yuxarıda göstərdiyi səbəbdən oradan yığışdırıb apardığından payının müəyyən edilib naturada bölgüsünü, belə bölgü mümkün olmazsa hərracda satılıb pulunun bölünməsini tələb edir. Vərəsələr haqqında arayışı da ərizəsinə əlavə edir, onlardan Bahar istər-istəməz özü bilər, istəməz onun payı açıq qalar. Məsələ burasıdır ki, cavabdeh İddiaçı1 bildirir ki, miras bütünlüklə ona aid olmalıdır. Miras ev 6 ha. həyətyanı torpaq üzərində tikilmiş və həmin həyətdə evdən savayı yardımçı tikililər də vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 (həmçinin, digər iddiaçıların nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır. Onun həmin mənzildən istifadə hüququ var. İddianın təmin edilməməsini xahiş etmişdir.

7. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Ağsu Rayon Məhkəməsinin (hakim:A.Əsgərov) xx.xx.2023-cü il tarixli, 2(016)- 305/2023 nömrəli qətnaməsi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar atalarının ölümündən məlumatlı olsalar da, qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər.

11. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçılar əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçılar isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Odur ki, iddia tələbi əsassızdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1243, 1246, 1248.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, qətnamə tam qanunsuz və əsassız, ona qarşı qərəzli olaraq qəbul edilmişdir. Odur ki, ləğv edilməli və onun tələbi təmin edilməlidir.

17. Məhkəmə iclasında cavabdeh “miras ev yalnız ona məxsusdur, paylara bölünməsinə etiraz edir” danışığından başqa söz işlətmədiyi halda ona qarşı tam qərəzli mövqe tutmuş, işin faktiki hallarını araşdırmamış, ona qiymət verməmiş, yəni mirası faktiki olaraq onun qəbul etməyi barədə ərizəsində və məhkəmədə göstəriklərinə heç bir əhəmiyyət verilməmiş, “yuxarıda sadalanan qanunun bütün tələbləri onun hüquqi mövqeyinə uyğun olsa da tam əks təfəfə yönləndirilmiş, evə köçürmə işində” digər cavabdehlər olmuş Süsən, Xalidə, Nahidə, Bahar Xasay qızları məhkəməyə dəvət edib səthi izahatları alınsada da hazırkı işdə isə iddiaçılar olan həmin şəxslər məhkəməyə çağırıb izahatları alınmamış, evi müvəqqəti kirayəyə verdiyi şəxsi də dəvət edib izahatı alınmamışdır.

18. Qətnamədən belə bir absurd və səhv nəticəyə gəlinir ki, mərhum atalarının ölümündən məlumatlı olsalar da, qanunla müəyyən edilmiş 6 ay ərzində miras nə rəsmi, nə də faktiki olaraq qəbul edilməmişdir. Guya ev bağlı qalmışdır.

19. Birinci instansiya məhkəməsi özünün Cavabdeh1 evə köçürülmə barədə təmin etdiyi və bu iş üzrə verdiyi iddia ərizəsində qoşmaya əlavə etdiyi 2(016)-305/2023 saylı iş üzrə 12 iyin 2023 tarixli qətnamənin o hissəsinə də qiymət verilməmişdir ki, iddia ona qarşı verilmişdir. Bu da onu təsdiq edirdi ki, miras mülk onun sahibliyində və istifadəsindədir ki, ondan tələb olunur ki, Cavabdeh1 evə köçürülməsini və istafadə hüquqlarını təmin etsin.

20. Hətta həmin qətnamənin “işin halları” bölməsində ətraflı açılmamış cavabdehin aşağıdakı izahatı var: “Qardaşı həmin evə köçdükdən sonra qardaşı onu və ailəsini həmin evdən çıxartdığına görə başqa yerdə yaşamağa məcbur oldu. Hazırda oğlunun yanında yaşayır. Mübahisəli evi isə qardaşı bir insana kirayəyə verib. Onun da mübahisəli evdən pay almaq hüquq var, lakin indiyə kimi vərəsəlik işi açılmamışdır”.

21. Halbuki oradada işin faktiki halları pərdələnmişdir. Əslində atalarının sağlığı dövründə neçə illər əvvəl o, qadın söz-söhbətinə görə cavabdehi evdən qovlamışdır. Evi kirayəyə verməyi isə atasının ölümünün ildönümünü sonrakı günlərinə aiddir. Evi kirayəyə verənədək o, ailə-uşağıyla ata evində yaşamaqla mirası faktiki qəbul edib ona sahiblik və istifadə hüquqlarını yerinə yetirmişdi. Mirasa sahiblik və istifadə hüquqularını təsdiq edən hallardan biri miras evdə yaşamaqda davam etməklə kommunal xidmətlərdən istifadə etmək, kommuna xərcləri ödəmək, həyat-bacaya nəzarət etmək olub. Məhkəmə qətnamə qəbul edərkən qətnamənin əsaslandırıcı hissəsində mirasın faktiki qəbulu ilə əlaqədar bütün bu faktiki halları nəzərə almamışdır.

22. Atası ilə birgə sonuncu olaraq o və ailəsi atasının ölümünədək onunla birlikdə mübahisəli evdə yaşamışlar, onun dəfn, hüzr xərclərini o, etmişdir, qəbir daşını o, düzəltmişdir, ölümündən sonra da ildönümünədək orada yaşayıb, mirası faktiki olaraq o, qəbul edib, ona sahiblik etmiş, ildönümündən sonra evi müvəqqəti olaraq kirayəyə vermişdir ki, əldə ediləcək kirayə pulunu toplayıb damını təmir edib, yenə də qayıdıb orada yaşasın. Bütün bunları digər vərəsələr təsdiq edə bilərlər.

23. İşin faktiki hallarını əks etdirən və bununla əlaqədar onun istinad etdiyi sübutlara məhkəmə birtərəfli yanaşaraq heç bir əhəmiyyət verməmiş, ikinci tərəfin isə heç bir sübuta söykənməyən” miras ev ona aiddir, bölgüsünə razı deyil” izahatına əsaslanan qanunsuz qətnamə qəbulu ilə nəticələnmişdir

24. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi: mirasın faktiki olaraq tərəfindən qəbul edilərək, bir il sahibliyində olması, sonra da onu müvəqqəti yuxarıda göstərdiyi səbəbdən kirayəyə verməyi ilə mirasa nəzarət etməyi qətnamənin nəticə hissəsinə uyğun gəlməmişdir. Bununla da qərar qəbul edilərkən səhv nəticəyə gəlinmişdir. Məhkəmə digər iddiaçıları, hətta sonradan kirayəyə verdiyi şəxsi dəvət edib işin faktiki hallarını aydınlaşdırmamışdır.

25. Məhkəmə qətnamədə nəticəyə gəlmişdir ki, varis öləndən sonra miras 6 ay ərzində qəbul edilməmişdir. Bu isə tamamilə səhv nəticəyə gəlməkdir. Odur ki, qətnamənin təsdiqi üçün məhkəmə mirasın 6 ay baxımsız qaldığını sübut etməmişdir. Yəni onun göstərdiklərinin əksini sübut etməmişdir.

26. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Bu yuxarıda işin faktiki hallarına aid göstərdikləri ilə yanaşı cavabdehin onu evə köçürmə tələbi ilə bağlı ona qarşı iddia verməsi də sübut edir ki, atalarının ölümündən 2 il sonra da miras onun nəzarətində, yəni sahibliyindədir.

27. Odur ki, Ağsu rayon məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(016)-305/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və mirasın faktiki qəbul edildiyindən miras əmlak paylarının vərəsələr arasında paylarının müəyyən edilməsi tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 31.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızı və X17 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən kollegiya Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 mərhum ataları, 31 dekabr 2011-ci il tarixdə isə vəfat etmiş X11 övladları olan iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızının və X12 mərhum babaları X18 09 dekabr 2019-cu il tarixdə, tərəflərin anaları, üçüncü şəxslərin isə nənələri X7 isə X13 daha əvvəl, yəni xx.xx.2017-ci ildə Ağsu rayonunda vəfat etmişlər. X6 vəfat etdikdən sonra ondan Ağsu şəhəri Babək küçəsi İİİ döngədə yerləşən 7 nömrəli, ümumi sahəsi 82 kv.metrdən ibarət fərdi yaşavış evi və həmin evin yerləşdiyi 0.0618 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.

42. İşin hallarından görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

43. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

44. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

45. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini iddiaçıların atalarının ölümündən məlumatlı olsalar da, qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməmələri, iddiaçıların əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamaları barədə hər hansı sübutu məhkəməyə təqdim etməmələri, iddialarının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmələri, iddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmələri, gecikmənin səbəbinin isə üzrlü səbəblərlə əlaqədar olmaması ilə əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlilləri olan mirasqoyan öləndən sonra mirasın 6 ay ərzində qəbul edilməməsində məhkəmənin səhv nəticəyə gəlməsinə, işin faktiki hallarının aydınlaşdırmamasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

47. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

48. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

49. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin miras əmlakda vərəsələrin paylarının müəyyən edilməli olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, bu zaman tərəflərlə, yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, onların 31 dekabr 2011-ci il tarixdə vəfat etmiş qardaşları X11 övladları olan Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızının və X12 da miras əmklakda paylarının olması nəzərə alınmalıdır.

53. Belə ki, Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızının və X12 31 dekabr 2011-ci il tarixdə isə vəfat etmiş ataları X11 mirasdan imtina etməsi halı müəyyən edilməmişdir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin digər iddiaçıları, hətta sonradan kirayəyə verdiyi şəxsi dəvət edib işin faktiki hallarını aydınlaşdırmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti verən şəxs İddiaçı1 işdə olan notarial qaydada verilmiş etibarnamələrdən göründüyü kimi digər iddiaçıları qanuni əsaslarla təmsil etmiş, digər iddiaçılar onları məhkəmədə təmsil etmək səlahiyyətini məhz İddiaçı1 vermişlər. İş materiallarından və birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından İddiaçı1 digər iddiaçıların, həmçinin əmlakı kirayəyə götürmüş şəxsin məhkəmə iclasına dəvət edilib dindirilmələri ilə bağlı hər hansı bir vəsatət verməsi halı müəyyən edilməmişdir.

55. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi RX seriyalı, ******* nömrəli çıxarış əsasında X3 mülkiyyətində olmuş ev və torpaq sahəsi üzərində iddiaçıların paylarının müəyyən edilməsinə dair iddialarının təmin edilməməsində haqlı olmamaqla yanaşı, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni də nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X14 öldüyü 09 dekabr 2019-cu il tarixdə onun birinci növbə vərəsələriövladları iddiaçılar İddiaçı1, İddiaçı2, X9, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin 31 dekabr 2011-ci il tarixdə vəfat etmiş mərhum oğlu X11 övladları olan Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızı və X8 ibarət olmuşlar.

57. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla miras əmlakda iddiaçılarla yanaşı digər vərəsələrin də vərəsəlik payları müəyyənləşdirilməlidir.

58. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilməli, X3 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Ağsu şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.0618 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər birinin 2/14 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızının və X12 isə hər birinin 1/14 hissə miras payları müəyyən edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-305/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddiaları təmin edilsin. X3 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Ağsu şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.0618 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər birinin 2/14 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Usubalıyeva (Mustafayeva) Tünzalə Surxay qızının və X12 isə hər birinin 1/14 hissə miras payları müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar