Məhkəmə qərarları › İş №2(107)-85/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-85/2025

20.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-85/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi, dəymiş zərərin ödənilməsi və ödənilmiş dövlət rüsumu” tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqdan çıxarılma, tikilinin sökülməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və nümayəndə və vəkil X2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-13/2024 nömrəli qətnaməsindən cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini 7500,0 manata Cavabdeh satmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********81) xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********80) xx.xx.2013-cü il tarixdə Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu üçün ona vurulan 46.800,0 manat maddi zərərin ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57.000,0 manat maddi zərərin tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmiş və JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş plan əsasında təhkim edilmişdir. xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinin ərazisindən 0,05 ha (33,80mx14,70m) Cavabdeh satılmış və 0,10 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********81) yenidən qeydiyyata alınmışdır. 2022-ci ildə ikinci Qarabağ müharibəsində yaralanmış X6 müalicəsindən ötrü “YAŞAT” fonduna müraciət etmiş və fondun tələbi üzrə həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsinə ərizə vermişdir. Müvafiq qaydada ölçü işləri aparılarkən torpaq sahəsinin 0,0165 ha ərazisinin Cavabdeh tərəfindən qanunsuz yolla zəbt edilərək hüdudları daxilində daş hasar tikililməklə mülkiyyətində olan torpaq shəsinə qatıldığı və üzərində fərdi yaşayış evi tikildiyi məlum olmuşdur. Ona görə də, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) ərazisində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu 13 il müddətində mülkiyyətindən məhrum edilməsi nəticəsində ona vurulan 46.800,0 manat məbləğində maddi zərərin ödənilməsi haqqında iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı şəxsi mülkiyyətində olan JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən ona notariat qaydasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 0,05 ha satmış və 0,03 ha satmağı vəd edib qabaqcadan 2000,0 manat alaraq bitişik ərazidə yerləşən 0,015 ha torpaq sahəsindən könüllü qaydada çıxmışdır. Aralarında olan razılaşmaya əsasən torpaq sahələrini ayıran daş hasarın tikintisi tamamilə onun hesabına həyata keçirilmiş, bunun müqabilində İddiaçı özünə aid hissədən tikinti aparılacaq 20,0 sm enində torpaq sahəsini ayırmışdır. Çəpəri daxilində yerləşən cəmi 0,067 ha torpaq sahəsində 2013-2015-ci illərdə daş hasar, 2017-ci ildə isə fərdi yaşayış evi tikmiş və indiyədək heç bir etirazla qarşılaşmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6076 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir; Həmin 0,0165 ha torpaq sahəsinin kənarları mişar daşı ilə hasarlanmış, dəmir qapı qoyulmuş və üzərində Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi yerləşir. ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2948/2023 saylı Mütəxəssis Rəyinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81 ) əlavə edilmiş 5 nömrəli planda 0,0165 ha hissəsi (1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən ərazi) Cavabdeh istifadəsindədir. Həmin ərazidə (qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca) daş hasar tikilmiş, dəmir qapı qoyulmuşdur. Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi həmin torpaq sahəsinin üzərində tikilmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-13/2024 nömrəli qətnaməsi (hakim: Ü.Qənbərov) ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, tikililərin sökülməsi və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin olunaraq: İddiaçı məxsus olan A 014805 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 2948/2023 saylı Mütəxəssis Rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasar Cavabdeh öz hesabına sökülməsi və 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsi Cavabdeh alınıb onun özünə verilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi barədə iddia tələbinin isə təmin edilməməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, JN -1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsi özgəninkiləşdirilən torpaq sahəsinin yerdə sərhədləri (naturada) müəyyən edilmədən və səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş Yerquruluşu planı əlavə edilmədən notarial qaydada təsdiq olunmuş və əldə olunan hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı da eyni qaydada aparılmışdır. İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən 33,80mx14,70m ölçülərdə Cavabdeh satıldığına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı özgəninkiləşdirilən torpaq sahəsinin ərazi sərhədlərini 2022- ci ildə AR İN ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək bilmişdir. Müqavilə bağlandıqdan sonra AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin 0,0165 ha hissəsi faktiki olaraq Cavabdeh sahibliyində qalmış və üzərində fərdi yaşayış evi tikilərək fasiləsiz və etirazsız olaraq istifadə olunmuşdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini yerdə sərhədləri müəyyən edilmədən Cavabdeh satmış və eyni zamanda əldə edənin mübahisəli 0,0165 ha torpaq sahəsi üzərində tikinti aparmasına indiyədək heç bir etiraz bildirməyərək icazə verdiyinə dair iradəsini ifadə etmişdir. Cavabdeh AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin tikdiyi fərdi yaşayış evinin altında qalan hissəsindən AR Mülki Məcəlləsinin 157.8, 240.1 və 243.1-ci maddələrinə nəzərdə tutulan əsaslarla istifadə hüququ əldə etmişdir. Cavabdeh tərəfindən inşa edilən daş hasar mülkiyyətdə olan torpaq sahələrinin ərazi sərhədlərinin heç bir əsas olmadan faktiki surətdə dəyişməsinə səbəb olduğundan qanunsuz olmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 14, 144, 146, 152, 157, 158, 238, 240, 243, Torpaq Məcəlləsinin 65, 111, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir məhkəmə iclasında yekun məhkəmə qərarı çıxararaq göstərmişdir ki, 0,15 ha həyətyanı torpaq sahəsinin ərazisindən 33,80 m, 14,70 m ölçülərdə Cavabdeh satıldığına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbu ki, işə Elman İsayevin icraatında baxılarkən İddiaçıhəmin torpaq sahəsi üçün cavcabdehdən 2000 manat pul aldığını təsdiq etmiş və bu məhkəmədə aparılan fasiləsiz audio-video vasitəsilə qeydə alınmışdır. Məhkəmə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə etiraz edilmədiyi əsası ilə evin sökülməsi tələbini təmin etmədiyi təqdirdə, eyni razılıqla inşa edilmiş hasarın sökülməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və nümayəndə və vəkil X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər əlavə olaraq bildirildi ki, xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini 7500,0 manata Cavabdeh satmışdır. Bir müddət sonra (təxminən birneçə ay) isə, İddiaçı ilə Cavabdeh yenidən iddiaçıya məxsus 0.015 ha torpaq sahəsinin cavabdehə 2000 manata satılması ilə bağlı şifahi razılığa gəlmişlər. Həmin tarixdən də 0.015 ha torpaq sahəsi istifadə üçün cavabdehə təhvil vermişdir. Sonuncu isə həmin sahədə ev və digər tikililər tikməyə başlamışdır. Bundan başqa, İddiaçı tərəflərin torpaq sahələri arasında tikiləcək hasarın tikintisi üçün cavabdehə əlavə olaraq 20 sm enində torpaq sahəsi vermişdir və razılaşmada belə olmuşdur ki, hasarı cavabdeh öz hesabına tikəcək. O, cavabdehin başqa heş bir torpaq sahəsini zəbt etməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi, Əlavə olaraq bildirdi ki, o, cavabdehin tikinti aparmasından məlumatlı olmuşdur. Belə ki, o, Bakı şəhərində işləmiş, ailəsi isə rayonda cavabdehlə qonşuluqda yaşamışdır. Bundan başqa, o, əlavə olaraq cavabdehə heç bir torpaq sahəsi satmamışdır. Cavabdeh onun 3 sot torpaq sahəsini zəbt etmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir”.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və həmin torpaqda qanunsuz tikililərin tikilməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin qanunsuz istifadə olunduğu üçün ona vurulan 46.800,0 manat maddi zərərin ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57.000,0 manat maddi zərərin tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası isə təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Belə ki, apellyator şikayətin nəticə hissəsində həm iddia tələbinin rədd edilməsini, həm də üçüncü şəxsin iddiasının təmin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, üçüncü şəxsin iddiası ancaq iddiaçının iddia tələbinin təmin edilməsi halında baxıla bilər. Bu məqsədlə kollegiya apellyasiya şikayəti vermiş tərəfin tələbinin konkret olaraq nədən ibarət olması dəqiqləşdirilmişdir. Apellyator (cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs və vəkil) tələblərinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi olduğunu bildirmişdir. Bundan başqa məhkəmə xatırladır ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəf həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilk iddiaya münasibətdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Avropa Məhkəməsinin qərarlarına görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən İ saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (Torpaq Məcəlləsi 66). Eyni zamanda, Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini 7500,0 manata Cavabdeh satmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********81) xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014805 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********80) xx.xx.2013-cü il tarixdə Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçı və cavabdehin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Kollegiya bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olarsa və həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilə və təmin edilə bilər. Yəni, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmişdir. Belə ki, AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6076 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81) 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir; Həmin 0,0165 ha torpaq sahəsinin kənarları mişar daşı ilə hasarlanmış, dəmir qapı qoyulmuş və üzərində Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi yerləşir. ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-2948/2023 saylı Mütəxəssis Rəyinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********81 ) əlavə edilmiş 5 nömrəli planda 0,0165 ha hissəsi (1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən ərazi) Cavabdeh istifadəsindədir. Həmin ərazidə (qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca) daş hasar tikilmiş, dəmir qapı qoyulmuşdur. Cavabdeh məxsus olan fərdi yaşayış evinin bir hissəsi həmin torpaq sahəsinin üzərində tikilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6967/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı **********81 nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsinin 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir. Mübahisəli torpaq sahəsinin Cavabdeh istifadəsində olan 0,0165 hektar hissəsində, Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasar yerləşir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 44,0 kv.m hissəsi, 33,7 metr uzunluqda hasar İddiaçı mülkiyyətinə aid torpaq sahəsində yerləşir. İddiaçı xüsusi mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin 0,0835 hektar hissəsi özünün istifadəsindədir. 0,0165 hektar hissəsi Cavabdeh istifadəsindədir. Qalan 0.0053 hektar torpaq sahəsi Vəndam Bələdiyyəsinin mülkiyyətine aiddir. Yəni İddiaçı X8 istifadəsində olan 0,0888 hektar torpaq sahəsinin 0,0835 hissəsi öz mülkiyyəti ilə qalan 0,0053 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üstüstə düşür. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli 10/963 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 44,0 kv.m hissəsi, 33,7 metr uzunluqda hasar İddiaçı mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyləri hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan və müvafiq hüquqi qiymət verilmiş ekspert rəylərinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsinin 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir. Eyni zamanada, mübahisəli torpaq sahəsinin Cavabdeh istifadəsində olan 0,0165 hektar hissəsində, sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasar yerləşir. Yuxarəda qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2013-cü il tarixli 4Ə-176 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı JN-1953 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən 0,05 ha torpaq sahəsini 7500,0 manata Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən sonra, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********80) xx.xx.2013-cü il tarixdə Cavabdeh adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bir müddət sonra (təxminən birneçə ay) isə, İddiaçı ilə Cavabdeh yenidən iddiaçıya məxsus 0.015 ha torpaq sahəsinin cavabdehə 2000 manata satılması ilə bağlı şifahi razılığa gəlmişlər. Həmin tarixdən də 0.015 ha torpaq sahəsi istifadə üçün cavabdehə təhvil vermişdir. Sonuncu isə həmin sahədə ev və digər tikililər tikməyə başlamışdır. Bundan başqa, İddiaçı tərəflərin torpaq sahələri arasında tikiləcək hasarın tikintisi üçün cavabdehə əlavə olaraq 20 sm enində torpaq sahəsi vermişdir və razılaşmada belə olmuşdur ki, hasarı cavabdeh öz hesabına tikəcək. İş üzrə alınmış rəylərdən görünür ki, qeyd edilən divar cavabdeh tərəfindən inşa edilmişdir. Lakin, İddiaçı notariat orqanına getməməsi səbəbindən 0.015 ha torpaq sahəsinin alğı-satqısı rəsmiləşməmişdir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları tərəflərin həm birinci instansiyada həmdə apellyasiya məhkəməsində verdikləri izahatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasının audio-video yazısından görünür ki, İddiaçı həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh əvvəlcə 5 sot torpaq satdığını, daha sonra isə 2000 manata əlavə olaraq 1.5 sotda torpaq satdığını bildirmişdir (audio-video yazı 8:10 dəq.). xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı daha sonra bildirmişdir ki, əlavə olaraq satdığı torpaq sahəsini cavabdehin adına rəsmiləşdirməmişdir. Əlavə olaraq satılan 1.5 sot torpağın dəyəri olan 2000 manatın bir qismini 2019-cu ilədək pul şəklində qalan 650 manatını isə taxta materialı olaraq almışdır (audio-video yazı 14:50 dəq.). xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı daha sonra bildirmişdir ki, satılan torpaqlardan əlavə cavabdehə qonşu divarı (hasarı) tikintisi üçün 20 sm enində torpaq sahəsi də vermişdir. Kollegiya bir məqamıda qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının vəkilidə olmuşdur. Yəni, iddiaçı yuxarıda qeyd edilən izahatı verərəkən məhkəmə iclasında vəkillə təmsil edilmişdir. Göründüyü kimi, İddiaçı özü etiraf etmişdir ki, o, cavabdehə iki dəfə, birinci dəfə rəsmi qaydada beş sot, daha sonra qeyri-rəsmi qaydada bir sot yarım torpaq sahəsi satmış və hər ikisinin pulunu tam olaraq almışdır. Bundan başqa, İddiaçı eyni zamanda etiraf etmişdir ki, o, cavabdehə qonşu divarı (hasarı) tikintisi üçün 20 sm enində torpaq sahəsi vermişdir. İş üzrə keçirilmiş ekspertizalardan göründüyü kimi, İddiaçı **********81 nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,10 hektar torpaq sahəsinin ancaq 0,0165 ha hissəsi Cavabdeh istifadəsindədir. Həmin hissə isə, İddiaçı tərəfindən qeyri-rəsmidə olsa cavabdehə satılmış və divar tikintisi üçün verilmişdir. Yəni, Cavabdeh İddiaçı məxsus torpaq sahəsini bir hissəsini istifadə etsədə, həmin istifadə edilən sahə cavabdeh tərəfindən qanunsuz zəbt edilməmiş, faktiki olaraq iddiaçının özü tərəfindən ona verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hal-hazırda istifadə etdiyi və mülkiyyət hüququ ilə İddiaçı məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz (yəni, zəbt edilməmiş) əldə edilməmiş, faktiki olaraq iddiaçı tərəfindən könüllü olaraq (qeyrirəsmi qaydada) ona verilmişdir. Kollegiya daha sonra mübahisəli torpaq sahəsində olan tikililərlə bağlı qeyd edir ki, torpaq sahələri qonşuluqda yerləşir. İddiaçı kollegiyanın iclasında verdiyi izahatdan müəyyən edilir ki, o, cavabdehin tikinti aparmasından məlumatlı olmuşdur. Belə ki, iddiaçı Bakı şəhərində işlədiyini, ailəsinin isə rayonda cavabdehlə qonşuluqda yaşadığını bildirmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qeyd edilən ərazidə aparılan tikintilərdən məlumatı olmuş lakin, buna heçbir etiraz bildirməmiş və faktiki olaraq bəyənmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, ekspert rəyləri ilə mübahisəli torpaq sahəsinin Cavabdeh istifadəsində olan 0,0165 hektar hissəsində, sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsinin və 33,7 metr uzunluqda mişar daşı ilə inşa edilmiş hasarın yerləşməsi müəyyən edilmişdir. Binci instansiya məhkəməsi isə, cavabdehin 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən lakin, fərdi yaşayış evinin altında qalmayan hissəsindən çıxarılması nəticəyə gəlmişdir. Yəni, məhkəmə faktiki olaraq cavabdehə mülkiyyət hüququ ilə məxsus olan torpağın bir hissəsini alıb iddiaçıya vermişdir. Belə ki, ekspert rəylərinə əsasən Cavabdeh istifadəsində olan 0,0165 hektar hissəsində sonuncu tərəfindən inşa edilmiş yaşayış evinin 44,0 kv.m hissəsi düşür. Həmin hissə iddiaçıya qatarılmalı olan torpaqdan çıxılanda isə gərək cavabdehə mülkiyyət hüququ ilə məxsus olna eyni ölçüdə torpaq sahəsi iddiaçıya verilmiş olsun. Bundan başqa, İddiaçı 0.05 ha, sonradan qeyri-rəsmi satılan 0.015 ha və divar tikintisi üçün könüllü verilmiş 20 sm enində torpaq sahələrindən əlavə cavabdehin ona məxsus başqa torpaq sahəsini də zəbt etdiyini, bu səbəbdən də o cavabdehə qarşı məhkəmədə iddia qaldırdığını bildirsədə bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yəni, İddiaçı cavabdehə rəsmi və qeyri-rəsmi satdığı (6.5 sot) və tikinti üçün köllü verdiyi 20 sm enində torpaq sahələrindən əlavə ərazinin zəbt edilməsilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş üzrə keçirilmiş ekspertiza rəylərindən müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus ancaq 0,0165 hektar hissəsindən istifadə edir. Hansıki, həmin sahədə qeyri rəsmi olaraq iddiaçı tərəfindən cavabdehə satılmış və divar (hasar) tikilməsi üçün cavabdehə (20 sm enində) könüllü (qonşu divarının cavabdeh tərəfindən tikilməsi şərtilə) verilmişdir. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Belə ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İş mareriallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən AA 014807 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən sərhədləri müəyyən edilmiş Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********81) xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaqdan əlavə iddiaçıya məxsus hər hansı bir torpaq sahəsinin olması isə iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya eyni zamanda qeyd edir ki, müvafiq ekspert rəyləri ilə oda müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.0053 ha hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Həmin ərazinin isə hazırki iş üzrə cavabdehə heç bir aidiyyəti olmamışdır. Kollegiya bir məqamıda qeyd edir ki, hətta iddiaçının ona məxsus olduğunu hesab etdiyi əlavə torpaq sahəsi varsada həmin ərazinin cavabdeh tərəfindən zəbt edilməsi sübuta yetmir. Belə olan halda kollegiya hesab edir ki, yalnız iddiaçı tərəfin bildirdikləri əsasında iddia etdiyi halın baş verməsi ilə bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Yuxarıda sadalananlar baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsində cavabdeh tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və inşa etdikləri tikililərdə uzun müddət iddiaçının razılığı ilə yaşamaları, özlərinin inşa etdikləri tikililərdən istifadə etmələri, iddiaçının isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncuların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağı nəticəsinə gəlməməklə doğru mövqedən çıxış etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Kollegiya daha sonra qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Kolegiya qeyd edir ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, mütəxəssis rəyinə əlavə edilmiş sxemdəndən görünür ki, cavabdehin istifadəsində olan ümümilikdə 0,0165 hektar torpaq sahəsinin tikinti altında qalan sahədən başqa digər hissəsini ən azı qonşu hasar (divar) sökülmədən iddiaçıya qaytarmaq mümkün deyildir. Hasarın (divarın) və digər tikililərin tikilməsinə isə iddiaçı vaxtılə dözümlülük göstərmiş, hətta hasarın tikintisinə özü icazə vermiş və qalan hissənidə qeyri-rəsmidə olsa satmışdır. Qeyd edilənlərə əsasən cavabdeh tərəfin apardığı tikintilərə çəkdikləri xərclər ödənilmədən, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına uyğun deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası o halda təmin edilə bilərdiki iddiaçının iddiası təmin edilmiş olsun və tikilinin sökülməsi qərara alınsın. Hazırki halda isə, iddia təmin edilməmiş və heçbir tikili sökülməsi qərarlaşdırılmamışdır. Belə olan halda isə, kompensasiyanın ödənilə bilməz. Məhkəmə kollegiyası bir daha tərəflərin nəzərinə çatdırır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 150 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 150 manat məbləğində pul İddiaçı tutularaq Mərkəzin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-13/2024 nömrəli qətnaməsi qismən yəni, “İddiaçı məxsus olan A 014805 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 2948/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş 5 nömrəli planda qeyd olunmuş 1;2;3;4;5 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini birləşdirən xətt boyunca tikilmiş daş hasar Cavabdeh öz hesabına sökülməsi və 1;2;3;4;5;6;7 rəqəmləri ilə işarələnmiş döngə nöqtələrini əhatə edən 0,0165 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin altında qalmayan hissəsinin Cavabdeh alınıb onun özünə verilməsi və Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutulub dövlət büdcəsinə keçirilməsi” hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat İddiaçı tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar