Məhkəmə qərarları › İş №2(107)-851/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-851/2023

30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-851/2023 30.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın boşaldılaraq təhvil verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 və digər cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ümumilikdə cəmi 12678.92 ABŞ Dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan X4 məxsus Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 32/2019 saylı qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlərdən tutulmalı olan borc məbləği 12644.65 ABŞ Dolları müyyən edilmiş, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti 18500 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmiş, keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan AccessBank QSC-yə təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun müəyyən hissəsinin qarşılığında bankın mülkiyyətinə qəbul edilməsinə razılıq verilmişdir. Hazırda Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumunun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 və digər cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ümumilikdə cəmi 12678.92 ABŞ Dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan X4 məxsus Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-32/2019 saylı qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlərdən tutulmalı olan borc məbləği 12644.65 ABŞ Dolları müyyən edilmiş, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti 18500 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmiş, keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan AccessBank QSCyə təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun müəyyən hissəsinin qarşılığında bankın mülkiyyətinə qəbul edilməsinə razılıq verilmişdir. Hazırda Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 kvmm ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və AccessBank QSC-yə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur.

4. İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı QSC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər.

5. Lakin, İddiaçı QSC-nin nümayəndəsi X5 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstərmişdir ki, hazırkı iddia ərizəsində adları sadalanan cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Cavabdeh2 onun anasıdır. Bildirmişdir ki, onların üçün də həmin evdə ailələri ilə birlikdə yaşayırlar. Bank tərəfindən onlara vaxt verilsə razılaşa bilərlər. O, bankın tələb elədiyi borc məbləğində bir qədərini ödədikdən sonra, geri qalan borcunu hissə-hissə qaytaracaqdır. Göstərmişdir ki, bir müddət əvvəl xəstələndiyindən işləyə bilməmişdir. Buna görə də maddi imkanı aşağı olmuş, banka olan borcunu qaytara bilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qeydiyyatdadırlar. Qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin adına rəsmiləşdirilməklə, halhazırda İddiaçı QSC-nin adınadır. Bununla bağlı iddiaçının adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 23 fevral 2022-ci il tarixli, **********69- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən iş üzrə cavabdehlər çıxmadıqlarından İddiaçı QSC hazırki tələblə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda iddiaçıya satıldığından cavabdehlərin həmin mənzildə (evdə) istifadə hüquqları qalmamışdır.

9. Göründüyü kimi İddiaçı QSC həmin evin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nə məxsus evdən könüllü olaraq pasport qeydiyyatından çıxmamaqla iddiaçının mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi İddiaçı QSC cavabdehlərin Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 kvm ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır.

10. Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli çıxarışla İddiaçı QSC-nin tam mülkiyyətində olan Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli çıxarışla İddiaçı QSC-nin tam mülkiyyətində olan Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 157, 178 və 228-ci maddələrinə və İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

12. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(107)-32/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 tərəfidən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(075)-1560/2017 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh3, X7, X8, X6 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməli olan əsas kredit borcunun məbləği 10.248,89 (on min iki yüz qırx səkkiz dollar səksən doqquz sent) ABŞ dolları, cəmi borcun məbləği isə 12.644,65 (on iki min altı yüz qırx dörd dollar altmış beş sent) ABŞ dolları müəyyən edilməsi, həmin borcun 10.248,89 (on min iki yüz qırx səkkiz dollar səksən doqquz sent) ABŞ dolları əsas borca aid hissəsi cavabdehlər Cavabdeh3, X8, X6 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, kredit müqaviləsi üzrə 1895,76 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu Cavabdeh3 tam və cavabdeh X3 hüquqi varisləri X8 və Cavabdeh2 qəbul etdikləri miras kütləsi həcmində tutularaq İddiaçı QSCyə verilməsi, 19 may 2010-cu il tarixli, 07M000000402 saylı ipoteka müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Şəki rayonu, Cunud kəndində X3 mülkiyyətində olan 0,113 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.1 m2 ümumi, 65.8 m2 yaşayış, 11.3 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 18 500 (on səkkiz min beş yüz) manat müəyyən edilməsi. iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə verilməsi (AZ34CTRE000 **********2088501; Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100 **********44 SWİFT BİK CTREAZ 22) qət edilmişdir.

13. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin adına ********** nömrə ilə qeydiyyata alınmışdır.

14. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Layısqı kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 18 may 2010-cu il tarixli, 805 nömrəli arayışdan görünür ki, mərhum X3 Şəki rayonu Cunud kəndində yerləşən fərdi yaşayış evi mövcuddur. Həmin evdə onun arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və Cavabdeh3 qeydiyyatdadır.

15. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 25 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehlərə əvvəl X4 məxsus olmuş Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırda İddiaçı QSC-nin mülkiyyətində olması bildirilmiş, cavabdehlərdə 10 gün müddətində əmlakı könüllü olaraq boşaldaraq tam təhvil vermələri bildirilmişdir.

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iclaslarından məlumatı olmamış, məhkəmə tərəfindən lazimi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmamışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur.

18. Ona görə də, Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 203.3.1 və 2013.3-cü maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

22. 28 dekabr 2018-ci il tarixədək qüvvədə olmuş İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya qeydiyyata alınmış şəxslər belə bir öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

25. Cavabdeh Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 7-10-cu bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 18-ci bəndində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarının 40-cı vərəqindən görünür ki, birinci instansiya məhkəməsində məhkəmə baxış iclası 4 may 2023-cü il tarixə təyin olunarkən bununla bağlı 7 aprel 2023-cü il tarixli məhkəmə bildirişi Cavabdeh3 Şəki rayon Cunud kəndinə göndərilmiş və 20 aprel 2023-cü il tarixdə sonuncu tərəfindən həmin ünvanda alınmışdır. Göründüyü kimi, məhkəmə iclasından məlumatı olmaması barədə apellyatorun arqumentləri əsaslı deyildir və iş materialları ilə təkzib olunur.

30. Kollegiya həmçinin qeyd edir ki, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 2(075)-1560/2017 saylı qətnaməsi xx.xx.2017-ci il tarixdə qəbul edildiyindən hazırki iş üzrə 28 dekabr 2018-ci il tarixədək qüvvədə olmuş X9 59.4-cü maddəsi tətbiq olunmalıdır.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-810/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar