Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-852/2024 01.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi faktın müəyyən edilməsinə dair ərizəsinin geri qaytarılması barədə Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(039)-763/2024 saylı qərardadından ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi rəisi İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X5 xx.xx.2007-ci ildə Gəncə şəhərində doğulmuş ovladının məhz X7 olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(039)-763/2024 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi rəisi vəzifəsini icra edən X4 şikayət ərizəsi təqdim edərək Yevlax Rayon Məhkəməsinin 2(039)- 763/2024№-li, 31 yanvar 2024-cü il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(039)-763/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(039)- 763/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi hüquqi şəxs olmasını təsdiq edən sənəd iddiaya əlavə edilməmişdir. Bununla da ərizəçinin hüquqi şəxs olmaqla məhkəməyə ərizə təqdim etmək səlahiyyətinin olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı, müstəqil tələb irəli sürmək hüququnun olması üçün hüquqi şəxs olmalıdır. Eyni zamanda, ərizə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, ərizə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ilə bağlı olsa da ərizəçi tərəfindən bununla bağlı mülki prosessual məcəllənin aşağıda qeyd edilən tələblərinə də riayət edilməmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Beləliklə, ərizəçi lazımi sənədin alınmamasının mümkünlüyü barədə sənədi də ərizəyə əlavə etməmişdir. Halbuki, Ərizəçi özü qeydiyyat orqanıdır və ərizəyə əlavə edilmiş doğum akt qeydindən müəyyən olunur ki, ərizədə göstərilən X7 doğum akt qeydi aparılmışdır və qüvvədədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə atasına məxsus tüfənglə bacısı Salmanova Başxanım İlqar qızını öldürdüyü üçün Salmanov Rasimİlqar oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-cimaddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılmış, lakin təqsirləndirilən şəxsin doğumu haqqında öldürmə) cinayət işi başlanılmış, lakin təqsirləndirilən şəxsin doğumu haqqında şəhadətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü (12 yaş) olması onun xarici görünüşünə uyğun olmadığı üçün şübhə yaratmış və tibbi ekspertiza təyin edilərək onun sümük yaşının 16 - 16,5 ilə uyğun gəldiyi məlum olmuşdur. Bundan sonra Rasim Salmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yevlax Rayon Məhkəməsinə müraciət olunmuş, lakin xx.xx.2023-cü il tarixli qərarla Rasim Salmanovun doğumu haqqında şəhadətnaməyə istinadən və cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmadığı üçün həmin təqdimat təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi isə xx.xx.2023-cü il tarixli qərarla verilmiş apellyasiya protestini təmin etməmişdir. Göstərilənlərlə əlaqədar Maraqlı şəxs Rasim Salmanovun doğumu haqqında akt qeydində onun doğum tarixinə düzəliş edilməsinə köməklik göstərilməsi üçün Ərizəçinə müraciət etmişdir. Bildirilir ki, xx.xx.2014-cü ildə Ərizəçində tərtib edilən doğum haqqında akt qeydində Rasim Salmanovun doğumunun həmin rayonun Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli tibbi arayışına əsasən qeydə alındığı, habelə doğum tarixi və yeri “xx.xx.2011-ci il, Yevlax şəhəri” kimi göstərilmişdir. Qeyd edilir ki, doğum haqqında tibbi sənədin qeydiyyat şöbəsində saxlanma müddəti qanunvericiliklə 1 ildir və hazırda Ərizəçində mühafizə edilmir. Bununla belə prokurorluq tərəfindən təqdim edilən Yevlax rayon X8 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-82/2-163/2023 nömrəli məktubunda qeyd olunan tarixdə belə bir uşağın doğulmadığı, təqsirləndirilən şəxsin anası X5 tibbi arayış almaq üçün onlara müraciət etmədiyi və ona hər hansı arayış verilmədiyi bildirilmişdir. Gəncə şəhəri X6 Hüquqi Şəxsindən Maraqlı şəxsna verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-37/2- 91/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2007-ci il tarixli “Hamilə, zahı və doğan qadınların qəbulunun qeydiyyatı” jurnalından isə görünür ki, 1982-ci il təvəllüdlü X1 şəhərində yerləşən 1 saylı Doğum evində xx.xx.2007-ci il tarixdə oğlan cinsi olan uşaq dünyaya gətirmişdir. Araşdırma zamanı bu doğumun qeydiyyata alınmadığı müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar Aygün Salmanovanın əməlində Cinayət Məcəlləsinin 320-ci maddəsinin (rəsmi sənədləri saxtalaşdırma) əlamətlərinin olub-olmaması ilə bağlı material Yevlax rayon polis şöbəsinə göndərilmişdir. Yevlax rayon polis şöbəsinin istintaq bölməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən araşdırma zamanı Aygün Salmanova oğlunun 2007-ci ildə doğulduğunu və tibbi sənədi 2014-cü ildə rayon X2 həkimə 100 manat pul verməklə aldığını etiraf etmiş, araşdırma ilə həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamış, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilir ki, Aygün Salmanova xx.xx.2023-cü ildə Ərizəçinə müraciət edərək, Rasim Salmanovun doğumu haqqında aktqeydində doğulduğu tarixə və yerə dəyişiklik edilməsini xahiş etmiş, lakin bunun üçün kifayət qədər əsas olmadığından məhkəməyə yönləndirilmişdir. O, həmin gün Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, lakin sonradan iddiadan imtina etdiyi üçün xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. X11 valideynləri övladlarının 12 yaşında olduğunu qeyd edirlər və doğulduğu tarixə dəyişiklik edilməsi ilə razılaşmırlar. Aygün Salmanovanın 2007-ci ildə Gəncə şəhərində doğulmuş övladının məhz Rasim Salmanov olması faktı müəyyən edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən Rasim Salmanovun doğumu haqqında akt qeydində düzəliş edilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Ərizəçi ərizə ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.7-ci bəndinə görə hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Belə ki, Yevlax rayon X8 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-6-82/2- 163/2023 nömrəli məktubunda qeyd olunan tarixdə belə bir uşağın doğulmadığı, təqsirləndirilən şəxsin anası X5 tibbi arayış almaq üçün onlara müraciət etmədiyi və ona hər hansı arayış verilmədiyi bildirilsə də, xx.xx.2014-cü ildə Ərizəçində tərtib edilən doğum haqqında akt qeydi hal-hazırda qüvvədədir. Belə olan halda, Rasim Salmanovun doğumu haqqında hüquqi fakt rəsmi olaraq müəyyəndir. Belə bir halda, həmin məsələ barəsində fərqli faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə iddiaya baxılması mümkün deyildir. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(039)-763/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(039)-763/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ərizəçi rəisi İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rcayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(039)-763/2024 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-852/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-852/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver