Məhkəmə qərarları › İş №2(107)-858/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-858/2022

14.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-858/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(014)-33/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25007 AZN əsas , 5090 AZN faiz borcu , 2500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 məxsus 23 sentyabr 2014 – cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)- 1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borcun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 03 fevral 2022-ci il tarixli, 2(014)- 33/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh2 Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcu və 30 manat dövlət rüsumunun tutulması Cavabdeh1 məxsus 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış, 146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılsın, fərdi yaşayış evinin ilkin satış qiyməti 51782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti 6565 (altı min beş yüz altmış beş) məbləğində müəyyən olunması, Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borc və 30 manat dövlət rüsumunun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış ,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılması və banka təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri dəyəri - 500 (beş yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022ci il tarixli, 2(014)-33/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətinə birinci instansiya məhkəməsinin qətnaməsini köçürməklə, iş materiallarını sadalamaqla kifayətlənmiş, sonda formal olaraq prosesssual hüquq normalarını heç bir izah vermədən sıralamış, bir sözlə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını açıqlamamışdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(014)-33/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar