Məhkəmə qərarları › İş №2(107)-86/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-86/2021

15.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-86/2021 15.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsindən cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hаkim Nadir Əsgərov) xx xxx 2013-cu il tаrixli 2(016)- 99/2013 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Cavadova Almara Ağasən qızına (bundan sonra cavabdeh və ya Almara Cavadova) qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilərək, Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlaklar vərəsələr arasında bölünməsi- daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının, 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X14, 1/14 hissəsinə X22, 1/14 hissəsinə X4 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilmişdir. İşin halları: Asif X10rşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının və cavabdeh Cavadova Almara Ağasən qızına çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2002-ci ildə onun ünvan 1 evdə yaşamış nənəsi (atasının anası) X5 vəfat etmişdir. Nənəsi qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Mərhum nənəsi Gülsabah Allahyarova vəfat etdiyi günədək iddiaçıının atası X21 ilə birlikdə nənəsi həmin evdə yaşamışlar. X37 isə xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Mərhum atası və o (yəni iddiaçı) nənəsinə məxsus olmuş evdə anadan olmuşlar. Hər ikisi həmin evdə daimi qeydiyyatda olmuşlar. Həmin evdə atasının vəfatından sonra da yaşamaqda davam etmişdir. Nənəsi ünvan 1 ünvanda yerləşən yaşayış evini və bütün əmlakını ona vəsiyyət etmiş, bu barədə Ağsu Rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestr üzrə vəsiyyətnamə təsdiq edilmişdir. Həmin vəsiyyətnamədə dəyişiklik edilməmiş və ləğv olunmamışdır. Mərhum nənəsidən miras qalmış və ünvan 1 ünvanda yerləşən ev və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ağsu Rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. Lakin bibisi Cavadova Almara Ağasən qızı evin hüquq müəyyən edici sənədlərini götürərək aparmışdır və sənədləri ona qaytarmaq iştəmir. Nənəsindən miras qalan daşınmaz əmlakdan ona həm vəsiyyət üzrə vərəsə kimi pay çatır və həm də mərhum atasına çatası məcburi pay ona çatır. İş üzrə cavabdeh olan Almara Cavadovanın yalnız məcburi pay almaq hüququ vardır. Lakin cavabdeh məcburi payla qane olmur. Almara Cavadova ailəlidir və özlərinə məxsus olan yaşayış evi vardır. İddiaçının isə heç bir yaşayış yeri yoxdur. Bütün əmlakları nənəsindən miras qalmış evdə yerləşir. Cavabdeh evin həyət darvazasını qıfıllayıb getmişdir. Mərhum nənəsidən miras qalmış və ona vəsiyyət edilmiş daşınmaz əmlakın bölüşdürülməsini, ona çatası miras payının və cavabdeh Almara Cavadovaya çatası məcburi payın müəyyən edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı və nümayəndəsi X33 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh Almara Cavadova izahatında iddianı qəbul edərək göstərmişdir ki, xx xxxxx 1943-cü ildə ünvan 1 ünvanda anadan olmuş, hazırda isə Ağsu şəhəri Vidadi küçəsi ev 76 ünvanda yaşayır. Onun atası X26, anası isə X5 olmuşdur. Valideynlərinin hər ikisi vəfat etmişdir. Valideynlərinin onunla birlikdə 7 nəfər uşaqları olmuşdur. Bacı və qardaşları hamısı ailə qurmuşlar. Anası vəfat etdiyi günədək ünvan 4 ünvanda yaşamışdır. Həmin evdə onun qardaşı X21 mərhum anası ilə birlikdə yaşamışdır. Qardaşı Ağasəf keçən il vəfat etmişdir. Mərhum anası Gülsabah Allahyarova vəfat etməmişdən əvvəl həmin daşınmaz əmlakı qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. Hazırda qardaşı oğlu İddiaçı məhkəmədə iddia qaldıraraq miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras paylarının müəyyən edilməsini xahiş edir. Hazırda onun tələbi ilə razılaşır. Mərhum anasından miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bərabər bölünməsinə etirazı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsi ilə cavabdeh Cavadova Almara Ağasən qızı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi qismən – Аğsu şəhərində 09 аprel 2002-ci il tаrixdə vəfаt etmiş Аllаhyаrоvа Gülsаbаh Cənnətаlı qızındаn mirаs qаlmış və Аğsu şəhəri Ü.Hаcıbəyоv küçəsi 7 sаylı ünvаndа 0.11 hа tоrpаq sаhəsi 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri yаşаyış tikilisi yerləşən dаşınmаz əmlаklаrın 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X14, 1/14 hissəsinə X22, 1/14 hissəsinə Gülməmmədоvа Sənubər Аğаsən qızının vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3238/2019 saylı qətnaməsindən cavabdeh Cavadova Almara Ağasən qızı və vəkili Vəkil2 Sərkər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə cavabdeh Cavadova Almara Ağasən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Almara Cavadova apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarında vəsiyyətnamə verilən ana kimi X2 adına dövlət qeydiyyatına alınmış hər hansı bir daşınmaz əmlakın olması barədə məlumat yoxdur. Əslində, xx xxxxxx 1996-cı il tarixdə X5 vəsiyyətnamə verərkən mülkiyyətində nə ev, nə də torpaq sahəsi olmamışdır. Eyni zamanda vəsiyyətnamədən görünür ki, torpaq sahəsi iddiaçıya vəsiyyət olunmamışdır. Həmin vaxt oluna da bilməzdi. Çünki 1996-cı ilin dekabr ayında həyətyanı torpaq sahələri dövlət mülkiyyətində olmaqla hələ vətəndaşların qanuni istifadələrində idi. Respublika Prezidentinin xx xxxxxx 1997-ci il tarixli fərmanı ilə vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. xx xxxxx 2002-ci il tarixdə anaları X5 vəfat etmişdir. O, öz hüququnu reallaşdırmadan vəfat etdiyi andan onun bu torpaqdan qanuni istifadəsinə xitam verilmiş, bu hüquq həmin evdə qeydiyyatda olnan şəxslərə keçdiyindən əslində Şəhadətnamə də həmin şəxslərin adına verilməli idi. Şəhadətnamə düzgün olmayaraq Gülsabah Allahyarovanın adına qeyd olunmuşdur. Onun ölümündən iki il sonra, bu fərmandan 8 il sonra Ağsu Rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi artıq dünyada olmayan anasının adına qeydiyyata alınmışdır. Demək istədiyi odur ki, anası vəsiyyətnamə qoyarkən həyətyanı torpaq sahəsi vəsiyyətnaməyə daxil edilməmiş və həmin vaxtı da əşya hüququ ilə ona mənsub olmamışdır. Həmin vaxt o yalnız istifadəçi olmuşdur. Buradan belə qənaətə gəlinir ki, 0,11 ha həyətyanı sahə vəsiyyət üzrə miras payının tərkibinə daxil edilməmişdir. Məhkəmə isə bu fakta əhəmiyyət verməmiş, 0,11 ha həyətyanı sahəni vəsiyyət üzrə miras payının tərkibinə daxil edərək onun da 8/14 hissəsini Asifin payına daxil etmişdir. Əslində həmin vəsiyyətnamə etibarsız hesab olunaraq çıxarılan qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. Sözü gedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra qanun üzrə vərəsəlik qaydasında bölgü aparılmalıdır. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavadova Almara Ağasən qızı apellyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, o, məhkəmənin çıxardığı qətnamə ilə razı deyil. X5 xx xxxxxx 1996-cı il tarixdə ünvan 5 ünvanda yerləşən evini İddiaçı vəsiyyət etsədə X2 Dövlət qeydiyyatına alınmış əmlakı olmamışdır. Vəsiyyətnamə verilərkən həyətyanı torpaq sahəsi barədə vəsiyyətnamədə göstəriş olmamışdır. xx xxxxx 2002-ci il tarixdə X5 vəfat etdikdən 2 il sonra xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi artıq dünyada olmayan şəxsin X2 adına qeydiyyata alınmışdır. Birinci İnstansiya Məhkəməsində evin texniki passportu mülkiyyət sənədi kimi qəbul edilmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Cavadova Almara Ağasən qızının vəkili Vəkil1 bildirdi ki, məhkəmə İddiaçı ərizəsinə əsasən işə baxmış işin faktiki hallarına düzgün qiymət verməmişdir. Belə ki, materiallarında vəsiyyətnamə verilən ana kimi X2 adına dövlət qeydiyyatına alınmış hər hansı bir daşınmaz əmlakın olması barədə məlumat yoxdur. xx xxxxxx 1996-cı il tarixdə X5 vəsiyyətnaməyə verərkən mülkiyyətində nə ev, nə də torpaq sahəsi olmamışdır. Eyni zamanda vəsiyyətnamədən görünür ki, torpaq sahəsi iddiaçıya vəsiyyət olunmamışdır. Həmin vaxtı oluna da bilməzdi. Çünki, 1996-cı ilin dekabr ayında həyətyanı torpaq sahələri dövlət mülkiyyətində olmaqla hələ vətəndaşların qanuni istifadələrində idi, Respublika Prezidentinin xx xxxxxx 1997-ci il tarixli fərmanı ilə vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. xx xxxxx 2002-ci il tarixdə anamız X5 vəfat etmişdir.O öz hüququnu reallaşdırmadan vəfat etdiyi andan onun bu torpaqdan qanuni istifadəsinə xitam verilmiş bu hüquq həmin evdə qeydiyyatda olnan şəxslərə keçdiyindən əslində şəhadətnamə də həmin şəxslərin adına verilməli idi. Şəhadətnamə düzgün olmayaraq Gülsabah Allahyarovanın adına qeyd olunmuşdur. Onun ölümündən iki il sonra, bu fərmandan 8 il sonra Ağsu rayon Aqrar islahat komissiyasının xx xxxxxx 2004cü il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi artıq dünyada olmayan X13 adına qeydiyyata alınmışdır. Birinci İnstansiya Məhkəməsi bu fakta əhəmiyyət verməmiş, 0,11 ha həyət yanı sahə vəsiyyət üzrə miras payının tərkibinə daxil edərək onun da 8/14 hissəsini Asifin payına daxil etmişdir. Əslində həmin vəsiyyətnamə etibarsız hesab olunaraq çıxarılan qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. Odur ki, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2( 016)-99/2013 saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarı ilə cavabdeh Cavadova Almara Ağasən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-2920/2020 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası iddianın təmin olunan qalan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməyən saxlayan apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Qətnamədən görünür ki, iddianın təmin edilən hissəsində qətnaməni dəyişdirməyən apelyasiya instansiyası məhkəməsi Аğsu şəhəri, Ü.Hаcıbəyоv küçəsi 7 sаylı ünvаndа yerləşən 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyriyаşаyış tikilisinin miras əmlakın toplusuna daxil olması barədə hər hansı halı müəyyən etməmiş, ümumiyyətlə, bununla bağlı hər hansı sübuta qiymət verməmişdir. İşin bu halını işdə olan sübutlarla müəyyən etmədiyi halda, Mülki Məcəllənin 1151-ci maddəsinə istinadən qeyd edilən hissədə qətnaməni dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə əsasən düzgün hesab etmir. Halbuki miras əmlak üzərində payların müəyyən edilməsi və Mülki Məcəllənin qeyd edilən normasının tətbiq edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsi zərurdir. Lakin, evin və üstəlik üzərində miras payı müəyyən edilən yаrаrsız qeyri-yаşаyış tikilisinin miras əmlak toplusuna daxil olub-olmaması halını apelyasiya instansiyası müəyyən etməmişdir. Evlə bağlı istinad edilən yeganə sənəd miras qoyan Gülsabah Allahyarovanın adına xx xxxxxx 2004-cü ildə qeydə alınmış 011, ha torpaq sahəsində 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə bir balkon, 8 kv.metr ölçüdə mətbəx və bundan əlavə 32 kv.metr ölçüdə köhnə və yararsız qeyriyaşayış tikilisi olması, bu tikililərin hər ikisinin şimal tərəfdən Ü.Hacıbəyov küçəsinə bitişik olmaqla aralarındakı məsafənin yolun oxundan 8 metr aralıda yerləşməsi, evin gediş-gəliş yolu üçün giriş-çıxışın da həmin küçəyə baxması barədə Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsinin mütəxəssislərinin verdiyi arayışdır ki, bu sənəd də əvvəla, evin miras əmlaka daxil olması halını müəyyən etmək üçün yetərli deyil, həm də istinad ediməsinə baxmayaraq, iş materiallarında da yoxdur. Bundan əlavə, miras əmlak üzərində X11, X15, X23, X27, X34 və X4 hər birinin miras əmlak üzərində 1/14 hissədə paylarını müəyyən edilməsi hissəsində qətnaməni ləğv edən apelyasiya instansiyası məhkəməsi bundan sonra cavabdeh və iddiaçının miras əmlakda paylarının hansı hissədə olmasını müəyyən etməmişdir. Bir halda ki, digər vərəsələrin paylarının müəyyən edilməsi hissəsində qətnamə ləğv edilib, belə olan halda miras əmlak üzərində pay nisbəti də miras əmlakda payların müəyyən edilməsi ilə bağı qanunvericiliyin tələbləri nəzərə alınmaqla işin müəyyən edilmiş halına uyğun həll edilməli idi. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə təkrarən verilmiş AZ-İ № 166615 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 2002-ci il tarixdə vəfat etmişdir. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2012-ci il tarixdə verilmiş AZ-İ № 520889 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxx 2012-ci il tarixdə kəskin miokord infarktı səbəbindən vəfat etmişdir. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxx 1943-cü ildə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1956-cı il tarixdə 221 sayda qeyd edilmiş, onun atası X28, anası isə X5 qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 501 A kod 40901004 olan şəhadətnamədə görünür ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə X2 mülkiyyətinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ağsu Rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestr ilə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X5 ona məxsus olan Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi ev 7 ünvanda yerləşən dirvarları saman kərpicdən tikilmiş bir mərtəbəli, iki otaqlı evi və bütün əmlaklarını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx xxxxxxxx 2012-ci il tarixli 05/01-A-117/13 saylı məktubundan görünür ki, Ağsu Rayon X30 xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə xx.xx.2012-ci il tarixə kimi dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx xxxxxx 2018-ci il tarixli 05/01-A-113/13 saylı məktubundan görünür ki, Ağsu Rayon X30 xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə xx.xx.2018-ci il tarixə kimi dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş 157 saylı rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən mərhum X3 40901004 kodu olan Torpağın mülkiyyətə verilməsinə dair 501A saylı Şəhadətnamə işlənib hazırlanmış, xx xxx 2006-cı il tarixdə İ 249 nömrə ilə Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsi tərəfindən qeydə alınmışdır. X20 adına yazılmış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı sahənin ölçüsü 0,11 hektar göstərilmişdir. Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsinin mütəxəssisləri də həmin həyətyanı sahədə ölçü aparmış və faktiki ölçüdə də həmin sahənin 0,11 hektar olduğu müəyyən edilmişdir. Beləliklə, faktiki ölçü ilə Şəhadətnamədə olan ölçü eynidir. Həyətyanı torpaq sahəsində 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə bir balkon, 8 kv.metr ölçüdə mətbəx və bundan əlavə 32 kv.metr ölçüdə köhnə və yararsız bir qeyri yaşayış tikilisi vardır. Bu tikililərin hər ikisi şimal tərəfdən Ü.Hacıbəyov küçəsinə bitişikdir. Arasındakı məsafə yolun oxundan 8 metr aralıda yerləşir. Evin gediş-gəliş yolu üçün giriş-çıxışı da həmin küçəyədir. Bu həyət və tikililər iki yerə bölünməli olsa, həmin yurd şərq və qərb tərəfə olmaqla ortadan iki hissəyə bölünməlidir ki, hər iki həyət Ü.Hacıbəyov küçəsinə açılsın. Hazırda bu gediş-gəliş yolunıın biri var, o biri üçün isə 4 metr enində daş hasar sökülüb yerində darvaza qoyulmalıdır. Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən RX Seriyаlı ******* sаylı Çıxаrışın surətindən görünür ki, Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi 12 ünvanında yerləşən ümumi sahəsi 23.8 kv.m., torpaq sahəsi 0.06 ha olan fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi **********08-10301 reyestr nömrəsi ilə dаşınmаz əmlаkın dövlət reyestrində 13 nömrəli reyestr kitаbının 47 nömrəli vərəqində xx.xx.2019-cu ildə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı аdınа ********** qeydiyyat nömrəsi ilə qeydiyyаtа аlınmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərаzi İdаrəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tаrixli inventar nömrəsi 3875 olan Texniki Pаspоrtun surətindən görünür ki, **********08-10301 reyestr nömrəli ünvan 6-də yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Ev 1935-ci ildə tikilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(016)-32/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X17 cavabdeh X18, X8, X12, X19, X24, X6 qarşı miras payları müəyyən edilmiş daşınmaz əmlakın naturada real bölgüsünün aparılması və naturada payının ayrılması tələbinə dair iddia tələbi təmin edilərək ünvan 1 ünvanda yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin qərb tərəfində tikilmiş, sahəsi 10.0 kv.m. 9.5 kv m., qarşısında açıq balkon olan evin, həyətin qərb tərəfində yerləşən 0,062857 ha torpaq sahəsi və həmin tərəfdə yerləşən yardımçı tikililərin üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, öyrənilən işin mübahisələndirilməyən hallarından bəlli olur ki, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi ilə iddiаçının cavabdeh Cavadova Almara Ağasən qızına qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilərək, Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri yaşayış tikilisi yerləşən daşınmaz əmlaklar vərəsələr arasında bölünməsi- daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə Cavadova Almara Ağasən qızının, 1/14 hissəsinə X7, 1/14 hissəsinə X9, 1/14 hissəsinə X14, 1/14 hissəsinə X22, 1/14 hissəsinə X4 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh Cavadova Almara Ağasən qızı isə apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Ağsu Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş məktubdan, eləcədə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(016)-280/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavadova Almara Ağasən qızının cavabdehlər Ağsu rayon Notariat Ofisinə və İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)-280/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Sonradan cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətindən imtina etmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(107)-204/2021 nömrəli qərardadı ilə cavabdeh İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(016)- 280/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Öyrənilən işdən bəlli olur ki, İddiaçı cavabdeh Almara Cavadovaya qarşı Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının və cavabdeh Cavadova Almara Ağasən qızına çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hansıki, həmin Məhkəmənin artıq qanuni qüvvəyə minərək icraya yönəldilmiş xx xxxx 2020-ci il tarixli, 2(016)-280/2020 nömrəli qətnaməsi ilə Ağsu rayon X30 xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. Oxşar münasibətləri nizama salan MPM-in 218.3-cü maddəsinin tələbinə görə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, iddiaçının tələbi vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının müəyyən edilməsi olduğundan, hazırki vəziyyətdə sözügedən vəsiyyətnamə etibarsız sayıldığından iddiaçının məlum tələblə məhkəməyə müraciət etmək üçün hüquqi əsası da qalmır. Belə olan halda məhkəmə kollegiyası hazırkı mülki iş üzrə əlavə araşdırma aparmağa da zəruriət görmür. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh Cavadova Almara Ağasən qızının apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)- 99/2013 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiаçı İddiaçı cavabdeh Cavadova Almara Ağasən qızına qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh Cavadova Almara Ağasən qızının apellyasiya şikayəti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx xxx 2013-cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Cavadova Almara Ağasən qızına qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar