Məhkəmə qərarları › İş №2(107)-861/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-861/2021

14.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-861/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsinsə yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(033)-8/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsinsə yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin məhkəmə baxışı xx xxxxxx 2019-cu il saat 11-15-ə təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 fevral dekabr 2019-cu il tarixli 2(033)-171/2019 saylı qərardadı ilə sözügedən mülki iş üzrə məhkəmə tikiti-texniki ekspertizası təyin edilərək, iş üzrə icraat ekspertizanın rəyi alınanadək dayandırılmışdır. Həmin Məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(033)-171/2019 saylı qərardadı iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə baxışı xx xxxx 2019-cu il saat 10-30-a təyin edilmiş, həmin tarixli məhkəmə iclasının qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-724/2019 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək X2 hazırkı iş üzrə iddiaçılara qarşı torpaq sahəsinin planı və ölçüsü sənədin ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarın qanuni qüvvəsini alanadək İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsinsə yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)- 171/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsi və evdən çıxarılması və onun həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə baxışı xx xxxxxx 2019-cu il saat 11-45-ə təyin edilmiş, həmin günü məhkəmə iclası cavabdehin şifahi vəsatətinə əsasən xx xxxxxx 2019-cu il tarixə təxirə alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(033)-171/2019 saylı qərardadı ilə Şəki İİM-in icraatında olan X2 hazırkı iş üzrə iddiaçılara qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarın qanuni qüvvəsini alanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bu Məhkəmənin xx xxxxxx 2021-cu il tarixli 2(033)-8/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsi və evdən çıxarılması və onun həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə baxışı xx xxxxxx 2021-ci il saat 15-00-a təyin edilmiş, həmin günü cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təxirə alınmışdır. Yenidən həmin Məhkəmənin xx xxxx 2021-ci il tarixli 2(033)-8/2021 saylı qərardadı ilə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsinsə yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair hazırki iş üzrə icraat Zaqatala Rayon Məhkəməsində Cavabdeh iddiası üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil qərardaddan narazı qalaraq şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə mahiyyəti üzrə baxılaraq ekspert rəyi alındıqdan sonra iş üzrə icraat təzələnmiş, lakin qarşı tərəf Şəki İnzibati Məhkəməsində iddia qaldırdırdığından iş üzrə icraat dayandırılmışdır. Bundan sonra məhkəmə icraatı təzələnmiş, ancaq tərəf kimi müraciət edildikdən sonra icraat təzələnmişdir. İşə baxılması davam etdirilərkən qarşı tərəf Zaqatala Rayon Məhkəməsində vəsiyyətnaməni mübahisələndirdiyindən iş üzrə icraat yenidən əsassız olaraq dayandırlmışdır. Odur ki, qərardadın ləğv edilərək işə baxılmasının davam etdirilməsini yaxud şikayətin işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(033)-8/2021nömrəli qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(033)-8/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(033)-8/2021 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayəti rədd edərkən hesab etmişdir ki, iş üzrə icraatın əvvəl dayandırılma səbəbi hazırkı iş üzrə cavabdehin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi və üçüncü şəxs İddiaçı qarşı hazırkı iş üzrə mübahisələndirilən A N-205648 nömər ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciəti olmuşdur. Sözügedən inzibati işə baxılması vəziyyəti ilə bağlı məhkəmə tərəfindən xx xxxxxxx 2020-ci il tarixli məktubla İnzibati Məhkəməyə müraciət edilmiş, iş materiallarında olan 30/133 saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati məhkəmənin sədri tərəfindən verilmiş məlumatda işin xx xxxx 2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərildiyi və hal-hazıradək qaytarılmadığı qeyd olunmuşdur. Həmin iş üzrə yekun nəticə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərarı olmuşdur. 2021-ci ilin yanvar ayında isə iddiaçı tərəf ərizə göndərmiş, Ali Məhkəmənin sözügedən qərarı sistem vasitəsi ilə məhkəmə tərəfindən götürülərək icraat təzələnmişdir (yəni tərəflərə bununla bağlı qərarın surətini təqdim etməmişlər). İş üzrə icraat təzələnərək xx xxxxxx 2021-ci il tarixə təyinat verilmiş və tərəflərə məlumat verilmişdir. İşə mahiyyəti üzrə baxılması davam etdirilərkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı və 2 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraicət etmiş, mülki iş xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Müəyyən olunmuşdur ki, iş üzrə cavabdehin inzibati məhkəmədə iddiası müddətin ötürülməsi ilə verildiyindən mümkün sayılmamışdır. Hazırda isə mübahisələndirilən torpaq sahəsi və yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə əsas olan vəsiyyətnamə və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirmişdir. Məhkəmə məhz hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi və evlə bağlı hüquqmüəyyənedici sənədlər məhkəmədə mübahisələndirildiyindən və hazırkı mübahisəyə baxılması həmin iş üzrə yekun qərardan asılı olduğundan iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Hazırkı halda işə yenidən baxan apellysiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. MPM-in 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, «MPM-in 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.» İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu kontekstdə iş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə əsassız olaraq və işin baxılmasını uzatmaq məqsədilə icraatı dayandırmışdır. Belə ki, hazırki iddia Zaqatala Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra cavabdeh əvvəlcə Zaqatala Rayon Məhkəməsinə müraciət edir ki, evin mülkiyyət sənədləri ləğv edilsin. İş bununla əlaqədar dayandırılır (hansıkı hakim özü də bilməli idi ki, bu tələblərə ümumi məhkəmələrdə deyil, müvafiq olaraq inzibati məhkəmələrdə baxılır). Cavabdehin həmin ərizəsinə Zaqatala Rayon Məhkəməsində həmin işə məhkəmədə baxılmalı olmaması əsası ilə (MPM-in 261.0.1-ci maddəsi) baxılmır və mülki iş üzrə icraata xitam verilir. Bundan sonra məhkəmənin məlum qərardadı ilə işin icratı təzələnir və işin icraatı təzələnən kimi cavabdeh Şəki İnzibati Məhkəməsində evin mülkiyyət sənədlərinin ləğvi ilə əlaqədar iddia qaldırır. Zaqatala Rayon Məhkəməsi dərhal bu iddiadan məlumat əldə edərək, için icraatını dayandırır. Həmin işin baxılması 2 il davam edir və sonda yenə də cavabdehin iddiası təmin edilmir. İşin icraatı təzələnən kimi, məlum olur ki, cavabdeh bu dəfə də Zaqatala Rayon Məhkəməsinə vəsiyyətnamənin etibarsız edilməsi barədə iddia vermişdir. Hansıki, vəsiyyətnamə Cavabdeh babası tərəfindən əmisinə yazılmışdır. Göründüyü kimi, cavabdeh müxtəlif tələblərlə bağlı məhkəmdə iddia qaldırmaqla, əslində hazıkı mülki işin baxılamsına süni maneələr yaradır. Həmçinin, məhkəmənin məlum qərardadında sözügedən işlər arasında hər hansı bir hüquqi bağlılığın və aslılığın olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İnsan Hüquqlarının və X4 X3 ədalətli məhkəmə araşdırması hüququndan bəhs edən 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Öyrənilən işdən bəlli olur ki, sözügedən mülki iş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilsədə, cavabdehin müxtəlif tələblər əsasında ayrı-ayrı məhkəmələrdə qaldırdığı iddialara görə həmin mülki işin icratı bu günkü günə kimi davam edir. Halbuki, hazırkı məhkəmə prosesslərinin cavabdehin müxtəlif tələblər əsaında ayrıayrı məhkəmələrdə qaldırdığı iddialara görə uzadılması və müxtəlif məhkəmələrdə baxılması üçün prosessual imkanların yaradılması və buna görə mülki işin icraatının dayandırılması İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında X1 və 6-cı maddəsinin əhatə etdiyi «hüquqi müəyyənlik» prinsipinin pozulmasına gətirib çıxara bilər və buna hər hansı əsasla bəraət qazandırılması haqlı olmaz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə nəticəyə gəlməklə prosessual hüquq normalarını pozmuşdur. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir (MPM-398.0.2). Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikаyət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(033)-8/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,2202 ha həyətyanı torpaq sahəsindən, həmin həyətyanı torpaq sahəsinsə yerləşən fərdi yaşayış evindən və 0,3684 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahələrinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş sonrakı hərəkətlər edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar