Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-861/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin cavabdehlər X4 və Cavabdeh2 qeyriqanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək X10 vəfat etdiyindən onun cavabdehlər siyahısından çıxarılmasını və iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxliqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş: 1.02 ha torpaq sahəsinin 0.5399,79 ha hissəsinin Cavabdeh2 Təhsini qızının qeyriqanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona yerilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri həyat yoldaşı X5, övladları X8, X9 və X1 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə 2006-cı il tarixində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.02 ha torpaq sahəsinə görə bizə JN-474 Kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinin 0.4847.66 ha hissəsi yaşadığı həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.5399.79 ha hissəsi isə kəndin aşağı hissəsində yerləşən kolxoz bağı adlanan fındıq bağından verilmişdir. 28 iyun 2007-ci il tarixdə DTXK Qəbələ rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə komisiyya tərəfindən akt tərtib olunaraq 0,54 ha fındıq bağı mənə tanıdılmışdır. Lakin buna baxmayaraq cavabdeh X10 həmin torpağın istifadə olunmasında bizə açıq-aşkar maneçilik törətdiyindən dəfələrlə cavabdehə bildirməklə törədilən maneələrə son qoyulmasını ondan tələb etsə də, Oktay həmin tələblərə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-xx/xx/2008 nömrəli qətnaməyə əsasən JN- 0774, KOD 40614018 saylı Dövlət Aktının B planşetində göstərilən və İddiaçı yəni-onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5399,79 kv.m torpaq sahəsindən istifadə olunmasında cavabdeh Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan X10 tərəfindən mane olan hallar aradan qaldırılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2xx/xx/2008 nömrəli yanlışlıqların düzəldilməsi haqqında qərardada görə qətnamənin 3-cü səhifəsində nəticə(qət etdi) hissəsinə kompüter səhvi olaraq daxil edilmiş “JN-0774” rəqəmi “JN0474” rəqəmi kimi oxunması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Qəbələ İcra Qrupu tərəfindən xx.xx.2010-cu il tarixində icra olunmuş, torpaq sahəsinin istifadəsində yaranmış maneələr aradan qaldırılmış və borclu(cavabdeh) X2, həyat yoldaşı Cavabdeh2 iltizamlar (torpaq sahəsinin istifadəsində yaradılan maneələrə son qoyulması barədə) alınmışdır. Lakin bir neçə il mən sərbəst olaraq ona və ailə üzvlərimə verilmiş torpaq sahəsini meneəsiz istifadə etsəm də, şəxsi problemlərim ilə əlaqədar torpaq sahəsinə baxa bilmədiyimdən, nəzarətsiz qaldığından yenidən cavabdehlər tərəfindən bu dəfə qanunsuz zəbt olunmaqla və ətrafını bağlamaqla məni və ailə üzvlərimi torpaq sahəmizə buraxmamışlar. O, dəfələrlə X6 və həyat yoldaşı Cavabdeh2 torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, o, bu barədə Qəbələ rayon İcra və Probasiya Şöbəsinə və Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyimə baxmayaraq zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)- 34/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək belə əsaslandırılmışdır ki, ona və ailə üzvləri həyat yoldaşı X5, övladları X8, X9 və X1 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə 2006-cı il tarixində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.02 ha torpaq sahəsinə görə bizə JN-474 Kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinin 0.4847.66 ha hissəsi yaşadığı həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.5399.79 ha hissəsi isə kəndin aşağı hissəsində yerləşən kolxoz bağı adlanan fındıq bağından verilmişdir. 28 iyun 2007-ci il tarixdə DTXK Qəbələ rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə komisiyya tərəfindən akt tərtib olunaraq 0,54 hafındıq bağı ona tanıdılmışdır. Lakin buna baxmayaraq cavabdeh X10 həmin torpağın istifadə olunmasında bizə açıq-aşkar maneçilik törətdiyindən dəfələrlə cavabdehə bildirməklə törədilən maneələrə son qoyulmasını ondan tələb etsək də, Oktay həmin tələblərə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-xx/xx/2008 nömrəli qətnaməyə əsasən JN-0774, KOD40614018 saylı Dövlət Aktının B planşetində göstərilən və İddiaçı yəni-onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5399,79 kv.m torpaq sahəsindən istifadə olunmasında cavabdeh Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan X10 tərəfindən mane olan hallar aradan qaldırılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2xx/xx/2008 nömrəli yanlışlıqların düzəldilməsi haqqında qərardada görə qətnamənin 3-cü səhifəsində nəticə (qət etdi) hissəsinə kompüter səhvi olaraq daxil edilmiş “JN-0774” rəqəmi “JN-0474” rəqəmi kimi oxunması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Qəbələ İcra Qrupu tərəfindən xx.xx.2010-cu iltarixində icra olunmuş, torpaq sahəsinin istifadəsində yaranmış maneələr aradan qaldırılmış və borclu (cavabdeh) X2, həyat yoldaşı Cavabdeh2 iltizamlar (torpaq sahəsinin istifadəsində yaradılan maneələrə son qoyulması barədə) alınmışdır. Lakin bir neçə il sərbəst olaraq ona və ailə üzvlərinə verilmiş torpaq sahəsini meneəsiz istifadə etsə də, şəxsi problemləri ilə əlaqədar torpaq sahəsinə baxa bilmədiyindən, nəzarətsiz qaldığından yenidən cavabdehlər tərəfindən bu dəfə qanunsuz zəbt olunmaqla və ətrafını bağlamaqla onu və ailə üzvlərini torpaq sahəsinə buraxmamışlar. O, dəfələrlə X6 və həyat yoldaşı Cavabdeh2 torpaq sahəsindən çıxmasını bildirsə də, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin, o bu barədə Qəbələ rayon İcra və Probasiya şöbəsinə və Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyinə baxmayaraq zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər və o da iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları : Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 -ci maddəsinə gorə. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, Apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, Apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasıya və Apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası Apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iclasında İddiaçı tərəfindən təqdim edilmiş Qəbələ rayon Məhkəməsinin 2(025)-331/2009 saylı 10 noyabr 2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X7 və Cavabdeh1 cavabdeh DTXK Qəbələ rayon Şöbəsinə və müstəqil tələb irəli sürə bilən üçüncü şəxs Qəbələ rayonunun Mıxlıqovaq bələdiyyəsinə qarşı JN- 0123,JN-0125 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə JN-656, JN-0821 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin onlara tanıdılması eləcə də iddiaçı X3 Aqrar İslahatından əvvəl verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsinin onun pay torpağına əlavə edilməklə cəmi-0,36 hektar torpaq sahəsinin (0,21 ha + 0,15 ha = 0,36 ha) Nümayəndə naturada ayrılaraq zəbtlərindəki torpaq sahəsindən tanıdılması və adlarına rəsmiləşdirilməsi tələbi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim T.Ə.Məmmədov) 2(025)-331/2009 nömrəli iş üzrə 20 noyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş JN-474 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0125 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 105648 nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********45; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017-ci il) görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi üzərində X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 72 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 105686 nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********50; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2017-ci il) görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi üzərində X11 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 69 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ 227393 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02 yanvar 2022-ci il tarixdə Bakı şəhər Nərimanov rayonunda vəfat etmişdir. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən olundu ki, yuxarıda göstərilən məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin Cavabdeh2 qeyriqanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilməmiş və nəticədə iş üçün müəyyən olunması zəruri sayılan faktiki hallara uyğun olmayan qətnamə qəbul edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəf eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmasına baxmayaraq yenidən həmin tələblə məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduqda tərəfin həmin tələblə bağlı yenidən iddia qaldırmasını qadağan edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Cavabdeh2 əvvəlki iş üzrə cavabdeh olmasa belə o, Cavabdeh1 vərəsəsi olduğundan həmin tələblə bağlı yenidən Cavabdeh1 vərəsəsinə iddia qaldırmaq hüququ yoxdur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, həmin iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin Apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu duzgun olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası bu nəticəyə gəldi ki, İddiaçı Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin Cavabdeh2 qeyri qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 97, 98, 255.0.5, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin Cavabdeh2 qeyri qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-861/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-861/2022
01.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver