Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-863/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair (Açar sözlər: mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)- 47/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Bilallı (Qaçayzadə) Fidan Hikayyət qızı arasında nikah Ağsu rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü ildə, 75 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2014cü ildə X5 və xx.xx.2015-ci ildə X4 anadan olmuşdur.
2. Ağsu RİHB-nin Ərəbuşağı kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatdadır və orada yaşayır.
3. Torpağın mülkiyyətə verilməsinə dair JN-047A, kod-40904018 olan şəhadətnamənin təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, Cavabdeh2, X3, İddiaçı və X1 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.26 ha torpaq sahəsi verilmişdir.
4. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri Ağsu rayonu, Ərəbuşağı kəndi qeyd edilmişdir
5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-863/2022 nömrəli qərardadından görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)- 47/2022 nömrəli qətnaməsi “iddiaçının arvadı Cavabdeh1 Ağsu rayon Ərəbuşağı kəndində yerləşən evə köçürülmə və istifadə hüuqunun tanınmasının təmin edilməsi ” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Cavabdeh1, azyaşlı uşaqları 27 iyun 2014-cü il doğum tarixli Ayan və 09 iyul 2015-ci il doğum tarixli Namiq adlı uşaqları ilə birlikdə Ağsu rayon Ərəbuşağı kəndində yerləşən evlərinə köçürülmələrini və yaşayış hüquqlarının cavabdeh tərəfindən tanınmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 18 avqust 1992-ci ildə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olmuşdur. Cavabdeh1 ilə evlənib ailə qurmuş və nikahları Ağsu rayon Qeydiyyat şöbəsində 13 mart 2014-cü il tarixdə 75 saylı nikah aktı ilə qeydə alınmışdır. Ərarvadlıq münasibətlərindən 27 iyun 2014-cü ildə Ayan, 09 iyul 2015-ci il tarixdə isə Namiq adlandırdıqları uşaqları anadan olmuşdur. Toylarından bir müddət sonra atası olan cavabdeh onunla və ailəsi ilə kobud rəftar etməyə başladı. Hər gün dava, söz-söhbət evlərindən əksik olmurdu. Atası onların həmin evdə yaşamasını istəmirdi. 2021-ci ilin may ayında anası sakitçilik yaranması üçün başqa bir evdə kirayə tutub yaşamalarını, bir müddət sonra evə qayıtmalarını təklif etdi. Anasının xəstə olmaqla onun sağlamlığını düşünüb təkliflə razılaşb, 2021-ci ilin iyun ayının 1-də ailəsi ilə birlikdə kirayə evə çıxmışdır. Fəhləlik edərək ailəsini dolandırır və qazancı yetərli deyil, üstəlik evin kirayə pulu da olduğundan yaşayışları çətindir. 16 avqust 2021-ci ildə anası vəfat etmişdir. Ailəsi ilə birlikdə evdən çıxmağı anasının xəstəliyinin artmaması və sağalması üçün idi, lakin çox təəssüflər ki, anası artıq dünyasını dəyişmişdir. Ailəsi ilə birlikdə cavabdehin yaşadığı Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatdadır. Buna müvafiq olaraq ev kitabında və evə dair zəruri olan digər müvafiq sənədlərdə qeydiyyatı müəyyən olunur. Ağsu rayonu Ərəbuşağı kəndində yerləşən evləri 150 kvadrat metrdir, kürsülü olmaqla 3 otaq, bir mətbəx və bir zaldan ibarətdir. Hazırda cavabdeh ilə münasibətləri pozulduğundan onu və ailəsini evə buraxmır, həmin evdə yaşamaqlarına imkan vermir.
8. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 22 fevral 2022-ci il tarixli, 2(016)- 47/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı, arvadı Cavabdeh1, azyaşlı uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Ağsu rayonu, Ərəbuşağı kəndində yerləşən evə köçürülmələri və onların həmin evdə istifadə hüququnun tanınması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, proses iştirakçılarının izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir.
10. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli yaşayış evində doğulmuş, Aqrar İslahat Komissiyasının 1998-ci il 30 aprel tarixli 06 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə 0.26 ha torpaq sahəsinin verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-047A, kod-40904018 olan şəhadətnamə ilə iddiaçının həmin evdə yaşamaqla mülkiyyətçi olmasını əks etdirir. Bununla yanaşı xx.xx.2014-cü ildə iddiaçı Cavabdeh1 ilə ailə quraraq həmin evə gəlin gəlmişdir. Orada birlikdə yaşamaqla həmin müddətdə iki uşaqları anadan olmuşdur. Cavabdeh 2021-ci ilin may ayından aralarında yaranmış münasibətlər nəticəsində onu evdən çıxarmışdır. Lakin ötən müddət ərzində həmin evdə yaşayaraq cavabdehlə eyni hüquqlardan istifadə etmiş, hazırda da həmin ünvanda qeydiyyatdadır.
11. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
12. Eyni zamanda iddiaçının qeydiyyat ünvanı da şəxsiyyətini təsdiq edən sənəddə ünvan 1eyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının, arvadının və onların uşaqlarının yaşayış yeri sayıldığından və cavabdehlərin onları həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerlərini müəyyən müddətə tərk etməli olduqlarından, bununla da onlar yaşadıqları mənzildən qanunsuz olaraq məhrum olunduqlarından, iddia təmin edilərək, iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməli, istifadə hüququ tanınmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 27-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının tələblərini əsaslandırdığı halları düzgün araşdırmamışdır. Digər tərəfdən iddiaçının həyat yoldaşı Cavabdeh1 Hikayət qızı yetkinlik yaşına çatmış şəxs olmasına baxmayaraq onun iddia vermək səlahiyətinin olmasını, iddia ərizəsi vermədiyi halda onun həmin evə köçürülməsi barədə qətnamə qəbul etməklə prosessual normaları kobud şəkildə pozmuşdur. Məhkəmə yaşayış evinin miras əmlakı olması faktlarını araşdırmamışdır. Həmin əmlakın onun istifadəsində deyil. Həmin evdən digər bacı və qardaşlarının istifadə etməsi barədə məhkəmə iclasında verdiyi izahatlar araşdırılmamışdır. Göründüyü kimi, onun kimi digər bacı və qardaşları miras şərikləridirlər. İddiaçının həmin evə köçürülməsi onun kimi, onlarında hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Digər tərəfdən iddiaçının əmlakları həmin evdə yerləşir, mütəmadi evə ailə üzvləri ilə gedib baş çəkir. Onları evdən heç kim çıxarmamış, hətta iddiaçılar onları evə buraxmırlar. Qardaşı cavabdehə qarşı evə ölçü işlərinin aparılması üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddianı düzgün araşdırmamaqla səhv nəticəyə gəlmiş, iddianın təmin olunması barədə əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Digər tərəfdən məhkəmə qətnaməsinin nəticə hissəsini düzgün göstərməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) xx.xx.2022-ci il tarixli, 2(016)-47/2022 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı, arvadı Cavabdeh1 Hikayət qızı, azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 oğlu ilə birlikdə Ağsu rayonu Ərəbuşağı kəndində yerləşən evlərinə köçürülmələri və onların həmin evdə stifadə hüquqlarının tanınması barədə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, iddiaçı həmin ünvanda anadan olub, yaşasa da, bir ilə yaxındır ki, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçının evin yerləşdiyi torpaq sahəsində payı olsa da, evdə heç bir payı yoxdur. Çünki ev hələ sənədləşməyib. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. İddiaçı rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 055 242 89 34 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
20. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyasının: 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
25. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin:
53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 13.4. maddəsinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 217.2. maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)- 47/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “İddiaçı azyaşlı uşaqları 27 iyun 2014-cü il doğum tarixli Ayan və 09 iyul 2015-ci il doğum tarixli Namiq adlı uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun müəyyən edilməsi hissəsində” gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə bu hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
31. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən bu hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, işin mübahisəsiz hallarındın müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış evində doğulmuş, Aqrar İslahat Komissiyasının 1998-ci il 30 aprel tarixli 06 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə 0.26 ha torpaq sahəsinin verilməsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-047A, kod-40904018 olan şəhadətnamə ilə iddiaçının həmin evdə yaşamaqla mülkiyyətçi olmasını əks etdirir. Bununla yanaşı xx.xx.2014-cü ildə iddiaçı Cavabdeh1 ilə ailə quraraq həmin evə gəlin gəlmişdir. Orada birlikdə yaşamaqla həmin müddətdə iki uşaqları anadan olmuşdur. Cavabdeh 2021-ci ilin may ayından aralarında yaranmış münasibətlər nəticəsində onu evdən çıxarmışdır.
33. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi yalnız cavabdehə deyil, bir neçə şəxsin, o cümlədən iddiaçı Bilal Billalının ümumbirgə mülkiyyətindədir.
34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ailə qurduqdan sonra da bir müddət mübahisəli evdə yaşamış, orada yaşayan digər şəxslərlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır.
35. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı yetkinlik yaşına çatmayan uşaqları və arvadı ilə birlikdə kirayədə yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən başqa ünvandır. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
36. İş materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
37. Mülki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə münasibətdə “ailə üzvü” statusuna malik olan şəxslərdəndir.
38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev həmin dövrdə mülkiyyətdə olmadığına görə tərəflər arasındakı mübahisəyə onlar arasında mübahisə edilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin normalarımı tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı anadan olan tarixdən mübahisəli ünvanda fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla təsərrüfat aparması həm iddiaçının, həm cavabdeh tərəfin etirafı ilə tam sübuta yetir. Beləliklə də, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir. Belə ki, həmin Məcəllənin 53cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
40. Belə olan halda məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı ilə onun yetkinlik yaşına çatmayan övladı qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbləri qaydasında Ağsu rayon Ərəbuşağı kəndində yerləşən fərdi yaşayış evindən istifadə və yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidirlər. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı tərəfin həmin ünvanda qeydiyyatda olub-olmaması və ya hansı tarixdən etibarən mübahisəli ünvanda qeydiyyatda olması önəmli məsələ deyil.
41. Apellyasiya şikayətinə dəlillərinə ümumilikdə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcud olmuş, iddia üzrə cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin sənədləşməsinin düzgün olmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
42. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
43. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi yaşayış sahəsində uzun müddət fasiləsiz yaşayıb, lakin hazırda cavabdehin müdaxiləsi nəticəsində yaşamaqdan məhrum olub. 3-cü hala gəldikdə isə kollegiya bildirir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları (iddiaçının arvadı Cavabdeh1 münasibətdə istisna olmaqla) kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
45. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsində istifadə hüququnun tanınması və köçürülməsi barədə düzgün qənaətə gəldiyindən, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti “İddiaçı və onun yetkinlik yaşına çatmayan övladlarının mübahisəli yaşayış evinə köçürmə və istifadə hüququnun tanınması hissəsinin təmin edilməsi” hissəsinə münasibətdə təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsi “İddiaçı və onun yetkinlik yaşına çatmayan övladlarının (27 iyun 2014-cü il təvəllüdlü Ayan və 09 iyul 2015-ci il təvəllüdlü Namiq) Ağsu rayon Ərəbuşağı kəndində yerləşən evlərinə köçürülmələri və yaşayış hüquqlarının tanınmasının” təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov