Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-866/2023 30.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)-352/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013- cü il tarixli 112s nömrəli sərəncamı ilə Qəbələ radiolakasiya stansiyasının bağlanması ilə əlaqədar olaraq, Azərbaycan tərəfinə təhvil verilmiş əmlakın səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə X1 yaşayış şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəniməişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ rayon İcra Hakimiyyəti başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərancamı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan keçmiş X1 yaşayış şəhərciyində ümumi dəyəri ******* (bir milyon bir yüz altmış min səkkiz yüz yetmiş doqquz) manat olan yaşayış binaları əvəzsiz olaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilməsi qərara alınmışdır. Cavabdeh hal-hazırda keçmiş X1 yaşayış şəhərciyində olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/37 nömrəli, 2 (iki) otaqlı yaşayış mənzilində yaşayır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/37 nömrəli, 2 (iki) otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bilindiyi kimi Qəbələ rayonu ərazisində uzun illər ərzində Rusiya Federasiyasının N saylı hərbi hissəsi (X5, Daryal) fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə xidmət edən hərbiçilərin ailələri və digər işçilərin ailələrinin yaşaması üçün hərbi şəhərcik mövcud olmuşdur. Sonradan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi hissənin fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda icarə vaxtının uzadılması məqsədilə işçi qruplarının görüşləri olmuş və 04 dekabr 2012-ci il tarixdən həmin hərbi hissənin fəaliyyəti dayandırılaraq Azərbaycan ərazisini tərk etmişlər. Bu zaman ərazidə yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti yaşayış evləri Gəncə şəhərində yerləşən Mənzil istismar İdarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli, 305s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan- Rusiya birgə Komissiyasının tərkibi təsdiq edilmiş və 1 ay müddətində inventarlaşdırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 328s nömrəli sərəncamı ilə X1 fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin keçirilməsi üzrə komissiya yaradılmış və inventarlaşdırılmış əmlakın təhvil verilməsi həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli n, 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Gəncə Mənzil İstismar İdarəsinin balansında olan və rayon icra hakimiyyətinin balansına verilənədək müddətdə xidməti mənzillər olmasına baxmayaraq və orada yaşamağa heç bir hüququ olmayan şəxslər özbaşına olaraq müxtəllif yollarla həmin mənzillərə soxularaq zəbt etmişlər. Keçən dövr ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən dəfələrlə şəhərcikdə yerləşən binalarda qanunsuz olaraq yaşayan vətəndaşların mənzilləri boşaldaraq tərk etmələri tələb olunmuşdur. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər.
4. Məhkəmə iclasında iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, uzun müddətdir Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/37 nömrəli mənzildə yaşayır. Onun hal-hazırda başqa yaşamağa yeri yoxdur. Göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatınında sahə rəisi vəzifəsində işləyir. Cavabdeh 2021-ci ildən Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/37 nömrəli mənzildə qanunsuz olaraq daxil olmuşdur. Cavabdehi həmin mənzildən bir dəfə çıxartsa da, yenidən qanunsuz olaraq həmin mənzilə daxil olmuş və bu dəfə onu mənzildən çıxartmaq mümkün olmamışdır. Bununla bağlı polisə də müraciətləri olmuş, oradan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61 saylı binanın 37 saylı 2 (iki) otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır.
8. İddia ərizəsi üzrə mübahisənin məğzini Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61 saylı binanın 37 saylı 2 (iki) otaqlı mənzilindən Cavabdeh çıxarılması və mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir.
9. Məhkəmə qeyd edir ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzilin yerləşdiyi keçmiş hərbi şəhərcik 2012-ci il dekabrın 10-dək Rusiya Federasiyasının icarəsində olmuş «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçuların müvəqqəti yaşaması üçün nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından həmin yaşayış sahələri xidməti yaşayış sahəsi kimi «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçulara və həmin stansiyada əmək münasibətlərində olmuş, lakin müvafiq yaşayış məntəqəsində (Qəbələ rayonunda) yaşayış sahəsi olmayan işçilərə verilməsi üçün nəzərdə tutulmuşdur.
10. Cavabdeh isə 2021-ci ildən heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61 saylı binanın 37 saylı mənzilini zəbt etmişdir. Bunu o, məhkəmə araşdırması zamanı verdiyi ifadəsində də etiraf etmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi fəaliyyətini dayandırıb Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin hərbi hissənin xidməti istifadəsində olmuş Qəbələ-2 ünvanında yerləşən keçmiş hərbi şəhərcikdə yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına verilməsinə baxmayaraq, yaşayış sahələrinin son təyinatı müəyyənləşməmişdir və gələcəkdə bu yaşayış məntəqəsindəki yaşayış sahələrinin məqsədli təyinatını müəyyən etmək Azərbaycan Dövlətinin müstəsna səlahiyyətindədir.
11. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Cavabdeh heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasının mülkiyyətində olub, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmiş Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61 saylı binanın 37 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayır.
12. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)-352/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61 saylı binanın 37 saylı 2 (iki) otaqlı mənzildən çıxarılması və həmin mənzil boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7, 8, 17, 91, 98, 99 və 103-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
14. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013- cü il tarixli 112s nömrəli sərəncamının surətindən görünür ki, Qəbələ radiolakasiya stansiyasının bağlanması ilə əlaqədar olaraq, Azərbaycan tərəfinə təhvil verilmiş əmlakın səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə X1 yaşayış şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ rayon İcra Hakimiyyətinin balansına verilmişdir.
15. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli 51 nömrəli sərancamından görünür ki, X1 yaşayış şəhərciyində yerləşən və aşağıda adları qeyd olunan, ümumi dəyəri ******* (bir milyon üç yüz altmış doqquz min doqquz yüz qırx beş) manat olan bina və qurğuların əvəzsiz olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır.
16. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının 25 yanvar 2016cı il tarixli 10 nömrəli sərancamından görünür ki, Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan keçmiş X1 yaşayış şəhərciyində ümumi dəyəri ******* (bir milyon bir yüz altmış min səkkiz yüz yetmiş doqquz) manat olan yaşayış binaları əvəzsiz olaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilməsi qərara alınmışdır.
17. İş materiallarında olan Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh ünvanlanmış 04 aprel 2022-ci il tarixli, 32 nömrəli bildirişdən görünür ki, sonuncuya keçmiş hərbi şəhərcik ərazisində yerləşən Kombinatın balansında olan 61 №-li yaşayış binasının 37 №-li mənzilini qeyri-qanuni olaraq zəbt etdiyini, üç gün müddətinə mənzili boşaltmağı, əks təqdirdə X4 müraciət olunacağı bildirilmişdir.
18. İşdə olan Cavabdeh məxsus AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə cavabdeh ünvan 1 ünvanında qediyyatdadır.
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o uzun müddətdir Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/37 nömrəli mənzildə yaşayır və onun başqa yaşamaq üçün fərdi yaşayış evi, mənzili yoxdur. Ona görə də, həmin mənzillər boş olduğundan o məcburiyyət qarşısında qalaraq orada məskunlaşmış və mənzildə az da təmir işləri apararaq həmin mənzili yaşanası vəziyyətə gətirmişdir. Eyni zamanda bildirir ki, mənzilin mülkiyyət sənədi mövcud deyil, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir və iddiaçıların həmin mənzil üzərində mülkiyyət hüquqları tanınmamışdır. Digər tərəfdən isə yaşadığı mənzildən məcburi qaydada çıxarıldığı halda harada yaşayacağı nəzərə alınmamışdır.
21. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)- 352/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı apellyasiya şikayətinə qarşı etiraz göndərərək, təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 7.1. Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Maddə 17. Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 103. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)- 352/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hazırki iş üzrə mübahisəli mənzilin balans saxlayıcısının iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı olması birinci instansiya məhkəməsi tərəfindən alınmış iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və Mənzil Məcəlləsinin 17 və 99-cu maddələri təşkil edir.
32. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh balansında olan mənzildən çıxmasını tələb etməkdə, birinci instansiya məhkəməsi də həmin iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi mübahisəli mənzil iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına aid olduğundan o, öz balansında olan mənzili cavabdehin istifadəsinə və ya kirayəsinə verib-verməmək hüququnu özündə saxlayır. Cavabdehin apellyasiya şikayətində yaşamağa başqa mənzilinin olmaması barədə göstərdiklərinə dair kollegiya qeyd edir ki, həmin hal cavabdehə hər hansı hüququnun olmadığı mənzili zəbt etməsinə haqq qazandırmamaqla, iddiaçının balansında olan mənzildən onun çıxarılmasını tələb etmək hüququna əngəl deyildir.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)-352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(025)-352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.