Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-869/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair (Açar sözlər: gediş-gəliş yolunun açılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Ədlixan oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)-92/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala şəhər Bələdiyyəsinə qarşı “yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tam mülkiyyət hüququ üzrə mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində ümumi sahəsi 157.8 kv.m olan fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlak üzərində hüquqları 16 avqust 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Onun iddiası yaşadığı fərdi yaşayış evi ilə üzbəüz yerləşən Cavabdeh məxsus qeyriyaşayış binası ilə üzbəüz dayandıqda sağ tərəfindən arxa küçəyə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolu zəbt edərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə və o cümlədən yaşadığı fərdi yaşayış evinin həyət qapısına girişçıxış yolunun bağlanması ilə bağlıdır. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindən və mütəxəssis rəyi və ona əlavə edilmiş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən də görünür ki, qeyd olunan torpaq sahəsinə giriş qapısından Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yol cavabdeh tərəfindən zəbt olunmuşdur o torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. Bununla da, onun Azərbaycan Repsublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmaqdadır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Zaqatala rayonu H.Əliyev prospekti 155 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. O, evi alarkən cavabdehin onun giriş çıxışına maneə yaratdığı qapı mövcud idi, və evin əvvəlki sahibi həmin qapıdan istifadə edirdi. O, evi aldıqdan sonra cavabdeh onun qapısının qarşısında təmir işləri aparmağa bağlayaraq onun girişçıxışına süni maneələr yaratmağa başlamışdır. Belə ki, onun qapısının qarşısındakı torpaq sahəsinin ona ayrıldığını və torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmişdir. O, evi alarkən həmin yerdə qapı olduğunu görməsəydi evi almazdı. Evi almasına əsəs səbəb şəhərə çıxışı olan qapı olmuşdur. Cavabdehin qeyri qanuni hərəkətləri nəticəsində onun şəhərin mərkəzi küçəsi olan H.Əliyev prospektinə çıxışı bağlanmışdır. O, yolun kimə məxsus olması barədə müraciət etdikdə yolun bələdiyyə mülkiyyətində aid olduğunu, və heç kəsin yolun bağlamasına ixtiyarı olmadığı bildirilmişdir. O razı deyildir ki, onun yolu bağlansın. Həmin yolda olan qapı yeri ata-babadan olan qapı yeri olmuşdur. Orada əvvəllər taxta qapı olmuş və həmin yerdən mal-qara sürmüşlər. O, evi bir ildən çox olar ki almışdır. Həmin evi alarkən mübahisələndirilən qapı yeri mövcud olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh və üçüncü şəxs qismində cəlb olunmuş Aygün TV təsisçisi Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, “Aygün” müstəqil televiziya şirkətinin təsisçisi və rəhbəridir. Ona 1989-cu ildə 4 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona şəhadətnamə ilə verilmişdir, torpağın mülkiyyətçisi dövlət olsa da, təsisçisi olduğu şirkətin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə Çıxarış götürəcəkdir. Reyestr xidmətində həmin torpaq sahəsinin koordinatları artıq vurulmuşdur. O, iddiaçı tərəfindən onun istifadəsində olan torpaq sahəsinə açılan qapıdan istifadə olunmasına razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Üçüncü şəxs Zaqatala Bələdiyyəsinin sədri X13 məhkəmə iclasında bildirmişdir ki, mübahisələndirilən yolun yerləşdiyi torpaq sahəsi hazırda bələdiyyənin mülkiyyətində deyildir. Onların əlində həmin ərazinin xəritəsi yoxdur. Cavabdehə bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi verilməmişdir. Bələdiyyə seçkiləri ilk dəfə rayonda 1999cu ildə keçirilmişdir. Torpaq sahəsi isə cavabdehə 1989-cu ildə verilmişdir. Buna görə onlarda həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı məlumat yoxdur. Vətəndaşların mülkiyyətinə torpaq sahələri şəhadətnamə ilə verildiyindən həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətinдə olması görsənir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. Texniki səhv olduğundan torpaq sahəsi bələdiyyənin torpaq sahəsini kimi göstərilmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyir. Zaqatala RPŞdən onlara məlumat daxil olarkən onlarda baş planla bağlı məlumat olmamışdır. Mübahisəli torpaq sahəsinə görə məlumatı onlar TEKUİS məlumat bazasına əsasən vermişlər. Bazada həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Daha sonra həmin torpaq sahəsinə baş plan işlənilmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir lakin istifadə üçün Aygün TV-yə verilmişdir. Açılan qapı yeri dövlətin mülkiyyətində olan torpaq sahəsinə açılır.
7. 27 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, cavabdeh onun qayınatasıdır. O, mübahisəli ərazidə çəkiliş aparmışdır. 21 avqust 2022-ci il tarixdə cavabdeh ona zəng edərək bildirmişdir ki, onun istifadəsində olan “Aygün Tv” inzibati binasının ərazisində qonşusu qapı yeri açmaq istəyir. O, cavabdehə DİN-in 102 nömrəsi ilə əlaqə saxlamasını bildirmişdir. Cavabdeh bu barədə məlumat vermiş və bununla bağlı araşdırma aparılmağa başlanılmışdır. Bundan sonra cavabdehin dəvəti ilə o mübahisəli əraziyə getmiş və orada divarın söküldüyünü və qapı qoyulması üçün usta işlədiyini görmüşdür. O, həmin halları sübut etmək üçün videoçəkiliş aparmış və diski özündə sübut kimi saxlamışdır. Bir müddətdən sonra cavabdeh ona bildirmişdir ki, iddiaçı hazırkı tələblə ona qarşı məhkəmədə iddia qaldırmışdır. O, cavabdehə bu barədə narahat olmamasını bildirmiş və hazırkı mübahisə ilə əlaqədar Zaqatala RPŞ-nə müraciət etməsini bildirmişdir. Cavabdeh RPŞ-nə müraciət etmiş və cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Qapı yeri açılarkən iddiaçı həmin evin mülkiyyətçisi olmamışdır. Həmin vaxt mülkiyyətçi başqa şəxs olmuşdur. İddiaçı həmin evi alarkən qapı mövcud olmuşdur. 8.Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 04 iyun 2025-ci il tarixli, e- 2(033)-92/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş dövlət mülkiyyətinə aid yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,0266 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki mülkiyyətçinin istifadəsində olduğu vaxtdan evin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yol mövcud olmuş və həmin yoldan, mülkiyyətində olduğu vaxt Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin keçmiş mülkiyyətçisi istifadə etmişdir. Keçmiş mülkiyyətçisi fərdi yaşayış evini bu qaydada iddiaçıya özgəninkiləşdirmişdir. Cavabdeh gediş-gəliş yolunun əvvəlki mülkiyyətçi tərəfindən istifadə edilməsinə və bu vəziyyətdə özgəninkiləşdirilməsinə hər hansı etiraz etməmiş, yalnız fərdi yaşayış evi iddiaçının mülkiyyətinə qeydə alındıqdan sonra iddiaçının da əvvəlki mülkiyyətçinin istifadə etdiyi qaydada həmin yoldan istifadə etməsinə maneələr törədir. Nəticədə iddiaçının H.Əliyev prospektinə çıxışı bağlanmışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Cavabdeh hesab edir ki, gediş gəliş yolunun yerləşdiyi torpaq sahəsi onun təsisçisi olduğu hüquqi şəxsə ayrıldığından törətdiyi maneələri qanunidir.
11. Məhkəmə cavabdehin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması və təsisçisinin də iddiaçı olması, ona ayrılmış torpaq sahsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “Aygün” müstəqil televiziya və radio kompaniyasına və ya “Aygün” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları halı təsdiq edilmədiyindən, bununla da torpaq sahəsinin ayrıldığı şəxs hazırda mövcud olmadığından, cavabdehin dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz.
12. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, işin halları ilə müəyyən edilənlər ondan ibarətdir ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin ayrılığı “Aygün” müstəqil televiziya studiyası (şirkəti), eləcə də “Aygün” müstəqil televiziya və radio kompaniyası və ya “Aygün” tele-radio şirkəti əvvəlki mülkiyyətçilərinə və ya iddiaçıya Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolundan istifadə etmələrinə etiraz etməmiş, hazırda da həmin yoldan istifadə etməməsi üçün iddiaçıya hər hansı yazlı etiraz və ya tələb irəli sürmürlər.
13. Ümumiyyətlə, qeyd edildiyi kimi torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması da sübut olunmur, TEKUİS məlumat bazasında isə torpaq sahəsi bələdiyyənin mülkiyyətində və ümumi istifadədə olan torpaq sahəsi olaraq nəzərdə tutulur.
14. Məhkəmə tərəflərin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh, iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin mülkiyyətçisi olmamışdan qabaq həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolun mövcud olmasını bilmiş və bunu qəbul etmişdir. Eyni zamanda cavabdehin keçid yolunun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququ yoxdur. Yəni, onun keçid yolunun yerləşdiyi torpaq sahəsinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, ona iddiaçının sahibliyinə yol verməmək səlahiyyəti yoxdur. Torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması, ona ayrılmış torpaq sahsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “Aygün” müstəqil televiziya və radio kompaniyasına və ya ilk dəfə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmaqla, torpaq sahəsinin ayrıldığı vaxt mövcud olmamış “Aygün” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları, torpaqdan istifadə hüququnun həmin şəxslərə aid olması, bununla da gediş gəliş yolundan iddiaçı tərəfindən istifadəsinin onların hüquqlarına toxunması halı təsdiq edilməmişdir.
15. Belə olan halda, cavabdehin Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin giriş qapısından, TEKUİS məlumat bazasındakı qeydlərə əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olan və ümumi istifadədə olan ərazi kimi Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yoldan iddiaçının istifadə etməsinə törətdiyi maneələr qanunsuz olmuşdur.
16. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yaşayış məntəqələri təyinatlı 0,0266 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, cavabdehin həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısından Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yolu özünə məxsus qeyri-yaşayış binasının sağ tərəfindən zəbt etmədə ifadə olunan hərəkətləri ilə maneələr törətməsi qanunsuz olduğundan iddiaçının torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş dövlət mülkiyyətinə aid yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı və həmin yol cavabdehin öz vəsaiti hesabına açılmalıdır.
17. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 152.1, 152.5, 157.4-cü maddələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə, 84 , 111-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 107, 115.0.1, 119.1, 218.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyasiya şikаyəti vermişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır.
21. Belə ki, Zaqatala rayon icra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 2982 nömrəli sərəncamı ilə yeganə təsisçisi olduğu “Aygün” müstəqil televiziya kanalına Zaqatala rayonu Azadlıq küçəsində 0.04 ha torpaq sahəsi daimi istifadəsinə verilmişdir. Həmin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair A№ 7938 nömrəli şəhadətnamə verilmişdir.
22. Zaqatala Rayon Məhkəməsi torpağın dövlətə məxsus olmasını heçə sayıb Zaqatala Bələdiyyəsini işə üçüncü şəxs kimi cəlb edib, Zaqatala Rayon İcra Hakimiyyətini və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsini işə cəlb etmədən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsini pozmuşdur.
23. xx.xx.2025-ci il tarixdə 1 ədəd diskdəki görüntü və fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmin diskdə və fotoşəkillərdən görünür ki, ünvan 6 ünvanındaki evin əvvəlki sahibi X4 və X1 özbaşına və heç bir dövlət orqanında rəsmi icazə almayaraq ünvan 6 ünvanındaki evin divarını dağıdıb onun istifadəsində olan əraziyə qapı qoymuşdur.
24. ünvan 6 ünvanındaki evin əvvəlki sahibi X4 və X1 özbaşına və heç bir dövlət orqanında rəsmi icazə almayaraq ünvan 6 ünvanındaki evin divarını dağıdıb onun istifadəsində olan əraziyə qapı qoymaları ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmış, xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmiş, həmin qərar Zaqatala Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə hər iki təqdim etdiyi sübüta münasibət bildirməmiş, qətnaməsində sübutları qiymətləndirməmişdir.
25. Odur ki, Zaqatala Rayon Məhkəməsi onun hüquqlarına xələl gətirilməsinə göz yumaraq, Zaqatala şəhəri, H. Əliyev prospektiev 155 ünvanındakı evin əvvəlki mülkiyətçisi X4 və X1 öz başına qanunsuz hərəkətlərinə, bundan sonra isə həmin qanunsuz hərəkətləri davam edən İddiaçı afərin deməklə və iddiaçının xeyrinə qərar verməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 1.1-ci və 1.2-ci maddələrinin tələblərini pozmuşdur.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin bərabərlik faktını nəzərə almadan, faktlara istinad etmədən qətnamə qəbul etmişdir.
27. Zaqatala Rayon Məhkəməsi mübahisəli torpağın Zaqatala Rayon Bələdiyyəsinə heç bir aidiyyəti olmadığı halda Bələdiyyəni üçüncü şəxs qismində cəlb etmiş, lakin Zaqatala Rayon İcra Hakimiyyətini və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsini üçüncü şəxs kimi işə cəlb etməmiş, Zaqatala Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsinin rəyini, fikrini və mövqeyini araşdırmamışdır. 28.Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-92/2025 saylı qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)-92/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X7 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-92/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyir. Məhkəmənin qərardadına əsasən mübahisəli torpaq sahəsinə tərəflərindən baxış keçirilmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin istifadə üçün Aygün TV-yə verilmişdir. Daha sonra, DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli müraciəti ilə xx.xx.2024-cü ildə baş plan hazırlanmışdır. Həmin baş plana əsasən dövlət mülkiyyəti sərhədlərində yerləşdiyi göstərilmişdir. “TEKUİS” məlumat bazasına əsasən müəyyən olunur ki, mübahisəli ərazi, yəni ünvan 8 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan ərazi kimi işlənsədə, həmin ərazi “Aygün” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir və “Aygün” müstəqil televiziya şirkətinin həmin əraziyə istifadə hüquqları vardır. “Aygün” müstəqil televiziya şirkətinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etdiyi təqdirdə ona verilmiş 1997-ci il tarixli A 7938 nömrəli şəhadətnaməyə əsasən istifadə hüququna çıxarış verilə bilər.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisi X10 da X2 ilə eyni məzmunlu izahat verərək, eyni xüsusatları göstərdi
34. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala Şəhər Bələdiyyəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xismətinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyator Zaqtala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)- 92/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli **********19-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində ümumi sahəsi 157.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Eyni zamanda Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən “Aygün” müstəqil televiziya studiya binasının atında yerləşən 0,04 ha torpaq sahəsi “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmiş və bu barədə torpağa mülkiyyət, sahiblik və istifadə hüququna dair A 7938 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi Kütləvi İnformasiya Vasitələri Baş İdarəsi tərəfindən qeydə alınmış nizamnamənin surəti ilə müəyyən edilmişdir ki, təsisçisi Cavabdeh olan “Aygün” müstəqil televiziya və radio kompaniyası xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır.İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan Zaqtala şəhəri, H.Əliyev prospekti ev 155 ünvanında yerləşən 0.02266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş ərazinin Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadədə olan ərazi olmasını əsas gətirərək, həmin yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılmasını tələb etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmiş, həmin mübahisəli ərazinin Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmiş ərazi olduğunu bildirmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi mübahisəli torpağın Zaqatala Rayon Bələdiyyəsinə heç bir aidiyyəti olmadığı halda Bələdiyyəni üçüncü şəxs qismində cəlb etməsi, lakin Zaqatala Rayon İcra Hakimiyyətini və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsini üçüncü şəxs kimi işə cəlb etməməsi, Zaqatala Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsinin rəyini, fikrini və mövqeyini araşdırmamasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsaslıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi Zaqatala şəhər Bələdiyyəsinin ərazisi deyil, dövlət mülkiyyətində olmaqla Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmişdir. 46.Belə ki, birinci instansiya məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, e-2(033)- 1069/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli, 10/562 nömrəli rəyindəki ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmiş, mübahisəli ərazinin Zaqatala şəhər bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan olan ərazi kimi qiymət verməklə, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli ərazinin TEKUİS məlumat bazasındakı qeydlərə əsasən Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid olan və ümumi istifadədə olan olan ərazi kimi qiymətləndirməklə, cavabdehin Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yoldan iddiaçının istifadə etməsinə törətdiyi maneələrin qanunsuz olması qənaətinə gələrkən səhvə yol vermişdir.
48. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə havalə edilmişdir. 51.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2025-ci il tarixli məktubu ilə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən məhkəmənin qərardadı icra edilmədən iş materialları geri qaytarılmışdır.
52. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 2(107)-869/2025 nömrəli mütəxəssis rəyində göstərilir ki:
53. Zaqatala rayonu icra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən AN 7938 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə ilə “Aygün" müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsində 0.04 ha torpaq sahəsi verilərkən sənəddə həmin ərazinin koordinatları qeyd edilməmişdir və sənəd üzrə ayrılan torpaq sahəsinin ölçüləri 0.04 ha qeyd edilmişdir. Həmin ərazidə yerləşən tikili altı sahənin hal-hazırda naturada ölçüləri 304.36 kvadrat metrdir. 54.Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən AN 7938 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Şəhadətnamə ilə “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmiş 0.04 ha torpaq sahəsinə dair hazırlanmış baş planda göstərilən koordinatlara əsasən həmin ərazinin ölçüsü 393.22 kvadrat metrdir.
55. Zaqatala rayonu icra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən AN 7938 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə ilə “Aygün" müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilərkən sənəd üzrə koordinatlar işlənilməmişdir ancaq sənəddə göstərilən cizgilərlə həmin torpaq sahəsinə hazırlanmış xx.xx.2024-cü il tarixli baş planda göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşür. Mübahisələndirilən ərazinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2025-ci il tarixli 10/562 nömrəli ekspert rəyində göstərilmiş “TEKUİS məlumat bazasında ünvan 8 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan ərazi kimi işlənsədə həmin mübahisəli ərazi “Aygün" müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir. İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən mübahisələndirilən torpaq sahəsi “Aygün” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir.
57. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 2(107)-869/2025 nömrəli mütəxəssis rəyinə aydınlıq gətirilməsi üçün mütəxəssislər Fərid Əhmədov və Rəşad Xalbayev məhkəmə kollegiyasının iclasına dəvət edilərək izahatları alınmışdır. Qeyd olunan mütəxəssis rəyləri və mütəxəssislərin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli ərazi, yəni iddiaçının açılmasını və yol kimi istifadə etməsini tələb etdiyi ərazi Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadədə olan ərazi deyil, dövlət mülkiyyətində olmaqla Zaqatala rayonu icra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamına əsasən “Aygün” müstəqil televiziya şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir.
58. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən edilməmişdir.
59. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 60.Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 2(107)-869/2025 nömrəli mütəxəssis rəyini mübahisənin həllində iş üzrə mötəbər sübut kimi qəbul edir.
61. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, 17 noyabr 2025-ci il tarixli, 2(107)- 869/2025 nömrəli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflərin iştirakı ilə mübahiəsli əraziyə 17 oktyabr 2025-ci il tarixdə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evinə və həyatyanı torpaq sahəsinə daha əlverişli şərtlərlə gediş-gəliş yolunun olması müəyyən olunmuşdur. (Yerli baxış zamanı çəkilmiş videogörüntülər mülki işin materiallarına əlavə olunmuşdur i.v 74)
63. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 17 noyabr 2025-ci il tarixli, 2(107)-869/2025 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən mübahisələndirilən torpaq sahəsi “Aygün” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşən ərazi olduğundan, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evinə və həyatyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu bağlaması və yol sahəsini zəbt etməsi müəyyən edilmədiyi halda, cavabdehin zəbt etmədiyi bir yolu açması qanunauyğun hal hesab edilə bilməz.
64. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
65. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz.
66. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
67. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
68. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.
69. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Ədlixan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)-92/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddiası təmin edilməməlidir.
70. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi nəzərə alınaraq, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, məhkəmə kollegiyasının araşdırması dövründə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri-100 manat məbləğində pul İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(033)-92/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri-100 manat məbləğində pul İddiaçı tutularaq, dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.