Məhkəmə qərarları › İş №2(107)-870/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-870/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-870/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh X3 və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə mübahisəsi həll edilənədək cəmi 12998 manat dəyərində olan əşyaların cavabdeh tərəfindən məhv edilməsinin qarşısının alınması məqsədilə üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş iddianın təmini tədbirinə dair ərizə təmin edilməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil qərardaddan narazı qalaraq şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X3 Ağdaş rayonu, Qarağan- Sədi kəndindəki ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahişi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, mübahisələndirilən fərdi yaşayış evində ona və ailəsinə məxsus əşyalar mövcuddur. Həmin əşyaların cavabdeh tərəfindən məhv edilməsinin qarşısının alınması üçün hesab edir ki, həmin əşyaların üzərinə həbs qoyulmalıdır. İddianı təmin etmə tədbiri ərizəsi ilə müraciət etməyinə baxmayaraq, məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Hesab edir ki, hazırda əşyaların məhv edilməsi, oğurlanması ehtimalı yüksək olduğundan həmin əşyaların üzərin həbs qoyulmalıdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(014)-721/2021 nömrəli qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, İddiaçı cavabdeh X3 evdən çıxarılmasına dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edilmişdir. İddiaçı öz ailəsi ilə Bakı şəhərində yaşayır. Cavabdeh iddiaçının qardaşı oğludur. İddiaçının qardaşı Cavabdeh Oruc oğlu rəhmətə getdikdən sonra cavabdeh həmin evə sahiblənmək istəmişdir. Həmin mübahisələndirilən fərdi yaşayış evində iddiaçının özünə və ailəsinə məxsus əşyalar mövcuddur. Həmin əşyaların cavabdeh tərəfindən məhv edilməsinin qarşısının alınması məqsədi ilə əşyaların üzərinə həbs qoyulmalıdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 və cavabdehin vəkili X2 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri ilə bağlı ərizəni rədd edərkən hesab etmişdir ki, iddiaçı iddianın təmini tədbirinə dair ərizəsində Ağdaş rayonu, Qarağan-Sədi kəndindəki ona məxsus fərdi yaşayış evində özünə və ailəsinə məxsus əşyaların mövcud olduğunu qeyd etsə də, iddia ərizəsinə həmin evə dair hüquqmüəyyənedici sənədləri əlavə etməmişdir. Belə olan halda isə qeyd olunan evin reallıqda mövcud olub-olmamasını, olduğu təqdirdə isə həmin evin iş üzrə tərəflərə məxsus olub-olmamasını müəyyən etmək mümkün deyil. Bundan başqa, iş materiallarına qeyd olunan ünvanda ərizədə sadalanan əşyaların həqiqətən də olduğunu təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Hazırkı halda işə yenidən baxan apellysiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 157.1-ci və 158.1.1-ci maddəsinə görə hakim işdə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görə bilər. MPM-in 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. MPM-in 158.1.3-cü maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Öyrənilən işdən aydın olur ki, iddiaçı ərizəsinin təsviri əsaslandırıcı hissəsində müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsinə dair prosessual normalara istinad edilsədə, ərizənin sonunda hər hansı hərəkətin edilməsinin cavabdehə qadağan edilməsi göstərilməmiş, əksinə iddiaçının özünə məxsus olan əşyaların üzərinə həbsin qoyulması xahiş edilmişdir. Halbuki, yuxarıda iqtibas edilmiş mülki prosessual qanunvericiliyin normasında yalnız cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması nəzərdə tutulmuşdur. Bundan əlavə, tədqiq edilən iş materialları ilə faktiki olaraq qeyd olunan evin reallıqda mövcud olub-olmaması, olduğu təqdirdə isə həmin evin iş üzrə iddiaçıya məxsus olubolmaması müəyyən edilmir. Digər tərəfdən cavabdeh X6 öz növbəsində Ağdaş Rayon Məhkəməsinə ərizə göndərərək bildirmişdir ki, İddiaçı mərhum atasına qarşı məhkəmədə iddia qaldırmışdır. Atası Cavabdeh Oruc oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə mübahisələndirilən ev onun mülkiyyətindədir və adına çıxarış vardır. Belə olan halda, onun və ailə üzvlərimin hansı əsasla həmin mənzildən çıxarılmasından söhbət gedə bilər?. İddiaçı aid əşyalar isə qonşuların və başqa şəxslərin iştirakı ilə aktlaşdıraraq xeyli müddət əvvəl öz evinə qonşuların iştirakı ilə yığılmışdır. Onun mənzilində onların heç bir əmlakı yoxdur ki, üzərinə də həbs qoyulsun. Həmin mənzildə yalnız ailə üzvlərinə məxsus əşyalar mövcuddur. Cavabdehin ərizəsində sadaladığı hallar, yəni fərdi yaşayış evinin X4 məxsus olması həmin ərizəyə əlavə edilmiş ******* nömrəli çıxarışla, eləcədə İddiaçı məxsus ev əşyalarının aidiyyatı səlahiyyətli şəxslərin iştirakı ilə Elgün Ələsgərovun mülkiyyətində olan evdən siyahıya alınmaqla toplanaraq iddiaçının mülkiyyətində olan evə yığılması öz təsdiqini tapır. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş şikayət əsaslandırılmamaqla, formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(014)-721/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar