Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-875/2024 10.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-944/2027 nömrəli mülki iş üzrə qəbul etdiyi 05 iyun 2024-cü il tarixli qərardadından Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(033)-944/2017 nömrəli qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək, 26 iyul 1995-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Zaqatala rayonu Gözbarax kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsə olan Ərizəçi tərəfindən miras əmlak qismində qəbul edilməsi, qanun üzrə birinci növbə vərəsə olan Ərizəçi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə 27 may 2024-cü il tarixdə apellyasiya şikayəti də əlavə edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(033)-944/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin səbəbini üzrlü hesab edərək, qətnamədən şikayət vermə müddətini bərpa edərək apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 05 iyun 2024cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsi və ərizənin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər(maddə 364.2). İş materiallarından görünür ki, Maraqlı şəxs2 iş üzrə ərizəçi və ya maraqlı şəxs deyil və mübahisələndirilən qətnamənin onun hüquq və vəziflərinə toxunması barədə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Zaqatala Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli, 2(033)-944/2017 nömrəli qətnaməsinin Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunması hallarını araşdırmadan və bu barədə müvafiq qərardad qəbul etmədən sonuncunun apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsinə baxmaqda haqlı olmamışdır. Buna görə də, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2024cü il tarixli qərardad ləğv edilsin. Mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-875/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-875/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver