Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-877/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-123/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46351.17 (qırx altı min üç yüz əlli bir manat on yeddi qəpik) manat məbləğində əsas borcun, 110 (yüz on) manat faiz borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 46491.17 məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-123/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 45342,17 (qırx beş min üç yüz qırx iki manat 17 qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh 2018-ci ilin mart ayında İddiaçı X3 işə götürülmüşdür. 2019-cu ilin aprel ayında həmin şirkətdə audit təftişi olmuş və nəticədə cavabdehin hər hansı borcunun olmaması müəyyən edilmişdir. Ancaq həmin təftişdən təxminın 1 ay sonra cavabdehin İddiaçı MMC-nə külli miqdarda borcunun olduğu müəyyən edilmişdir və onun həmin borcdan 2019-cu ilin may-iyun aylarında xəbəri olmuşdur. Cavabdeh 2019-cu ilin iyul ayından işdən azad olunmuşdur. Sözügedən borc məbləğinin nəyə əsasən hesablanması nə ona, nə də cavabdehə məlum deyildir. Bundan başqa cavabdeh sözügedən xx xxxx 2019-cu il tarixli sazişi iddiaçı ilə aralarında hər hansı problemin yaranmamasına görə imzalamışdır. Belə ki, iddiaçı ona bildirmişdir ki, əgər sazişi imzalamasa onu işdən kobud pozuntu ilə çıxaracaqlar, bununla da onun əmək kitabçası korlanacaq və bundan sonra onun digər işlərdə işləyə bilməsi problem olacaqdır. Buna görə də o məcbur olaraq sazişi imzalamışdır. Cavabdeh 2019-cu ilin 02 iyulunda işdən azad edilsə də o, iddiaçı ilə məlum Sazişlə razılaşaraq onu xx xxxx 2019-cu il tarixdə imzalamış, həmin ilin avqust ayında isə Saziş üzrə götürdüyü öhdəlik üzrə 8 000 manat ödəniş etmişdir. Lakin iddiaçı vədinə sadiq qalmamış, onu kobud pozuntu ilə işdən çıxarmışdır. Birinci instansiya məhkəməsi gəldiyi yekun nəticəni təsdiqləmək üçün yalnız iki sənədi - tərəfimdən yazılmış izahatları və "İddiaçı" MMC ilə aralarında imzalanmış xx xxxx 2019-cu il tarixli sazişi əsas götürmüşdür. İş materiallarından da bəlli olur ki, bu sənədlərdən başqa məhkəmənin istinad edə biləcəyi digər sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bəs sözügedən sənədlər, yəni izahat və saziş iddia tələbini təsdiq edən mötəbər sübut hesab edilə bilərmi? Yuxarıda izahatlar və saziş barədə ətraflı məlumat vermişdir. Bir daha xatırladır ki, heç bir izahatında müəssisəyə hansı məbləğdə ziyan vurulduğu konkret olaraq göstərilməmişdir. Sazişi isə oxumadan imzalamışdır. Çünki həm sazişi həm də izahatları Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməklə əmək kitabçamın ləkələnəcəyi hədəsi altında imzalamağa onu təhrik etmişlər. Bunu məhkəmə prosesində dəfələrlə hakimin diqqətinə çatdırmışdır. İclas protokolunda, həmçinin qətnamədə də bununla bağlı fikirləri öz əksini tapmışdır. Həmin izahatları və sazişi onun etirafı kimi qəbul edən hakim Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyi qətiyyən nəzərə almamış, bununla da kobud prosessual hüquq pozuntusuna yol verməklə onu İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 6cı maddəsində təsbit edilmiş "ədalətli məhkəmə araşdırması" hüququndan məhrum etmişdir. İddiaçı ondan 50.000 (əlli min) manata yaxın məbləğdə pul tələb edir və belə mülahizə yürüdür ki, həmin vəsait onun tərəfindən mənimsənilmişdir. İş materiallarından aydın görünür ki, birinci instansiya məhkəməsi sübutetmə predmetinə daxil olan hallar barədə demək olar ki, heç bir araşdırma aparmamış, ş üçun əhəmiyyət kəsb edən çox önəmli suallar açıq qalmışdır. Çox maraqlıdır ki, məhkəmə, hansı mötəbər sübutlara əsaslanaraq müəyyən etmişdir ki, iddiaçıya həqiqətən də məhz, tələb oLunan məbləğdə maddi ziyan vurulmuşdur?! Elə bir mötəbər sübut iş materiallarında yoxdur. İ d d i a ç ı şirkətə vurulmuş maddi ziyanın məbləğini təsdiq edən hansı maliyyə sənədinə (audit rəyi, mühasibat araşdırmasının nəticələrinə dair akt və s.) əsaslanmışdır?! Sonuncu dəfə şirkətin maliyyətəsərrüfat fəaliyyətinin sənədli təftişi və invertarlaşdırılması nə vaxt aparılmışdır?! Əgər aparılmışdırsa buna dair hansı yekun sənəd tərtib edilmişdir?! Ona görə də apelyasiya şikayəti təmin edilməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-123/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC-nə işə qəbul edilmiş və xx xxxx 2019-cu il tarixinədək İddiaçı X3 x xxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasında “Satış təmsilçisi” vəzifəsində işləmişdir. Cavabdeh Fransa istehsalı olan müxtəlif növ bahalı xarici spirtli içkilərin-araq, viski, çaxır, şampanların və s. satışı ilə məşğul olmuşdur. Cavabdehin işlədiyi bir ilin yekununda İddiaçı MMC-nin daxili auditi nəticəsində satş təmsilçisi vəzifəsində işləyən Cavabdeh iddiaçıya 54 000 manata yaxın borcunun olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında problem yaranmış və cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin "e" bəndinə uyğun olaraq (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən xaric edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında danışıqlar başlanmış və bunun nəticəsi olaraq xx xxxx 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında onun iddiaçıya 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olmasını təsdiq edən “Saziş” bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsində işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti nəzərdə tutulmuşdur.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti formal mülahizələr əsasında hazırlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında danışıqlar aparılmış və onlar arasında xx xxxx 2019-cu il tarixdə Cavabdeh iddiaçıya 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olmasını təsdiq edən “Saziş” bağlanmışdır. Cavabdeh aralarında bağlanmış həmin “Saziş”ə əsasən iddiaçiya 53 342.17 (əlli üç min üç yüz qırx iki min on yeddi qəpik) manat məbləğində borcunun olmasını qəbul etmişdir. Məhkəmə Cavabdeh iddiaçıya 53 342.17 (əlli üç min üç yüz qırx iki manat on yeddi qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh xx xxxx 2019cu il tarixli “Sazişi” imzaladıqdan təxminən 2 ay sonra iddiaçıya 8 000 manat pul ödəmişdir. Kollegiya şikayətin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməklə əmək kitabçasının ləkələnəcəyi hədəsi altında imzalamağına münasibət bildirərək qeyd edir ki, cavabdeh şikayətinin həmin dəlili barədə məhkəmə kollegiyasına hər hansı bir mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-123/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-123/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov
Ayaz Mahmudov