Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-878/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Şövkət oğluna qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsindən Cavabdeh Şövkət oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh Şövkət oğlundan 3642 manat maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçı «İddiaçı” MMC-nə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh Şövkət oğlu tərəfindən ödənilməmiş 3642 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh Şövkət oğlundan tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş teleqramında iddia tələbinə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Şövkət oğlu arasında xx xxxxxx 2016-cı il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh Şövkət oğlu İddiaçı MMC-nə adminstrator vəzifəsinə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh Şövkət oğlu arasında tam maddiməsuliyyət haqqında müqavilə imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli, 537-K saylı əmrlə Cavabdeh Şövkət oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Şövkət oğlu İddiaçı MMC-də işlədiyi müddətdə iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, xx xxx 2018-ci il tarixdə Oba-Yeni Yasamal 2 (kod 183) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Şövkət oğlunun İddiaçı MMC-nə zərər vurması müəyyən edilmiş, xx xxxx 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 3642 manat məbləğində olması məlum olmuşdur. Həmin məbləğ Cavabdeh Şövkət oğlundan dəfələrlə tələb edilsə də, Cavabdeh Şövkət oğlu bugünədək borcunu ödəməmişdir. Buna görə də İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh Şövkət oğlu tərəfindən ödənilməmiş 3642 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh Şövkət oğlundan tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Şövkət oğlu birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh Şövkət oğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh Şövkət oğlu apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edir. Hazırkı iş üzrə iddia tələbinə qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırki mübahisədə maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 05.11.19-cu il tarixli arayışından görünür ki, xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərində təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə heç ümumiyyətlə araşdırmamışdır ki, xx.xx.2017-ci il təftiş yoxlamasının nəticəsi nədir? xx.xx.2017-ci il təftiş yoxlamasında ziyanın vurulduğu aşkar edilmişdirsə, nə üçün həmin vaxt məni işdən kənarlaşdırmadılar və ya azad etmədilər? xx.xx.2017-ci il təftiş yoxlamasında ziyanın vurulduğu aşkar edilmişdirsə, nə üçün sonradan xx.xx.2018-ci il tarixində təftiş yoxlaması aparılmışdır? xx.xx.2018-ci il tarixində təftiş yoxlaması nəticəsində aşkar edilmiş məbləğ xx.xx.2017-ci il təftiş yoxlamasının nəticəsində aşkar edilmiş məbləğin özüdür yoxsa tərkib hissəsidir? Bu hallar ümumiyyətlə araşdırılmamışdır. Hakim sadəcə müasir vəkil rolunu oynamışdır. Həmçinin hər bir halda iddiaçının hazırki tələblə məhkəmə müraciət etmək hüququ itirilmişdir. Kəsici müddətlərdə etiraf edici hərəkətlər nəzərə alınmır. Bundan başqa, onun etiraf edici hərəkəti iddiaçının zor tətbiq etməsi nəticəsində baş vermişdir. Belə ki, iyun ayından dekabr ayına kimi onun adı işdə getsə də, əmək haqqı almamışdır. Əmək haqqını kapitalbank vasitəsilə alırdı. Ona 6 ay əmək haqqı verilməyib. Əmək kitabçasını da vermirdilər ki, o, başqa işə düzəlsin. Səbəb nədir? Səbəbi maddi ziyanı məcburən qəbul etdirməkləri. Bu səbəbdən məcburi olaraq xx.xx.2018-ci il tarixli qarşılıqlı razılaşmaya imza atmışdır. Bunun nəticəsidir ki, iki gün sonra, yəni xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verirlər. Cavab versinlər ki, nə üçün işləmədiyi halda, əmək müqaviləsinə 6 ay sonra xitam vermişlər. Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Sual ola bilər ki, bu müddət ərzində niyə şikayət etməmisən.? Ona görə ki, başqa işə düzələndə əvvəlki iş yerindən məlumat aldıqları üçün onların işə düzələcəyi iş yerinə yalan və təhrif olunmuş məlumat verməmələri üçün şikayət etməmişdir. Özü hüquqşünasdır, Moskvada ali təhsil almışdır. Sadəcə vəziyyət belə gətirib ki, öz sahəsi üzrə işləyə bilməmişdir. Gecə-gündüz işləyib ailəsinə baxır. Özü hazırda Bakıda yaşayır, gəlib-getmək çətindir, işdən hər an ayrıla bilmir. Onun göstərdiyi faktlar əsasında iştirakı olmadan məsələni tam araşdırıb qanuni və əsaslı qətnamə qəbul edilməsini istəyir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh Şövkət oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, Cavabdeh Şövkət oğlunun apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-203/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh Şövkət oğlunun apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-203/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsinin və xx xxxxxx 2016-cı il tarixli əmrdən çıxarışın surətlərindən görünür ki, həmin tarixdə Cavabdeh Şövkət oğlu «İddiaçı” MMC-nə 3 ay sınaq müddəti tətbiq edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx xxxxxx 2016-cı il tarixdə «İddiaçı” MMC ilə Cavabdeh Şövkət oğlu arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh Şövkət oğlu «İddiaçı” MMC-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. İşdə olan «İddiaçı” MMC-nin xx xxxxxx 2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, «İddiaçı” MMC ilə Cavabdeh Şövkət oğlu arasında bağlanmış əmək müqaviləinə xx xxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan «İddiaçı” MMC ilə Cavabdeh Şövkət oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh Şövkət oğlu «İddiaçı” MMC-nə 3642 manat borcunun yarandığını etiraf etmiş və həmin borcu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla «İddiaçı” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan «İddiaçı” MMC-nin sabiq adminstratoru Cavabdeh Şövkət oğlunun maddiməsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx/xx/2017 və xx.xx/2018-ci il tarixlərində Cavabdeh Şövkət oğlu ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazıq müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə, 205-ci maddəsinin 2-ci bəndinə, 296.5 və 296.6-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh Şövkət oğlu arasında xx xxxxxx 2016-cı il tarixdə 3 ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi əsasında Cavabdeh Şövkət oğlu İddiaçı MMC-nə adminstrator vəzifəsinə qəbul olunmuş və İddiaçı MMC ilə Cavabdeh Şövkət oğlu arasında tam maddi-məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli, 537-K saylı əmrlə Cavabdeh Şövkət oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxx 2018-ci il tarixdə Oba-Yeni Yasamal 2 (kod 183) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Şövkət oğlunun İddiaçı MMC-nə zərər vurması müəyyən edilmiş, xx xxxx 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 3642 manat məbləğində olması məlum olmuşdur. Lakin cavabdeh həmin məbləği iddiaçıya qaytarmadığından iddiaçı «İddiaçı” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Şövkət oğlu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddianı qəbul etməyərək, «İddiaçı” MMC-nə olan borcla bağlı iddia müddətinin ötürüldüyünü, buna görə də iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi Cavabdeh Şövkət oğlu İddiaçı MMC-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. Həmçinin, iş materiallında olan «İddiaçı” MMC ilə Cavabdeh Şövkət oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilədən və «İddiaçı” MMC-nin sabiq adminstratoru Cavabdeh Şövkət oğlunun maddi-məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx/xx/2017 və xx.xx/2018-ci il tarixlərində Cavabdeh Şövkət oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazıq müəyyən edilmiş, Cavabdeh Şövkət oğlu özü də «İddiaçı” MMC-nə 3642 manat borcunun yarandığını etiraf etmiş və həmin borcunu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla «İddiaçı” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də «İddiaçı” MMC ödənilməmiş borcunu Cavabdeh Şövkət oğlundan tələb etməkdə haqlıdır. Eyni zamanda Cavabdeh Şövkət oğlu məhkəməyə daxil olmuş ərizəsində «İddiaçı” MMC-nə olan borcu ilə əlaqədar iddia müddətinin keçdiyini əsas göstərərək iddiaya iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etsə də, iş materiallarında olan «İddiaçı” MMC ilə Cavabdeh Şövkət oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən Cavabdeh Şövkət oğlu özü də «İddiaçı” MMC-nə olan 3642 manat borcunu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla «İddiaçı” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında yaranmış əmək münasibətləri çərçivəsində Cavabdeh Şövkət oğlu tərəfindən iddiaçı «İddiaçı” MMC-nə vurulmuş 3642 manat maddi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə edilmiş və bununla bağlı tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Şövkət oğlu iddiaçı «İddiaçı” MMC-nə yaranmış 3642 manat borcunu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Yəni, Cavabdeh Şövkət oğlunun həmin ziyanı xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətdə ödəməli olması müəyyən edilir. Buna görə də məhkəmə xx xxxxxx 2018-ci il tarixdə zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqaviləni əsas götürərək, Cavabdeh Şövkət oğlunun öz öhdəliklərini icra etməməklə iddiaçı «İddiaçı” MMC-nin hüquqlarını pozduğu müddətin, yəni hazırki tələblə bağlı iddia müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını qəbul edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı «İddiaçı” MMC Cavabdeh Şövkət oğluna qarşı olan pul tələbi ilə bağlı hüquqlarının pozulduğunu bildiyi müddətdən bir ildən daha az müddət keçmiş və dəymiş zərərlə əlaqədar yaranmış pul tələbi ilə bağlı iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək Cavabdeh Şövkət oğlundan 3642 manat maddi ziyan tutularaq iddiaçı «İddiaçı” MMC-nə ödənilməlidir. İddia təmin edildiyindən iddiaçı «İddiaçı” MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh Şövkət oğlu tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Şövkət oğlu tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-878/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-878/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver