Məhkəmə qərarları › İş №2(107)-88/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-88/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-88/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh3 nümayəndəsi X12 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Zaur Bayramov və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlak hesab edilən 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyriyaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərclərin cəmi məbləği kimi 57000 (əlli yeddi min) manat və Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, mərhum X6 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcərin cəmi məbləği kimi 57 000 (əlli yeddi min) manatın və Şəki rayonu Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxx 2020-ci il tarixli 2(075)-9/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmin 25039,95 (iyirmi beş min otuz doqquz manat, 95 qəpik) manat məbləğində xərcinin tutularaq İddiaçı verilməsi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçıya aid edilməsi, 20 manatının isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 400 manatın 300 manatının Cavabdeh3, 100 manatının isə İddiaçı alınıb dövlət büdcəsinə (Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 nümayəndəsi Zaur Bayramov və iddiaçı apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcərin cəmi məbləği kimi 57 000 (əlli yeddi min) manatın və Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Natiq Səmədlinin nümayəndəsi Zaur Bayramov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsində vəkilim iddianı ikinci muhasibatlıq ekspertizası həddində qismən, yəni 10.470,07 manat məbləğində qəbul etmişdir. O, həqiqətən də iddiaçının sözügedən Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B ünvanında yerləşən və onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (pavilyon tipli mağaza) xərc çəkdiyini etiraf etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəşünaslıq eskpertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixil, 34035 nömrəli ekspert rəyi ilə Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin (pavilyon tipli mağaza) ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti quraşdırma işlərinin təqribi dəyərinin (xidmət haqqı və materiallar daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq 5012,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi məhkəmə muhasibatlıq ekspertizası təyin etmiş və eksper qarşısında aşağıdakı sual qoyulmuşdur -Azərbaycan Respublikasında 2003-cü ildən iddia ərizəsinin verildiyi xx xxxx 2018-ci il tarixədək olan infılyasiya səviyyəsi nəzərə alınmaqla 5012.0 manat pulun 2003-cü ildən xx xxxx 2018-ci il tarixədək indeksasiya neçə manat təşkil edir? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü ildən 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymtləri indeksi faizi ilə hesablamalar 14569,88 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspertin qarşısında 2003-cü ildən xx xxxx 2018-ci il tarixədək olan indeksasiyanın müəyyən edilməsi sualını qoysa da, ekspert düzgün rəy verməyərək 2013cü ildən 2019-cu ilin iyul ayına qədər olan indeksasiyanı müəyyənləşdirmişdir. Göründüyü kimi, həmin ekspert rəyində qoyulan suala düzgün cavab verilməmiş və məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla əlavə məhkəmə muhasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 09/348 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2003-cü ildən 2013-cu ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymtləri indeksi faizi ilə hesablamalar aparılaraq 10470,07 manat məbləği müəyyən edilmişdir. Həmçinin rəyə qeyd əlavə edilərək hazırkı əlavə ekspertiza rəyindən əvvəl, ilkin ekspertiza zamanı verilmiş rəydə göstərilən infilyasiya faizi (yəni 290,7 %) dərəcəsi 2003cü ildən xx xxxx 2018-ci il tarixədək olan dövrə aid olması qeyd edilmişdir. Bununla da məhkəmə yekun qəraında hər iki ekspert rəylərində göstərilən rəqəmləri toplayaraq həmin miqdarda pulun alınıb verilməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi, hər iki ekspert rəyində natamamlıqlar mövcuddur və əlavə ekspertiza rəyindəki qeydi nəzərə almamışdır. Bütün bu çatışmamazlıqları aydınlaşdırmaq üçün məhkəmə təkrar məhkəmə muhasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə şifahi vəsatətlər verilərək, rəylər arasında olan ziddiyətin aradan qaldırlması üçün rəy vermiş ekspertlərin məhkəmə iclasına dəvət edilib dindirilmələri və təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmiş, ancaq vəsatətləri təmin edilməmişdir. Hesab edir ki, apellyasiya instansiyası tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək iddianın 10.470,07 manat həcmində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə vəsatətimizi təmin etsə də, sonradan təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizasına daxil edilən suallarda nə səbəbdənsə tikintinin hazırda dəyərinin nə qədər olması ilə bağlı sualları daxil etməyi unutmuş, yalnız tikintinin təmirinə çəkilən xərclərin nə qədər olması ilə bağlı məsələləri dəqiq müəyyən etməyi ekspertlərə həvalə etmişdir. Bu səbəbdən də verilən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 34035 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 2 saylı ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin təqribi dəyəri, mövcud bazar qiymətlərinə uyğun olaraq 5012 manat təşkil etmişdir. Daha sonra məhkəmə bu məbləğin hazırki bazar qiymətlərinə indeksasiyasını həyata keçirmək üçün ekspert rəyinə müraciət etmiş və MEM-nin xx xxxxxx 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyi ilə 2013-cü ildən, 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14.569,88 manat məbləğində müəyyən edilmişdir. MEM-nin xx xxx 2020- ci il tarixli 09/348 nömrəli ekspert rəyi ilə 2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən, göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar aparılaraq, 10.470,07 manat məbləğində təmirə görə ödənən vəsaitin indeksasiyası göstərilmişdir. Həmin ekspertiza rəylərindən görünür ki, iddia tələblərinin ikinci hissəsi üzrə məhkəmə səthi də olsa araşdırma aparsa da, nə səbəbdənsə birinci hissəsi ilə heç bir araşdırma aparmamışdır. Apellyasiya şikayətinə surəti əlavə edilən Azərbaycan Respublikası “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 26 nömrəli Qiymətləndirmə hesabatından da görünür ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 45.000 manat təşkil edir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə iddia tələbləri üzrə dəqiq və düzgün araşdırma aparmış olsa idi onda qətnamədə olduğu kimi 25.039,95 manat deyil, 70.039,95 (25.039,95+45.000) manat pulun cavabdehdən tutulmasına dair qətnam çıxarmalı idi. Lakin hakimin tələsik araşdırması sonda belə bir ədalətsiz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə qətnaməsindən narazı qaldığı növbəti məqam isə onun məhkəmə iclasında iştirakı üçün lazımi şəraitin yaradılmaması və sübutların təqdim edilməsi üçün vaxtın verilməməsi ilə əlaqədardır. Belə ki, məhkəmənin xx xxxx 2020-ci il tarixə təyin edilən iclası karantin tədbirləri ərəfəsinə düşdüyündən o, məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə teleqram ünvanlayaraq və məhkəmənin elektron poçtuna rəsmi ərizə ilə müraciət edərək, karantinlə əlaqədar şəhərlər arası nəqliyyatın dayandırılması səbəbindən gedə bilməyəcəyimi, həmçinin sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin bu halla əlaqədar təxir istəməyinə baxmayaraq, öz qətnaməsində iştirak onun məhkəmə iclasında iştirak etmədiyini göstərmişdir. Məhkəmə qətnaməsində narazı qaldığı üçüncü hal isə yenə də məhkəmənin iddia tələblərini natamam araşdırması ilə əlaqədardır. Belə ki, iddia tələbində Şəki rayonu, Qoxmuq kəndinin ərazisində “Qarabulaq” adlanan yerdə yerləşən ümumi sahəsi 153,2 kv m sahəsi olan eyni adlı yeməkxananın özəlləşdirilməsi və təmirinə çəkilən xərclərin cavabdehdən tutulması da göstərilsə də, qətnamədə iddia tələbinin bu hissəsi ilə bağlı bir kəlmə də olsun göstərilmir və həmin hissədə araşdırma ümumiyyətlə aparılmamışdır. Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən sahəsi 99 kv m olan pavilyonla əlaqədar qeyd etmək zəruridir ki, xx xxxxxxxx 2012-ci il tarixdə Natiq Səmədov 50 illik baş etibarnamə vermiş, hətta sonuncunun həyat yoldaşı Cavabdeh1 bu qeyri-yaşayış sahəsinin satılması üçün notarial razılıq ərizəsini də vermişdir. Verilən etibarnamənin 50 illik müddətə verilməsi onu deməyə əsas verir ki, iddia tələblərində göstərilənlər tam olaraq həqiqətdir. Mübahisə predmetini təşkil edən qeyriyaşayış sahəsi həqiqətən də iddiaçının vəsaiti hesabına əldə edilmiş, lakin cavabdehin atasının adına rəsmiləşdirilmişdir. Hətta həmin qeyri-yaşayış sahəsini bundan əvvəl ələ keçirən Sahib Kərimov və ətrafında olan şəxslər digər mülki iş üzrə bildirmişlər ki, həqiqətən də qeyri-yaşayış sahəsi Natiq Səmədovun adına rəsmiləşdirilsə də, buranın faktiki sahibi hazırki iş üzrə İddiaçıdur. Buradan o nəticəyə gəlmək olar ki, məhkəmə ədalətli qətnamə xatirinə qeyri-yaşayış sahəsini cavabdehin mülkiyyətinə verəcəkdisə, ən azından onun dəyərinin də iddiaçıya ödənilməsini təmin etməli idi. Təəssüflər olsun ki, məhkəmə bu qeyd edilənləri etməmiş, heç bir sübuta söykənməyən yalnız hakimin daxili inamına əsaslanan ədalətsiz qətnamə çıxarmışdır. Nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-9/2020 saylı qətnaməsi qismən, təmin olunmayan hissədə ləğv edilərək, iddianın təmin olunmayan hissəsində də təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Zaur Bayramov apellyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsində 0,0102 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 99,0 kv metr olan qeyri-yaşayış binasının hazırki vəziyyətdə real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edirəm ki, Natiq Səmədli vəfat etdikdən sonra 2017-ci ildə iki qeyri yaşayış binası vərəsəlik qaydasında Cavabdeh3 mülkiyyətinə keçmişdir. İddia tələbində İddiaçı real bazar qiymətinə toxunmamış, yalnız çəkilmiş xərclərin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində bu məsələyə baxılmamışdır. Hesab edirəm ki, MPM-in 218.3-cü madddəsinin tələbləri pozulmuşdur. Ona görə də Müstəqil Ekspertizа Mərkəzi MMC-nin xx xxxxxx 2021-ci il tarixli 20 nömrəli rəyinə etiraz edirik. İddia tələbini 10.470,07 manat məbləğində qəbul edirik. Odur ki, verdiyimiz apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən İddiaçı öz apellyasiya şikayətinə əlavə olaraq bildirmişdir ki, birinci iddia ərizəmdə belə olub, sonra mən neçə dəfə ərizə vermişəm ki, hətta apellyasiya məhkəməsində də bildirmişəm ki, mənə obyektin qiymətləndirilməsi lazımdır. Bu gün obyektin qiyməti nədir. Bu gün bazar qiymətini istəyirəm. O obyekti çoxdan mən bir manata almışam, bu gün neçəyədir o obyektin qiyməti? Mən həm vəsatətimdə, həm apellyasiya şikayətimdə, həm də rayon məhkəməsində açıqlamışam və demişəm ki, bu binanı, arxadakı binanı mən özəlləşdirmişəm, arxasını əlavə olaraq tikdirmişəm. Amma mən burada olmayan vaxtlarda tikililərin hamısını saxta sənədlər əsasında birləşdiriblər. Onu da Ali Məhkəmə ləğv edib. Beş il ərzində kimsə götürüb bunu saxta sənədlə işlədib 14.400 manat da pul qazanıb. Bu gün həmin obyektin sahibi Səmədov Mahmuddur, orada tikinti də aparırlar. Obyekti də mənə qaytarmır. Atası Natiqin sağlığında nə Mahmud, nə onun bacısı mənə heç nə demirdilər, hətta ataları Natiq öləndən sonra məndən xahiş edirdi ki, obyektlərini öz adına keçirt. Mən də dedim ki, yaxşı, ancaq bir aydan sonra vəziyyət dəyişdi və mənə məxsus əmlaklara sahib çıxmağa başladı. Ona görə də Mahmuda demişəm ki, əgər belədirsə mən buranı özəlləşdirmişəm, mağazanı almışam, sonra 35 kv m yer tikmişəm, onların dəyərini ver. Ancaq vermir. Ona görə də apellyasiya şikayətimin təmin edilməsini, cavabdehin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, həm tikintiyə, həm də binanın özəlləşdirilməsinə (binanın köhnə pulla on bir milyona yaxın qiyməti var idi), çəkdiyim obyektin real bazar qiyməti olan 57.000 manatın cavabdehdən alınıb mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: xx xxxxx 2005-ci il tarixli 27 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi, Qarabulaq sahəsində yerləşən yeməkxana X9 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. xx xxxxx 2005-ci il tarixli İNV 52 nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Qarabulaq” yeməkxanasının sahibkarı X13r. xx xxxx 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2017ci il tarixdə ölmüş X7 vərəsəsi Cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2014 tarixdə X14 verilmiş **********03-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Azadlıq küçəsi, 7 ünvanında yerləşən 0,0554 ha dövlət istifadəsində olan torpaq sahəsi və onun üzərində tikilmiş, ümumi sahəsi 357,2 kv m olan daşınmaz əmlak qeyri-yaşayış binasından və Azərbaycan Respublikası DİN BDYPİ Şəki 8 saylı RQİB tərəfindən verilmiş xx/xx/2008 tarixli AB 229202 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNDJA236W5564460 və buraxılış ili 1998 olan KİA SPORTAGE minik markalı 55-BX522 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mərhuma məxsus avtomobildən ibarətdir. xx xxxxxx 2017-ci il tarixdə verilmiş 899513 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx xxxxxx 2017-ci il tarixdə ölmüşdür. DƏDRX-nin tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Azadlıq küçəsi, 7 ünvanında yerləşən, ümumi sahəsi 357,2 m2 olan qeyri-yaşayış binası X9 xüsusi mülkiyyətindədir. xx xxxxxxxx 1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx xxxxxx 1990-cı il tarixdə anadan olmuş, atası X21, anası isə Cavabdeh1dır. Cavabdeh2, X17 və Cavabdeh1 tərəfindən kotariat kontoruna təqdim edilmiş xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, onlar xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 miras qalmış daşınar və daşınmaz əmlakdan onlara çatası paydan Cavabdeh3 xeyrinə imtina etmişlər və gələcəkdə bununla bağlı heç bir iddialarının olmayacağını bildirmişlər. DƏDRX tərəfindən verimiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Salman Mümtaz küçəsi, 35B ünvanında yerləşən, qeyri-yaşayış binası X9 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş rəyə əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyriyaşayış obyektinin dəyəri 47984.0 manatdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 34035 nömrəli ekspert rəyindən görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin (pavilyon tipli mağaza) ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin təqribi dəyərinin (xidmət haqqı və materiallar daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq 5012,0 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Həmin Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü ildən 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasan) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14569,88 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Həmin Mərkəzinin xx xxx 2020-ci il tarixli 09/348 nömrəli ekspert rəyində isə göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat. gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar aparılaraq 10470,07 manat məbləği müəyyən edilir. Qeyd: hazırki əlavə ekspertiza rəyindən əvvəl, ilkin ekspertiza zamanı verilmiş rəydə göstərilən infilyasiya faizi (yəni 290,7 %) dərəcəsi 2003-cü ildən xx xxxx 2018-ci il tarixədək olan dövrə aiddir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 1(091)-003/14 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 179.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 213.1-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici, rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarında təşkilatisərəncamverici, rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X2 həbsdə saxlandığı 1 il 8 ay 13 günün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, ona təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində qəti olaraq 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. X15 tərəfindən yazılmış xx xxxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Ürfət İbrahimovu 2001-ci ildən tanıyır. Şəki S.Mümtaz küçəsində köhnə mal bazarı tərəfə sağa dönən yerdə hələ 2000-ci ildən qabaq tikilmiş təxminən 100 kv m olan dəmir pavilyon vardır. Özü də istifadəsiz, təmirə ehtiyacı olan bir obyekt idi. 2002-ci ilin axırlarında eşitmişdir ki, həmin obyekti Ürfət İbrahimov almışdır. Bu günə kimi də həmin obyektin ona məxsus olduğunu bilir. Həmin pavilyonun arxa tərəfini 5-6 il olar ki, təxminən 40-45 kv m mişar daşı ilə (kubiklə) artırmışdır. Xaqan Umarov tərəfindən yazılmış xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, sahibkarlıqla məşğul olduğuna görə Salman Mümtaz küçəsində tində yerləşən pavilyon maqazasnın və onun arxasına pavilyona bitişik tikilmiş anbarın (nubində) Ürfət İbrahimova məxsus olduğunu eşitmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(075)-4127/2018 saylı qətnaməsindən görünür ki, Şəki Şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə Cavabdeh2 adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki rayon prokurorunun müavini, ədliyyə müşaviri V.Hacıyev tərəfindən xx xxxxxx 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə izahatı alınan X9 xx xxxxxx 2017-ci il tarixdə verdiyi izahatdan görünür ki, ona təqdim olunan və adından Şəki rayon prokurorluğuna ünvanlan 01 vərəqədən ibarət xx.xx.2017-ci il tarixli ərizə onun tərəfindən yazılmış və imzalanmışdır, «imza:» sözündən sonrakı, «X22» soyad, ad və ata adından əvvəlki imza da ona məxsusdur. X5 1980-ci ildən, Şamil Yusifovu isə təxminən iki ildir tanıyır. Onlarla qohumluğu düşmənçiliyi və ədavəti yoxdur. 1976-cı ildən 1979-cu ilə kimi Şəki Rayon Kooperativlər İttifaqının üzvü olaraq rayonun müxtəlif iaşə obyektlərində müdir vəzifəsində işləmişdir. 2005-ci ildən sonra Şəki Şəhər İcra Hakimiyyətinin yeməkxanasını işlətmişdir. Hazırda isə heç bir yerdə işləmir. İaşə fəaliyyəti ilə məşğul olduğuna görə 2005-ci ildə Şəki rayonun Qoxmuq kəndi ərazisində “Qarabulaq” adlanan yerdə Şəki Rayon Kooperativlər İttifaqının balansında olan yeməkxananı almışdır. Bunun üçün müvafiq sənədləşmə işləri aparılmışdır. O, ərizə ilə RKİ-ya müraciət etmişdir. Onun müraciəti əsasında qeyd etdiyi yeməkxana ona satılmış, bundan sonra da o, Şəki şəhər Texniki İnventarlaşdırma idarəsinə müraciət edərək qeydiyyat vərəqəsi və qeyri-yaşayış binasının texniki pasportunu almışdır. Maddi imkanı olmadığına görə, neçə illər həmin yeri işlədə bilmədiyinə görə qeyd olunan obyekt istifadəsiz qalmışdır. Bunlardan başqa, birinci instansiya məhkəməsində izahat vermiş cavabdeh X23 göstərmişdir ki, İddiaçı atası ilə dostluğu və işgüzar münasibətləri olmuşdur. Lakin mübahisəli tikililərə aid onun heç bir hüquqi sənədi yoxdur. Həmin qeyri-yaşayış binalarının hər ikisi mərhum atası X9 adınadır. Atası vəfat etdikdən sonra onun bütün mirasları ona qalmış, faktiki olaraq onun sahibliyindədir və o, həmin mirasları faktiki qəbul etmişdir. Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki ümumi sahəsi 153.2 kv m olan “Qarabulaq” yeməkxanasında İddiaçı tərəfindən hər hansı tikinti, quraşdırma, əsaslı təmir, abadlaşdırma işləri aparılmamışdır. Həmin yeməkxana əvvəldən atasının adına özəlləşdirilmiş, yeməkxana binası bərbad vəziyyətdədir. Belə ki, həmin binanın dam örtüyü, tavanı, döşəməsi, qapısı və pəncərəsi yoxdur. Qeyd etmişdir ki, həmin bina sanki xarabazarlığı xatırladır. Göstərmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyriyaşayış binası isə Ülfət tərəfindən deyil, əsasən Nəriman tərəfindən tikilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər yan divarları və üstü də daxil olmaqla dəmirdən konstruksiyadan ibarət pavlion olmuşdur. Lakin İddiaçı sonralar həmin qeyri-yaşayış binasının onun olduğunu iddia etmiş və ona sahiblik edərək həmin mağazanı uzun müddət anbar kimi icarəyə verərək aylıq 130 manat icarə haqqı almışdır. Bununla da o, cinayət əməlinə yol vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onun Ürfət İbrahimovla uzun müddətdir ki, yaxın ailəvi münasibəti vardır. O, uzun müddət Şəkidə İstehlak Cəmiyyətində satış bazasının müdiri işləmişdir. Ürfət müəllimi təxminən 20 ilə yaxındır ki, tanıyır. Təxminən 10 ilə yaxındır ki, Ürfət müəllimin Şəki şəhərindəki işlərinin icrasına köməklik göstərir. Təxminən 2001-ci illərdən başlayaraq Ürfət müəllim Şəkidə bazar ətrafında bir çox ticarət binaları tikdirməyə başlamışdır. Həmçinin, o, Şəkidə yeni bazar inşa etdirmiş, lakin sonradan həbs olunduğuna görə bazarı vaxtında aça bilməmişdir. Hazırda mübahisəli olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki göstərilən obyektin Ürfət tərəfindən tikildiyini bildirdi. Həmin obyekt əvvəllər dülgər sexi, sonradan sement satış məntəqəsi kimi fəaliyyət göstərmişdir. Sonradan Ürfət müəllim həmin obyekti mərhum Natiq Səmədovun adına rəsmiləşdirmiş, həmin obyektdə əsaslı tikinti işləri aparmışdır. Ürfəti tanıdığı kimi Natiqi də uzun müddət olmaqla yaxşı tanımışdır. Ürfətlə Natiqin yaxın dostluq münasibətləri, həmçinin ailəvi gediş-gəlişləri olmuşdur. Təsadüfi deyildir ki, Ürfət yeni tikdirdiyi Şəkidəki təzə bazarın yerləşdiyi 2 ha torpaq sahəsini də N.Səmədovun qızı Firuzənin adına qeydiyyata aldırmışdır. Hazırda mübahisəli olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki göstərilən obyektin tikinti-təmir prosesinə şəxsən o nəzarət etmişdir. Ustalara və materiallara çəkilən xərcləri Ürfət müəllim ona vermiş və həmin işləri o icra etdirmişdir. Bundan başqa o, Ürfət müəllimlə yaxın olduğu üçün onun Şəki rayonu, Qoxmuq kəndində Qarabulaq adlanan yerdə yeməkxananın özəlləşdirməsindən onun şəxsən xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Ürfət İbrahimovu təxminən 15 ildir ki, tanıyır. Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının Ürfət İbrahimov tərəfindən təmir-tikinti işlərini aparılmasının şahidi olmuşdur. Çünki, bir neçə dəfə tikintinin gedişində Ürfət müəllimin şəxsən özünün də nəzarəti altında aparılmasının şahidi olmuşdur. Şəki şəhərində tək o deyil, hamıya məlumdur ki, təzə bazar və onun ətrafındakı bəzi qeyriyaşayış binaları, eləcə də Şəki şəhəri, S.Mümtaz küçəsindəki hazırki tikili Ürfət müəllimə məxsusdur. Lakin onun Ürfət müəllimin “Qarabulaq” yeməkxanasının və Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsinə çəkilmiş xərclərdən məlumatı yoxdur. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsindəki dükana nəzarəti əvvəl Natiq etsə də, həmin dükanın faktiki olaraq Ürfət müəllimə məxsus olmasını bilmişdir. Belə ki, qeyd edilən obyekt Ürfət tərəfindən tikdirilmişdir. Ürfət müəllim tutulandan sonra həmin tikili baxımsız qalaraq ayaqyolu kimi istifadə olunmağa başlamışdır. Tikilinin açarları Natiqdə olmuşdur. Bundan sonra o, açarları Natiqdən alıb Ürfət müəllimin tanışları Nəriman və Sahibin köməkliyi ilə tikilinin qapısını bağlamışdır. Bir müddət sonra Sahiblə Nəriman tikilinin açarlarını ondan istəsələr də tikilinin açarlarını onlara verməyərək açarları Ürfət müəllimin özünə verəcəyini bildirmişdir. O, Şəki şəhəri, S.Mümtaz küçəsindəki mağazanın Ürfət müəllimə məxsus olmasını bilsə də Şəki rayonunun Qoxmuq kənd ərazisindəki “Qarabulaq” yeməkxanasının ona məxsus olması barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, fəhlə kimi tikinti işləri ilə məşğul olur. Göstərilən obyekt yəni, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası əvvəl povilion olmuş, tarixini xatırlamasa da, Ürfət müəllimin yaxın tanışı olan Rəhim müəllimin göstərişinə əsasən o və Əliyar adlı usta həmin mağazada tikinti işləri aparmışlar. Belə ki, o, fəhləlik etmiş, palçıq qarışdıraraq daş qaldırmış, Əliyar isə hörgü işini görmüşdür. Onlara əmək haqqı Rəhim (X8) müəllim tərəfindən verilsə də, həmin pulun onlara Ürfət müəllim tərəfindən ödənilməsindən xəbərləri olmuşdur. Birinci instansiya məhkəməsinin inclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olmaqla fəhləlik edir. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasının uzun müddətdir Ürfət müəllimə məxsus olmasından məlumatı olmuşdur. Həmin obyekt bir müddət istifadəyə yararsız vəziyyətdə olmuşdur. O, həmin obyektin təmizlənərək yararlı vəziyyətə salınmasında iştirak etmişdir. Həmin işlərin görülməsinə görə o məvacib almışdır. Həmin məvacibi ona Rəhim (X8) müəllim versə də, həmin pulun Ürfət müəllim tərəfindən ödənilməsindən xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin inclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, bazarda nəzarətçi vəzifəsində işləmişdir. Ürfət İbrahimovu 2001-ci ildən tanıyır. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyriyaşayış binası əvvəl pavilion olmuşdur. Ürfət müəllim həmin obyektin özəlləşdirilməsi üçün müxtəlif orqanlara sənəd işləri ilə bağlı müraciət etmişdir. Həmin vaxt Ürfət müəllimə yaxın bir şəxs olduğu üçün həmin sənədləşmələrdə o da, Ürfət müəllimlə birlikdə iştirak etmişdir. Həmin obyekt Natiq Səmədovun adına özəlləşdirilsə də, həmin obyektin faktiki olaraq Ürfət müəllimə məxsus olmasını bilimişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur. Mübahisəli obyekt, yəni Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası onun mağazasının anbarıdır. Təxminən 20-25 ildir ki, həmin tikilinin qonşuluğundaki obyekti işlədir. Hələ onun 10-12 yaşı olarkən, yəni 2003-2006-cı illərdə həmin obyekt dəmir povilion şəklində olmuşdur. O, Ürfət İbrahimovun arabir həmin obyektə gəlib-getməsinin şahidi olmuşdur. Həmin mağazaya hər ay 130 manat olmaqla, icarə haqqı verməklə anbar kimi istifadə etmişdir. Son 4 ayda isə icarə haqqını Ürfətə verir. O, Ürfət müəllimin həmin obtyektdə hər hansı tikinti işləri aparmasının şahidi olmamışdır. Cavabdeh Natiq Mahmudovu isə bir neçə dəfə həmin obyektdə görmüşdür. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan hər iki qeyri-yaşayış binasına tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası istismara yararlı vəziyyətdə olmaqla baxış keçirilən zaman ticarət obyekti kimi fəaliyyət göstərir. Həmin qeyr-yaşayış binası S.Mumtaz küçəsindən yeni açılan bazar istiqamətində tində yerləşir. Bina ticarət obyekti baxımından S.Mumtaz küçəsində olan yerləşməsinə görə ən əlverişli ticarət obyektlərindən sayılır. Digər mübahisəli obyekt olan Şəki rayonu, Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki ümumi sahəsi 153.2 kv m olan “Qarabulaq” yeməkxanası Qoxmuq kəndindən üzü Qax rayonu istiqamətində kəndin qurtaracağında yerləşir. Həmin binaya baxiş zamanı müəyyən edilmişdir ki, bina sovet dövründə inşa edilmiş yeməkxana olmuş, lakin halhazırda həmin bina tam yararsız vəziyyətdədir və həmin binada yeni hər hansı tikinti-təmir işləri aparılmamışdır. Belə ki, həmin binanın dam örtüyü, tavanı, döşəməsi, qapısı və pəncərələri yoxdur. Həmçinin bina baxış zamanı onun uzun müddət ticarət obyekti kimi fəaliyyət göstərməməsi anlaşılmışdır. Müəyyən olunmuşdur ki, həmin yer bir növ zibil tullantısı yeri kimi istifadə edilir. Göstərilənlərlə yanaşı, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, çəkdiyi xərclərin və qeyd edilən obyektin real bazar qiymətini təşkil edən pulun ona ödənilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyasnın iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin mərhum atası X21 ilə yaxın dost olmuş, yaxın dost olduğuna görə, 2000-ci ildən etibarən Şəki şəhəri ərazisində olan bir neçə obyektini, o cümlədən Şəki şəhəri, S.Mümtaz küçəsində olan və özəlləşdirdikdən sonra əlavə inşa işləri apardığı qeyri-yaşayış binasını 2003-cü ildə mərhum Natiq Səmədovun adına rəsmləşdirmiş, lakin yaxın dostu Natiq Səmədov xx xxxxxx 2017-ci ildə vəfat etdikdən sonra onun övladı, cavabdeh X23 atasından miras qalan əmlakları qəbul etmiş və Natiq Səmədovun ölümündən sonra atasının adına sənədləşdirilmiş iddiaçıya məxsus bir neçə əmlakı, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binası və Şəki rayonu, Qoxmuq kəndi, Qarabulaq sahəsində yerləşən yeməkxana binasını özgəninkiləşdirmək istəyir. Nə mübahisəli obyektləri, nə də onların özəlləşdirilməsi və tikintisinə çəkilmiş xərcləri iddiaçıya ödəmək istəyir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən, yəni Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş, cəmi 25039,95 manatın Cavabdeh3 tutularaq İddiaçı verilməsini qət edərkən hesab etmişdir ki, cavabdehin atası mərhum X3 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)-1624/2016 saylı mülki işi üzrə izahat verərək bildirmişdir ki, “S.Mumtaz küçəsində yerləşən qeyri-yaşayış binasını alaraq xx xxx 2003-cü il tarixdə adına rəsmləşdirmişdir. Həmin qeyri-yaşayış binasını təxminən 3 il müddət ərzində ayda 200- 250 manat olmaqla ayrı-ayrı şəxslərə icarəyə vermişdir. Həmin bina qəzalı vəziyyətdə olmuş, həmçinin dam örtüyü etibarlı olmadığından içərisinə yağış və qar yağmış, maddi imkanı olmadığından binanı təmir etdirə bilməmişdir. Buna görə də qeyd edilən binanı heç kəs icarəyə götürmək istəməmiş, bu səbəbdən də oranı bağlayaraq işlətməmişdir. Sonradan qohumluq əlaqələri olan İddiaçı ona demiş ki, əgər həmin binanı işlətmək istəmirsə versin ona təmir etdirib işlətsin. Obyektinin bağlı qalmasını istəmədiyindən həmin binanı İddiaçı işlətmək üçün vermişdir. Bunun üçün o, xx xxxxxxxx 2012-ci il tarixdə İddiaçı notarial qaydada təsdiq edilmiş etibarnamə verərək Şəki şəhəri, S.Mumtaz küçəsində yerləşən ona məxsus qeyri-yaşayış binasına lazımi sənədləri toplamağı, Ərazi İdarəsindən 1 nömrəli forma və çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə verərkən Urfətdən pul almamışdır. Urfət həmin binanı təmir etdirərək tutulanadək işlətmişdir”. Göründüyü kimi mərhum X21 həmin binanın qəzalı vəziyyətdə olmasını, həmçinin dam örtüyü etibarlı olmadığından içərisinə yağış və qar yağmasını bildirmiş və maddi imkanı olmadığından binanı təmir etdirə bilmədiyini qeyd etmişdir. Buna görə də qeyd edilən binanı heç kəs icarəyə götürmək istəməmiş, bu səbəbdən də oranı bağlayaraq işlətməmişdir. Daha sonra izahatında qeyd edilən qeyri-yaşayış binasını Ürfət tərəfindən təmir etdirməsini etiraf etmişdir. Bundan əlavə, iş materialına əlavə edilmiş Şəki rayon prokurorunun müavini, ədliyyə müşaviri V.Hacıyev tərəfindən xx xxxxxx 2017-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar üzrə izahatı alınan X21 həmin tarixdə verdiyi izahatında Şəki şəhəri, S.Mumtaz küçəsində ona məxsus qeyri-yaşayış binasının olması barədə hər hansı fikir bildirməmişdir. Bu isə onu göstərir ki, mərhum X21 qeyd edilən mübahisəli obyekti özününkü hesab etməmişdir. Bundan başqa, Natiq Səmədovun övladı iş üzrə cavabdeh X23 məhkəmə iclasında göstərmişdir ki, “Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası Ülfət tərəfindən deyil, əsasən Nəriman tərəfindən tikilmişdir”. Göründüyü kimi, cavabdeh X23 məhkəmə iclasındakı yuxarıda qeyd olunan izahatı ilə özü də bilmədən qeyri-yaşayış binasının atası tərəfindən tikilməməsini etiraf etmişdir. Bu isə onu göstərir ki, mübahisəli bina həqiqtən də iddiaçı tərəfindən tikilərək təmir edilmişdir. Digər tərəfdən, işə əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 1(091)-003/14 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-in 179.3.2 və 213.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Bu bir daha onu göstərir ki, iddiaçı Şəki bazarı və onun ətrafında ticarət obyektləri inşa etdirmişdir. Bundan əlavə, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-c il tarixli 2(075)- 4127/2018 saylı qətnaməsindən görünür ki, Şəki Şəhər İcra Hakimiyyətinin xx xxx 2006-cı il tarixli 1/110 saylı sərəncamı ilə Cavabdeh2 adına Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsində olan dövlət torpaq fondundan 20 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmiş 2 hektar torpaq sahəsində Şəki Şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2007-ci il tarixli 1/240 saylı sərəncamı ilə tikintisi başa çatdırılmış ticarət cərgəsində mövcud olan bütün əmlak-tikili, qurğu və avadanlıqların İddiaçı tərəfindən tikilməsi hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə də müəyyən olunur ki, iddiaçının mərhum X21 ilə yaxın dostluq münasibətləri olmuş, hətta yeni bazarın tikilməsi üçün ayrılmış 2 ha torpaq sahəsini mərhum Natiqin qızı Cavabdeh2 adına rəsmləşdirmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş 7 şahid birinci instansiya məhkəmə iclasında verdikləri ifadələrdə qeyd edilən mübahisəli binanın məhz İddiaçı tərəfindən tikilərək təmir edilməsini təsdiq etmişlər. Qeyd olunanlarla yanaşı, cavabdeh tərəf iddianı 2-ci mühasibatlıq ekspertizası həddində qismən, yəni 10.470,07 manat məbləğində qəbul etmişdir. İddiaçı 2000-ci ildən etibarən Şəki şəhəri, S.Mümtaz küçəsində qeyri-yaşayış binasını inşa etdirmiş və müəyyən səbəblərdən həmin binanı 2003-cü ildə mərhum X9 adına rəsmləşdirmişdir. İddiaçı həmçinin Şəki rayonu, Qoxmuq kəndi, Qarabulaq sahəsində yerləşən yeməkxana binasının da mərhum X9 adına özəlləşdirərək buna 8.000 manat pul ödədiyini bildirmişdir. İddiaçı Şəki rayonu, Qoxmuq kəndi ərazisində, Qarabulaq sahəsində yerləşən yeməkxana binasının özəlləşdirməsinə görə 8.000 manat, həmçinin Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə 57 000 manat pul xərcləməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəf iddianı qismən qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh3 Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş 25039,95 manat məbləğində xərc tutularaq İddiaçı verilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı isə apellyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, iddia tələblərinin ikinci hissəsi üzrə məhkəmə səthi də olsa araşdırma aparsa da, birinci hissəsi ilə bağlı heç bir araşdırma aparmamış, xx.xx.2020-ci il tarixli 26 nömrəli qiymətləndirmə hesabatından da göründüyü kimi, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 45.000 manat təşkil edir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə iddia tələbləri üzrə dəqiq və düzgün araşdırma aparmış olsa idi onda qətnamədə olduğu kimi 25.039,95 manat deyil, 70.039,95 (25.039,95+45.000) manat pulun cavabdehdən tutulmasına dair qətnam çıxarmalı idi. Məhkəmə iclasında iştirakı üçün lazımi şəraitin yaradılmamış və sübutların təqdim edilməsi üçün vaxt verilməmişdir. Məhkəmə iddia tələblərini natamam araşdırmış, iddia tələbində Şəki rayonu, Qoxmuq kəndinin ərazisində “Qarabulaq” adlanan yerdə yerləşən ümumi sahəsi 153,2 kv m sahəsi olan eyni adlı yeməkxananın özəlləşdirilməsi və təmirinə çəkilən xərclərin cavabdehdən tutulması da göstərilsə də, qətnamədə iddia tələbinin bu hissəsi ilə bağlı bir kəlmə də olsun göstərilmir və həmin hissədə araşdırma ümumiyyətlə aparılmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya tələbi ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, işin həqiqi halları üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında münasibətləri düzgün şərh etsə də, iddia tələbini qismən təmin edərkən səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh3 miras əmlak hesab edilən 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərclərin cəmi məbləği kimi 57.000 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsindəki izahat və çıxışından, məhkəməyə təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyindən, habelə apellyasiya şikayətinə əlavə etdiyi “xxxx” MMC tərəfindən verilmiş Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyriyaşayış obyektinin qiymətləndirilməsinə dair hesabatlardan müəyyən olunur ki, iddiaçının əsl tələbi həmin obyektin hazırki real bazar qiymətinin cavabdehdən alınıb ona verilməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi həmin məsələni mübahisələndirərkən, eyni zamanda çıxışında iddiaçı bir daha Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyri-yaşayış obyektinin bu güngü real bazar qiyməti olan 57.000 manatın cavabdehdən alınıb ona verilməsini xahiş etmiş və iddia tələbinin həcminə toxunmadan iddia ərizəsinə aydınlıq və dəqiqlik gətirərək şifahi və yazılı formada bildirmişdir ki, mübahisəli obyektin həm özəlləşdirilməsinə, həm də tikintisinə çəkdiyim xərclərin real bazar qiymətinə uyğun olaraq cavabdehdən alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsininin müəllifinin də iddiaçı olmasına və onun həqiqi tələbinin mübahisəli obyektin qiymətinin cavabdehdən alınıb ona verilməsini tələb etməsinə, bununla bağlı müstəqil qiymətləndirmə keçirtdirərək məhkəməyə rəy təqdim etməsinə baxmayaraq, birinsi instansiya məhkəməsi cavabdehdən mübahisəli qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmaya bilmir. İddiaçının apellyasiya şikayətinin bu hissədə təmin olunduğu halda iddia tələbinin hansı məbləğdə təmin edilməsi məsələsinə gəlincə, məhkəmə kollegiyası mübahisəli obyektlərə çəkilən xərclərin qiymətləndirilməsi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 34035 nömrəli, xx xxxxxx 2020-ci il tarixli 14441 nömrəli və xx xxx 2020-ci il tarixli 09/348 nömrəli ekspert rəylərinə tənqidi yanaşaraq həmin rəylərdə göstərilən məbləğləri deyil, mübahisəli obyektin real bazar qiymətinin müəyyən edilməsinə dair aparılmış tədqiqatların nəticələrinə dair rəy və hesabatlarda göstərilən məbləğlər əsasında iddianın təmin edilməsini əsaslı hesab edir. Obyektin real bazar qiyməti ilə bağlı keçirilmiş hesabatlara nəzər salanda müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş rəyə əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyri-yaşayış obyektinin real bazar qiyməti 47.984.0 manat, “xxxx” MMC tərəfindən verilmiş hesabat əsasən 45.000 manat, “xxxx" MMC-nin rəyinə əsasən isə 42.400 manat təşkil edir. Məhkəmə kollegiyası bu qiymətlər arasında olan fərqi təhlil edib hansının işin hallarına daha uyğun və ağlabatan olmasını müzakirə edərkən belə qənaətə gəlir ki, cavabdeh tərəfin iddia tələbinin 10.470,07 manat həcmində təmin edilməsi ilə razı olmasına baxmayaraq, iddia tələbi 42.400 manat miqdarında təmin edilməlidir. MPM-in 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbinin qismən təmin edilməsi qənaətinə gələn məhkəmə kollegiyası sübutları qiymətləndirib, tərəflər arasında olan mübahisəli hüquq münasibətinə uyğun olaraq əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (mad. 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (mad. 1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (mad. 1092.1). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (mad. 1093). Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir (mad. 1093.2). Apellyasiya şikayətinin məhkəmə iclasında iştirakı üçün lazımi şəraitin yaradılmaması və sübutların təqdim edilməsi üçün vaxt verilməməsi barədə dəlilinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Çünki, mülki işin materiallarına nəzər salanda müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmış, iddiaçı birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş, vəsatət vermiş, sübutlar təqdim etmişdir (“xxxx” MMC tərəfindən tərtib edilmiş rəy) və s. Ona görə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmək üçün kifayət qədər vaxta və imkana malik olmuşdur. Apellyasiya şikayətinin digər dəlilinə gəlincə, qeyd olunmalıdır ki, iddiaçı Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyri-yaşayış obyektinin ona məxsus olması, onu özəlləşdirməsi və orada əlavə tikinti-təmir işlərinin aparılması barədə birinci instansiya məhkəmsinə sübutlar təqdim etsə də, Şəki rayonunun Qoxmuq kəndinin ərazisində “Qarabulaq” adlanan yerdə yerləşən ümumi sahəsi 153,2 kv m sahəsi olan eyni adlı yeməkxananın özəlləşdirilməsi və təmirinə çəkilən xərclərlə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, ona görə də birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu barədə dəlillərini də əsaslı hesab etmir. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyası bunlarla da razılaşa bilmir. Məhkəmə kollegiyası ona görə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan mübahisəli qeyri-yaşayış obyektinin real bazar qiymətini müəyyən etməli olduğu halda həmin obyektə aparılan tikinti-təmir işlərinə çəkilmiş xərclərin, görülmüş işlərin dəyərini müəyyən edərək indeksləşməsini aparmışdır ki, bu da əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya şikayətinin təkrar məhkəmə mühasibatlıq ekspertizasının aparılması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.4-cü mad.). Qeyd olunanlarla yanaşı, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddianın təmin edilməli olan hissəsi dəyişdiyindən, məhkəmə xərcləri də ona uğun olaraq tərəflərə aid edilməli, ƏN-nin MEM tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 34035 nömrəli ekspertiza tədqiqatına görə 100 manat, xx xxxxxx 2020-ci il tarixli 14441 nömrəli ekspertiza tədqiqatına görə 100 manat, xx xxx 2020-ci il tarixli 09/348 nömrəli ekspertiza tədqiqatına görə 200 manat, cəmi 400 manatın 336 manatı cavabdehdən, 64 manatı isə iddiaçıdan alınıb MEM-nin hesabına (cəmi 400 manat), “X10” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatına görə isə 300 manatın 252 manatı cavabdehdən, 48 manatı (cəmi 300 manat) isə iddiaçıdan alınıb həmin MMC-nin hesabına keçirilməli, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edlmiş faktlarla tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, lakin çəkilmiş xərclərin miqdarını müəyyən edərkən səhvə yol vermişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmi 42.400 (qırx iki min dörd yüz) manat tutularaq İddiaçı verilməli, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti isə təmin edilməməli, qətnamə baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh3 Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B saylı ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmi 42.400 (qırx iki min dörd yüz) manat tutularaq İddiaçı verilsin. Mülki iş üzrə məhkəmə xərci olan 400 manatın 336 manatı cavabdehdən, 64 manatı isə iddiaçıdan alınıb MEM-nin (Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına, 300 manatın 252 manatı cavabdehdən, 48 manatı isə iddiaçıdan alınıb “X10” MMC-nin (“xxxx” ASC-in Sahil filialı (kod: 201218), VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiarın hesabı: AZ64AİİB400900C**********208, VÖEN: **********) hesabına keçirilsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 25 manatı cavabdehdən alınıb iddiaçıya verilsin. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə baxılmış apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: RAFAİL ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar