Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-88/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı «mülkiyyətdə olan torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, JN-112F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2019-cu il tarixli, 11791 nömrəli ekspert rəyinə uyğun olaraq gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, iddianın qalan hissədə rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi və aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəblə rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə ona 0,25 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi JN-112F saylı, kod 40615018 olan «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsindən hələ islahatadək olan dövr ərzində istifadələrində, həyətin yolu isə mülkiyyətdə olan torpaq sahəsinə nisbətdə gündoğan tərəfdən olub, yolun eni 5-6 metr olmaqla maşınların hərəkəti mümkün olan yol yeri olmuşdur. Hazırda cavabdehlər həmin gediş-gəliş yolunun əksər hissəsini, yəni enini zəbt edərək 4-5 metrdən 1,5 metrə endirmiş, uzunluğu isə 30-35 metrədək zəbt edilməklə, ətrafı hasarlanmış və yolda yardımçı tikililər inşa edilmişdir. Nəticədə fərdi yaşayış evinə gedən maşın yolu tamamilə bağlanmış, el arasında deyildiyi kimi 1,5 metr enində ayaq cığırı saxlanılmışdır. Bununla da onlar mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə gedən nəqliyyat yolunu tamamilə bağlamışlar. Cavabdehlər həmin yolun müəyyən hissəsinə hasar çəkmiş və mülkiyyətlərinə qatmış, zəbt etdikləri yol yerində yardımçı tikililər inşa etmişdir. Dəfələrlə yolun açılmasını tələb etməyi isə faydasız olmuşdur. Onu mübahisə yaratmaqla əsassız münaqişəyə cəlb etməyə çalışmışlar. Buna görə də yaramış vəziyyətlə bağlı Tikanlı Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin ona ünvanladığı 14.04.2018-ci il tarixli 09 saylı cavab məktubunda tələb olunan yol yerinin yaaşyış məntəqəsinin xüsusi mülkiyyətə, Bələdiyyə və Dövlət mülkiyyətinə verilən torpaqların planında (xəritədə) göstərilməklə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məktubun mətnindən aydın olur ki, cavabdehlər həqiqətən Tikanlı kəndinin baş planında göstərilən yolu zəbt edərək bağlamşdır. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin mülkiyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə zəruri yol yeri yoxdursa, yəni öz sahəsindən ictimai yola keçid yoxdursa mülkiyyətçi tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid yolu ayırsınlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019cu il tаrixli, 2(025)-137/2019 saylı qətnаməsi qismən yəni, gediş-gəliş yolunun şərqdən 2,83 metr, qərbdən 2,24 metr hissədə cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi, iddia həmin hissədə təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)-140/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(102)-2017/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)- 140/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının həyətinə gedən gediş-gəliş yolu zəbt edilməmişdir. Keçirilmiş ekspertiza zamanı suallar tam və düzgün cavablandırılmamışdır. Yol yerində də heç bir tikili inşa olunmamışdır. Yolda olan 70-ci illərdə tikilmiş maşın qarajıdır. Həmin illərdə onun mərhum atası öz həyətindən iddiaçıya yol vermişdir. Daş hasar da keçmişdə tikilmişdir. Son vaxtlar mübahisəli torpaq sahəsində hasar tikilməmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan JN-112F, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı mülkiyyətinə həyətyanı olaraq 0,25 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-093H, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə həyətyanı olaraq 0,26 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-093İ, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə həyətyanı olaraq 0,07 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-113A, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı Cavabdeh2 mülkiyyətinə həyətyanı olaraq 0,07 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-109A, kod 40615018 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh3 və onun ailə üzvlərinin mülkiyyətinə həyətyanı olaraq 0,25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidlmətinin 21.08.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış»şın surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinin adına Qəbələ rayonu Tikanlı kəndində 0,15 ha torpaq sahəsi və fərdi yaşaış evi daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiaata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2019-cu il tarixli, 11791 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi»nin Şəki LTİ mütəxəssis rəyinə əsasən, Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN-109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr,qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir. Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə» əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır. Lakin qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçının yol yeri tələb etdiyi ərazilərin verilməsinin hansı qonşuya münasibətdə daha yolverilən və daha az zərər vuran olması məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyul 2019-cu il tarixli, **********59 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F, JN-093H, JN-093İ, JN-113A və JN- 109A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə» əsasən verilmiş müvafiq olaraq 0,25 ha, 0,26 ha, 0,07 ha, 0,07 ha və 0,25 ha torpaq sahələrinə gediş-gəliş yolunun şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr. Qərbdən 2,24 metr nəzərdə tutulduğu halda, faktiki naturada ölçülmüş yol yerinin şərqdən 0,90 metr, qərbdən 4,25 metr olduğu müəyyən edilir. Qəbələ rayonu keçmiş «Azərbaycan» təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-112F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə» əsasən verilmiş 0,25 ha torpaq sahəsinin cizgiləri ilə faktiki naturada ölçülmüş torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq vardır. İş üzrə keçirilmiş 17 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəydən görünür ki, Mərkəzin elektron bazasında Qəbələ rayon keçmiş Azərbaycan təsərrüfatının ərazisində aparılmış torpaq islahatına_aid kompleks yerquruluşu xəritəsində Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli qərarı ilə JN-112F (kod:4********) nömrəli “Torpağın mülkiyyətinə verilrməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla ilə verilmiş 0,15 ha, Cavabdeh2 JN- 113 A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN-109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgiləri arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(102)-2017/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2(107)- 140/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini sübut edə bilməmişdir. Halbuki, iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində keçirilmiş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə şərqdən (əsas yoldan giriş hissə) 2,83 metr enində, qərbdən 2,24 metr enində, 92 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulduğu halda, naturada həmin yolun ölçüləri daralmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinə gedən yolun bir hissəsinin enindən daralması müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi həmin dəyişikliyin hansı səbəbdən baş verməsini, o cümlədən cavabdehlər tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, iddiaçının torpaq sahəsinə gedən yolun daralmasının səbəbi, cavabdehlər tərəfindən zəbt edilib-edilməməsi, zəbt edildiyi halda-hansı hissədə və hansı ölçülərdən zəbt olunması müəyyən olunmamış, bununla da mübahisə tam həll edilmədən qalmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı onun torpaq sahəsinə gedən yeganə yolun zəbt edilməsini iddia etdiyi halda, həmin torpaq sahəsinə başqa maneəsiz yolun olub-olmaması müəyyən olunmalı və bundan asılı olaraq iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olması məsələsinə hüquqi qiymət verilməlidir. Bununla bağlı olaraq Şəki Apellyasiya məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(107)-1570/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 25 aprel 2022-ci il tarixli 10/6863 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 13.04.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Mərkəzin elektron bazasında Qəbələ rayon keçmiş Azərbaycan Azərbaycan təsərrüfatının ərazisində aparılmış torpaq islahatına aid kompleks yerquruluşu xəritəsində Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il 25 nömrəli qərarı ilə JN-112F (kod:4********) nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə, şərqdən (əsas yoldan giriş hissə) 2.83 metr enində, qərbdən 2.24 metr enində, 92 metr uzunluqda hediş-gəliş yolu nəzərdə tutulmuşdur. Cavabdehlər Cavabdeh1 **********04 nömrəli çıxarışla verilmiş 0.15 ha, Yusibov X3 JN-113A nömrəli şəhadətnamə ilə verilmiş 0.07 ha, Cavabdeh3 Gülməmməd oğluna JN- 109 A nömrəli şəhadətnamə ilə verilmiş 0.25 ha torpaq sahələrinin faktiki istifadə vəziyyəti ilə torpaq islahatına dair yerquruluşu xəritəsindəki cizgilər arasında uyğunsuzluq olduğu üçün sözügedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyildir. Bundan əlavə məhkəmə kollegiyasının 23 sentyabr 2021-ci il tarixli yerli baxış zamanı müəyyən оlunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinə gedən yol sağ və sol tərəf hissədən daralmış, həmin yolun giriş və çıxış hissələri fərqli olçülərdədir. Bununla bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin nümayəndələri tərəfindən müvafiq olçü işləri aparılmışdır. Bundan əlavə baxışda iştirak edən proses iştirakçıları tərəfindən İddiaçı məxsus torpaq sahəsinın aşağı hissəsindən çay kənarı vasitəsi ilə əsas magistral yola çıxış edən müvafiq yol mövcuddur. Lakin iddiaçı həmin yolun çay kənarında olmasına görə oranın qış aylarında çətin istifadə edilməsi qeyd etdi. Həmin yolun üzərində çayın axması nəticəsində meydana gələn palçıqlar müşahidə edilmişdir. Yerli baxışda çəkilmiş video və fotoşəkillər müvafiq DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus torpağa gedən yolun daralması səbəbindən onun iddia qaldırmağa hüququnun olduğu qənaətinə gəlsə də, qeyd edir ki, iddiaçıya məxsus mübahiəli gediş-gəliş yolunun cavabdehlər tərəfindən istifadə olunması sübut olunmur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, işin baxılması ilə əlaqədar məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində aparılan tikililərin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması tələbi təmin edilməməli, iş üzrə keçirilmiş eksperti xərci iddiaçıya aid edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tаrixli, 2(025)-137/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Gülməmməd oğlu, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayonu Tikanlı Bələdiyyəsinə qarşı Qəbələ rayon AİK-nın 25 iyun 1998-ci il tarixli 25 saylı qərarı və JN-112F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə 8 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinə gedən zəruri yol yerinin hasarlama və yardımçı tikililər inşa etməklə yaradılan maneələrin aradan qaldırılması tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN**********,AZ34CTRE********************, X1, KOD 210005, VÖEN * Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri - 142,14 (bir yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri – 60.4 (altmış tam onda dörd) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat İddiaçı tutularaq, Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-88/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-88/2022
25.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver