Məhkəmə qərarları › İş №2(107)-88/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-88/2025

24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-88/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaqdan çıxarılma) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, torpaq sahələri birləşdirilərək yeni sənəd tərtib edilmiş və Oğuz rayon Xaçmaz kəndində yerləşən 3,5667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddiasına görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan torpaq sahələrini zəbt etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın alınıb ona verilməsi və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununu təsdiq edərək mütəxəssis rəyini qəbul etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, onun dövlət aktı aktı var. Onun torpağı ilə iddiaçının torpağı üst-üstə düşə bilməz. Mütəxəssis rəyinə etiraz edir. 9 saylı Qəbələ Ərazi İdarəsində ona əvvəl başqa söz söyləsələr də rəyi iddiaçının maraqlarına uyğun vermişlər. Dürüstləşməni qəbul etmir. Uzun illərdir ki, torpaq sahəsindən olduğu yerdə istifadə edir, torpağa əziyyət çəkib. Torpaqdan çıxmayacaq. Verilmiş rəy saxtadır. Onun mülkiyyətində olan torpaqla qonşu torpaq sahəsi başqasına verilə bilməz. 30 ildir ki, həmin bağda zəhmət və əziyyəti var. Ölçü onun iştirakı ilə aparılmayıb. İddiaçıya da maddi ziyan vurmayıb. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil bildirmişdir ki, iddiaçının təqdim etdiyi çıxarışların mötəbərliyi şübhə doğurur, onların mənbəyi şübhəlidir, nömrə və sənədlərin saxtakarlıqla əldə edildiyi aydın görünür. Buna görə mütəxəssis rəyi də saxtadır və həqiqəti əks etdirmir. Həmin torpaq illərdir ki, cavabdehin istifadəsində olub. Qanuni qüvvəyə minmiş 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə də torpağın cavabdehə məxsus olduğu təsdiq edilir. Cavabdeh iddiaçının torpaq sahələrini tutmamış, maddi ziyan da vurmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqiqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin (9 saylı Qəbələ Ərazi İdarəsi) Yerquruluşunun təşkili şöbəsinin müdiri X10 bildirdi ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli, 07 mart tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 aprel tarixli, 250s saylı sərəncamına uyğun olaraq torpaq sahələri üzrə dürüstləşdirilmiş məlumatlar sistemə yerləşdirildikdən sonra mütəxəssis rəyi hazırlanmışdır. Ölçülər peyk vasitəsilə dəqiqləşdirilib. Rəy çıxarışlara əsasən verilib. Rəylərin saxtalığı barədə deyilənlər həqiqəti əks etdirmir. Verilmiş rəyi tam müdafiə edir və onun nəticələrinə cavabdehdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-557/2024 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planlarından görünür ki, işin araşdırılması məqsədilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Xaçmaz kəndi inzibati ərazisində yerləşən, **********, ********** və ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələrinin sənəd üzrə koordinatları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdiyi torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş reyestr sənədi və iddia etdiyi torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları sxemlərdə göstərilmişdir. **********, ********** və ********** nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş **********, ********** və ********** nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin koordinatları göstərilməklə sxemlər çəkilmişdir. Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qətnaməsi (hakim S.Zeynalova) ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,5299 ha hissəsindən, xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Oğuz rayon Xaçmaz kəndində yerləşən, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş, İddiaçı mülkiyyətində olan 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsi iddiaçıya təhvil verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qərardadı (hakim S.Zeynalova) ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 1440 manat, Cavabdeh1 480 manat maddi ziyanın alınıb ona verilməsi və dövlət rüsumunun tutulması tələbinə dair mülki işin icraatına Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha torpaq sahəsinin 0,0971 ha hissəsindən çıxarılmasına dair hissədə xitam verilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Oğuz rayonu Xaçmaz kəndi inzibati ərazisində yerləşən, **********, ********** və ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələrinin sənəd üzrə koordinatları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdiyi torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş reyestr sənədi və iddia etdiyi torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları sxemlərdə göstərilmişdir. **********, ********** və ********** nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş **********, ********** və ********** nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin koordinatları göstərilməklə sxemlər çəkilmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-97/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı, Oğuz rayonu Xaçmaz Bələdiyyəsi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə xx.xx.2022-ci il tarixdə baxılaraq iddia qismən təmin edilmiş, Cavabdeh2 Oğuz rayonu Xaçmaz kəndində yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,627 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,0971 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən göstərilən xüsusat nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərardadla Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinin həmin torpaq sahəsinin 0,0971 ha hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qətnamə nəzərə alınmaqla iddiaçının hüquqlarının Cavabdeh2 tərəfindən qismən pozulduğu müəyyən edildiyindən iddia tələbi 0,627 ha torpaq sahəsinə münasibətdə qismən təmin edilməli, Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,5299 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməli, iddia tələbinin 0,0971 ha torpaq sahəsindən çıxarılma hissəsində iş üzrə icraata xitam verildiyi nəzərə alınmalıdır. İddia tələbinin Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,3764 ha hissəsindən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh2 mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,3764 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə mütəxəssis rəyini sübut kimi qəbul edərək həmçinin bildirir ki, iddia tələbinin Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1,1257 ha torpaq sahəsindən çıxarılmasına dair hissəsi də təmin olunmalı, Cavabdeh1 mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 1,1257 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 152, 157, 1096, 1097, Torpaq Məcəlləsi 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 mümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 İmran Ömür oğlunun ailə üzvlərinə məxsus 0,3764 ha torpaq sahəsini xx.xx.2020-ci ildə Alqı-satqı müqaviləsi əsasında almışdır. DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə İddiaçı adına müxtəlif tarixlərdə verilmiş (yenə əsaslar yoxdur) 7 (yeddi) ədəd çıxarış göndərilmişdir. Çıxarışlardakı uyğunsuzluğu nəzərə almasaq, belə həmin çıxarışlar üzrə torpaq sahəsi 0,6270 ha təşkil edir. Alqı-satqı müqaviləsindəki torpaq sahəsinin həcmi 0,3764 ha təşkil edir. Həmçinin Alqı-satqı müqaviləsi ilə Əhmədovların satdığı torpaq sahəsi mübahisə edilən və məhkəmənin qətnaməsi ilə boşaldılmalı olan ərazidən 250 m (2500000 sm) kənarda yerləşir. Həmçinin iddiaçının boşaldılmasını (heç bir ilkin sənəd yoxdur) tələb etdiyi torpaq sahəsinin həcmi 2,1281 ha təşkil edir. Çox təəssüf ki, məhkəmə iddiaçının təqdim etdiyi saxta sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan alqı-satqı müqaviləsində göstərilən sahənin mübahisəli sahədən 250m kənarda yerləşməsinə baxmayaraq, məhkəmə həmin alqı-satqı müqaviləsinin məhz mübahisəli sahəyə aid olduğunu göstərmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 həmin torpaq sahəsinə 30 ildən artıq sahiblik etməsi, öz zəhməti heasbına həmin sahəni yararlı hala gətirməsini və bu müddət ərzində heç kimin bu torpaq sahəsinə dair heç bir iddia irəli sürmədiyi, iddiaçının isə belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmaması nəzərə alınmamışdır. Onu qeyd edir ki, dəfələrlə İddiaçı adına verilən çıxarışlar üçün əsas olmuş ilkin sənədlərin məhkəməyə təqdim olunması üçün ƏMDK DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilməsini xahiş etmiş, lakin məhkəmənin sorğusunda göndərilən sənədlərin içərisində bir səhifə də olsun işə aidiyyatı olan sənəd göndərilməmişdir. Tələb olunan sənədlərin məhkəməyə təqdim olunmamasına baxmayaraq, məhkəmə tərəfindən qanuna müvafiq heç bir tədbir görülməmişdir. Onların vəsatətinə əsasən iş üçün əsas əhəmiyyət kəsb edən lazımı sənədlər 3-cü şəxslərdən tələb olunmasına baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim olunmamış, lakin məhkəmə həmin sənədlərin təqdim olunması üçün heç bir hüquqi tədbir görməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdehin təqdim etdiyi sübutlar və verdiyi izahat nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 0,627 ha torpaq sahəsi ilə bağlı mübahisəyə əvvəllər Oğuz Rayon Məhkəməsində baxılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(054)- 97/2022 nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. 2022-ci ildə iddia ərizəsini geri götürülməyib. Onlar həmin qətnamədən apellyasiya şikayəti verməmişlər. Həmin qətnamə icraya yönəldikdən sonra iddiaçı qətnamənin icra edilməməsi üçün icra şöbəsinə ərizə vermişdir. İcra vərəqəsinin geri qaytarılması üçün ərizə vermələrinə əsas isə, torpaq sahəsinin zəbtdən tam olaraq azad edilməməsi olmuşdur. Yəni, cavabdeh onların daha çox torpağını zəbt etmişdir. Həmin səbəbdən 0,627 ha torpaq sahəsi ilə bağlı məhkəmədə yenidən iddia qaldırılmışdır. Nəzərə çatdırır ki, Cavabdeh2 0,627 ha torpaq sahəsini 2022-ci ildən sonra zəbt etməmişdir. O, həmin torpaq sahəsinin hamısını təxminən 2019-cu ildən zəbt etmiş və həmin vaxtdan da cavabdehin istifadəsindədir. 2022-ci ildə qətnamə qəbul ediləndən sonra isə heç bir zəbt olmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh uzun illərdir mübahisəli torpaq sahəsini istifadə edir. 2022-ci ildən sonra heç bir zəbt olmamışdır. Ümumiyyətlə iddiaçının torpaq sahəsi hazırki ərazidən kənarda yerləşir. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti vermədiyini və qanuni qərar qəbul edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 3 iyul 2015-ci il qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir”.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hazırda baxılan hissədə apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə iddiaçıya məxsus torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan 0,627 ha və 0,3764 ha, Cavabdeh1 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etsədə, faktiki olaraq iddia tələbinin Cavabdeh2 münasibətdə iddianın təmin edilməsi hissəsində yəni, 0,627 ha və 0,3764 ha torpaq sahələri hissəsində mübahisələndirmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(107)-88/2025 nömrəli qərardadı ilə, Cavabdeh2 mümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qətnaməsi qismən yəni, Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,627 ha torpaq sahəsinin 0,5299 ha hissəsindən hissəsindən çıxarılmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinсi instаnsiyа məhkəməsinin qətnаməsini mübahisələndirilən Cavabdeh2 Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması hissəsində yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin hazırda baxılan 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Avropa Məhkəməsinin qərarlarına görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən İ saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (Torpaq Məcəlləsi 66). Eyni zamanda, Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən isə görünür ki, torpaq sahələri birləşdirilərək yeni sənəd tərtib edilmiş və Oğuz rayon Xaçmaz kəndində yerləşən 3,5667 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Belə ki, iddiaçı hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onunn reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Kollegiya bildirir ki, mübahisəli sahənin iddiaçının mülkiyyətçi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Yəni, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-42/2-557/2024 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Xaçmaz kəndi inzibati ərazisində yerləşən, **********, ********** və ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələrinin sənəd üzrə koordinatları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etdiyi torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş reyestr sənədi və iddia etdiyi torpaq sahələrinin koordinatları üst-üstə düşür. Həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları sxemlərdə göstərilmişdir. **********, ********** və ********** nömrəli çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,3764 ha, 0,627 ha və 1,1257 ha torpaq sahələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələri ilə iddiaçının adına tərtib edilmiş **********, ********** və ********** nömrəli çıxarışlarda qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Torpaq sahələrinin koordinatları göstərilməklə sxemlər çəkilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi alınmadığından işə apellyasiya instansiyasında baxılan zaman iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərardadı əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli, 10/966 saylı ekspert rəyindən isə görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-0063, KOD 40509018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 2,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstüstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə JN-0063, KOD 40509018 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 2,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3983 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstüstə düşmür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3186 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Oğoz rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 94 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin plan və ölçü” sənədinə əsasən Cavabdeh1 verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 799,66 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Göründüyü kimi, İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Xaçmaz kəndində yerləşən mübahisəli 0.3764 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Kollegiya daha sonra bildirir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən Cavabdeh2 təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən ekspert rəyləri hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Avropa Məhkəməsi həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu konteksdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus mübahisəli əmlakdan istifadə etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Odur ki, iddianın mübahisələndirilən hissədə qismən təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının adına olan çıxarışların ilkin sənədlərinin olmaması və çıxarışların saxta olması ilə bağlı digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, cavabdeh tərəf iddiaçının adına olan çıxarışların saxta olduğunu və həmin çıxarışların ilkin sənədlərinin olmadığını qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, mübahisəli torpaq sahələrinin hamısı ilə bağlı iddiaçının hüquqmüəyyənedici sənədləri mövcuddur. Eyni zamanda, iddiaçıya məxsus olan çıxarışların ilkin sənədləridə kollegiya tərəfindən sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi, həmin sənədlər hal-hazırda qüvvədədir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyator iddiaçıya məxsus olan sənədlərin saxta olduğunu bildirsədə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübut etmə ilə bağlı qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətində qeyd etdiyi həmin dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız bu barədə şifahi qaydada bildirməklə kifayətlənmişdir. Odur ki, apellyatorun iddiaçının sənədlərinin saxta ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının torpaq sahəsinin mübahisə edilən ərazidə deyil başqa yerdə olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 677512 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,627 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********08 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 845280 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Xaçmaz kəndində yerləşən 1,1257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, iş üzrə alınmış mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli, 10/966 saylı ekspert rəylərindən də görünür ki, Cavabdeh2 iddiaçıya məxsus torpaq sahələrini zəbt etmişdir. Eyni zamanda rəydən görünür ki, ekspertiza zamanı torpaq sahələrinin sənəd üzrə və naturada ölçüləri müəyyən edilmişdir. Bundan başqa, ekspert rəyləri ilə iddiaçının torpaq sahəsinin qeyd edilən ərazidə yerləşdiyi müəyyən edilir. Belə olan halda, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Qanunvericiliyə əsasən, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək istəyirsə, o, məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin bu zaman həmin şəxs özünün bu tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmasını sübuta yetirməlidir. Kollegiya isə hesab edir ki, iddiаçının hazırki tələblə cavabdehə qаrşı iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. İşdən isə müəyyən edilir ki, Oğuz rayonu, Xaçmaz kəndində yerləşən mübahisəli hər üç torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı məxsusdur. Belə ki, kollegiyanın sorğuları əsasında əldə edilmiş sədənlərdən görünür ki, mübahisəli torpaq sahələrinin hamısı ilə bağlı iddiaçının hüquqmüəyyənedici sənədləri mövcuddur. Eyni zamanda, iddiaçıya məxsus olan çıxarışların ilkin sənədləridə kollegiya tərəfindən sorğu əsasında əldə edilmişdir. Göründüyü kimi, həmin sənədlər hal-hazırda qüvvədədir. Beləliklə yuxarıda şərh olunan normalardan müəyyən edilir ki, iddiaçı zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı öz hərkətlərinə hüquqi ixtiyar sahibi olmuşdur. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin uzun illər cavabdehin istifadəsində olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olduğunu eyni zamanda, onun mülkiyyətində olan torpaqla qonşu torpaq sahəsinin başqasına verilməsinin düzgün olmadığını qeyd etmişdir. Kollegiya bildirir ki, mübahisəli torpaq sahələri ilə bağlı iddiaçıya məxsus çıxarışlar hal-hazırda qüvvədədir. Bundan başqa, həmin torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində və ya icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Odur ki, tərəf heç bir əsas olmadan başqasına məxsus olan torpaq sahəsindən istifadə edirsə bu zaman həmin istifadə qanunsuz hesab edilir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdeh tərəfindən istifadə edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsi üçün heç bir qanuni əsas olmamışdır. Məhkəmə kollegiyası bir daha tərəflərin nəzərinə çatdırır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı dəlilinə münasibət bildirərək ilkin olaraq qeyd edir ki, kollegiya həmin dəlili vəsatət kimi qəbul edir. Kollegiya daha sonra qeyd edir ki, hazırki işdə hakim barədə xüsusi qərardad çıxarılması üçün heç bir əsas yoxdur. Odur ki, apellyatorun tələbi həmin hissədə təmin edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qətnaməsi Cavabdeh2 xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayon Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 100 manat məbləğində pul Cavabdeh2 tutularaq Mərkəzin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti Cavabdeh2 xx.xx.2020ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(054)-16/2024 nömrəli qətnaməsi Cavabdeh2 xx.xx.2020-ci il tarixli, **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və AA 508743 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Xaçmaz kəndində yerləşən 0,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat Cavabdeh2 tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar