Məhkəmə qərarları › İş №2(107)-882/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-882/2020

17.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-882/2020 17.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-593/2020 nömrəli qərаrdаdına əsasən mülki işin məhkəmə aidiyyətininmüəyyən edilməsi məsələsinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzil 30 ünvanda yerləşən evin 5 nəfər arasında naturada bölünməsi barədə qətnamə çaxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin (hakim S.Mayılov) xx xxxxxx 2020-ci il tarixli, 2(045)-237/2020 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilin naturada bölünməsi» tələbinə dair 2(045)-237/2020 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi qərаrааlınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Ə.Hüseynov) xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-593/2020 nömrəli qərаrdаdı ilə ilə mülki iş üzrə ərazi aidiyyəti məsələsinə baxılması üçün iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Mingəçevir şəhər Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(051)-593/2020 nömrəli qərardadı iləərazi aidiyyəti məsələsinin həll edilməsi üçün işi Şəki Apellyasiya Məhkəməsinə göndərməkdə düzgün nəticəyə gəlməmiş və həmin qərardad prosessual qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mülki işə ərazi aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 39-cu maddəsində müəyyən edlmiş adiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi məhz iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin maddədə sadalanan bütün hallarda işin baxılacağı məhkəmənin seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə hesab edir ki, bu qaydadan istisnalar işin müstəsna aidiyyəti olduğu hallarda qeyri- mümkündür. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müəyyən kateqoriya mülkihüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydalar müəyyən edilmiş və hazırki tələb də məhz həmin kateqoriya mülki-hüquq münasibətlərinə aiddir. Məhkəmə kollegiyası müstəsna aidiyyətlə bağlı onu da qeyd edir ki, müstəsna aidiyyətin xüsusiyyəti ondan ibarətdir ki, işin hansı məhkəməyə verilməsi tərəflərin iradəsindən asılı deyildir. Göründüyü kimi müstəsna aidiyyətlə bağlı mülki işin məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin dindirilməsi kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respulikası MPM-nin 40.1.-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə görə, işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, tərəflər arasındakı mübahisə həm iddiaçının, həm də cavabdehin mülkiyyət hüquqlarından irəli gəlir. Belə ki, iddiaçıların tələbi ünvan 1 mənzil 30-n 5 nəfər arasında naturada bölünməsindən ibarətdir. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin, xüsusən də cavabdehin harada yaşamasından və qeydiyyatda olmasından asılı olmayaraq Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, eləcə də işin hərtərəfli və obyektiv həli edilməsi üçün iddia tələbinə Mingəçevir şəhər Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-593/2020 nömrəli qərardadı ləğv edilməli və iş baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-593/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ünvan 1 mənzil 30 ünvanda yerləşən evin 5 nəfər arasında naturada bölünməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Hakimlər: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar