Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-883/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı, cavabdehlər Qəbələ rayon Uludaş tam orta məktəbinin direktoru X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyi barədə Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəb direktorunun 31 avqust 2017-ci il tarixli, 119 saylı əmrinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin məktəbdə işlədiyi “təsviri incəsənət” fənni üzrə müəllim vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli (hakim A.Əliyev) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, o, 07 avqust 1993-cü ildə Qəbələ rayonu Uludaş kəndində anadan olmuşdur. X11 Dövlət Attestasiya Komissiyasının 18.06.2013-cü il tarixli qərarı ilə «Təsviri incəsənət» ixtisası üzrə ona subbakalavr dərəcəsi verilmişdir. 09 oktyabr 2013-cü il tarixdə 15 nömrəli əmrlə Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd orta məktəbinin direktoru Sadəddin Eldarov ilə müddətsiz əmək müqaviləsi bağlayaraq həmin məktəbdə təsviri incəsənət fənni üzrə müəllim vəzifəsinə təyin edilmişdir. 31 avqust 2017ci il tarixdə 119 nömrəli əmrlə işdən azad edilmişdir. Lakin, həmin əmr barəsində məlumatsız olmuş və əmr ona rəsmi qaydada təqdim edilməmişdir. Faktiki olaraq o, 2017- 2018-ci tədris ilində də fənni üzrə müəllimlik etmiş, lakin əmək haqqı almamışdır. 2018- 2019-cu tədris illərində isə məktəbin direktoru ona «bir müddət gözləməyini və məktəbə işə gəlməməyini» demiş, əsas kimi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əmək haqqı verməməsi olduğunu bildirmişdir. Bir müddətdən sonra müvafiq əmrlə işdən xaric olduğunu öyrənmiş və həmin əmrin sürətini rəsmi qaydada istəmiş və 31 avqust 2017-ci il tarixli, 119 saylı əmrin surəti ona 26 oktyabr 2020-ci il tarixdə verilmişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verilməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru Sadəddin Eldarov onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını qanunvericiliyin tələblərinə uyğun şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi 2012-ci ildən sonra işə qəbul edilmiş işçilərin daimi əsaslarla işləmədiyinə görə 4 saylı MHM-nin onlara əmək haqqı verməməsi göstərilmişdir. Həmin sənədin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Bununla da Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəb direktorunun 11 avuqst 2017-ci il tarixli 119 saylı əmri tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verə bilmədiyini, onu əvvəlki işinə qaytarmağı məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru X3 məhkəmə iclasında iddianı qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı onun qazıdır. İddiaçı Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbində ixtisası üzrə işləmiş, lakin sonradan onunla məktəb arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən 31 avqust 2017-ci il tarixli 119 saylı əmrlə həmin əmək müqaviləsinə xitam verilmişdir. Lakin qızının səhhətində müəyyən problemləri olduğunu nəzərə alaraq bir müddət əmək müqaviləsinə xitam verilməsinə dair əmri ona verməmişdir. İddiaçı bir müddət məktəbdə işə gəlmiş, əmək haqqı almamış, sonradan qızı əmək haqqını almamasının səbəbini ondan soruşduqda məsələni açaraq onun işdən azad edildiyini nəzərinə çatdırmışdır. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı Qəbələ rayonu Q.Şərifovadına Uludaş kənd orta məktəbində ixtisası üzrə işə qəbul olunmuş və həmin məktəb direktorunun 31 avqust 2017-ci il tarixli 119 saylı əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək fəaliyyətinə xitam verilərək işdən azad edilmişdir. 2012-ci ildən müəllimlərin işə qəbulu nazirlik tərəfindən həyata keçirilir, ancaq ona kimi bu iş məktəb direktorlarına həvalə edilmişdir. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun işdən çıxarılması ilə bağlı əmr ona vaxtında verilməmişdir. Buna görə də hesab edir ki, onun qanunla qorunan hüquqları məhdudlaşdırılmışdır. O həmin halları iddia ərizəsində göstərsə də məhkəmə tərəfindən obyektiv araşdırılmamış və işin faktiki hallarına heç bir hüquqi qiymət verilməmişdir. Hesab edir ki, məhkəmə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzinin nümayəndəsi X9 iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Bununla bağlı ərizələrini məhkəmə kollegiyasına təqdim etdilər. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırda iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli, 10.09.2013-cü ildə tərtib edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, məktəb direktorunun 05 sentyabr 2013-cü il tarixli, 15 nömrəli əmri ilə Qəbələ rayonu Uludaş kənd tam orta məktəbində ixtisası üzrə (təsviri incəsənət müəllimi) müəllim təyin olunmuşdur. İşdə olan 01.10.2013-cü il tarixdə işəgötürən Qəbələ rayon Uludaş kənd tam orta məktəb direktoru Sadəddin Eldarovla İddiaçı arasında bağlanmış müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, sonuncu həmin məktəbdə müəllim işinə qəbul olunmuşdur. İş materiallarında olan Qəbələ rayonUludaşkənd tam orta məktəbinin direktoru Sadəddin Eldarovun 31 avqust 2017-ci il tarixli 119 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin müəllimi İddiaçı 31 avqust 2017-ci il tarixdən işdən azad edilmişdir. Əmrdə əsas olaraq «2012-ci ildən sonra işə qəbul edilmiş işçilərin daimi əsaslarla işləmədiyinə görə 4 saylı MHM-nin onlara əmək haqqı verməməsi» göstərilmişdir. İş materiallarında olan Cavabdeh2 direktoru Sadəddin Eldarovun 31 avqust 2017-ci il tarixli 119 nömrəli əmrdən çıxarışa yazdığı qeyddən görünür ki, 31 avqust 2017-ci il tarixli 119 saylı əmr müraciət edən şəxsə 26.10.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin direktoru ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 avqust 2017-ci il tarixli, 119 nömrəli əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq məktəb direktorunun onun işdən azad olunması barədə 31 avqust 2017-ci il tarixli, 119 nömrəli əmri ilə razılaşmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərdən vaxtında xəbəri olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işdən çıxarılma barədə əmri 26.10.2020-ci il tarixdə alması da barədə sübut həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Qəbələ rayonu Uludaş kənd tam orta məktəbinin direktoru X1 qızıdır və iddiaçının 3 il ərzində işdən çıxarılma barədə əmrdən xəbəri olmaması məntiqli deyildir. Bundan əlavə iddiaçı daha əvvəllərdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddia ərizələrində işdən çıxarılma barədə əmri aldığı tarix başqa tarix göstərilmişdir. Həmçinin Cavabdeh Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbinin direktoru X1, yəni iddiaçının atasının qızının səhhətində müəyyən problemləri olduğunu nəzərə alaraq bir müddət əmək müqaviləsinə xitam verilməsinə dair əmr ona verməməsi barədə dəlilləri isə İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Çünki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə riayət etməmişdir (§17). Çünki, istinad edilən maddi hüquq normasından göründüyü kimi, iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi üçün iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsinin olması mütləq şərtdir. Hazırki halda isə cavabdehlərin belə bir ərizəsinin olmasına iş materiallarında rast gəlinməməsinə baxmayaraq, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir. Halbuki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur (§17). Lakin iş materiallarında cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Həmçinin, məhkəmə kollegiyasının xatırlatmasına görə, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM-in) nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh2 direktoru arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya verilməsi gününün müəyyən edilməsi ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Çünki, mülki işin 9-10-cu vərəqində olan sənədlərdən aydın olur ki, iddiaçı 23 oktyabr 2020-ci ildə Cavabdeh2 direktoruna ərizə ilə müraciət edərək, işdən azad olunmasının səbəbi, əmrin surətini, əmək kitabçasının, sosial kartının və son hesabının verilməsi haqqında pulun məbləğinin ona göndərilməsini xahiş etmiş, uyğun olaraq 26 oktyabr 2020-ci ildə 31 avqust 2017-ci il tarixli 119 saylı əmr müraciət edən şəxsə rəsmi qaydada verilmişdir. Bundan əlavə ƏM-in əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edən 84-cü maddəsinin 1-ci bəndinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Ancaq Cavabdeh2 direktoru Sadəddin Eldarovun 31 avqust 2017-ci il tarixli 119 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, məktəbin müəllimi İddiaçı 31 avqust 2017ci il tarixdən işdən azad edilmiş, əmrdə əsas olaraq «2012-ci ildən sonra işə qəbul edilmiş işçilərin daimi əsaslarla işləmədiyinə görə 4 saylı MHM-nin onlara əmək haqqı verməməsi» göstərilmişdir. Halbuki, yuxarıda iqtibas edilmiş ƏM-in 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi üçün belə bir əsas nəzərdə tutlmamışdır. İşəgötürənin əsas vəzifələri və məsuliyyətindən bəhs edən ƏM-in 12-ci maddəsinin b bəndinə görə bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qanunu düzgün təfsir etməmişdir. Belə ki, ƏM-in giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X6 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. ƏM-in 2-ci mаddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. ƏM-in 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. ƏM-in 68-ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. ƏM-in əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda; İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından bəhs edən ƏM-in 70-ci maddəsinin tələbinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlərdən bəhs edən ƏM-in 71-ci maddəsinin 3-cü bəndində isə qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırda işdə olan və işəgötürən tərəfindən verilmiş əmrin məzmunana nəzər yetirdikdə aydın olur ki, bu əmrdə nəinki, ƏM-in 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əksinə həmin əmrdə işçi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün ƏM-in 70-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər-hansı birinə ümumiyyətlə istinad edilməmişdir. ƏM-in 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrindən bəhs edən ƏM-in 300-cü maddəsində göstərəilmişdir ki, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin: 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan da məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Öz növbəsində iddiaçı da iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallaın aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Nəticəvi hissə:
Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-124/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Qəbələ rayon Uludaş tam orta məktəbinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilsin. Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəb direktorunun 31 avqust 2017-ci il tarixli, 119 saylı əmri ləğv edilsin. İddiaçı Qəbələ rayonu Q.Şərifov adına Uludaş kənd tam orta məktəbində işlədiyi “təsviri incəsənət” fənni üzrə müəllim vəzifəsinə bərpa olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.