Məhkəmə qərarları › İş №2(107)-883/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-883/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-883/2025 18.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi və akt əsasında hesablanmış məbləğin silinməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-133/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9089.80 manat dəymiş ziyanın ödənilməsi və 115.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh mənzilində dəfələrlə təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində (sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi) hesablanmış itirilmiş təbii qazın dəyərinə görə İddiaçı Ağsu X7 İdarəsininGöyçay Xidmət Sahəsinə ümumilikdə 9748.60 manat borcu yaranmışdır. Belə ki, həm ”Azəriqaz” İstehsalat Birliyinin, həm Ağsu X7 İdarəsinin, həm də Göyçay Xidmət Sahəsinin əməkdaşları ilk dəfə 2017-ci ilin oktyabr ayından başlayaraq sonuncu dəfə 2024-ci ilin may ayında olmaq şərti ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə ümumilikdə 12 dəfə baxış keçirən zaman abonentin sayğacdan kənar əlavə qaz xəttindən istifadə etdiyini aşkar etmişlər. Bununla bağlı müxtəlif tarixli və nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİnə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli aktlar (TƏLƏBNAMƏLƏR) tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna ümumilikdə 9748.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş 9748.60 manat məbləğ sayğacdan kənar əlavə qaz xəttindən qanunsuz istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Halhazırda cavabdehin vurmuş olduğu zərər 9089.80 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. 4.İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx.xx.2025-ci il tarixli, e- 2(046)-133/2025 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 1889.28 manat dəymiş ziyan və 38.89 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı İB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ******* nömrəli xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən akta əsasən 653.40 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə dəymiş ziyan tutularaq iddiaçının xeyrinə ödənilmişdir. 7.Bundan başqa ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən cərimənin hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 218 saylı qərarına uyğun həll edilməli idi. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə isə xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi, o cümlədən xx.xx.2023-cü il,xx.xx.2023- cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən hesablanan cərimənin həmin Qaydaların 6.5-1 və 6.5-3-cü bəndlərinə uyğun hesablanması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. 9.Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh X1 məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi əsassızdır. 10.Məhkəmə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsas götürülmüş, dəymiş ziyanın həcmi 10176 m3 və ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, dəymiş ziyanın hesablanmasına əsasən ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsas götürülərək dəymiş ziyanın həcmi 5568 m3 müəyyən edilmişdir. 11.Məhkəmə hesab etmişdir ki, Cavabdeh ******* nömrəli xx.xx.2022-ci il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən dəymiş ziyan tutularaq iddiaçının xeyrinə ödənilməlidir.0349747 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən dəymiş ziyanın məbləği 1221.12 manat, ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş ziyanın məbləği 668.16 manat təşkil edir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 115.40 manat dövlət rüsumunun iddia tələbi təmin edilən həddə hesablanmalı, 38.89 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 4.2, 4.7, 5, 6.5, 6.5-1, 6.5-3, 6.5-4-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyаsiyа şikаyəti vermişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələblərinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, həm ”Azəriqaz” İstehsalat Birliyinin, həm Ağsu X7 İdarəsinin, həm də Göyçay Xidmət Sahəsinin əməkdaşları ilk dəfə 2017-ci ilin oktyabr ayından başlayaraq sonuncu dəfə 2024-ci ilin may ayında olmaq şərti ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə ümumilikdə 12 (on iki) dəfə baxış keçirən zaman abonentin sayğacdan kənar əlavə qaz xəttindən istifadə etdiyini aşkar etmişlər. Bununla bağlı müxtəlif tarixli və nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edərək itirilmiş qazın dəyərinin hesablanmasıməqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. 16.Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli aktlar (TƏLƏBNAMƏLƏR) tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı**********00000 nömrəli abonent koduna ümumilikdə 9089.80 (doqquz min səksən doqquz manat səksən qəpik) məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş 9089.80 (doqquz min səksən doqquz manat səksən qəpik) məbləğ sayğacdan kənar əlavə qaz xəttindən qanunsuz istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. 17.Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00000 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır.

18. Bundan başqa qeyd etmək istəyirlər ki, eyni hal üzrə Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-146/2021 saylı Qətnaməsinə əsasən İddiaçı iddiası tam təmin edilərək Cavabdeh 1662.30 manat təbii qazdan istifadəyə görə yaranmış borcun və 653.40 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış dəymiş ziyanın tutularaq İddiaçı hesabına pdənilməsi qət edilmişdir.Lakin hazırkı mübahisələndirilən iddialarında isə Hakim bunu nəzərə almamışdır, baxmayarq ki,məhkəmə prosesi zamanı həmən qətnamə barədə məlumat verilmiş və işə əlavə edilmiş, hazırki mübahisələndirilən qətnamədə də bu barədə qeyd verilmişdir. Göründüyü kimi qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın tam təmin edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

19. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödənilməsi barəsində bildiriş göndərilmişdir.

20. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi üçün çoxlu əsaslar olduğu halda tərəflərindən qaldırılmış iddianın qismən təmini barədə qərar vermişdir.

21. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

22. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.

23. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.

24. Təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc təbii qazdan qeyri-qanuni istifadə əsasında hesablanmışdır.

25. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.

26. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

27. Odur ki, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin e-2(046)-133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

32. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 37.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

38. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

39. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. 40.Apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)- 133/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 01 fevral 2017-ci il tarixli müqavilə əsasında yaşadığı ünvan 2 ünvanında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bunlarla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və itirilmiş qazın bərpası üzrə tələbnamələr tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********00000 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 20 oktyabr 2017-ci il tarixli akt üzrə 1944 m³-388 manat 80 qəpik, 18 dekabr 2018-ci il tarixli akt üzrə 6534 m³ – 653 manat 40 qəpik, 25 fevral 2022-ci il tarixli akt üzrə 8640 m³ –1036 manat 80 qəpik, 10 iyun 2022-ci il tarixli akt üzrə 10176 m³ –1221 manat 12 qəpik, 27 dekabr 2022-ci il tarixli akt üzrə 17760 m³ –2131 manat 20 qəpik, 28 fevral 2023-cü il tarixli akt üzrə 5568 m³–668 manat 16 qəpik, 23 may 2023-cü il tarixli akt üzrə 8160 m³–979 manat 20 qəpik, 24 iyun 2023-cü il tarixli akt üzrə 4608 m³–552 manat 96 qəpik, 11 oktyabr 2023-cü il tarixli akt üzrə 4848 m³–581 manat 76 qəpik, 29 noyabr 2023-cü il tarixli akt üzrə 2304 m³–276 manat 48 qəpik, 26 yanvar 2024-cü il tarixli akt üzrə 2640 m³–316 manat 80 qəpik və 21 may 2024-cü il tarixli akt üzrə 5616 m³–673 manat 92 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq ümumilikdə 9089 manat 80 qəpik itirilmiş təbii qazın dəyəri kimi cavabdehdən tələb edilmişdir.

44. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

45. Belə ki, məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair xx.xx.2017cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə 1944 m³ dəymiş ziyan hesablanmışdır.

46. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 58 gün müddətinə və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x24x58=5568 m³) hesabat aparılmışdır.

47. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 30 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 106 gün müddətinə və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x24x106=10176 m³) hesabat aparılmışdır.

48. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 26 may 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 85 gün müddətinə və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x24x85=8160 m³) hesabat aparılmışdır.

49. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 25 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 90 gün müddətinə və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x24x90=8640 m³) hesabat aparılmışdır.

50. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 17760 m³ hesabat aparılmışdır.

51. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 32 gün müddətinə və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x24x32=4608 m³) hesabat aparılmışdır.

52. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 24 dekabr 2018-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 6534 m³ hesablanmışdır.

53. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 31 may 2024-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 117 gün müddətinə və sutkanın 12 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x12x117=5616m³) hesabat aparılmışdır.

54. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 26 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 55 gün müddətinə və sutkanın 12 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x12x55=2640 m³) hesabat aparılmışdır.

55. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 48 gün müddətinə və sutkanın 12 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x12x48=2304 m³) hesabat aparılmışdır.

56. Məhkəməyə təqdim edilmiş Dəymiş ziyanın bərpasına dair 16 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evdə sayğacdan kənar qeyri qanuni qaz xəttinin ləğv edilməsi qərara alınmış, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq istifadə edilmiş qazın dəyəri 101 gün müddətinə və sutkanın 12 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqla istifadə etdiyi qaz sayğacının markasına uyğun (4x12x101=4848 m³) hesabat aparılmışdır.

57. Göründüyü kimi, iddiaçı təşkilat dəymiş ziyanın ödənilməsi barədə tələbnamələrlə və tərtib edilmiş aktlarla qaz itkisində Cavabdeh təqsirli olması qənaətinə gəlmişdir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin sübutlara qiymət verməməsi, iddianın tam təmin edilməsi üçün çoxlu əsaslar olduğu halda iddianın qismən təmin edilməsi, təqdim edilmiş sənədlər, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, onlardan istifadə edilməməsinə dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

59. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən kənar qoşulma halı ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, iddiaçı təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.

60. ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* nömrəli xx.xx.2024-cü il tarixli və ******* nömrəli xx.xx.2024-cü il tarixli aktlar üzrə cavabdehin inzibati və ya cinayət məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd təqdim edilmədiyi halda həmin aktlar əsasında cavabdehə ziyan hesablanması əsaslı hesab edilə bilməz.

61. Həmçinin məhkəmə kollegiyası İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdeh X1 məxsus Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirildiyinə dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməməsi, buna görə də ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli və ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən dəymiş ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsinin əsassız olmasına dair mövqeyi ilə razılaşır və həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

62. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(046)-133/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması yol verilməzdir.

63. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(046)- 133/2025 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2(046)-133/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar