Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-888/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X47 iclas katibliyi, iddiaçılar İddiaçı1 (İddiaçı2 və İddiaçı3`nın nümayəndəsi), İddiaçı4, Cavabdeh2, onun vəkili X3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağanməd qızı və Cavabdeh2 qarşı "vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbinə dair ilk, Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 qarşı “miras qalmış bütün əmlak üzərində paylarının müəyyən edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsindən iş üzrə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ağanməd qızına və Cavabdeh2 qarşı “vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Vəndam qəsəbəsində valideyinlərindən miras qalmış cavabdehlər tərəfindən ələ keçirilmiş, bir hissəsi isə məhv edilmiş 0,08 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində inşa olunmuş 10 000 manat dəyərində bir mərtəbəli, bir otaqlı yaşayış evinin, 6000 manat dəyərində quraqlığın, 3000 manat dəyərində mal tövləsinin, 600 manat dəyərində 200 metrə tor setkanın, 1000 manat dəyərində beton səkinin və 2000 manat dəyərində dəmir darvazanın cavabdehlərin hesabına bərpa edilməsi və yenidən bütün vərəsələrin mənafeyi nəzərə alınmaqla bölgünün küçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 qarşı “miras qalmış bütün əmlak üzərində paylarının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X28 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarına və torpağın mülkiyyətə verilməsinə Şəhadətnaməyə əsasən (JN- 375A, Kod 40600048) xx.xx.1999-cu ildə ölmüş X8 məxsus olmuş və onun ölümündən sonra miras qalmış 0.22 ha torpaq sahəsinin və orada yerləşən bir otaqlı yaşayış evinin mirasın açıldığı gündən mirasqoyanın yalnız bir vərəsəsi - ataları X4 tərəfindən miras əmlak kimi faktiki qəbul olunmaqla idarə olunmasını, xx.xx.2003-cü ildə ölmüş valideynləri olmasını nəzərə almaqla miras qalmış bütün əmlak üzərində onların birgə bərabər paylı hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, mərhum X8 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : 40600048) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr – İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianən təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 apelyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddanın təmin ediməsinin məhkəmə kollegiyasından xahiş etmişlər. İşin faktiki halları: İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuşlar. Hazırda hər biri ailə quraraq mübahisəli ata həyətini valideyinlərinin sağlığında tərk etmişlər. Ancaq valideyinləri ilə müntəzəm əlaqə saxlamışlar. Həyətdə onlar tərəfindən inşa olunmuş yaşayış evlərini, quraqlığı, mal tövləsinin bərpasını yəni sökülüb-dağılan hissələrini müntəzəm olaraq təmir etdirmişlər. 0,08 ha torpaq sahəsinin 4 tərəfini əhatə edən tor setka cəmi 200 metr cavabdehlər tərəfindən sökülərək götürülmüş, həmin tikililərin yerləşdiyi torpaq sahəsində yenidən özlərinin istifadəsi üçün tikili aparmışlar. İstifadəsində olan mirasın bir hissəsi olan mərhum analarının adına qeydə alınmış torpaq sahəsinin bir hissəsini yol yeri adı altında zəbt etməklə yenidən vərəsə hüquqlarını pozmağa cəhd edirlər. Bundan əlavə cavabdehlər həyətə onların valideyinləri tərəfindən çəkilmiş 30 metr uzunluğunda 1 metr enində səkini söküb atmışlar. Sökülən bir mərtəbəli, 1 otaqlı eyvanın ümumi dəyərini-10 000 manat, quraqlığın dəyərini 6 000 manat; mal tövləsini 3 000 manat, 200 metrə tor setka hər 10 metrəsi 30 manat qiymətləndirilməklə 600 manat, 30 metr uzunluğunda beton səkinin dəyərini 1000 manat, dəmir darvazanı 2 000 manat məbləğində qiymətləndirməklə biz vərəsələrə cəmi 22 600 manat miras qalmış əmlakı məhv etmişdir. Nəticədə hər vərəsəyə təxminən 5,4 min manat məbləğində miras əmlakdan məhrum edilmişdir. Valideyinlərindən miras qalmış təxminən 22 600 manat dəyərində miras əmlakını məhv edən, bir hissəsini isə bu və ya sair formada mənimsəyən cavabdehlər bu qanunsuz hərəkətləri ilə kifayətlənməyərək, anası X5 təsərrüfatına öz adına saxta yolla qeyd etdirməklə mirasın qalan cüzi hissəsini də ələ keçirməyə çalışırlar. Qanuni yol yerində mal tövləsi və quraqlıq tikilməklə qanuni yol yeri bağlanılmış və digər vərəsə X1 istifadəsində olan mirasın bir hissəsi olan mərhum analarının adına qeydə alınmış torpaq sahəsinin bir hissəsini yol yeri adı altında zəbt etməklə yenidən vərəsə hüquqlarını pozmağa cəhd edirlər. Cavabdehlər valideyinlərindən miras qalmış əmlakın bölgüsündə heç bir üstünlüyə malik olmamışlar. Ancaq yuxarıda qeyd olunduğu kimi,vərəsələr arasında bərabər şəkildə bölünməli olan miras əmlak cavabdehlər tərəfindən qanunsuz yolla vərəsələrin mənafeyi gözlənilmədən ya məhv edilmiş ya da öz adlarına rəsmiləşdirmişlər. Yəni miras əmlakın siyahısına daxil olan 0,08 ha torpaq sahəsi saxta yolla adlarına rəsmiləşdirilməklə mirasın kütləsindən çıxarılmışdır. Bundan əlavə cavabdehlər valideyinlərinindən miras qalmış 10 000 manat dəyərində bir mərtəbəli 1 otaqlı fərdi yaşayış evini 3000 manat dəyərində mal tövləsini, 6 000 manat dəyərində quraqlığı, 600 manat dəyərində tor setkanı, 1000 manat dəyərində 30 metrə beton setkanı, 2000 manat dəyərində dəmir darvazanı sökərək məhv etməklə biz vərəsələri ümumi dəyəri 22 600 manat təşkil edən miras əmlakından məhrum etmişlər. Yəni hər bir vərəsəyə çatacaq 5400 manat dəyərində miras əmlakından məhrum edilmişdir. Qeyd olunan mirasa daxil olan yuxarıda göstərilən əmlakların naturada bərpa edilməsini və vərəsəlik qanunlarına uyğun vərəsələr arasında ədalətli miras əmlakdan pay bölgüsünün aparılmasını istəyirlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonunun Vəndam kəndində 0.2671 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi adlarına qeydə alınmışdır. Cavabdeh2 xx.xx.1985-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş, 1993-cü ildən qonşuluqlarında tək yaşayan, ata tərəfdən nənəsi X22 ilə birlikdə onun evində və təsərrüfatında yaşamağa başlamış, rəsmi olaraq da onun təsərrüfatının üzvü kimi qeydə alınmışdır. Qəbələ rayon Dövlət arxivinin Qəbələ rayonunun Vəndam qəsəbəsi üzrə xx.xx.1996-cı ildən xx.xx.2000-ci il tarixə olan dövr üzrə 1893 saylı şəxsi hesabından çıxarışla da təsdiq olunur ki, həmin təsərrüfatın ailə başçısı 1927-ci il doğumlu nənəsi X22, təsərrüfatın yeganə üzvü isə orta məktəb şagirdi olan Cavabdeh2dır. Həmin sənəddə nənəsinin 1999-cu ildə ölümündən sonra onun üzərindən xətt çəkildiyi və təsərrüfatının Cavabdeh2 adına keçdiyi təsbit edilir. Nənəsinin xx.xx.1999-cu ildə öldüyü vaxtdan sonra da ondan miras qalmış evə və təsərrüfata bitişik qonşu təsərrüfatın başçısı olan atası Şamayıl mirasın açıldığı gündən oraya faktiki sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla miras əmlakı qəbul etmiş, 2003-cü ildə ölmüşdür. Qarşılıqlı iddia üzrə bütün digər cavabdehlər miras qoyan Mədinənin ölümündən xeyli əvvəllərdən həmin təsərrüfatdan ayrılmaqla daimi yaşamaq üçün başqa təsərrüfatlara və yaşayış yerlərinə köçmüş, mirasqoyan Mədinənin ölümündən sonra qanunla müəyyən edilmiş qaydada, formada və müddətdə mirası etməmişlər. Vərəsə miras əmlakım faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Digər vərəsələr-cavabdehlər mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamamış, yəni mirası qəbul etməmiş, mirasla hər hansı daimi və müvəqqəti əlaqələri olmamışdır. İddia ərizəsində etiraf etdikləri kimi miras həyət və yaşayış evini yalnız atası Şamayıl faktiki qəbul etmiş və idarə etmişdir. Qəbələ rayon X28 xx xxxxxxx 1998-ci il tarixli 19 saylı qərarına əsasən torpaq islahatı ilə əlaqədar həmin təsərrüfatın 0,22 hektar torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-375 A, kod 40600048) əsasən nənəsi X8 ayrılmış, şəhadətnamə qeydiyyat kitabında 11584 nömrə ilə qeydiyyata alınmışdır. Uzun illər fasiləsiz yaşadığı Rusiyadan 2013-cü ildə qayıtmış, yalnız 2015-ci ildə özü və ailə üzvləri Azərbaycan Respublikası vətəndaşı statusu (vəsiqəsi) almış cavabdeh X9 da mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsinə və ya miras əmlaka faktiki sahiblik etməməsinə, miras torpaq sahəsi və yaşayış evi üzərində heç bir rəsmi hüquqlara malik olmamasına baxmayaraq mirası özbaşına şəkildə zəbt etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddanın təmin ediməsinin məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 (İddiaçı2 və İddiaçı3 nümayəndəsi) özləri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, qarşı tərəfdən verilmiş apelyasiya şikayətinə isə etiraz edərək bildirdi ki, cavabdehin ayrıca torpaq sahəsi olduğu üçün hazırki mübahisəli torpaq sahəsi 4 yerə bölünməlidir. Odur ki, özləri tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı4 özləri tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 özləri tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, qarşı tərəfdən verilmiş apelyasiya şikayətinə isə etiraz edərək, sonda ilk iddiaçı tərəfindən verilmiş iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X14 birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozulduğunu bildirərək, sonda ilk iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: JN-375A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən»nin surətindən görünür ki, Qəbələ rayonu X28 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X5 mülkiyyətinə 0,22 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. JN-376A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən»nin surətindən görünür ki, Qəbələ rayonu X28 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X6, Cavabdeh1, Cavabdeh5 Şəmayıl oğlu, Cavabdeh6 Şəmayıl oğlu, X15 və Cavabdeh2 Şəmayıl oğlunun ümumi birgə mülkiyyətinə 0,27 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********44; qeydiyyat nömrəsi – 191009072; qeydiyyat tarixi – xx.xx.2014-cü il) görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,2671 ha həyətyanı torpaq sahəsi üzərində X6, Cavabdeh1, Cavabdeh5 Şəmayıl oğlu, Cavabdeh6 Şəmayıl oğlu, X10 və Cavabdeh2 Şəmayıl oğlunun ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 1 nömrəli vərəqinə qeydiyyata alınmışdır. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X23 ilə X38 nikahı haqqında xx xxxx 1963-cü il tarixdə 18 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayilov, arvada Cəbrayilova soyadı verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ 826109 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X22 xx xxxxxx 1999-cu il tarixdə “qan dövranı çatmamazlığı»ndan vəfat etmişdir. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ 833141 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X23 xx xxx 1982-ci il tarixdə “baş-beyin infarktı»ndan vəfat etmişdir. Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Saday Osmanlının xx xxxxxx 2019-cu il tarixdə Qəbələ Rayon Məhkəməsinə ünvanladığı 1459 saylı məktubunda X5 adından rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qəbələ rayon dövlət notariat kontorunda və Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində və “Elektron notariat” informasiya sistemində aşkar edilməmişdir. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş AZ № 482667 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1959-cu il tarixdə Qutqaşen rayonu Vəndam kəndində anadan olmuş, atası X23, anası X11r. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İİ № 090147 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X16 ilə X39 arasında xx xxxx 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 09 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadları verilmişdir. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AZ № 420325 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1963-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş İ-İE № 469197 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 1957-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. İsmayıllı rayon Hacıhətəmli XDC tərəfindən xx xxx 1985-ci il tarixdə verilmiş İİİ-JQ № 424396 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X48 ilə X17 arasında xx xxx 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 08 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Yusifov, arvada Yusifova soyadları verilmişdir. İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxx 1958-ci il tarixdə İsmayıllı rayon, Qalıncaq kəndində anadan olmuş, atası X2, anası X19r. İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən xx xxxxxx 1980-ci il tarixdə verilmiş X- JQ № 330289 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X24 ilə X18 arasında xx xxxxxx 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 01 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadları verilmişdir. Qəbələ RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, hal-hazırda Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ilə X40 nikahı haqqında xx xxxxx 1974-cü il tarixdə 13 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İ 933468 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X6 xx xxxxxx 2003-cü il tarixdə “ağ ciyər ürək çatmamazlığı»ndan vəfat etmişdir. Qəbələ rayon Vəndam qəsəbə X63 tərəfindən verilmiş 1372 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X6 xx.xx.2003-cü il tarixdə Vəndam qəsəbəsində vəfat edən zaman onun vərəsələri Cavabdeh1 Ağanməd qızı, Cəbrayılova (Rəcəbova) Südabə Şamayıl qızı, Cəbrayılova (Alışanova) Xəzəngül Şamayıl qızı, Cavabdeh5, Cavabdeh6, Cəbrayılova (Şirazova) Gülnarə Şamayıl qızı və Cavabdeh2 olmuşdur. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxx 1955ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X23, anası X11r. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ- İ 526795 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X24 xx xxxxxx 2012-ci il tarixdə “miokard infarktı»ndan vəfat etmişdir. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş VİİJQ № 373037 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx xxxxxx 1980-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X24, anası İddiaçı2dır. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş VİİİJQ № 356343 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx xxxxxx 1982-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X26, anası İddiaçı2dır. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İV № 196721 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxx 1975-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası Cavabdeh1dır. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxx 1995-ci il tarixdə verilmiş Vİİ- JQ № 284401 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X54 ilə X20 arasında xx xxxxxx 1995-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 50 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadları verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İV № 196728 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 1976-cı il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası Cavabdeh1dır. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ № 280272 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X27 ilə X13 arasında xx xxxxxxxx 1997-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 29 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Alışanov, arvada Alışanova soyadları verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-İV № 196727 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 Şəmail oğlu xx xxxxxx 1978-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X12, anası Cavabdeh1dır. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş XJQ № 377801 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Şəmayıl oğlu xx xxxxxx 1985-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X6, anası Cavabdeh1dır. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-T № 018696 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 Şəmayıl oğlu xx xxxx 1980-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X6, anası Cavabdeh1dır. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş VİİJQ № 439751 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxxx 1981-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X6, anası Cavabdeh1dır. Qəbələ rayon Vəndam qəsəbə X31 tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş AZ- İ № 184047 saylı «Nikah haqqında şəhadətnamə» nin surətindən görünür ki, X58 ilə X10 arasında xx xxxxxx 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 44 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Şirazov, arvada Şirazova soyadları verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçı və müstəqil tələb irəli sürən şəxsin mübahisəli miras əmlaklara dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu X28 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X5 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X22 xx xxxxxx 1999-cu il tarixdə, əri isə X23 xx xxx 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından Səhrab, Ağanur, Mənafə, Şamayıl və Araz adlı uşaqları doğulmuşdur. X4 (miras qoyanın oğlu) xx xxxxxx 2003-cü il tarixdə və Cəbrayılov ArazBədrəddin oğlu (miras qoyanın digər oğlu) xx xxxxxx 2012-ci il tarixdə vəfat etmişlər. X4 vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. X24 vəfat edən zaman onun vərəsələri arvadı Züleyxa və uşaqları Qaçay, Səxavət və Aynurə olmuşdur. X5 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Məhkəmədən kənar qaydada mübahisəni həll etməyən tərəflər, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apelyasiya şikayətlərinə nəzər saldıqda hər bir tərəf öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, miras qoyanın ölümündən sonra qanun üzrə bütün vərəsələrin miras əmlakdan bərabər paylar almaq hüquqlarının olmasına baxmayaraq iş üzrə tərəflər birbirinə vərəsəlik payının ayrılmasına narazılıq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1cimаddəsinəgörəаpellyаsiyаinstаnsiyаsıməhkəməsiqətnаmənidəyişdirmədən, аpelyаsiyаşikаyətiniisətəminetmədənsаxlаyаbilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçılarİddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 və Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Ağanməd qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 tərəfindənverilmiş apelyasiya şikayətləri təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-888/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-888/2020
11.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver