Məhkəmə qərarları › İş №2(107)-889/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-889/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-889/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh1 11203 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3797.72 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 15000.72 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» ASC-nə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 57.94 kv.metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 46 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin Cavabdeh1 alınıb «xxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə 150 manat ekspertiza xərcinin cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı «xxxx» ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 11203 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5712 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 16915 ABŞ dolları məbləğdə borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manatın və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin tutulub «xxxx» ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin N.Nərimanov küçəsində yerləşən 27 saylı evin 46 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə «xxxx» ASC ilə MF-KL/051 saylı kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün 60 ay müddətinə illik 20 % ödəmək şərtilə 14300 ABŞ dolları məbləğdə kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən 57.94 kv.metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı 46 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 40000 manat qiymətləndirilmişdir. Kredit müqaviləsinin 3.4-cü bəndi ilə müəyyən olunmuş şərtlərə görə Cavabdeh1 aldığı kreditə görə kreditora illik 20 faiz ödəyir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, kredit verənə müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cəriməödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin 2.4.3-cü yarım bəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 faizi həcmində cəriməödəyir. Cavabdeh kredit müqaviləsi üzrəöhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və nəticədə onun banka 11203 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5712 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 16915 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 11203 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5712 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 16915 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manatın və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin tutulub «xxxx» ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən 47 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə «xxxx» ASC ilə MF- KL/051 saylı kredit müqaviləsi bağlamış və ona şəxsi məqsədlər üçün 60 ay müddətinə 14300 ABŞ dolları məbləğdə kredit verilmişdir. Aldığı kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan, ünvan 4 ünvanda yerləşən 3 otaqlı, 46 saylı mənzilini ipotekaya qoymuşdur. İlk vaxtlar götürdüyü krediti ödəniş cədvəlinə uyğun olaraq ödəmişdir. Lakin sonradan imkanı olmadığı üçün ödəmələri gecikdirməyə başlamışdır. Buna baxmayaraq yaxın vaxtlarda banka olan borcunu ödəyəcəkdir. Bundan başqa bankla arasında bağlanmış ipoteka müqaviləsində mənzilinə qoyulmuş qiymətlə razıdır və iddia tələbinin ekspertin rəyində göstərilən qaydada qismən təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 da verdiyi izahatında ipoteka müqaviləsində mənzilinə qoyulmuş qiymətlə razı olduğunu bildirmiş və iddia tələbini ekspertin rəyində göstərilən qaydada qismən təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini qismən qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə "İddiaçı" ASC ilə MF-KL/051 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasın kreditor ona illik 20% olmaqla 60 ay müddətinə kredit vermişdir. Cədvəl üzrə onlar 3 il ərzində banka pul ödəmişlər. Eyni zamanda bankla bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ona məxsus olan, ünvan 2 ünvanda yerləşən 57.94 kv.metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 46 saylı mənzil ipotekaya qoyulmuşdur. O, təqdim olunmuş cədvələ əsasən aybaay kredit məbləğini və faizini ödəməyə çalışmışdır. Lakin maddi vəziyyətində yaranmış müvəqqəti çətinliklə əlaqədar kreditin ödənilməsi dayandırılmışdır. Bank ona kredit ödənilməsi barədə vaxt verilməsinə dair xahişini nəzərə almadan, onun barəsində iddia qaldırmış və borc məbləğinin ipoteka ilə girov qoyulmuş əmlaka yönəldilməsini tələb etmişdir. O, əsas borc qalığını və faizini hissə-hissə ödəməyə hazırdır. Lakin məhkəmə onun bu tələbini də nəzərə almamış, borcun ödənilməsi üçün real şərait yaratmamışdır. Məhkəmə onun kreditin ödənilməməsi səbəbinin maddi vəziyyətiylə bağlı olduğunu, yaşamağa başqa yaşayış yerinin olmadığını, təqaüdçü olduğunu nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəliqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı ASC Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2-3(103)-129/2020 nömrəli qərarı ilə müflis elan edildiyindən, barəsində iflas proseduruna başlanıldığından və banka Əmanətlərin Siğortalanması fondu ləğvedici təyin edildiyindən fond hazırki iş üzrə İddiaçı ASC-nin hüquqi varisi kimi cəlb edilmişdir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, MF-KL/051 №li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxx» ASC ilə müqavilə bağlayaraq 14300 ABŞ dolları məbləğdə kredit almış, aldığı borc məbləğini illik 20 faiz əlavəsi ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 11203 ABŞ dolları məbləğdə əsas, 5712 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 16915 ABŞ dolları məbləğdə borcu yaranmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 57.94 kv. metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 46 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində xx xxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 46 saylı mənzili yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi xx xxxxxxxx 2015-ci ildə qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus olan, ünvan 2 ünvanda yerləşən 57.94 kv.metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 46 saylı mənzili ipotekaya qoyulmuşdur. İpoteka predmetinin dəyəri 40000 manat məbləğdə qiymətləndirilmişdir. İşdə olan məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 13143 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh1 “xxxx” ASC-nə 13796.75 ABŞ dolları məbləğdə əsas, 3797.72 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. İşdə olan «LAZUR-A» Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 32-19 saylı rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən, 46 saylı mənzilinin real bazar dəyəri 35000 (otuz beş min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin14.2.1, 317.1, 319.3, 319.6, 385, 386.1, 425.1, 439.1, 439.2, 442, 443.1, 448.1, 449, 462.1, 462.3, 739 və 742.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.6, 34.1.1, 39.1, 41.1 və 47.2-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.1-ci maddəsinin tələbinəəsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə “xxxx” ASC ilə MF-KL/051 saylı kredit müqaviləsi bağlamış və ona şəxsi məqsədlər üçün 60 ay müddətinə illik 20 % ödəmək şərtilə 14300 ABŞ dolları məbləğdə kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 Maarif oğlu həmin tarixdə ipoteka müqaviləsi bağlayaraq borclu Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün mülkiyyətində olan, ünvan 6 ünvanda yerləşən 57.94 kv.metr ümumi, 45.02 kv.metr yaşayış, 12.92 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı, 46 saylı mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti müqavilədə 40000 manat qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Məhkəmə, işin hallarına kredit-ipoteka qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddia ərizəsində göstərildiyi qaydada, faiz borcu isə ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa, birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-45/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar