Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-89/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh X10 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddia, cavabdeh X7 iddiaçılar İddiaçı1, İddiaçı2 və X8 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnməsindən cavabdeh X13 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(033)-64/2020 nömrəli (hakim Elbrus Məmmədov) qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh-iddiaçı X13 Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməməsi, X7 Zaqatala rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli qərarı ilə əri X3 adına verilmiş 0,88 ha torpaq sahəsinin ilk iddia üzrə İddiaçı1 tərəfidən zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsinin bir qismini 4-5 ildir ilkin iddiaçı qanunsuz zəbt edib faydalandığına və onların həmin torpaq sahəsindən istifadə edib xeyir əldə etmələrinə imkan vermədiyinə görə ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun sonuncudan alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh-iddiaçı X4 alınaraq X12, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. işin halları: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə müraciət edərək mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X7 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də X13 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala Zaqatala rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli qərarı ilə əri X3 adına verilmiş 0,88 ha torpaq sahəsinin ilk iddia üzrə İddiaçı1tərəfidən zəbt edilmiş hissəsinin boşaldılması, həmin torpaq sahəsinin bir qismini 4-5 ildir ilkin iddiaçı qanunsuz zəbt edib faydalandığına görə və onların həmin torpaq sahəsindən istifadə edib xeyir əldə etmələrinə imkan vermədiyinə görə ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manatın və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun sonuncudan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Birinci instansiya məhkəməsi iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbini belə əsaslandırmışdır ki, onun və digər iddiaçıların xüsusi mülkiyyətlərində Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,91 ha kənd təsərrüfatı təyintalı torpaq sahələri vardır. Torpaq onların adına DƏDR-də qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Hökümə Muradova qanunsuz olaraq onların torpaq sahəsini özbaşına zəbt edərək, torpaq sahəsində 4 il əvvəl əkdikləri 70 topa fındıq ağaclarını məhv edərək özü qeyri qanuni olaraq fındıq salmışdır. Onlar bu barədə etirazlarını bildirsələr də, cavabdeh-iddiaçı onlara məhəl qoymamış və onların torpaq sahəsindən istifadə etməyə qoymamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X13 iddia tələbini bununla əsaslandırmışdır ki, hazırda ilk iddia üzrə iddiaçının istifadə etdiyi torpaq sahəsi onun ərinin adınadır. Belə ki, Zaqatala rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının 28 aprel 1995-ci il tarixli qərarı ilə əri X3 adına 0,88 ha torpaq sahəsi verilmişdir. Əri 2011-ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinin bir hissəsinin təxminən 4-5 ildir ki, ilk iddia üzrə iddiaçı istifadə etmiş və orada fındıq topaları əkmişdir. O bu müddət ərzində həmin torpaq sahəsindən istifadə etdiyniə görə gəlir əldə etmiş və bunula da ona maddi və mənəvi ziyan dəymişdir. Bu səbəbdən də qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3, ilk iddia üzrə cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 apelyasiya şikayəti verərək,qətnamənin ləğv edilməsini, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmalarına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxan zaman işi hər tərəfli araşdırmadan iş üzrə olan sübutlara bir tərəfli qiymət verərək düzgün olmayan nəticəyə gəlməklə qətnamə çıxarmışdır. Belə ki, 1995-ci ildə aparılmış torpaq islahatı zamanı Əliabad qəsəbə sakini mərhum X5 1.14 hektar pay torpaq sahəsi verilmişdir. Bundan 0.88 hektarı əkin sahəsidir. İlkin iddiaçıya da həmin vaxtda bu ərazidən 5 km kənarda pay torpaq ölçülərək verilmişdir. Belə olan halda ilkin iddiaçı hansı əsasla 0.88 hektar torpaq mülkiyyətçisindən torpaq sahəsini və həmin mülkiyətçinin oradan çıxarılmasını Məhkəmədən tələb edir.Bununla da İddiaçı1 və qeyriləri torpağın əsl mülkiyyətçisini torpağa mülkiyyət hüququndan məhrum etməyə çalışırlar. 1995-ci ildə X1 adına verilmiş “Torpağa Mülkiyyət hüququna” dair şəhadətnamədə qeyd olunub ki, həmin şəhadətnamənin yenisi verilənədək qanun qüvvədədir. Məhkəmədə işə baxılan zaman ilkin İddiaçı1 ilkin torpaq sənədini və 25 il ərzində bu torpağa vergi ödəməsinə görə Məhkəməyə sənəd təqdim etməsini tələb etdik. Lakin o bunu edə bilmədi. Məhkəmə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sənədləri təqdim etsəmdə, onlara əhəmiyyət vermədi. Həmin sənədlərə lazımi qaydada əhəmiyyət verilsəydi, işin nəticəsi qanuna uyğun və real olardı. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddiаçılаr İddiaçı1, İddiaçı2 və İddiaçı3 cаvаbdeh X10 qаrşı Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cаvаbdehin çıxаrılmаsı tələbi 0,5417 ha torpaq sahəsinə münasibətdə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* nömrəli Seriya RX olan çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabın 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15 oktyabr 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 ona məxsus Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evini, 0,20 ha həyətyanı torpaq sahəsini, 0,26 ha bağ, 0,76 ha əkin sahəsini qızı X9 vəsiyyət etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X13 nikahlarını 25 dekabr 2008-ci ildə rəsmiləşdirmişlər. A N 3316 saylı Torpa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Şəhadətnamənin surətindən görünür ki, X6 mülkiyyətinə Zaqatala rayonunun Əliabad qəsəbəsində 1,14 ha torpaq sahəsi verilmişdir. İş üzrə 16 oktaybr 2019-cu il tarixdə qəbul edilmiş qərardadla təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2020-ci il tarixli 28333 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-in mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı-cavabdehlərin mülkiyyətində RX seriyalı ******* saylı Çıxarış əsasında verilmiş 0,91 ha kənd təsərrüfatı təyintalı torpaq sahəsi və cavabdeh-iddiaçının ailəsinə 28 aprel 1995-ci il tarixdə təsdiü edilmiş şəhadətnamə əsasında verilmiş 1,14 ha torpaq sahəsinin sərhədləri naturada bir-birinin hüdudları daxilinə keçməsini müəyyən etmək olmamışdır. 28 aprel AİK-ın 14 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Şəhadətnamə ilə verilmiş 1,14 ha torpaq sahəsi “xxxx” MMC-in Elektron baza məlaumatlarında öz əksini tapmamışdır. Bu səbəbdən həmin torpaq sahələrinin sarhədlərinin naturada bir-birinin hüdudları daxilinə keçməsini müəyyən etmək olmamışdır. Həmin əraziinin cavabdeh və iddiaçının naturada istifadə etdiyi ərazi və DƏDRX tərəfindən tərtib olunnmuş Çıxarışa əsasən torpaq shaələrinin yerləşmə vəziyyəti mütəxəssis tərəfindən əlavə olunmuş sxemdə göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı yerli baxış keçirilməsi qərarlaşdırmış, 02 oktyabr 2020-ci il tarixdə İddiaçı1, X13 və DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin mütəxəssisi Eldar Hasılovun iştirakı ilə yerli baxış keçirilmişdir. Bаxış zаmаnı müəyyən оlundu ki, ekspert rəyinin verilməsi üçün əsas olan mütəxəsis tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşdirdiyi sxemdə 0.91 ha torpaq sahəsində müəyyən hissədə fındıq topaları vardır.Qalan hissədə açıq sahə olsada təzə əkilən fındıq topalarda ibarıtdir. Hər iki tərəf mübahisəli yerdir. GPS aparatı ilə ölçülərkən 0.91 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. Tərəflərə tələbləri ilə bağlı faktiki vəziyyət yerində izah edildi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il 10/534 nömrəli rəyindən görünür ki; ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və X8 məxsus Zaqatala rаyоnu Əliabad qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin naturada ölçüləri çıxarışa əsasən 0.91 ha-dır və hüquqmüəyyən edici sənədlərə uyğun olduğu müəyyən edilmişdir. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin 0.3683 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 82-ci mаddəsinə əsаsən torpаq mülkiyyətçiləri,istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. Həmin Məcəllənin 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinə əsаsən Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. Belə ki, hazırda mübahisə predmeti torpaq sahəsi ilk iddia üzrə iddiaçıların xüsusi mülkiyyətində olsa da sonuncular qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. İddiaçıların həmin torpaq sahəsində mülkiyyət hüquqları qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən pozulmuş, nəticədə qarşılıqlı iddia üzrə cavabdehlərin torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 152-ci maddəsinə görə mülkiyyət şəxsin hər-hansı əşya üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusunda ehtiva edən hüquq olmaqla şəxsin həmin əşya üzərində ağalığını, əşyanın faydalı xassələrindən bəhrələnmə haqqını və əşyanın müqəddəratını müəyyən etmə səlahiyyətini nəzərdə tutur. İstifadə hüququ, mülkiyyət hüququnun komponenti kimi, mülkiyyətçinin əmlakın faydalı xassələrindən yararlanma imkanını ehtiva edir. Bu hüququn mənasına görə mülkiyyətçi öz əmlakından istifadədə sərbəstdir və istifadə hüququna maneə yaradılması bütövlükdə mülkiyyət hüququna müdaxilə hesab olunur. Mülkiyyət hüququnun ehtiva etdiyi bu üç komponent məcmu halında müstəsna dərəcədə mülkiyyətçiyə aid olan dəyərlərdir və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, o cümlədən MM-in 157-ci maddəsi bu komponentlərdən hər-hansı birinin kənar şəxslər tərəfindən pozulmasını qadağan edir və bütövlükdə mülkiyyət hüququnun dövlət tərəfindən qorunduğunu ən yüksək səviyyədə bəyan edir. Hazırkı mübahisənin mahiyyətindən isə görünür ki, ilk iddia üzrə iddiaçıların torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuş, onlar həmin torpaq sahəsinə sahiblikdən məhrum edilmişlər. MM-in 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Bu işdə də ilk iddia üzrə iddiaçılar həmin maddənin verdiyi hüquqdan istifadə edərək öz əmlakının qaytarılmasını cavabdehdən tələb edirlər və onların bu tələbi əsaslıdır. Məhkəmə şərh olunan maddələrin tələbləri əsasında formalaşdırdığı hüquqi mövqeyə istinadən qeyd edir ki, ilk iddia üzrə iddiaçıların məlum torpaq sahəsi ilə bağlı pozulmuş mülkiyyət hüquqları bərpa edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni həll edilən zaman məhkəmənin iddiaçıların mülkiyyət hüququnu müdafiə etməsi əslində əsas qanunumuzun və mülki qanunvericiliyimizin onun üzərinə qoyduğu vəzifəni icra etməsidir. Məhkəmə iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, MMin 152 və 157-ci maddələri ilə, həmçinin İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarına hörmətlə yanaşır. Çünki, azadlıq və mülkiyyət fərdə insan, vətəndaş və şəxsiyyət olmağa imkan verən ən əsas dəyərlərdəndir. «İnsan hüquqları Bəyannaməsi»nin 18-ci maddəsinin tələbinə görə «hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir». Yuxarıda göstərilən normaları rəhbər tutan məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpağı tutmasına haqq qazandırmaq olmaz. Göstərilənlər onu təsdiq edir ki, milli qanunvericiliyimiz birmənalı olaraq başqasının mülkiyyət hüququna belə müdaxiləni yolverilməz və qanunsuz hesab edir. İlk iddia üzrə cavabdeh-iddiaçı tərəfindən iddiaçı-cavabdehlərin mülkiyyət hüquqlarına belə müdaxiləni İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslı hesab etmək mümkün deyildir. Belə ki, 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş normalara görə mülkiyyət hüququna müdaxilə aşağıdakı üç halın mövcudluğu şərti ilə əsaslı sayıla bilər: -müdaxilə qanuni olmalıdır; -müdaxilə ictimai maraqlar naminə edilməlidir; -müdaxilə ictimai maraqlarla, mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında ədalətli tarazlıq yaratmalıdır. Birinci şərtlə bağlı qeyd olunmalıdır ki, artıq bəhs edildiyi kimi mülkiyyət hüquqlarına hazırki işdə olduğu kimi müdaxiləni qanun yolverilməz hesab edir. İkinci və üçüncü şərtlərlə bağlı isə qeyd edilməlidir ki, konkret fərdin müstəsna dərəcədə öz maraqları naminə başqasının mülkiyyət hüququna müdaxiləsinin ictimai maraqlarla heç bir əlaqəsi ola bilməz və bu səbəbdən də belə müdaxilə zamanı ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıqdan danışmaq belə mümkün deyil. Avropa Məhkəməsi «İatridis Yunanıstana qarşı» iş üzrə 1999-cu ildə qəbul etdiyi qərarda göstərdi ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın». Göstərilən presedentin mahiyyəti onu deməyə əsas verir ki, cavabdeh-iddiaçının iddiaçı-cavabdehlərin mülkiyyət hüququna müdaxiləsi ilə ictimai maraqlarla mülkiyyət hüququnun müdafiəsi üzrə maraqlar arasında tarazlıq mülkiyyətçilərin maraqlarının ziyanına pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki reyestrdə qeydiyyat mübahisələndirilməyib onun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert tərəfindən təqdim edilmiş torpaq sahəsinin sxemində iddiaçı cavabdehin mülkiyyətində olan 0,91 ha torpaq sahəsinin bir hissəsi sonuncunun faktiki istifadəsində olduğu kimi göstərilmişdir. Bununla bağlı, məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə yerli baxış keçirilmiş, CPS aparatı ilə ölçülər müəyyən edilərək sxemdə iddiaçı-cavabdehin mülkiyyətində və istifadəsində olan hər iki sahənin əslində 0,91 ha olması və Çıxarış əsasında mülkiyyətə verilməsi təsdiqlənmişdir. Yəni sxemdə göstərilən iki sahə (bir sahədə fındıq əkilmiş) və digər boş sahə mübahisələndirilən 0,91 ha torpaq sahəsini əhatə etdiyi müəyyən olunmuşdur. Həmin 0,91 ha torpaq sahəsindən sonra gələn hissə ilə cavabdeh-iddiaçının faktiki istifadəsindədir və mübahisələndirilməyən ərazidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddia tələbini tam həcmdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası iclası araşdırması zamanı müəyyən edildi ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin 0.3683 ha hissəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən istifadə edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh X10 qarşı özlərinə məxsus 0.91ha torpaq sahəsindən çıxarılması ilə bağlı iddası cavabdeh X7 faktiki istifadə etdiyi 0.3683 ha torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası şərh olunanların yekunu kimi belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh mübahisəli torpaq sahəsinin 0.3683 ha sahəsindən istifadə etdiyindən, həmin torpaq sahəsindən çıxarılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə eyni zamanda ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh X7 verdiyi qarşılıqlı iddia ərizəsini də araşdıraraq, bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh-iddiaçı tələbində mübahisələndirilən 0.91 ha torpaq sahəsinin ona məxsus olması əsasında cavabdeh-iddiaçı tərəfindən torpaq sahəsinin boşaldılmasını tələb edir. Hansı ki, cavabdeh-iddiaçı tərəfindən torpaq sahəsinin onun ailə üzvlərinə məxsus olmasını təsdiq edən sübut kimi təqdim etdiyi Zaqatala rayon AİK-ın 14 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Şəhadətnamənin “xxxx” MMC-in elektron baza məlumatlarında öz əksini tapmaması ekspert rəyi ilə təsdiq olunur. Yəni Əliabad qəsəbəsində ikinci dəfə islahat aparılarkən həmin torpaq sahəsinin 0.91 ha hissəsi iddiaçı-cavabdehin ailə üzvlərinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən Çıxarışı isə cavabdeh-iddiaçı mübahisələndirməmişdir. Belə olduğu təqdirdə isə məhkəmə üçün Çıxarışın, yəni dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır. Qeyd olunan əsaslarla məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçı-cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılmasına dair hissəsini əsassız hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəinə münasibətdə həmin hissə ilə də razılaşmır. Çünki cavabdeh-iddiaçı tərəfindən tələbin həmin hissəsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddiаçılаr İddiaçı1, İddiaçı2 və İddiaçı3 cаvаbdeh X10 qаrşı Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cаvаbdehin çıxаrılmаsı tələbi 0,5417 ha torpaq sahəsinə münasibətdə ləğv edilməli, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilərək cаvаbdeh X7 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin 0.3683 ha hissəsindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 138,98 (yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddiаçılаr İddiaçı1, İddiaçı2 və İddiaçı3 cаvаbdeh X10 qаrşı Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cаvаbdehin çıxаrılmаsı hissəsində ləğv edilsin, ləğv edilmiş hissə üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilsin . Həmin hissədə yeni qətnamə çıxarılaraq cаvаbdeh X7 Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,91 ha torpaq sahəsinin 0.3683 ha hissəsindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyri olan 138,98 (yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (KOD: 200071, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB********************) hesabına tərəflərdən müştərək qaydada tutularaq ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-89/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-89/2021
14.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver