Məhkəmə qərarları › İş №2(107)-890/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-890/2020

31.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-890/2020 31.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X8 iclas katibliyi, İddiaçı2 Şükür qızı, onun və və digər İddiaçı1 vəkili X2, cavabdehlər Məmmədova Könül Orucəli qızı, Cavabdeh2, Cavabdeh3 oğlu, İ̇smayılova Mətanət Elçin qızının iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Şükür qızı cavabdehlər Məmmədova Könül Orucəli qızı, Cavabdeh2, Cavabdeh3 oğlu, İ̇smayılova Mətanət Elçin qızı, Cavabdeh5 oğluna və maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” X3rşı “Mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mirasın faktiki qəbul edilməsi və mirasdakı payların müəyyənləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2450/2019 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şükür qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Şükür qızı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1) onların X9 oğlunun adına olan və cavabdehlər Məmmədova Könül Orucəli qızının, Cavabdeh2, X11 oğlunun, İ̇smayılova Mətanət Elçin qızının və Cavabdeh5 oğlunun yaşadıqları, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilindən yaşayış hüququnun tanınması, 2) onların Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilinə köçürülmələri, 3) onlar tərəfindən mirasın faktiki qəbul edilməsi və 4) İddiaçı2 Şükür qızının miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2450/2019 nömrəli (hakim H.Mirzəliyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şükür qızının cavabdehlər Məmmədova Könül Orucəli qızı, Cavabdeh2, Cavabdeh3 oğlu, İ̇smayılova Mətanət Elçin qızı və Cavabdeh5 oğluna qarşı «mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mirasın faktiki qəbul edilməsi və mirasdakı payların müəyyənləşdirilməsi» tələbinə dair iddiasının əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 Şükür qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ilin avqust ayında cavabdehlər Məmmədova Könül Orucəli qızı, Cavabdeh2, Cavabdeh3 oğlunun qardaşı Məmmədov Şükür Orucəli oğlu ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuşdur. Elə həmin dövrdə qayınatası X9 oğlunun mülkiyyətində olan, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilinə gəlin köçmüşdür. Şükür Məmmədovla birgə nikahlarından xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı2 Şükür qızı doğulmuşdur. xx xxxxx 2004-cü ildəəri Şükür Məmmədov qızına atalıq vermişdir. Bu barədə Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən AZ-1 № 036998 saylışəhadətnamə verilmişdir. Eyni zamanda xx xxxxxx 2004-cü ildə Məmmədov Şükür Orucəli oğlu ilə arasında olan nikahı rəsmiləşdirmişlər. Əri Şükür Məmmədov xx xxxxxx 2005-ci ildə rəhmətə getmişdir. Onun dəfn mərasimi də Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 27 ünvanda onun iştirakıyla keçirilmişdir. Bundan başqa qayınatası Orucəli Məmmədov xəstə olarkən onun müalicəsi, iynə vurulması və dərmanın içilməsi onun tərəfindən həyata keçirilmişdir. Qayınatası Orucəli xəstəxanada yatarkən və müalicə olunarkən özü ona baxmışdır. Eyni zamanda, qayınanası Tovuz Məmmədovanın dəfnində iştirak etmiş, ona baxılmasında gücü çatan qədər qulluq göstərmişdir. Çünki, həmin dövrdə onun ayaqları işləməmiş, yeriməkdə çətinlik çəkmişdir. Hazırda ayaqları çətin işlədiyinə görə bir müddət xəstəxanada müalicə olunsa da, xəstəliyinin müalicəsi yaxşı nəticə verməmiş və yenə də yeriyə bilməmişdir. Özünə “onurğa beyinin zədələnməsi, nevropatiya, əzələnin əriməsi” diaqnozu qoyulmuş və 1-ci qrup əlildir. Ona görə də, müvəqqəti olaraq atasıgildə yaşamış və ona anası xəstəliyiyləəlaqədar qulluq etmişdi. Hazırda isə anasıgilin Yevlax rayonun Varvara kəndində yerləşən evində yaşamaq mümkün deyildir. Həmin mənzilin qazı, suyu, işığı fasilələrlə verilmiş və ev rütubətlidir. Həkimlər ona həmin mənzildə yaşasa, ümumiyyətlə vəziyyətinin tam pisləşəcəyini məsləhət görmüşlər. Ona görə də, qazı, suyu, işığı daimi olan və rütubəti olmayan normal mənzildə yaşamalıdır. Eyni zamanda, həmin mənzildə Qarabağ döyüşlərində iştirak edən və əlil olan qardaşı da vardır. X12 2-ci qrup “Qarabağ” əlili olmaqla “şizofereniya” ruhiəsəb xəstəsidir. Anası artıq yaşlı olduğuna görə qardaşına, ona və yetkinlik yaşına çatmamış övladı Xədicəyə qulluq edə bilməmişdir. Beləliklə, özü mərhum əri Şükür Məmmədovun yaşadığı və mərhum qayınatası Orucəli Məmmədovun xüsusi mülkiyyətində olan, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilinə yetkinlik yaşına çatmamış övladı ilə birlikdə köçürülməlidir. Eyni zamanda, mənzilin mülkiyyətçisi Orucəli Məmmədov və onun həyat yoldaşı Tovuz Məmmədova vəfat etdiklərinə görə qızı İddiaçı2 Şükür qızı qanun üzrə vərəsə olduğuna görə mirasdan pay hüququ vardır və vərəsəliyi qəbul etmişdir. İddiaçı2 Şükür qızı mərhum babası X9 oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Mingəçevir Regional “ASAN Xidmət” X6 müraciət etmiş və oradan xx xxxxxxx 2019-cu il tarixli, 1398 saylı cavab məktubunda mirasın bölüşdürülməsi haqqında vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verilməsinin mümkün olmadığı və mübahisəninin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Bundan başqa, cavabdehlərdən Könül Məmmədova mübahisəli mənzildə yaşadığına görə o, qeyd olunan mənzilə köçürülmələrinə və yaşamalarına imkan verməmişdir. Halbu ki, cavabdeh Könül Məmmədovanın Bakı şəhərində xüsusi mülkiyyətində evi vardır. Digər cavabdehlər qeyd olunan mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar və özlərinə məxsus mülkiyyətlərində olan mənzildə yaşayırlar. Qeyd olunanları nəzərə alaraq 1) onların X9 oğlunun adına olan və cavabdehlər Məmmədova Könül Orucəli qızının, Cavabdeh2, X11 oğlunun, İ̇smayılova Mətanət Elçin qızının və Cavabdeh5 oğlunun yaşadıqları, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilindən yaşayış hüququnun tanınması, 2) onların Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilinə köçürülmələri, 3) onlar tərəfindən mirasın faktiki qəbul edilməsi və 4) İddiaçı2 Şükür qızının miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib edilməməsinin səbəbləri aydınlaşdırılmamış, heç bir araşdırma aparmadan, qanunun tələblərini kobud şəkildə pozmaqla, fərziyyələrə əsaslanmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 2450/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Şükür qızı apelyasiya şikayətini müdafiə edərək, sonda hüquqlarının bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili X7 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı1 əri Şükür Məmmədov 2005-ci il tarixdə vəfat etmiş, həmin vaxtdan da cavabdehlər iddiaçını evdən çıxarmışlar. Bu səbəbdən də iddiaçıların mübahisəli evdə yaşaması onların iradəsindən asılı olmayaraq qeyri-mümkün olmuşdur. Ona görə də apelyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məmmədova Könül Orucəli qızı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 onun mərhum qardaşı Şükürün arvadı, Xədicə isə qızıdır. Qardaşı Şükür 2005-ci il tarixdə, atası Orucəli isə 2014-cü il tarixdə vəfat etmişdir. Mübahisəli ev daim atası Orucəlinin adına olmuş, sonuncu öləndən sonra isə vərəsəlik işi açılmışdır. İddiaçı1 əri Şükür 2005-ci il tarixdə öləndən sonra özü evdən çıxıb getmiş və heç vaxt mübahisəli evə qayıtmamışdır. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğlu və İ̇smayılova Mətanət Elçin qızı hər biri ayrı-ayrılıqda apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq digər Cavabdeh5 oğlu və Mingəçevir Regional “Asan Xidmət” X4 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2450/2019 nömrəli qətnaməsi “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə hissəsinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədov Şükür Orucəli oğlu ilə İddiaçı1 arasında olan nikahın bağlanması xx xxxxxx 2004-cü ildə, 422 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2Şükür qızı xx xxxx 2004-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. Şəhadətnamədə uşağın atası Məmmədov Şükür Orucəli oğlu, anası isə İddiaçı1 göstərilmişdir. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Məmmədov Şükür Orucəli oğlu xx xxxxxx 2005-ci ildə, X9 oğlu isə xx xxxxxx 2014-cü ildə vəfat etmişlər. Mingəçevir şəhər 11 saylı Mİ̇S-nin xx xxxxxx 2019-cu il tarixli, 14 saylı 2 nömrəli forma arayışından görünür ki, Mingəçevir şəhərinin H.Əliyevprospektindəki 21 saylı evin 27 saylı mənzili X9 oğlunun xüsusi mülkiyyətindədir. Həmin mənzildə Orucəli Məmmədov, Cavabdeh2, Könül Məmmədova, Cavabdeh3, Mətanət İ̇smayılova və Cavabdeh5 yaşayış hüququ olmaqla qeydiyyatdadırlar. Orucəli Məmmədov xx xxxxxx 2014-cü ildə rəhmətə getmişdir. Qeyd olunan mənzildə Məmmədov Şükür Orucəli oğlu yaşayış hüququ olmamaq şərti ilə müvəqqəti qeydiyyatda olmuş və xx xxxxxx 2005-ci ildə rəhmətə getmişdir. Mingəçevir şəhər 11 saylı Mİ̇S-nin xx xxxxxx 2005-ci iltarixli, 13 saylı arayışından görünür ki, Məmmədov Şükür Orucəli oğlu rəhmətə gedənə qədər ailəsi ilə birlikdə Mingəçevir şəhərinin H.Əliyev prospektindəki 21 saylı evin 27 saylı mənzilində yaşamışdır. xx xxxxxxxx 1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhərinin Rəsulzadə (hazırki Heydər Əliyev) küçəsində yerləşən 21 saylı evin 27 saylı mənzili X9 oğlunun mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Heydər Əliyev prospektindəki 21 saylı evin 27 saylı mənzili X9 oğlunun adına xx xxxxxxx 2013-cü il tarixdə qeydə alınmışdır. Mingəçevir Regional “Asan Xidmət” X4 İddiaçı2 Şükür qızına ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, 1398 saylı cavab məktubundan görünür ki, xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş babası X9 oğlundan qalmış miras əmlaka, varislər arasında mübahisə olmasına baxmayaraq yalnız ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılmışdır. Mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Mübahisənin həlli ilə bağlı İddiaçı2 Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. Mingəçevir Regional “Asan Xidmət” X4 xx xxxxxx 2019-cu il tarixli, 1706 saylı arayışından görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 21, mənzil 27 ünvanda yaşamış, xx.xx.2014-cü ildə vəfat etmiş atası X9 oğlundan qalmış mirasın qəbulu üçün Məmmədova Könül Orucəli qızı xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər 2 saylı notariat ofisinə müraciət etmiş və həmin tarixdə bununla bağlı V-123/2014 saylı vərəsəlik işi açılmışdır. Mingəçevir şəhər 11 saylı Mİ̇S-nin xx xxxxxx 2019-cu il tarixli aktından görünür ki, qonşuların dediyinə görə Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzilində Məmmədova Könül Orucəli qızının mərhum qardaşı Məmmədov Şükür Orucəli oğlunun həyat yoldaşı İddiaçı1 göstərilən ünvanda qeydiyyatda olmamış, yaşamamış və hazırda da yaşamır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-890/2020 nömrəli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2450/2019 nömrəli qətnaməsi “mirasın faktiki qəbul edilməsi və mirasdakı payların müəyyənləşdirilməsinin təmin edilməməsi ” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisəli Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən 21 saylı evin 27 saylı mənzili 1992-ci il tarixdən X1 mülkiyyətində olmuşdur. İddiaçı1 mülkiyyətçinin oğlu Şükür Məmmədovla 2002-ci il tarixdə ailə qurmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edildi ki, iddiaçı ilə evin mülkiyyətçisi arasında evdən (yaşayış sahəsindən) istifadə edilməsi haqqında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış, hətta sonuncu 2005-ci il tarixdə əri öləndən sonra həmin evdən çıxmışdır. Kollegiya qeyd edir ki, əgər tərəflərin yaşayış sahəsindən istifadə haqqında notariat qaydasında müqavilə bağlamaq niyyəti olsaydı, bu cür müqavilənin bağlanması mümkün idi. Çünki, yuxarıda qeyd olunduğu kimi iddiaçı mülkiyyətçinin oğlu ilə 2002-ci il tarixdə ailə qurarkən evin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı da iddiaçı tərəf bu cür müqavilənin bağlanması üçün tərəflərin iradəsinin həyata keçirilməsinə mane olan hər hansı obyektiv səbəbin mövcudluğu barədə sübut təqdim etməmişdir. Həmin müqavilə məzmun baxımından: a) yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi; b) mənzildən istifadə hüququnun həyata keçirilməsi; c) mənzildən istifadə hüququnun xitamı barədə şərtləri əhatə etməlidir. Bundan başqa, həmin razılaşma forma baxımından: a) yazılı tərtib olunmalı; b) notariat qaydada təsdiqlənməlidir. İ̇ş materiallarından göründüyü kimi iddiaçı ilə mənzilin mülkiyyətçisi arasında bu cür müqavilə bağlanmamışdır. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin “evdən istifadə hüququnun tanınması və mənzilə köçürmə hissəsinin təmin edilməməsi” hissəsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Şükür qızı tərəfindən verilmiş apelyasiya şikayəti “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmənin təmin edilməməsinin” ləğv edilməsi hissəsində təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-2450/2019 nömrəli qətnaməsi “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmənin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar