Məhkəmə qərarları › İş №2(107)-896/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-896/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-896/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)- 91/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, Cavabdeh əşyaları ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyalarının və özünün mənzildən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin nəticə hissəsində Cavabdeh səhv olaraq iddiaçı kimi göstərdiyini, iddia ərizəsinin nəticə hissəsində qeyd edilən “iddiaçı Cavabdeh” qızını cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun oğlu X11 rəsmi nikahlarını 22 may 2015-ci il tarixdə rəsmiləşdirməklə evlənmişlər. Həmin nikahdan 27 dekabr 2015-ci il tarixdə onların X12 adlı bir övladları olmuşdur. Toylarından iki ay keçəndən sonra onların arasında münasibət pozulmuş və oğlu Rusiya Federasiyasına getmiş və hazırda da orada yaşayır. Uzun müddət bir yerdə yaşamadıqlarına görə cavabdeh “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment tələbinə dair” məhkəmədə iddia qaldırmışdır. Qəbələ rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(025)-201/2020 saylı qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Cavadehlə oğlu X6 arasında olan nikahlarının pozulmasına baxmayaraq cavabdeh bu günə qədər onun evində uşaqla birlikdə yaşayır. Həmçinin cavabdehin əmlakı da onun evindədir. Ona dəfələrlə evdən çıxması və əmlakını çıxarması təklif etsə də, cavabdeh ona təhqiredici ifadələrlə cavab vermiş və evdən çıxmayacağını bildirmişdir. O, bu günə qədər gözləmişdir ki, bəlkə onu başa salan olmuşdur ki, onun mülkiyyətində olan evdən çıxsın, lakin nəticəsi olmamışdır. Eyni zamanda elə bir gün olmamışdır ki, cavabdeh ona qarşı hər hansı bir təhqiredici ifadə işlətməsin. O, yaşlı adamdır, sakitlik istəyir, lakin cavabdehin qeyri-normal hərəkətləri onun sakit yaşamasına əsaslı şəkildə təsir edir. Həmçinin cavabdehin valideynləri onun qonşuluğunda yaşayır və onların mənzil şəraiti onun mənzilindən dəfələrlə yaxşıdır. Lakin cavabdeh ona mənəvi işgəncə vermək üçün mülkiyyətində olan mənzildən çıxmaq fikri yoxdur. Ona görə də, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. O, cavabdehi oğlunun arvadı kimi ailə üzvlüyünə qəbul etmişdir, lakin yuxarıda qeyd etdiyi kimi onların arasında nikah pozulduğuna görə cavabdeh ailə üzvlüyündən çıxarılmışdır. Onunla cavabdeh arasında onun nikah pozularsa onunla bir yerdə yaşamaqlarına dair heç bir nikah kontrakı da yoxdur. Ona görə də o, mülkiyyətində olan mənzildən məcburi qaydada çıxarılmalıdır. Mülkiyyətində olan evə və torpaq sahəsinə 04 iyun 2020-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışıda vardır. Həmin çıxarışda nə cavabdeh, nə də ki nəvəsi mülkiyyətində olan evdə qeydiyyatda deyillər. Cavabdehin ərə gələnə qədər yaşadığı ev, yəni atasının evi onun mülkiyyətində olan yaşayış evindən daha yaxşıdır. Belə ki, onun atasının evi kommunal şərait baxımından daha əlverişlidir. Həm də cavabdehlə olan ailə münasibətlərinə xitam verilmiş və onun oğlu ilə olan nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə oğlu arasında olan ailə münasibətləri 22 may 2015-ci ildə yaranmış, 25 fevral 2020-ci ildə isə həmin ailə münasibətlərinə xitam verilmişdir. Ona görə də mövcud iddia ərizəsinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o X11 ilə 2 may 2015- ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. 27 dekabr 2015-ci il tarixində X12 adlı bir övladları olmuşdur. Əvvəllər xoşbəxt yaşasalarda sonradan münasibətləri pozulmuş və əri Rusiya Federasiyasına getmişdir və hal-hazırda da orda yaşayır. Artıq belə yaşmağın mənasız olduğunu anlayaraq, nikahın pozulması və uşağın anasının yanında qalması və aliment tələbinə dair məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(025)-201/2020 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bundan sonra X6 anası İddiaçı Qəbələ Rayon Məhkəməsinə onun övladları ilə birlikdə yaşadığı evdən çıxarılmağı ilə bağlı müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi isə iddianı təmin edərək onun əşyaları ilə birlikdə İddiaçı məxsus olan evdən çıxarılmağında bağlı 16.02.2021-ci il tarixli 2(025)-9/2021 saylı qətnamə qət etmişdir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin icaatında olan iş üzrə qərar qəbul edilərkən işin faktiki halları araşdırılaraq nəzərə alınmamışdır. Onun az yaşlı övladı ilə birlikdə hardasa yaşamağı mümkünsüzdür. Övladının nənəsinin atdığı bu cür addımı məhkəmə tərəfindən qəbul edilərək təmin edilməsi düzgün qərar olduğunu hesab etmir. Nəzərə alsaq ki , əri boşandıqdan sonra aliment ödənilməsi barəsində ciddi problemlər yaşadır. Belə olan halda onun və azyaşlı övladının indidən sonra normal yaşamağı və övladının cəmiyyətə yararlı bir fərd kimi yetişdirə bilməyi göründüyü kimi mümkün olmayacaqdır. Onun gəlin köçdüyü həmin evdən istifadə hüququm tanınmalıdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı cə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Cavabdeh evin gəlini kimi iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Odur ki,apellyasiya şikayətinin təmin edilməməsini Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnaməsinin qüvvədə qalmasını xahiş edir. Hüquq məsələləri MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə оlаn Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********68-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində İddiaçı adına 120.10 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.10 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri olaraq İddiaçı (fərdi ev tam, torpaq ümumi birgə), X7, X11 və X10 (torpaq ümumi birgə) qeyd olunmuşlar. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 04.06.2020-ci il tarixdə iddiaçıya 406-46/4249 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. Texniki parsportun torpaq sahəsinin 1:500 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,10 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» bağlı eyvan, mətbəx və sanitar qovşaqdan, sahəsi 25,8, 16,4 və 35 kv.m. olan yaşayış otaqlarından ibarətdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(025)- 201/2020 nömrəli qətnaməsindən görünür ki, X11 ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixdə bağlanmış və Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəfləri birgə nikahlarından anadan olmuş 27 dekabr 2015-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, X5 13 yanvar 2020-ci il tarixdən başlayaraq, 27 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə və 71-ci maddəsinin 2-ci bəndinə, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 152.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Öyrənilən işin mübahisə doğurmayan hallarından bəlli olur ki, iddiaçının oğlu ilə cavabdeh arasında nikah Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən 22 may 2015-ci il tarixdə 15 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 27 dekabr 2015-ci il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuşdur. Bundan sonra Cavabdeh X9 qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(025)-201/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Lakin tərəflər arasında nikah pozulmasına baxmayaraq Cavabdeh X11 ilə birgə nikahından doğulmuş 27 dekabr 2015-ci il təvəllüdlü X12 ilə iddiaçının mülkiyyətində olan evdə yaşayır və həmin fərdi yaşayış evini könüllü şəkildə tərk etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçının oğlu ilə cavabdeh arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən cavabdehin və onun azyaşlı uşağının mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İqtibas edilmiş mülki qanunvericliyin, eləcədə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, Cavabdeh evin gəlini kimi iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Yarandığı halda isə artıq ailə münasibətlərinə xitam verildiyindən istifadə hüququna da xitam verilmişdir. Məhkəmə kollegiyasını fikrincə, cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olmadığından, uyğun olaraq birinci instansiya məhkəməsi onu əşyaları ilə birlikdə iddiaçıya məxsus yaşayış evindən çıxarmaqda haqlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Çünki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(025)-91/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar