Məhkəmə qərarları › İş №2(107)-898/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-898/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-898/2023 05.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ayış binasına (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999-06301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMCnin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ona Cavabdeh2 QSC ilə bağladığı 22 aprel 2008-ci il tarixli 07L000001425 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Onun ilə Cavabdeh2 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07L000001425S nömrəli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti artırılaraq 216 ay, kredit xəttinin məbləği isə artırılaraq 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğin və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə mənə Cavabdeh2 QSC ilə bağladığı 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun ilə Bank arasında bağlanmış 23 aprel 2008-ci il tarixli 07M000000090 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 nömrəli 89,24 m2 ümumi, 89,24 m2 əsas sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (0,0106 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Onun ilə Cavabdeh2 QSC arasında bağlanmış 15 yanvar 2016-cı il tarixli 07M000000090S nömrəli sazişə əsasən ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışla Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış sahəsinin (0,0106 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. Bundan başqa Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyan, yəni onun ilə Bank arasında bağlanmış 18 avqust 2011-ci il tarixli 07M000000307 nömrəli ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 5 nömrəli reyestr 36 nömrəli vərəqində qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışla Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsinə əsasən ondan qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********99-06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) mənə məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi – **********80-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) cavabdeh ona məxsus Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində onun və ailə üzvlərinin evi tərk etmədikləri halda, onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 117.000 (bir yüz on yeddi min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış qiyməti 100.000 (bir yüz min) mаnаt, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarına əsasən kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiyməti müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 2ayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin sаtış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) mаnаt, Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsi boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4127/2021 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun İ hərrac barədə məlumatı olsa da, İİ hərac barədə məlumatı olmamışdır. Birinci hərracın ona bildirişi gəldiyindən, daha sonra ikinci hərrac barədə də bildiriş gələcəyini düşünmüşdür. Lakin ona ikinci hərrac barədə bildiriş gəlməmiş və bundan xəbəri olmamışdır. Bu yaxınlarda Cavabdeh1 icra məmuru, eyni zamanda Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana, eyni zamanda işlədiyi mağazaya gələrək ipoteka predmeti olan əmlakların Cavabdeh2 QSCnin adına keçdiyini, onun həmin əmlakları boşaltmağı lazım olduğu bildirilmişdir. Onun isə bu proseslərdən həmin günə qədər xəbəri olmamışdır. "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) 73312,50 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 115000 manat olmuş, “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 73312,50 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999-06301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 89.24 kv.m qeyri-yaşayış binası Cavabdeh2 QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) 63750 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 100000 manat olmuş, “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 63750 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli Çıxarışa əsasən, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Yuxarıda qeyd etdiyi kimi onun isə ikinci hərracdan xəbəri olmamışdır. Fikirləşir ki, ikinci hərrac keçirilən zamanı əmlakın mülkiyyətçisi kimi birinci ona məlumat verilməli və hərraclar onun iştirakı ilə keçirilməli idi. O, hərrac keçirilən vaxt həmin evin və qeyri-yaşayış binasının mülkiyyətçisi olduğu halda ikinci hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev və qeyri-yaşayış binası dəyərindən ucuz qiymətə satılmış və evi və qeyri-yaşayış binasını alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda ona məxsus qeyri-yaşayış binasının qiyməti 200000 manatdan çox, fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) qiyməti isə 150000 manatdan çoxdur. Lakin ona məxsus evin və qeyri-yaşayış binasının dəyərindən xeyli az qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqları kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru və Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana gələn zaman ona məxsus ünvan 2ayış binasını (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evini (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC tərəfindən alındığını və sonuncunun balansına keçirildiyini bildirmişlər. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlaklarının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, ikinci hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hesab edir ki, ikinci hərrac keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakları qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakları ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşlar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələblərini kobud surətdə pozmuşlar. Buna görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərracların yekunları barədə “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun və “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokolun və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçisinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnmişdir. Ona məxsus ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmamışdır. Eyni zamanda ona məxsus Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmamışdır. Hesab edir ki, hərracların nəticələri haqqında yekun protokollar etibarsız olduğundan ünvan 2ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) üzərində Cavabdeh2 QSC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşyalar, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, Cavabdeh2 QSC-nin adına verilmiş Çıxarışlar ləğv edilməlidir. Hal-hazırda onun və ailə üzvlərinin mülkiyyətlərində olan yaşayış evindən və qeyri-yaşayış obyektindən çıxmaq məsələsi vardır və qətnamə qəbul edərkən mülkiyyət hüququ ilə bağlı normaların nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-nə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması" tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh2 QSC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m2 olan qeyriyaşayış binası və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m2olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh2 QSC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m2 olan qeyriyaşayış binası və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m2olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan "xxxx" MMCnə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Eyni zamanda iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115000 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Bundan əlavə iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etdiyi sübutlarla (teleqramlar ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı (ipoteka predmeti olan) ünvana göndərilmiş və imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 425.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.4, 43.5, 43.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4 və 220.5-cİ maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən işin mövcud hallarını araşdırmamış, tərəflərin, xüsusilə cavabdehin təqdim etdiyi sübutları kifayət qədər araşdırmamış, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Yalnız cavabdeh tərəflərin əsassız və qanunsuz “sübutları”na istinad etmişdir. Hərrac qanunsuz və əsassız aparılıb, keçirilməmişdir, formal tələblərə əməl edilməmişdir, nəticədə kobud şəkildə mülkiyyət hüququndan məhrum edilmişdir. Qeyd edir ki, həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və yeganə yaşayış yeridir. Lakin təəssüflər olsun ki, Qəbələ Rayon Məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona da vurğu etmişdir ki, iddiaçının hərracın yekunlarından xəbəri olmuşdur, bunu onunla əsaslandırmıdır ki, “iş materiallarında olan "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır.” Lakin həmin teleqramların həqiqətən də mənim tərəfimdən qəbul edilməsini kifayət qədər araşdırmamış, bununla bağlı sorğular verməmişdir. Qeyd olunanlara əsasən, Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 QSC məhkəməyə etiraz ərizəsi göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)- 445/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı cavabdehlər Cavabdeh1 nümayəndəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 2* təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 53. Üzərinə həbs qoyulmuş əmlakın satılması - 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)- 445/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə iddia tələbini rədd edərkən işin mövcud hallarını araşdırmamış, tərəflərin, xüsusilə cavabdehin təqdim etdiyi sübutları kifayət qədər araşdırmamış, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin hansı tələblərinin pozulduğu apelyator tərəfindən əsaslandırılmasmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərinin pozulduğu müəyyən edilmir. Ona görə də şikayət həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona da vurğu etmişdir ki, iddiaçının hərracın yekunlarından xəbəri olmuşdur, bunu onunla əsaslandırmıdır ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022ci il tarixli teleqram xx.xx.2022-ci il tarixdə çatdırılmış, xx.xx.2022-ci il tarixli teleqram xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır.” Lakin həmin teleqramların həqiqətən də onun tərəfindən qəbul edilməsini kifayət qədər araşdırmamış, bununla bağlı sorğular verməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. İş materiallarında olan "xxxx" MMC-in Azərpoçt MMC-yə ünvanlanmış sorğuya əsasən "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixdə göndərilmş teleqram xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndərilmiş teleqram xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Göründüyü kimi apelyatorun şikayətinin dəlilləri əsassızdır. Yəni adı keçən teleqramların iddiaçıya çatdırılıb-çatdırılmamsı barədə əlavə sorğu verməyə lüzum olmamışdır. Çünki iş materiallarında olan sorğudan gprünür ki, "xxxx" MMC-in Azərpoçt MMC-yə ünvanlanmış sorğusuna artıq cavab verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Eyni zamanda iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115000 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Bundan əlavə iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etdiyi sübutlarla (teleqramlar ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı (ipoteka predmeti olan) ünvana göndərilmiş və imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus Qəbələ şəhəri, H.Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binası (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonunun Həmzəlli kəndində yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq alıcı Cavabdeh2 QSC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m2 olan qeyri-yaşayış binası və Qəbələ rayonu, Həmzəlli kəndində yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m2olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar