Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-9/2023 22.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Qüdrət qızı, İddiaçı3 Qüdrət oğlu, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 Yolçu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızının nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı1 vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Qüdrət qızı, İddiaçı3 Qüdrət oğlu, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 Yolçu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə müəyyən olunur ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Hüseynov Qüdrət Camaldin oğluna, Cavabdeh1 Qallac qızına, İddiaçı2 Qüdrət qızına, İddiaçı3, İddiaçı1, X4 və Verdiyeva Könül Yolçu qızına 2,12 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında mülkiyyətə verilmiş torpağın ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin dörd ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən, 244A nömrəli konturda (planşetdə) 4345,42 kv.m, 244B nömrəli konturda (planşetdə) 5512,64 kv.m, 244F nömrəli konturda (planşetdə) 7862,29 kv.m və 244G nömrəli konturda (planşetdə) 3436,55 kv.m olması göstərilmişdir. Balakən Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(019)-965/2018 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Balakən rayonu Qazma kəndində yerləşən Hüseynоv Qüdrət Cəmаlləddin оğlunun, Hüseynоvа Fаtmа Həlləc qızının, Hüseynоva Cəmilə Qüdrət qızının, Hüseynоv Vüqar Qüdrət оğlunun, Hüseynоv Sabit Qüdrət оğlunun, Hüseynоv Zəminə Qüdrət qızının və Hüseynоva Könül Yоlçu qızının ümumi birgə mülkiyyətində olan reyestr nömrəsi **********88-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsindən və JN-244A KOD40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızının hər birinin 1/7 hissəsinə payları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla müəyyən olunur ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv.m sahəsi olan fərdi yaşayış evi X1 tam və 0,1556 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X1, Cavabdeh1 Həlləc qızının, X9 qızının, İddiaçı3, İddiaçı1 Qüdrət oğlunun, Hüseynov Zəminə Qüdrət qızının və Hüseynova Könül Yolçu qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 903049 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Hüseynov Qüdrət Cəmaləddin oğlu xx.xx.2010-cu il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 Yolçu qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçılara məxsus torpaq sahəsindən hər birinin 1/7 hissə payının ayrıayrılıqda və 5/7 hissə paylarının ümumilikdə natirada bölünməsinin mümkün olubolmaması barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli, 22084 nömrəli ekspert rəyindən görünür ki, **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha həyətyanı torpaq sahəsinin naturada tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında və JN-244A, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatilı torpaq sahəsindln iddiaçıların hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və 5/7 hissə payların naturada ayrıldığı halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(019)- 693/2019 nömrəli iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1, 215.1, 215.2, 215.5, 220.1-220.3-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyin ilə iddiaçıların hüquqları məhdudlaşdırılmış, birinci instansiya məhkəməsi isə ekspert rəyinə istinad edərək iddianı rədd etmişdir. Ona görə də iş üzrə təkrar məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizaları keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-668/2020 nömrəli iş üzrə xx.xx.2020-ci tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və V.Məlikov) аpellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və ekspert qarşısında iddiaçılara məxsus torpaq sahəsindən hər birinin 1/7 hissə payının ayrı-ayrılıqda və ya ümumibirgə olmaqla 5/7 hissə paylarının naturada bölünməsinin mümkün olub-olmaması barədə sual qoyulmuşdur. "xxxx" MMC-nin 03 iyul 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, kompleks yerquruluşu sənədlərinə əsasən JN-244 saylı dövlət aktı ilə yerquruluşu xəritəsində göstərilən ərazi Balakən rayonu, Qazma kəndində tədqiq olunan torpaq sahələri ilə faktiki olaraq coğrafi yerləşmə mövqeyinə görə uyğunluq təşkil edir. Buna əsasən qeyd edilir ki, ərazidə 2009-cu ildə 15.5x11.8 ölçüdə inşa edilən iki mərtəbəli fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı JN-244 saylı dövlət aktının JN-244A nömrəli planın sərhəddi daxilində yerləşir. Eyni zamanda 1275 invantar nömrəli fərdi yaşayış evinin texniki pasportunda B şərti işarəli təsərrüfat tikilisi tərəflərin qeyd etdiyi kimi və həmçinin ekspertiza zamanı müşahidə olundu ki, əvvəllər yaşayış evi kimi istifadə olunmuşdur. Qeyd edilən səbəblərə görə və eləcə də JN-244 saylı Dövlət Aktının 244A, 244B, 244F, 244G nömrəli planları üzrə torpaq sahələrinin faktiki coğrafi yerləşmə koordinatlarına görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması, həmçinin tədqiqat materiallarında olan RX ******* seriyalı Çıxarış üzrə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən tədqiq olunan torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, göründüyü kimi daha bir ekspertizanın nəticəsi də sözügedən torpaq sahələrinin, həmçinin yaşayış evinin payçılar arasında bölünməsinin mümkün olmadığını göstərmişdir. Ona görə də qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. İddiaçılar İddiaçı1 və İddiaçı2 birlikdə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)861/21 saylı iş üzrə 18 fevral 2021-ci il tarixli qərarı ilə (Ə.Nurməmmədov – sədrlik edən və məruzəçi, hakimlər E.Şamayev, A.Hüseynov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, işdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin sahədə yerləşən fərdi yaşayış evinin Texniki pasportundan görünür ki, mübahisənin predmeti olan 0,1556 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub iddiaçıların, Cavabdeh1 və 30 avqust 2010-cu ildə vəfat etmiş X1 ümumi (birgə) mülkiyyətindədir, yaşayış evi isə Qüdrət Hüseynovun adına ayrıca qeydiyyata alınmaqla miras əmlakdır. Miras əmlakla bağlı hazırkı iş üzrə tərəflər (vərəsələr) arasında mübahisə yoxdur, həmin əmlakla əlaqədar tələblər irəli sürülməmişdir. Torpaq sahəsi sənəd üzrə 0,1556 ha, faktiki 0,1681 ha, tikinti altı sahə 0,0473 hektardır. Həm mütəxəssis rəyində, həm də ekspert rəylərində torpaq sahəsinin tikililər nəzərə alınmadan faktiki istifadə vəziyyəti əsasında naturada bölgüsünün mümkün olmaması göstərilmiş, məhkəmələr tərəfindən də ekspertiza və mütəxəssis qarşısında eyni məzmunlu sual qoyulmuşdur. İddia ərizəsinin məzmununa və tərəflərin izahatlarına görə həyətyanı torpaq sahəsi, o cümlədən yaşayış evi və tikililər cavabdehlərin sahibliyində və istifadəsindədir, ekspert rəyinə görə yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir, ev və tikililər isə hazırkı mübahisənin predmeti deyildir. İddia tələbi isə torpaq sahəsinin hər birinə 1/7 pay, yaxud 5/7 və 2/7 pay olmaqla 2 hissəyə (miras qoyan Qüdrət Hüseynovun payı və Cavabdeh1 payı 2 hissə, iddiaçıların payları 5 hissə) bölünməsindən ibarətdir. Bu vəziyyətdə məhkəmə iddia tələblərinə uyğun yaşayış evi və tikililər altı sahələr cavabdehlərin sahibliyində və istifadəsində saxlanılmaqla 0,1556 torpaq sahəsindən iddiaçıların paylarının ayrılması, həmin qaydada bölgü aparılmasını nəzərdən keçirməmiş, göstərilən qaydada bölgü aparılmasının mümkünlüyü barədə ekspertiza keçirməmiş, iddiaçıların bu haqda olan vəsatətlərini də əsassız olaraq rədd etmişdir. Nəticədə mübahisə də həll olunmamış qalmışdır. 2,12 ha kimi geniş bir ərazinin paylar 5/7 və 2/7 olmaqla iki hissəyə bölünməsinin mümkünsüzlüyü inandırıcı deyildir. İşə baxan məhkəmələr ekspert rəylərinin həmin hissəsinə tənqidi yanaşmamaqla səhvə yol vermişdir. Ekspert rəylərində göstərilən torpaq sahəsinin naturada bölgüsünü mümkünsüz edən əsaslara (bölgü həyata keçirilərsə torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacaq və təsərrüfat sahəsi yararsız hala düşəcəkdir) gəldikdə isə rəylərdən görünür ki, mütəxəssis və ekspertlər həmin hissədə rəyləri əsaslandırmamışdır. Rəydə 2,12 ha torpaq sahəsinin 2/7 və 5/7 pay olmaqla 2 hissəyə bölgüsü həyata keçirildiyi halda torpağın təyinatına uyğun istifadəsinin mümkünsüz olacağının və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinin nədən ibarət olması, bu baş verdiy təqdirdə torpağın keyfiyyətinə, münbitliyinin və digər faydalı xassələrinin azalmasına, səmərəli istifadə edilməsinə və sair necə təsiri olacağı göstərilməmişdir. İşə baxan məhkəmələr də qeyd olunan halları diqqətdən qaçırmış, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin sualların cavablandırılması üçün bu sahə üzrə torpaqşünas mütəxəssis cəlb olunmasını təmin etməmişdir. Ekspert rəyi tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün müəyyən etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olubolmadığını müəyyən etmək üçün məhkəmənin istinad etdiyi sübut vasitələrindən biridir. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə baxmış Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti vermiş və qətnamənin tam həcmdə ləğv edilməsini xahiş etmişlər. Göstərilənləri nəzərə alan Məhkəmə birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlayır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızının nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı1 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçılar İddiaçı3, İddiaçı5 və cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən iddiaçıların və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçıların tələbləri təmin edilməldiir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçıların, Cavabdeh1 və iddiaçıların mərhum atası Qüdrət Hüseynovun ümumi birgə mülkiyyətində 2,12 ha kənd təsərrüfatı təyinatlı və 0,1556 ha həyətyanı torpaq sahəsi olmuşdur. Balakən Rayon Məhkəməsininin xx.xx.2018-ci il tarixli, 2(019)-965/2018 saylı qətnaməsi ilə qeyd olunan torpaq sahələrindən iddiaçıların hər birinin 1/7 hissə payı müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla o da müəyyən olunur ki, 0,1556 ha həyətyanı torpaq sahəsində iddiaçıların mərhum atası Qüdrət Hüseynovun tam mülkiyyətində olan fərdi yaşayış evi var. Fərdi yaşayış evi hazırda hazırki iş üzrə cavabdehlərin sahibliyində və istifadəsindədir və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, 244A nömrəli konturun sərhədləri daxilində yerləşir. Hazırki apellyasa baxışında işə baxılarkən Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(107)-55/2022 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********88-10301 olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışda göstərilən 0,1556 həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və tikililər altı sahələr mirasqoyan X1 və Cavabdeh1 sözügedən torpaq sahəsində olan paylarına aid edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində və istifadəsində saxlanılmaqla, həmin torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının payları ümumbirgə hesab edilməklə 5/7 hissə paylarının və X1 payı 1/7 hissə və Cavabdeh1 payı 1/7 hissə olmaqla cavabdeh tərəfin 2/7 hissə paylarının naturada ayrılması mümkündürmü, mümkün olduğu halda hansı qaydada ayrıla bilər?
2. 30 aprel 1999-cu il tarixli, JN seriyalı 244 nömrəli, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən paylı mülkiyyətdə olan 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilialtı sahələr mirasqoyan X1 və Cavabdeh1 sözügedən torpaq sahəsində olan paylarına aid edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində və istifadəsində saxlanılmaqla, həmin 2,12 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qızının payları ümumbirgə hesab edilməklə 5/7 hissə paylarının və X1 payı 1/7 hissə və Cavabdeh1 payı 1/7 hissə olmaqla cavabdeh tərəfin 2/7 hissə paylarının naturada ayrılması mümkündürmü, mümkün olduğu halda hansı qaydada ayrıla bilər? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 yanvar 2023-cü il tarixli, 3-21-3-47/2-94/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 0,1556 ha torpaq sahəsində olan köməkçi tikilinin yerləşdiyi torpaq sahəsini iddiaçıların pay normasına əlavə etməklə cavabdehlərin pay normasına düşən payların naturada ayrılması mümkündür. 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilialtı sahələr mirasqoyan X1 və Cavabdeh1 və Cavabdeh2 sahibliyində saxlanılmaqla, həmin 2,12 ha torpaq sahəsindən iddiaçıların payları ümumbirgə hesab edilməklə 5/7 hissə paylarının və X2 payı 1/7 hissə və Cavabdeh1 payı 1/7 hissə olmaqla cavabdeh tərəfin 2/7 hissə paylarının ayrılması mümkündür. İddiaçıların və cavabdehlərin paylarının naturada bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/728 nömrəli ekspert rəyindən görünür ki, 0,1556 ha torpaq sahəsində olan köməkçi tikilinin yerləşdiyi torpaq sahəsini iddiaçıların pay normasına əlavə etməklə cavabdehlərin pay normasına düşən payların naturada ayrılması mümkündür. 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilialtı sahələr mirasqoyan X1 və Cavabdeh1 və Cavabdeh2 sahibliyində saxlanılmaqla, həmin 2,12 ha torpaq sahəsindən iddiaçıların payları ümumbirgə hesab edilməklə 5/7 hissə paylarının və X2 payı 1/7 hissə və Cavabdeh1 payı 1/7 hissə olmaqla cavabdeh tərəfin 2/7 hissə paylarının ayrılması mümkündür. İddiaçıların və cavabdehlərin paylarının naturada bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçıların tələbləri əsaslıdır. Belə ki, iddiaçıların paylı mülkiyyətində olan 0,1556 ha həyatyanı torpaq sahəsindən və 2,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ümumbirgə olaraq 5/7 hissə paylarının ayrılması mümkündür. Buna baxmayaraq, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçıların apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən, MPM-nin 119-cu maddəsinin tələbinə görə ekspertiza tədqiqatının dəyəri olan 250 manat(50+50+100+50) manat pul cavabdehlərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin, 300 manat pul isə "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin olunsun. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tаrixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Qüdrət qızı, İddiaçı3 Qüdrət oğlu, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 Yolçu qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılması, cavabdehlərin həmin hissələrdən çıxarılması tələbinə dair iddiaları təmin edilsin. Reyestr nömrəsi **********88-10301 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,1556 ha torpaq sahəsindən və JN-244, KOD 40103018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 2,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Qüdrət qızı, İddiaçı3 Qüdrət oğlu, Balacayeva(Hüseynova) Zəminə Qüdrət qızı və İddiaçı5 Yolçu qızının ümumbirgə hesab edilməklə 5/7 hissədə payları naturada ayrılsın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara naturada ayrılmış 5/7 hissə torpaq sahələrindən çıxarılsın. Ayrılan torpaq sahələrinin ölçüləri və koordinatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 13 yanvar 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspertiza tədqiqatının dəyəri olan 250 manat pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 300 manat pul isə "xxxx" MMC-nin xeyrinə müştərək qaydada tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.