Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-91/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X9 iclas katibliyi və iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-1237/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-1237/2019 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi, dalan 5-də yerləşən 1 sayl fərdi yaşayış evində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş dövlət rüsumunu iddiaçı “xxxx” KB ASC-nin özünə aid edilməsiqət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın rədd оlunmаsını xаhiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC hərrac vasitəsi ilə Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5- də yerləşən 1 saylı fərdi yaşayış evini almışdır. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X17 tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 50 nömrəli arayışa əsasən iddiaçı «xxxx» KB ASC-nin mülkiyyətində olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evində iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi iddiaçı «xxxx» KB ASC-nin mülkiyyətində olan həmin fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə maneəçilik yaradır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin evdə pasport qeydiyyatında qalmaları üçün hər hansı bir hüquqi əsas yoxdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun yaşadığı evin satılmasından xəbəri olmamışdır və bunu mübahisələndirsə də hakim nəzərə aımamışdır. Halbuki bu barədə icraatda olan işin olması barədə sübutunu da məhkəməyə ünvanlamamışdır. Hesab edir ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən evinin hansı yolla bankın adına keçirilməsi araşdırılacaqdır. Ona görə də birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın rədd оlunmаsını xаhiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf apelyasiya şikayəti verməklə süni şəkildə yubanmalar yaradır. Bank bu gün də cavabdeh tərəflə qarşılıqlı razılğıa gəlməkdə maraqlıdır. Hesab edir ki, apelyasiya şikayəti əsassızdır, ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-1237/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2 (075)-52/2016 nömrəli qətnaməsi əsasında verilmiş xx xxxxx 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən X1 və X2 müştərək qaydada 19552,10 ABŞ dolları əsas borc, 4112,18 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23964,28 (iyirmi üç min doqquz yüz atmış dörd dollar, 28 sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul «xxxx» KB ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi dalan 5- də yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0577 ha torpaq sahəsi açıq hərracda ilkin satış qiyməti 63000 (altmış üç min) manatla satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 “xxxx” KB ASCyə olan borcu ödənilməli, ipoteka predmenti olan Şəki şəhəri İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0577 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X6, X5 və Cavabdeh1 çıxarılmalı, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertiza xərci olan 150 manat pul X1 alınaraq “X14” MMC-nin VÖEN: **********, AZ38ATAZ********************, “xxxx” ASC Nərimanov filialı. VÖEN: **********, Müxbir hesab: AZ İPS AZ 50NABZ********************XOHKS AZ 94NABZ******************** KOD: 507257; SWİFT: ATAZAZ22 hesabına köçürülməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza xərci olan 50 manat pul X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22. hesabına köçürülməlidir. “X8” MMC ilə «xxxx» KB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə xx xxxxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, X4 məxsus olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0577 hektar torpaq sahəsi hərrac yolu ilə 40162,5 manata «xxxx» KB ASC-nə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏD RX-nin X17 tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evi «xxxx» KB ASC-nin adına qeydə alınmışdır. Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş 1237 nömrəli arayışdan görünür ki, Cavabdeh1 1937-ci il tarixdən Şəki şəhəri, İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evində yaşayır. Cavabdeh1 tərəfindən yazılmış və xx xxx 2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 həmin ərizəsi ilə Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri İsmibəy Nakam küçəsi dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evinin «xxxx» KB ASC-nə ipotekaya qoyulmasına razı olduğunu, həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o, satıldıqda onu tərk etməyi öhdəsinə götürdüyünü, həmin ərizə ilə qed edilən fərdi yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin «xxxx» KB ASC qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 59 maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı hüquqların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləlilkə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, mübahisə predmeti olan mənzil “X8” MMC ilə «xxxx» KB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə xx xxxxxxxx 2018-ci il tarixli müqavilə əsasında iddiaçı «xxxx» KB ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehlərin həmin evdən istifadə hüquqlarının qalması üçün hər hansı bir hüquqi əsası yoxdur. Eyni zamanda Cavabdeh2 mübahisə predmeti olan evi ipotekaya qoymuş və Cavabdeh1 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, mübahisə predmeti olan evin ipotekaya qoyulmasına razılıq vermiş, həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o, satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-1237/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-91/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-91/2020
12.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver