Məhkəmə qərarları › İş №2(107)-910/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-910/2023

03.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-910/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı “əmrin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı “əmrin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsindən cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı əmrin ləğv edilməsi, müddətsiz əmək müaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyin direktorunun 66 №li 10 iyun 2022-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə Liseyin informatika müəllimi vəzifəsinə bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ilin noyabr ayında işə qəbul olunub. 1 ay sonra müqavilə bağlayıb. Lakin müqavilədə müddət göstərilməyib. 2015-ci ildə yenidən müqavilə bağlanılıb. Bundan sonra iddiaçı 12 iyun 2017-ci ildə qismən ödənişli, sosial məzuniyyətə buraxılmışdır. xx.xx.2019cu ildə körpə uşağa qulluqda əlaqədar sosial məzuniyyət xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Daha sonra müəssisəsinin müdiri tərəfindən 5 ildən çox informatika müəllimi kimi informatika fənni üzrə dərs aparmağa icazə verilmiş, 15 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2021ci ildə isə 20 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2022-ci ildə isə əmək müqaviləsinə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Ona görə də ləğv edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı (hakim E.Cəbrayılzadə) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin direktorunun İddiaçı işdən azad edilməsi barədə 10 iyun 2022-ci il tarixli 66 saylı əmrinin ləğv edilməsi, Sadıqova X4 Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla informatika müəllimi vəzifəsinə bərpa edilməsi, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyi tərəfindən xx.xx.2022–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçə İddiaçı 16 noyabr 2014-cü il tarixdə Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin riyaziyyat və informatika müəllimi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli bağlanmış sonuncu əmək müqaviləsi ilə müəllim vəzifəsinə təyin edilmişdir. Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtardığına görə ləğv edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə bağlanmış ilk əmək müqaviləsi və sonuncu yəni, xx.xx.2015-ci il tarixli bağlanmış sonuncu əmək müqaviləsi də müddətli əmək müqaviləsi olmuşdur. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, lakin qanunvericiliyin tələblərinə əsasən bu müqavilə münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsi hesab edilə bilməz. Bundan əlavə iş materiallarına əlavə edilmiş miq.edu.az elektron portalından çıxarışdan görünür ki, İddiaçı hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla müəllim vəzifəsində çalışdığı üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı imkan xaricindədir. Eyni zamanda xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilməsi əsası göstərilməsi, işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanması, müəssisənin möhürü ilə təsdiqlənməsi öz əksini tapsa da, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi məsələsi öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab etmişdir ki, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmri qeyri-qanunidir və iddiaçı ilə əmək müqaviləsinə qeyr-qanuni xitam vermişdir. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlmişdir ki, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyi tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin 10 iyun 2022-ci il tarixli 66 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyində informatika müəllimi vəzifəsinə bərpa olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14, 43.3, 45-ci maddəsinin 1-ci bəndi, 45-ci maddəsinin 2-ci bəndi, 45.3, 45-ci maddəsinin 4-cü bəndi, 47, 45-ci maddəsinin 5-ci bəndi, 47.1, 68.1, 68.2, 83.2 və 300-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Jseyin direktorunun xx.xx.2014-cü il tarixli 156 №li əmri ilə liseyə informatika müəllimi təyin olunmuş və onunla işəgötürən liseyin direktoru arasında xx.xx.2014-cü il tarixli müvəqqəti əmək müqaviləsi bağlanmışdır. Lakin, müqavilədə müqavilənin hansı müddətə bağlanması göstərilməsə də müddətli bağlanması qeyd olunmuşdur. Bundan sonra liseyin direktorunun xx.xx.2015-ci il tarixli 65 №-li əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsində müddətli olduğuna görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmiş və yenidən o, xx.xx.2015-ci il tarixli 123 №-li əmrlə bir tədris ili müddətinə, yəni xx.xx.2016-cı tədris ili müddətinə informatika müəllimi təyin edilərək, İddiaçı ilə işəgötürən liseyin direktoru arasında xx.xx.2015-ci il tarixli yenə də müddətli əmək müqaviləsi bağlanmışdır. Daha sonra, iddiaçı liseyin direktorunun xx.xx.2017-ci il tarixli 54 №-li əmri ilə İddiaçı körpə uşağına qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətə buraxılmış və bu sosial məzuniyyət xx.xx.2020-ci il tarixədək davam etmişdir. Bundan sonra, liseyin direktorunun xx.xx.2020-ci il tarixli 80 №-li əmrinə əsasən İddiaçı "Rəqəmsal bacarıqlar" pilot layihəsi çərçivəsində xx.xx.2020-ci il tarixdən təqvim ilinin sonunadək informatika fənni üzrə dərs aparmasına icazə verilmiş və 15 saat dərs yükü müəyyənləşmişdir. Bunun davamı olaraq liseyin direktorunun xx.xx.2021-ci il tarixli 101 saylı əmri ilə İddiaçı Təhsil şöbəsinin xx.xx.2021-ci il tarixli 05-09-846/13 №-li məktubuna əsasən 2021/2022 tədris ili üçün həmin pilot layihəsi üzrə vakant yaranan yerə müddətli olaraq informatika müəllimi vəzifəsinə qəbul edilmiş və dərs yükü 20 saat müəyyənləşdirilmişdir. Nəhayət, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə liseyin direktorunun xx.xx.2022-ci il tarixli 66 №- li əmri ilə xitam verilmiş və o, işdən azad edilmişdir. Lakin, məhkəmə işin bu hallarına, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqavilələrinin müddətli olmasını nəzərə almamış, sənədlərə düzgün qiymət verməmiş və iddiaçının iddia tələbini qanunsuz olaraq təmin etmişdir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə məhkəməyə etiraz ərizə göndərərək qeyd etmişdir ki, cavabdeh Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X5 Liseyin direktoru məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının iddia tələbinə qarşı məhkəməyə təqdim olunası əlavə heç bir sənəd-sübutunun və mübahisəsinin olmamasına dair ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti hesab edir ki, əsassızdır, təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmış, sübutlara düzgün qiymət verilmiş və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış faktiki və hüquqi halları ondan ibarətdir ki, iddiaçı 2012-ci ildə Gəncə Dövlət Universitetini bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona tətbiqi riyaziyyat, informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Mingəçevir şəhər Təbiət Riyaziyyat və X6 Liseyin direktorunun xx.xx.2014-cü il tarixli 156 №-li əmri ilə liseyə informatika müəllimi təyin olunmuş və onunla işəgötürən Liseyin direktoru arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Lakin, Liseyin direktoru xx.xx.2015-ci il tarixli 65 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “V” bəndinə əsasən əmək müqaviləsinə xitam vermiş və xx.xx.2015-ci il tarixli 123 №-li əmrlə 2015/2016-cı tədris ili müddətinə informatika müəllimi təyin etmişdir. Eləcə də, onunla işəgötürən Liseyin direktoru arasında xx.xx.2015ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra, Liseyin direktorunun 12 iyun 2017-ci il tarixli 54 №-li əmri ilə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək körpə uşağına qulluqla əlaqədar o, qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Bundan sonra. Liseyin direktorunun xx.xx.2019-cu il tarixli 21 №-li əmri ilə körpə uşağına qulluqla əlaqədar onun sosial məzuniyyəti 24 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Daha sonra. Liseyin direktorunun xx.xx.2020-ci il tarixli 80 №-li əmrinə əsasən “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində ona, 5 ildən çox pedaqoji iş stajına malik informatika müəllimi kimi informatika fənni üzrə dərs aparmağa icazə verilmiş və 15 saat dərs yükü müəyyənləşdirilmişdir. Daha sonra, Liseyin direktorunun xx.xx.2021-ci il tarixli 101 №-li əmri ilə həmin pilot layihəsi üzrə 20 saat dərs yükü müəyyənləşdirilmiş və iddiaçı həmin dərsləri aparmışdır. Lakin, Liseyin direktorunun xx.xx.2022-ci il tarixli 66 №li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o işə buraxılmamışdır. Qeyd edir ki, işəgötürənlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində və sonuncu xx.xx.2015-ci il tarixli əmək müqaviləsində onun hansı müddətə bağlanması, yəni müddəti göstərilmədiyinə görə bu əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq müddətsiz bağlanmış hesab edilir. Eyni zamanda İddiaçı ilə bağlanmış əmək müqaviləsi fasiləsiz olaraq 2014-cü ildən 10 iyun 2022-ci ilədək 5 ildən artıq (8 il) davam etdiyinə görə Əmək Məcəlləsinin 45ci maddəsinin 5-ci hissəsinə əsasən, yəni qanunun birbaşa göstərişinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilir. Onu da qeyd edir ki, o, müharibə veteranı və hərbçi ailəsidir. Həyat yoldaşı X2 44 günlük Vətən müharibəsində iştirak edib, xx.xx.2022-ci il tarixdən Prezident təqaüdçüsüdür, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə AR Prezidentinin 24 iyun 2021-ci il tarixli 1720 №-li sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib, eləcə də, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 2505 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının Prezidenti adından AR Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunub. O, hal-hazırda N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. xx.xx.2016-cı il təvəllüdlü övladı Sadıqzadə Murad isə altı aylığından xroniki xəstədir, müntəzəm müalicə olunur və müalicəsinə hər dəfə xeyli vəsait sərf olunur. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə tam təkzib olunur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-591/2023 saylı qətnaməsini dəyişmədən, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyin direktorunun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş. Cavabdeh Mingəçevir Şəhər Təbiət- Riyaziyyat və X5 Liseyi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan və müvafiq məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndinəəsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq YOXlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində YOXlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində YOXlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 16 noyabr 2014-cü il tarixdə Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin riyaziyyat və informatika müəllimi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli bağlanmış sonuncu əmək müqaviləsi ilə müəllim vəzifəsinə təyin edilmişdir. Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmr ilə iddiaçı ilə bağlanmış Əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin müddətinin qurtardığına görə ləğv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, lakin qanunvericiliyin tələblərinə əsasən bu müqavilə münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsi hesab edilə bilməz. Belə ki, bağlanmış sonuncu müqavilədən müəyyən olunur ki, müqavilə müddətli bağlanmış, müqavilədən onun bağlanma müddəti göstərilməmişdir. Halbuki, yuxarıda qeyd olunan maddənin məzmunundan görsənir ki, əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. Eyni zamanda əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etdiyindən, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş miq.edu.az elektron portalından çıxarışdan görünür ki, İddiaçı hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz əsaslarla müəllim vəzifəsində çalışdığı üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı imkan xaricindədir. Eyni zamanda xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilməsi əsası göstərilməsi, işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanması, müəssisənin möhürü ilə təsdiqlənməsi öz əksini tapsa da, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi məsələsi öz əksini tapmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdeh tərəfin imzaladığı 10 iyun 2022-ci il tarixli 66 saylı əmr imzalanarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur. Əmək Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsinin ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli 66 saylı əmrin surətindən görünür ki, yuxarıda qeyd edilən tələblərə əməl edilməmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmri qeyri-qanunidir və iddiaçı ilə əmək müqaviləsinə qeyr-qanuni xitam vermişdir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X5 Liseyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar