Məhkəmə qərarları › İş №2(107)-910/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-910/2025

25.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-910/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X27 ibarət tərkibdə, məhkəmə iclas katibi X34 qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsindən mərhum İddiaçı1 hüquq varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları:

İddiaçılar İddiaçı1 və İddiaçı2 19 noyabr 2020-ci ildə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2ində yerləşən iddiaçılara məxsus JN 1097 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0,18 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ində yaşayırlar. ünvan 2ində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi və 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.11 ha həyətyanı torpaq sahəsinə JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 2.84 ha torpaq sahəsinə isə JN 1097 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi müxtəlif ərazilərdə yerləşir.Onlara məxsus olan 0.11 ha həyətyanı və 0.2326 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə müraciət etmişdirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Balakən rayon şöbəsinin əməkdaşları qeyd edilən torpaq sahələrində ölçmə işləri aparmaq üçün gəlmiş, əmlaklar üzərində mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına tərəflərindən şərait yaradılmamışdır. Belə ki, həmin torpaq sahələri Cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz istifadə edilir. Cavabdeh isə onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmir. 0.23 ha torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır.Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddiaçılardan biri olan İddiaçı1 iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma dövründə vəfat etdiyindən o, məhkəmə prosesində hüquq varisi X10 ilə əvəz edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat:

Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi rədd edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 2ində yerləşən 0.18 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı2 və ölmüş İddiaçı1 hüquq varisi X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X20 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının hüquq varisinin, digər iddiaçının nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi və 2.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.11 ha həyətyanı torpaq sahəsinə JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 2.84 ha torpaq sahəsinə isə JN 1097 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. İddiaçılar mülkiyyətlərində olan torpaq sahəsindən Cavabdeh və onun ailə üzvlərinin qanunsuz istifadə etdiklərini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, mülkiyyətin müdafiəsini nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərindən məlum olur ki, iddiaçının tələbinin təmin edilməsi üçün üç şərt mövcud olmalıdır: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdehin sahibliyində olmalı, cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrindən Cavabdeh və onun ailə üzvlərinin qanunsuz istifadə etdiklərini göstərsələr də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPMnin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçıların vəsatəti əsasında iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 mütəxəssisləri və ekspert tərəfindən də iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı2 mübahisəli torpaq sahələrinin birgə mülkiyyətçisi olduğunu iddia etsə də, sözügedən torpaq sahələrinə aid hüquq müəyyənedici sənədlərdə o, mülkiyyətçi kimi qeyd edilməmişdir. Belə ki, JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 622A KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə birgə mülkiyyətçilər olaraq X23, X11,X15, X16, X12 , X6 və İddiaçı2 Felikis qızı qeyd edilmişlər. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 213.6, 238.1, 238.3 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 119.1, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eləcə də, birinci instansiya məhkəməsi - 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsində iş üzrə aparılan araşdırma zamanı aşağıda qeyd olunan sənədlərin tədqiq olunduğunu göstərmişdir: - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 1097 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X14, X3, X7, X8, X4, X2 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 622A KOD 40102018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 0.11 ha həyətyanı torpaq sahəsi X14, X3, X7, X8,X4, X2 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 621A KOD 40102018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində 0.12 ha həyətyanı torpaq sahəsi X17, X9, X18 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 №li reyestr kitabının 23 №li vərəqində xx.xx.2021-ci il tarixdə 1/3 hissə X9, 1/3 hissə X18 və Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********20 olan, AA seriyalı 602512 inventar qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2ində 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 249 nömrəli arayışda göstərilir ki, X19 həqiqətən Hənifə kənd sakinidir. Onun torpaq payı satılmayıb, payçılar arasında mübahisə yoxdur. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 25 nömrəli arayışda göstərilir ki, aqrar islahatı zamanı X13 və ailəsinə 104 saylı Dövlət Aktına əsasən verilmiş torpaq sahəsindən hal-hazırda 0.1070 ha sahə onun mülkiyyətindədir. Həmin torpaq sahəsini istifadə edir və vergi borcunu özü ödəyir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki, xx.xx.1998 tarixdə ölmüş X17 ünvan 2ində yaşayan arvadı X19, ünvan 2ində yaşayan oğlu Cavabdeh və ünvan 1 ünvanında yaşayan oğlu X28 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2001 tarixdə X21 verilmiş seriya nömrəsi JN 104 KOD 40102018 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1,5 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X39 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş 3-21-3-47/2- 441/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1. JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001 -ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3, X7, X8, X4, X2 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 1097W cizgisində 0.64 ha, 1097R cizgisində 1.97 ha, 1097 cizgisində 0.23 hektar olmaqla, ümumilikdə 2.84 hektar işlənilmişdir. Həmin cizgilərdə göstərilən 1097 W cizgisində 0.64 ha və 1097R cizgisində 1.97 ha torpaq sahələri çöl torpaqlarından işlənilmiş və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi isə iddiaçının həyətyanı torpaq sahəsinə bitişik ərazidən işlənilmiş və vətəndaşın naturada istifadə etdiyi torpaq sahəsi hüquqmüəyyənədici sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. 2. JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3 X7, X8, X4, X22 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi JN 621 KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon AİK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində X17, X9, X18 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hər birinə 1/3 hissə olmaqla X9, X18 və Cavabdeh paylı birgə mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 10** KO ***02018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.2 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məlumat üçün bildirilir ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********20 olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən 0.1070 ha torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. 3. JN- 1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3, X7, X8, X5,X22 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı, mübahisəli 1097 cizgisində qeyd edilən 0.23 ha torpaq sahəsi ilə bağlı bildirirlər ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada istifadə etdikləri torpaq sahələri və hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. - İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2025-ci il tarixli 10/8865 nömrəli ekspert rəyində aşağıdakılar göstərilir: Qərardadın 1-ci sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001 -ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3, X7, X8, X4, X2 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 1097W cizgisində 0.64 ha, 1097R cizgisində 1.97 ha, 1097 cizgisində 0.23 hektar olmaqla, ümumilikdə 2.84 hektar işlənilmişdir. Həmin cizgilərdə göstərilən 1097 W cizgisində 0.64 ha və 1097R cizgisində 1.97 ha torpaq sahələri çöl torpaqlarından işlənilmiş və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi isə iddiaçının həyətyanı torpaq sahəsinə bitişik ərazidən işlənilmiş və vətəndaşın naturada istifadə etdiyi torpaq sahəsi hüquqmüəyyənədici sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Qərardadın 2-ci sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3 X7, X8, X4, X22 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi JN 621 KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon AİK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı ilə ünvan 2ində X17, X9, X18 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hər birinə 1/3 hissə olmaqla X9, X18 və Cavabdeh paylı birgə mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN- 10** KO ***02018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.2 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məlumat üçün bildirirlir ki, cavabdeh və iddiaçının hal-hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********20 olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən 0.1070 ha torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3, X7, X8, X4, X22 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsalı, mübahisəli 1097 cizgisində qeyd edilən 0.23 ha torpaq sahəsi ilə bağlı bildirirlər ki, cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh naturada istifadə etdikləri torpaq sahələri və hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Bundan əlavə, iş üzrə yekun məhkəmə iclasında qəbul edilmiş Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qərardadı ilə İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi barədə” vəsatət təmin edilməmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

İş üzrə hazırkı iddia ərizəsini vermiş iddiaçılardan biri olan, lakin birinci instansiya məhkəməsində aparılan icraat zamanı vəfat etmiş mərhum İddiaçı1 hüquq varisi X10 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 23 iyun 2025ci il tarixli, 2(019)-5/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2ində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 0.11 ha həyətyanı torpaq sahəsi və 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.11 ha həyətyanı torpaq sahəsinə JN 622A KOD 40102018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, 2.84 ha torpaq sahəsinə isə JN 1097 KOD 40102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2.84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi müxtəlif ərazilərdə yerləşir. Onlara məxsus olan 0.11 ha həyətyanı və 0.2326 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Ərazi İdarəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə müraciət etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Balakən rayon şöbəsinin əməkdaşları qeyd edilən torpaq sahələrində ölçmə işləri aparmaq üçün gəlmiş, əmlaklar üzərində mübahisə olduğu səbəbindən çöl-ölçmə işlərinin aparılmasına tərəflərindən şərait yaradılmamışdır. Belə ki, həmin torpaq sahələri Cavabdeh və onun ailə üzvləri tərəfindən qanunsuz istifadə edilir. Cavabdeh isə onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmir. 0,23 ha torpaq sahəsinin onların mülkiyyətlərinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Lakin, işə baxan birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 hüquq varisi X10 və İddiaçı2 Cavabdeh “onlara məxsus 0.18 ha torpaq sahəsini zəbt etməsini, sonuncunun həmin torpaq sahəsindən istifadə etməklə, onları öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələrinə maneçilik törətdiyini” iddia etsə də, bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyini, iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddiaçıların göstərdiyi həmin dəlilləri əsaslı hesab etmədiyini əsas gətirərək, iddianı əsassız olaraq rədd etmişdir. Aşağıdakı əsaslara görə qətnaməni qanunsuz və əsassız hesab edirəm: Balakən Rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2025-ci il tarixli 10/8865 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallar natamam cavablandırılmışdır. Ekspert rəyi mütəxəssis rəyində göstərilənləri təkrarlamış və ümumiyyətlə iş üzrə müqayisəli ekspertiza tədqiqatı aparılmamışdır. Hazırki iş üzrə ekspert rəyi onun qarşısında qoyulmuş suallar cavablandırılmadığından və işin obyektiv, tam və hərtərəfli araşdırılaraq obyektiv həqiqətin müəyyən edilməsi mümkün olmadığına, eyni zamanda hazırki ekspert rəyi işin hallarına uyğun olmadığına görə iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, ekspertin qarşısına qoyulmuş 2-ci və 3-cü suallar tam cavablandırılmamış, iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatlarının cavabdehə məxsus olan torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşdüyünü qeyd etsə də, hansı hissədə və hansı ölçüdə üstüstə düşməsi barədə məlumat verməmiş, eyni zamanda iddiaçıya məxsus JN 622A KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.11 ha torpaq sahəsinin koordinatları və iddiaçıya məxsus JN 1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 planşet nömrəsində 0.23 ha torpaq sahəsinin koordinatlarına əsasən Cavabdeh tərəfindən hansı formada, hansı ölçüdə və hansı hissədə istifadə etməsi barədə suallar cavablandırılmamışdır. Lakin iş materiallarına əlavə edilmiş həm ekspert rəyindən, həm də mütəxəssis rəyindən görünür ki, hüquq müəyyənedici sənədlərə əsasən iddiaçının istifadəsində 0.34 ha torpaq sahəsi olması mümkün olduğu halda, 0.1592 ha torpaq sahəsi vardır. 0.18 ha torpaq sahəsi isə qanunsuz olaraq cavabdehin istifadəsindədir. Lakin iş üzrə rəy vermiş mütəxəssis və ekspert iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərin koordinatlarına əsasən JN 622A KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.11 ha torpaq sahəsinin və JN 1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 planşet nömrəsində 0.23 ha torpaq sahəsinin hansı formada, hansı ölçüdə və hansı hissədə Cavabdeh tərəfindən qanunsuz istifadə etməsi barədə məsələni aydınlaşdırmamışlar. Buna görə də hesab edir ki, iş üzrə verilmiş rəy natamam hazırlanmışdır. Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2(019)-7/2024 nömrəli qərardadının 1-ci sualında JN 1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 planşet nömrəsində və JN 622A planşet nömrəsində iddiaçıların xüsusi mülkiyyətində olan, ünvan 2ində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.11 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilməsi soruşulmuş, lakin iş üzrə rəy vermiş mütəxəssis və ekspertlər məhkəmə qərardadı ilə onların qarşısında qoyulmuş birinci sualın məzmununu dəyişərək, rəylərinə köçürməklə onların qarşısında qoyulmuş sual üzrə tədqiqat aparmamaqla məhkəmənin işin obyektiv, tam və hərtərəfli araşdırılaraq obyektiv həqiqətin müəyyən edilməsinə maneçilik törətmişlər. Belə ki, rəyin birinci sualında vətəndaşların naturada istifadə etdikləri torpaq sahələrinin hüquq müəyyənedici sənədlərə uyğun olmadığı cavablandırılmışdır. Lakin JN 1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 planşet nömrəsində və JN 622A planşet nömrəsində iddiaçıların xüsusi mülkiyyətində olan, ünvan 2ində yerləşən 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0.11 ha həyətyanı torpaq sahəsinin koordinatlarının naturada yerini müəyyən etmək iş üzrə mütəxəssis rəyi vermiş mütəxəssisin birbaşa vəzifəsidir. Göründüyü kimi, ekspertin qarşısına qoyulmuş 1-ci, 2-ci və 3cü suallar üzrə ekspertiza tədqiqatı aparılmamışdır. Belə ki, iş üzrə xx.xx.2025-ci il tarixli 3-21- 3-47/2-441/2025 saylı mütəxəssis rəyi və xx.xx.2025-ci il tarixli 10/8865 saylı ekspert rəyində yazılmış məlumatlar məhkəmə qərardadı ilə qoyulmuş sualların cavablandırılması kimi qiymətləndirilə bilməz, çünki məhkəmə qərardadı əsasında mübahisələndirilən torpaq sahəsinin yeri müəyyən edilməmiş, Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyət hüququ qeydə alınmış iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh və digər şəxslər tərəfindən qanunsuz istifadə olunub-olunmaması müəyyən edilməmişdir. Hazırki iş üzrə iş materiallarına əlavə edilmiş həm ekspert rəyindən, həm də mütəxəssis rəyindən görünür ki, JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AlK-nın 2001-ci il 14 iyul tarixli, 07 nömrəli qərarı əsasında ünvan 2ində X14, X3, X7, X8, X4, X22 və İddiaçı2 Felikis qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.84 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi JN 621 KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə ünvan 2ində X17, X9, X18 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş reyestr nömrəsi **********20 olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla hər birinə 1/3 hissə olmaqla X9, X18 və Cavabdeh paylı birgə mülkiyyətinə verilmiş ünvan 2ində yerləşən 0.1070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-10** KO ***02018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.2 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür. Məlumat üçün bildirir ki, cavabdeh və iddiaçının hal-hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri hüquq müəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə JN-1097 KOD 40102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 1097 cizgisində göstərilən 0.23 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********20 olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən 0.1070 ha torpaq sahəsinin hansı hissədə və hansı ölçüdə üst-üstə düşdüyünü müəyyən etmək mümkün olmamışdır. Cavabdeh və iddiaçıların hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan, həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Bu o məna kəsb edir ki, iddiaçılara məxsus hüquq müəyyənedici sənədlərə əsasən torpaq sahəsinin Dövlət Aktı və şəhadətnamə sənədində göstərilən torpaq sahələrinin koordinatları və yerini daşınmaz əmlakın dövlət reyestri xidmətinin mütəxəssisləri müəyyən edə bilməmişlər. Hüquq müəyyənedici sənədlərə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları və yeri müəyyən edilmədiyi halda, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz istifadə edib-etməməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda isə mütəxəssis və ekspert onun qarşısında qoyulmuş sualları düzgün cavablandırmamışdır. Göründüyü kimi, mütəxəssis və ekspert rəyləri ilə iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahələrinin iddiaçıların adına hazırlanmış Dövlət aktı və şəhadətnamə sənədi ilə cavabdehin hazırda mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün deyildir, cavabdeh və iddiaçıların halhazırda naturada istifadə etdikləri torpaq sahələrinin fiziki sərhədləri hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərə uyğun olmadığına görə cavabdeh və iddiaçının hal hazırda naturada istifadə etdiyi torpaq sahələrinin fiziki sərhədləri islahatdan əvvəlki illərdən mövcud olduğundan həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Sonuncu məhkəmə iclasında iştirak edərək, iddiaçı tərəf iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə hazırkı işin uzun müddət icraatda olmasını bildirərək, qəbul etdiyi qərardadla ekspertiza təyin edilməsindən imtina etməklə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə olan halda isə Balakən rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, hazırki mübahisə torpaq sahəsinin qanunsuz istifadə olunması ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olmasını iddia edir. Məhkəmə tərəflərin istifadəsində olan torpaq sahələrinin yerlərinin müəyyən edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparmamış, bu barədə ekspert rəyi əldə etməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın rədd edilməsini qanuni hesab etmişdir. Nəticədə xx.xx.2020-ci ildən hazırki vaxtadək mübahisə həll olunmamış qalmış, bu müddət ərzində məhkəmə torpaq sahəsinin qanunsuz istifadə olunub-olunmamasını müəyyən edə bilməmişdir. Əksinə məhkəmə həmin sübutu təqdim etməyi iddiaçının üzərinə qoymuşdur. Halbuki, iddia tələbinin dəlillərinin araşdırılaraq hüquqi qiymət verilməsi hakimin xidməti vəzifəsindən irəli gəlir. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, Balakən Rayon Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Balakən Rayon Məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət vermədiyindən, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozduğundan, iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı2, apellyasiya şikayətini vermiş mərhum İddiaçı1 hüquq varisi X10 və Cavabdeh və yaxud, onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - mərhum İddiaçı1 hüquq varisi X10 tərəfindən hazırkı apellyasiya şikayətində “Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(019)- 5/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçıların iddia tələbinin dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 (iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma dövründə vəfat etdiyindən məhkəmə prosesində hüquq varisi X10 ilə əvəz edilmişdir) və İddiaçı2 Cavabdeh qarşı “ünvan 2ində yerləşən 0,18 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Mərhum İddiaçı1 hüquq varisi X10 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində birinci instansiya məhkəməsinin məlum iddia tələbini təmin etməməkdə haqlı olduğu və mübahisə üzrə düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: - tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı1 hüquq varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı1 hüquq varisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(019)-5/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar