Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-918/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işüzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Pyotur Babayev adına parkda sahəsi 245,5 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 1 il ərzində tikilib təmirli ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, bu mümkün olmadıqda isə sökülən mülkiyyətinin dəyəri olan 500000 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)- 527/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunmuşdur. İddiaçı qərardaddan şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin mövqeyi ilə razı deyildir. İddia tələbindən görünür ki, hazırki mübahisənin mahiyyəti cavabdehin diskresion səlahiyyətləri ilə və ya inzibati orqan olaraq inzibati fəaliyyəti ilə bağlı deyil, iddiaçının pozulan mülkiyyət hüquqları ilə əlaqədardır. Məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən və bu mülkiyyətlə bağlı hüquqlarından məhrum olmuşdur. Məhkəmənin qərardadı əsassızdır və mülkiyyətçini əsassız yubatmaqla hüquqlarını pozmaqdan başqa bir şey deyildir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsi əsasında mülki iş üzrə icraata başlanılmasını xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış iddia ərizəsinin icraata qəbulundan imtina olunması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadından İddiaçı verdiyi şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 527/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul edilməsi ilə bаğlı müvаfiq öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburetmə hаqqındа iddiа) bаxılmаsı inzibаti məhkəmələr tərəfindən həyаtа keçirilir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) bаxılmаsı inzibаti məhkəmələr tərəfindən həyаtа keçirilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının 36-cı maddəsinə görə Azərbaycan Respublikası Cavabdeh inzibati orqan sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı Şəki şəhəri, Pyotur Babayev adına parkda sahəsi 245,5 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 1 il ərzində tikilib təmirli ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, bu mümkün olmadıqda isə sökülən mülkiyyətinin dəyəri olan 500000 manat pulun Cavabdehndən tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə İddiaçı hazırki tələbi ilə bağlı ilk növbədə Cavabdehnə müraciət etməli idi və Cavabdeh onun tələbindən imtina etdiyi halda o, Cavabdeh hərəkəti (hərəkətsizliyi), həmin orqanın üzərinə Şəki şəhəri, Pyotur Babayev adına parkda sahəsi 245,5 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin 1 il ərzində tikilib təmirli ona təhvil verilməsi öhdəliyinin qoyulması tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Qaldırılan tələb Şəki İnzibati Məhkəməsinin səllahiyyətinə aid olduğundan həmin tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-527/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-918/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-918/2020
14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver