Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-918/2022 18.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “buraxılmış prosessual müddətin bərpası, X5 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə və X4 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və miras əmlakdan onlara düşən payın mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəliyin açılması və miras əmlakdan onlara düşən payın mülkiyyətinə verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili X6, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “buraxılmış prosessual müddətin bərpası, X5 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə və X4 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və miras əmlakdan onlara düşən payın mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(024)-197/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları
1. JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən göünür ki, Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir.
2. Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Abakarova (İsaqova) İlahə Sabir qızının nikahları 20 iyun 1991-ci ildə rəsmi qeyd edilmiş, nikahdan sonra İlahə Abakarovaya ərinin İsaqova soyadını daşımaq hüququ verilmişdir.
3. АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsaqova (Abakarova) İlahə Sabir qızının atası X17, anası isə X2r.
4. XXİ-ЖГ № 260316 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 atası X16, anası isə İddiaçı1dır.
5. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2019-cu ildə ölmüşdür.
6. Ölüm haqqında şəhadətnamənin təkrarının təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə ölmüşdür.
7. Qax RİHB-nın İlisu kənd İƏD-nin verdiyi xx.xx.2021-ci il tarixli 437 saylı arayışdan görünür ki, mərhum X7 X20, X18, Cavabdeh və X5 (ölüb) ibarət vərəsələri qalmışdır.
8. Qax RİHB-nın İlisu kənd İƏD-nin verdiyi xx.xx.2021-ci il tarixli 436 saylı arayışdan görünür ki, X1 arvadı İddiaçı1 və oğlu İddiaçı2 ibarət vərəsələri qalmışdır.
9. Qax RİHB-nın İlisu kənd İƏD-nin verdiyi xx.xx.2021-ci il tarixli 413 saylı arayışdan görünür ki, İddiaçı1 Qax rayonu Ağçay kəndində qeydiyyatda olmaqla yaşayır.
10. Qax RİHB-nın İlisu kənd İƏD-nin verdiyi xx.xx.2022-ci il tarixli 161 saylı arayışdan görünür ki, Cavabdeh ailə tərkibi onun özündən, arvadı X13, qızı X19 və oğlu X11 ibarətdir.
11. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin azaıldılması barədə ərizədən görünür ki, onlar iddianın həcminin azaldılaraq mərhum X5 miras qalan 0.12 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və həmin torpaq sahəsindən onlara pay verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, o iddianın rədd edilməsini xahiş etmişdir.
13. Seriya AZE № ******** saylı şəxsiyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Ağçay kəndində qeydiyyatdadır. Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 Qax rayonu Ağçay kəndində qeydiyyatdadır.
14. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Qax Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(024)-245/2022 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin ikinci hissəsi – “vərəsəliyin açılmasının təmin olunmuş hissəsində” ləğv edilərək, mülki iş üzrə icraata bu hissədə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması, X5 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə və X4 miras qalan Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və miras əmlakdan onlara düşən payın mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. İşə baxılıb qətnamə çıxarılana qədər iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək onlar iddianın həcminin azaldılaraq mərhum X5 miras qalan 0.12 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması və həmin torpaq sahəsindən onlara pay verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. İddia onunla əsaslandırılmışdır ki, onlar Qax rayonu Ağçay kəndində yaşayır. X16 xx.xx.2019-cu il tarixdə və qaynanası X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. X3 və qaynanası X4 Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Əri və qaynanası öldükdən sonra digər vərəsələrlə aralarında problemlər yarandığı üçün onlar notariat ofisində mirası vərəsəlik yolu ilə qəbul edə bilməmişlər. Sənədləşmə işləri ilə bağlı Qax rayon notariat ofisinə müraciət etmiş, lakin miras əmlakı qəbul etmək üçün qanunda göstərilən prosessual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmədə ərindən miras qalan və qaynanasından miras qalan və ərinə çatacaq miras əmlakla bağlı iddia qaldırsalar da, hazırda məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, əri Ramazan İsaqovdan miras qalmış əmlakın onlara verilməsini xahiş etmişlər. Cavabdeh ərindən miras qalmış torpaq sahəsindən onların istifadə etməsinə mane olur. Mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum ərindən miras qalmış əmlakı istəyi vaxt qəbul edə bilər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
18. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 25 aprel 2022-ci il tarixli, 2(024)- 197/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəliyin açılması;
19. həmin miras əmlakları qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılması;
20. JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissəsi üzərində iddiaçılar İddiaçı1 ½ hissə və İddiaçı2 ½ hissə payı müəyyən edilməsi və həmin payların iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir. X16 xx.xx.2019-cu il tarixdə, X12 isə xx.xx.2005-ci ildə ölmüşdür. X1 arvadı İddiaçı1 və oğlu İddiaçı2 ibarət vərəsələri qalmışdır. İddiaçılar mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədikləri üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişlər ki, mərhum Ramazan İsaqovun vərəsələri olduqları üçün istədikləri vaxt mirası qəbul edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçılarn mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Ramazan İsaqovdan miras qalmış ¼ hissə payına vərəsəlik açılmalı, həmin miras əmlakı qəbul etmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlakın üzərində iddiaçıların hər birinin 1/2 hissə qanun üzrə payı müəyyən edilməli və iddiaçıların mülkiyyətinə verilməlidir.
22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1146, 1133.2, 1134.1, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1245, 1246, 1248.1, 1257.1 və 1257.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
23. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamədir. Belə ki, o iddia ərizəsinə və iddia tələblərinə etiraz edərək Qax Rayon Məhkəməsinə bildirmişdir ki, iddia ərizəsi səhv tərtib edilmiş, iddia tələbi düzgün qoyulmamışdır. Ona görə ki, iddia tələbi bir tələbdən ibarət deyil, bir neçə hissədən ibarətdir.
1. Buraxılmış prosessual müddətin bərpası;
2. X5 miras qalmış Qax rayonu Ağçay kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəlik açılması;
3. X4 miras qalmış Qax rayonu Ağçay kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinə vərəsəliyin açılması; 4 İddiaçılara düşən payın mülkiyyətlərinə verilməsi; 25.Məhkəmə iclasında iddia tələbinin təmin edilməsi məqsədilə iddiaçılara kömək edilərək tələbə həcmin azaldılması barədə ərizə yazdırılmış və iddia təmin olmuşdur. Lakin nəzərə alınmamışdır ki, hazırki iddia tələbi bir neçə hissədən ibarətdir və fərqli məhkəmə baxışının mövzusudur. Çünki iddia tələbi tək ona qarşı yox, vərəsəliyin açılmış olduğu iddia edilən, iddia ərizəsində notariusa müraciət edildiyi qeyd edilən notariat ofisinə qarşı və mülkiyyət tələbi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə qarşı qaldırılmalı idi. Hazırki işdə iddia tələblərinin əsası göstərilməmiş, iddia edilən tələblərin sübutu iddia ərizəsinə əlavə edilməmişdir. Yəni əgər məhkəmədən qabaq əmlakın yerləşdiyi yer üzrə Qax rayonunda yerləşən Notariat orqanına müraciət olunmalı, miras əmlakın nədən ibarət olması, harada yerləşməsi müəyyən edilməli, daha sonra isə notariat orqanı müddətin bərpasından və əmlakla bağlı yaranmış mübahisənin olduğunu müəyyən edərək iddiaçıların tələbindən imtina edərdisə məhkəməyə müraciət edilməli idi. Lakin buna əməl edilməmiş, Qax Rayon Məhkəməsi isə işə səthi yanaşaraq hər nə olurdsa olsun iddianı təmin etmək xatirinə bu faktı gözardı etmişdir.
26. Bundan əlavə məhkəmə qətnaməsində işə baxan hakim buraxılmış müddətin hansı səbəbdən buraxıldığına diqqət etməmiş, (iddia ərizəsində müddətin buraxılması üçün üzürlü səbəb göstərilməmişdir) buraxılma üçün müddətin niyə üzürlü saydığını, hansı halda üzürlü sayılabiləcəyi qanunda qeyd edildiyi halda bunu nəzərə almadan müddəti üzürlü saymışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o idmançı olduğundan torpaqla bağlı məsələlərə fikir verməmişdir. Son zamanlar bilmişdir ki, anasına məxsus olan torpaq sahəsi dörd nəfərin mülkiyyətindədir. Çünki anası özünə məxsus olan torpaq sahəsini ona vəsiyyət etmişdir. Hesab edir ki, iddiaçıların adı həmin şəhadətnaməyə qeyri-qanuni salınıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, miras qoyan Ramazan İsaqov onun əri olmuşdur. Mübahisəli torpaq sahəsi də onların birgə mülkiyyətindədir. Lakin cavabdehin qanunsuz müdaxiləsi nəticəsində torpq sahəsindən nə istifadə edə bilir, nə də ki rəsmiləşdirə bilir. Digər miras qoyan Əsmayə İsaqovanın payının cavabdehə verilməsinə etiraz etmir. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, miras qoyan Ramazan İsaqov onun atasıdır. Mübahisəli torpaq sahəsi də onların birgə mülkiyyətindədir. Cavabdeh onun əmisi olmasına baxmayaraq öz atasından miras qalmış əmlakı rəsmiləşdirməyə imkan vermir.Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların vəkili X14 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayəti verməklə işi süni şəkildə uzatmağa çalışır. Belə ki, iddiaçılar miras qoyan Ramazan İsaqlının birinci növbə vərəsələridir. Birinci növbə vərəsə olduğu halda, onlar mirası qəbul etmək, rəsmiləşdirmək istədikləri halda miras necə növbəti vərəsəyə verilə bilər. Tələbdən də göründüyü kimi iddiaşılar müvafiq olaraq yalnız öz ərindən (atasından) miras qalmış əmlaka dair pay hüququnu rəsmiləşdirmək istəyirlər. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Konstitusiyası;
Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
33. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz .
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(024)-245/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(024)- 245/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İddia tələbinin mahiyyətindən göründüyü kimi iddiaçının tələbi üç hissədən- buraxılmış prosessual müddətin bərpası, vərəsəliyin açılması və vərəsəlik hüququnun tanınmasından (verilməsindən) ibarətdir. (Kollegiya tələbin üçüncü hissəsini vərəsəlik payının müəyyən edilməsi kimi qəbul edir)
40. Məhkəmə kollegiyası təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır.
41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, JN-041A, KOD 40308028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qax rayonu Ağçay kəndində yerləşən 0.12 ha torpaq sahəsi X12, X16, İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətinə verilmişdir.
42. X16 xx.xx.2019-cu il tarixdə, X12 isə xx.xx.2005-ci ildə ölmüşdür. X1 vəfatından sonra onun birinci növbə vərəsə kimi arvadı İddiaçı1 və oğlu İddiaçı2 qalmışdır.
43. İşin faktiki hallarından həmçinin müəyyən edilir ki, iddiaçılar yalnız X5 miras qalmış əmlaka iddialıdırlar, X4 miras qalmış əmlakı mübahisələndirmirlər, sonuncunun payının cavabdehə verilməsinə etiraz etmirlər.
44. Lakin iş üzrə qəbul olunmuş qətnamədən narazı qalan apellyator apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş edir.
45. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əvvala iddiaçıların özünün mübahisəli torpaq sahəsinə dair mülkiyyət payı var.
46. İkincisi, iddiaçılar miras qoyan X8 birinci növbə vərəsələri olmaqla, həmin mirasdan pay tələb edirlər.
47. Mülki Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrdən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsliyini istisna edir.
48. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, cavabdeh miras qalmış torpağa münasibətdə bu faktı mübahisələndirməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, miras açıldığı anadan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir.
50. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
52. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur.
53. Kollegiyanın qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır.
54. Məhkəmə kollegiyası sonda cavabdeh tərəfin mübahisələndirdiyi torpaq şəhadətnaməsinin əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
55. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
57. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(024)-197/2022 nömrəli qətnaməsi- buraxılmış prosessual müddətin bərpası və vərəsələrin payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
59. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(024)-197/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni buraxılmış prosessual müddətin bərpası və vərəsələrin payının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov