Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-919/2022 22.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X20 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalan əmlak üzərində vərəsəliyin açılması və miras paylarının mülkiyyətə verilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiqn oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçı, onun vəkili X9, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X20 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və mülkiyyətinə verilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)- 33/2021 nömrəli qətnaməsindən Cavabdeh vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 18\. (Yeni qaydalarla AZ 3400, Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 55) yerləşən 0.0723 ha həyətyanı torpaq sahəsi X21 və X7 ümumibirgə, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə X21 tam mülkiyyətindədir.
2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci l tarixli, 2- 1(107)-412/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X26 (bundan sonra iddiaçı və ya Bəsti Kərimova) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya DƏDRXin 12 saylı Şəki Ərazi İdarəsi) qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, "ünvan 2 ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərində X7 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X21 hüququnun dövlət qeydiyyatına alaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(116)-432/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçının prosessual hüquq varisi Cavabdeh həmin qərardaddan verdiyi şikayət təmin edilməmişdir.
3. Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli, 2782 saylı arayışdan görünür ki, İddiaçı Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 18-da faktiki olaraq yaşayır, Qax şəhəri, Q.Nəbi küçəsi, ev 10A-da qeydiyyatdadır.
4. Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2019-cu il tarixli, 1781 saylı arayışdan görünür ki, X16 öldüyü günədək-xx.xx.2007-ci il tarixədək ünvan 3 ünvanda qeydiyyatda olan yoxdur.
5. AZ-İ № 231928 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2007-ci ildə ölmüşdür.
6. AZ-İİ № 189447 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X36 xx.xx.1982-ci ildə ölmüşdür.
7. İV-ЖГ № 391855 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Gözəlova (Kərimova) Mədinə Bəhruz qızının atası X29, anası isə X10r.
8. Vİİ-ЖГ № 417584 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh atası X32, anası isə X13r.
9. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 28 iyul 2021-ci il tarixli № 05/76-372/69 saylı arayışdan görünür ki, X7 atası X17, anası isə X22.
10. АЗ-№ 543569 saylı.arayışdan görünür ki, Kərimova (Abdullayeva) Səyyarə Kərim qızının atası X17, anası isə X22. 11. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 28 sentyabr 2021-ci il tarixli № 05/76-489/69 saylı arayışdan görünür ki, X4 xx.xx.1999-cu ildə ölmüşdür.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin DƏDRX-nin 12 saylı Ərazi idarəsinə ünvanladığı məktubdan görünür ki, Qax şəhəri, İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № 3139 nömrəli arayışa əsasən mərhum X21 vərəsələri qızları X26, X18, X33 və oğulları X19 və X11 ibarətdir.
13. X5 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki. o mərhum anası X20 miras qalmış əmlakdan bacısı qızı X6 xeyrinə imtina etmişdir.
14. Qax Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadına əsasən iddiaçı Mədinə Əfəndyevanın ərizəsi təmin edilərək cavabdeh X26 öldüyü üçün onun oğlu Cavabdeh işə cavabdeh qismində cəlb olunmuşdur.
15. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(107)-919/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)- 33/2021 nömrəli qətnaməsi qismən- iddia tələbinin (vərəsəliyin açılamsı hissəsində) təmin olunmuş birinci hissəsində ə ləğv edilmiş və mülki iş üzrə icraata bu hissədə xitam verilmişdir.
iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X7 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X21 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və həmin əmlakların onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Qax Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadına əsasən İddiaçı ərizəsi təmin edilərək cavabdeh X26 öldüyü üçün onun oğlu Cavabdeh işə cavabdeh qismində cəlb olunmuşdur.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X16 xx.xx.2007-ci, nənəsi X36 isə xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X7 vəfatından sonra ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsi və mərhum nənəsi X21 vəfatından sonra isə ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsi Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən onların mülkiyyəti olmaqla miras əmlakı olaraq qalmışdır. Cavabdeh miras əmlakı olan evdə nənəsinin vəfatından sonra yaşamamış və mirası heç bir formada qəbul etməmişdir. Həmin evdə və torpaq sahəsində nənəsi Keke Kərimovanın vəfatından sonra ancaq anası Sumayə Kərimova yaşamış və onun vəfatından sonra isə o öz ailəsi ilə birlikdə yaşamışdır. Nənəsinin ölümündən sonra onun əmlakını ancaq anası faktiki olaraq qəbul etmiş və təsərüfatı idarə etmişdir. Anasının bacı və qardaşları nənəsi Keke Kərimovanın ölümündən əvvəl həmin evdən çıxmış, həmin evdə yaşamamış, mirası heç bir formada qəbul etməmişlər. Onlar miras əmlaka olan hüquqlarını tam olaraq itirmişlər. Onlar nənəsinin və anasının vəfatından sonra ondan miras qalmış əmlaka sahiblik etmiş, mirasi faktiki olaraq qəbul etmişlər. O, anası Sumayə Kərimovanın yeganə vərəsəsidir.
20. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum X7 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum X21 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması; - ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı payı tam, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsi üzərində isə 2/7 payı müəyyən edilməsi və iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 18 (Yeni qaydalarla AZ 3400, Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 55) yerləşən 0.0723 ha həyətyanı torpaq sahəsi X21 və X7 ümumibirgə, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə X21 tam mülkiyyətinə verilmişdir.
22. X36 xx.xx.1982-ci ildə ölmüş, onun X16, X14, X26, X18, X33 və oğulları X19 və X11 ibarət vərəsələri qalmışdır. X16 isə xx.xx.2007-ci ildə ölmüş, onu qızı İddiaçı ibarət vərəsəsi qalmışdır.
23. Məhkəmə iddia tələbinin “iddiaçının mərhum anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəlik açılması və iddiaçının mülkiyyətinə verilməsi”nə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı anası Sumayə Kərimvoanın yeganə qanun üzrə vərəsəsidir. Həmin miras əmlak başqa şəxsə vəsiyyət olunmamışdır. Ona görə də. X24 miras qalmış yuxarıda qeyd olunan torpaq sahəsi üzərində iddiaçının qanun üzrə payı tam olaraq müəyyən edilərək iddiaçıya verilməlidir.
24. İddia tələbinin “iddiaçının mərhum nənəsi X21 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və həmin əmlakların onun mülkiyyətinə verilməsi barədə” hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçının nənəsi X8 Kərimova ondan sonra öldüyü üçün Keke Kərimovadan miras qalmış əmlakdan Sumayə Kərimovaya çatacaq pay onun vərəsəsi olan İddiaçı düşür (irsi transmissiya).
25. Keke X1, X14, X26, X18, X33 və oğulları X19 və X11 ibarət 7 vərəsəsi qalmışdır. Həmin şəxslər Keke Kərimovanın vərəsələridir və miras əmlak üzərində onların qanun üzrə payı vardır. Həmin vərəsələrdən Bəsti Kərimova vəfat etdiyi üçün Keke Kərimovadan miras qalmış əmlakdan Bəsti Kərimovaya çatacaq qanun üzrə paydan onun vərəsəsi olan Cavabdeh düşür. (irsi transmissiya). Həmin vərəsələrdən X18 məhkəməyə ərizə təqdim edərək mərhum anası X20 miras qalmış əmlakdan bacısı qızı X6 xeyrinə imtina etdiyini bildirmişdir. X30 7 nəfər vərəsəsinin olması və həmin vərəsələrdən Leyla Dukaşvilinin mərhum anasından ona düşəcək paydan iddiaçının xeyrinə imtina etməsi nəzərə alınarsa, mərhum K.Kərimovadan miras qalmış əmlakdan iddiaçıya düşəcək pay 2/7 hissə təşkil edir. Ona görə də, iddiaçı tələbin həmin hissəsində haqlıdır.
26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1146, 1133.2, 1134.1, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1245, 1246, 1248.1, 1257.1 və 1257.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
28. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış araşdırılmalı və ekspertiza keçirilməlidir. Məlumat üçün bildirirlər ki, İddiaçı ünvan 1 ünvanda müvəqqəti yaşamışdır onun həmin əmlaka dair hər hansı təsərrüfatı idarə etməmişdir. Yaşayış yeri olmadığı üçün həmin evdə müvəqqəti qalmışdır.
29. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə maddi hüquq normalarını pozmuş və qətnamənin hazırki şikayət üzrə mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlməmişdir.
30. Qeyd edilənlərə əsasən İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, mübahisəli evdə nə İddiaçı, nə də ki, anası Sumayə Kərimovanın payı var. İddiaçının anasının adına sənəd qeyri-qanuni yollarla verilmişdir. Həmin ev əvvəllər nənələri Keke Kərimovaya məxsus olmuş, sonra da dayısı Qalib tərəfindən yenisi inşa edilmişdir. X31 həmin evə müvəqqəti buraxmışdır. Hazırda da çıxarmaq istəyir. Hətta müvafiq kompensasiya da ödəyə bilər. Ona görə də apellyasiya şikayətinin təmin olunaraq, iddiaçının evdən çıxarılmasını və sonuncuya heç bir pay verilməməsini xahiş edir.
33. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan çıxarış həqiqəti əks etdirmir. Belə ki, mübahisəli torpaq sahəsindən iddiaçının anasına pay verilməsi düzgün olmamış, iddiaçının anasının adı həmin çıxarışa qeyri-qanuni yollarla salınıb. Belə olan halda iddiaçının mübahisəli əmlkda heç payı yaranmır. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də şikayətin təmin olunmasını xahiş edir.
34. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o anası Sumayənin yeganə vərəsəsidir. Nənəsinin ölümündən sonra mübahisəli evdə o və anası, anası öləndən sonra yalnız o yaşamışdır. Apellyasiya şikayətini qəbul etmir və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
35. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X27 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayəti versə də şikayətin dəlilləri anlaşıllan deyil. Belə ki, mübahisəli əmlak üzrə çıxarışın qanuniliyinin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Bundan əlavə qeyd olunan çıxarış məhkəmə qaydasında mübahisələndirilib, lakin qanunsuz olması öz təsdiqini tapmayıb. Mübahisəli miras əmalakda da daim iddiaçı yaşayııb və sonuncu tərəfindən idarə olunub. Cavabdeh tərəf mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməyib. Ona görə də hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın 1270.1-ci maddəsinə əsasən mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub.
39. Azərbaycan SSR Mülki Məcəlləsinin (1965-cü il redaksiyada)
527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətindən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsi ləğv edilərək, əvvəlki və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir
45. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.
46. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, hazırki iddia iki hissədən ibarətdir. 1) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası X7 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X21 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması; 2) həmin əmlakların onun mülkiyyətinə verilməsi.
47. Kollegiya qeyd edir ki, iddia tələbinin birinci hissəsi Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(107)-919/2022 nömrəli qərardadı ilə xitam olunduğundan araşdırma yalnız ikinci hissə, yəni əmlakın mülkiyyətə verilməsi hissəsi üzrə aparılır.
48. Tələbin bu hissəsi üzrə də araşdırma aparılarkən müəyyən edilmişdir ki, tələb tam aydın olmamaqla, birinci instansiya məhkəməsi tərəfindən dəqiləşdirmə aparılmamışdır.
49. Mövcud tələbin dəqiqləşdirilməsi apellyasiya icraatı zamanı mümkün olmasa da, kollegiya bu səhvi sonadək davam etdirməmək və hüquq müəyyənlik prinsipi baxımından belə qənaətə gəlir ki, iddia tələbinin 2-ci hissəsinin, yəni “əmlakın onun mülkiyyətinə verilməsi” dedikdə, payların müəyyən edilməsi və məhz vərəsəlik payının ona verilməsi kimi qiymətləndirir. Belə ki, kollegiyanın iclasında iddiaçının vəkili də tələbin həmin hissəsinə bu cür qiymət verilməsini xahiş etmişdir.
50. Öyrənilən işdən bəlli olur ki, hazırki iş üzrə iki miras qoyan vardır. Biri iddiaçının anası Sumayə Kərimova, digəri isə iddiaçının (həmçinin cavabdehin) ana nənəsi Keke Kərimovadır.
51. İşin mübahisə olunmayan hallarından görünür ki, miras qoyanlardan Sumayə Kərimova (iddiaçının anası) 2007-ci il tarixdə, nənəsi Keke Kərimova isə 1982-ci il tarixdə vəfat etmişdir.
52. Kollegiya mübahisənin bu hissəsində qeyd edir ki, miras qoyan Keke Kərimova 1987ci il tarixdə vəfat etdiyindən onunla qızı Sümayə Kərimova arasındakı vərəsəlik hüquq münasibətinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin (1965-ci il redaksiyalı) normaları, Sumayə Kərimova ilə İddiaçı arasındakı münasibətə isə 2000-ci il redaksiyalı Mülki Məcəllənin normaları tətbiq olunmalıdır.
53. Kollegiya ilk olaraq miras qoyan Sumayə Kərimovaya (iddiaçının anasına) münasibətdə aşağıdakıları qeyd edir.
54. İşin faktiki halları ilə müəyyən edilir ki, miras qoyan Sumayə Kərimovanın ölümündən sonra onun bir vərəsəsi, yəni hazırki iş üzrə İddiaçı qalması müəyyən edilmişdir. Digər vərəslərin olması müəyyən edilmir. Kollegiyanın araşdırması zamanı həmçinin miras qoyan Suməyə Kərimova tərəfindən hər hansı şəxsə vəsiyyətnamə qoyulması da müəyyən edilməmişdir.
55. Apellyasiya məhkəməsnin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan Suməyə Kərimovanın ölümündən sonra miras əmlak kimi hazırki mübahisəli əmlak- ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsi qalmış, miras qoyanın ölümündən sonra həmin əmlak iddiaçı tərəfindən idarə olunmaqla faktiki qəbul olunmuşdur.
56. Kollegiya mülkiyyətçilərin payını torpağa münasibətdə ona görə ½ hissədə olmasını qeyd edir ki, MM-in 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
57. Bundan əlavə işin təhlili zamanı müəyyən edilmişdir ki, Suməyə Kərimovanın adına verilmiş çıxarış hazırki apellyator tərəfindən inzibati məhkəmə qaydasında mübahisələndirilsə də, sonda iddia mümkün sayılmamışdır. Hazırki prosesdə də cavabdeh (apellyator) qeyd olunan çıxarışın qanunsuz və saxta olmasını mübahisələndirir, lakin kollegiya tərəfindən hazırki mübahisənin çıxarışın etibarsızlığı deyil, vərəsəlik hüququ münasibəti olması apellyatorun diqqətinə çatdırılmasına baxmayaraq, sonuncu yenə də çıxarışa qarşı öz etirazını israrlı şəkildə bəyan edir.
58. Göstərilənləri nəzərə alan kollegiya belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməli, yəni İddiaçı anası Suməyə Kərimovadan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsində qanun üzrə vərəsəlik payı tam olaraq müəyyən edilməlidir.
59. Kollegiya miras qoyan (tərəflərin nənəsi) X28 münasibətdə aşağıdakıları qeyd edir.
60. Öyrənilən işin mübahisə olunmayan halları ilə müəyyən edilir ki, miras qoyan Keke Kərimova 1982-cü il tarixdə vəfat etmişdir.
61. Apellyasiya məhkəməsnin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan Keke Kərimovanın ölümündən sonra miras əmlak kimi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evi tam və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsi miras qalmışdır. Miras qoyanın vəsiyyətnamə qoyması müəyyən edilməmişdir.
62. X21 Sumayə, Səyyarə, Bəsti, Leyla, Sayalı, Abdulla və Qalib adlı 7 övladı (vərəsəsi) olmuşdur.
63. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin vərəsələrdən Sumayə, Səyyarə və Bəsti vəfat etmiş, Səyalı və Leyla analarının sağlığından Gürcüstan Respublikasında, Abdulla və Qalib isə analarının sağlığı dövründən Rusiyada yaşamışlar.
64. Kollegiya belə qənaətə gəlir ki, hüquq müəyyənlik prinsipi baxımından hazırki mübahisə üzrə bütün vərəsələrin işə cəlb edilməsi və onların da mövqeyinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
65. Lakin kollegiya tərəfindən cəhd olunmasına baxmayaraq mərhum vərəsələrdən yalnız Sumayə Kərimovanın vərəsəsinin İddiaçı, Bəsti Kərimovanın vərəsəsinin isə hazırki iş üzrə cavabdeh (apellyator) Cavabdeh olması müəyyən edilmişdir .
66. Digər vərəsələrdən Leyla və Abdulla mirası qəbul etmədiklərini bildirməklə, müvafiq olaraq birininci iddiaçının xeyrinə imtina etdiyini, ikinci isə ümumiyyətlə öz miras payını rəsmiləşdirmək niyyətinin olmadığını bildirmiş, Qalib Kərimov isə apellyatorun bacısı Sevinc Hacıyevaya etibarnəmə vermiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir.
67. Digər vərəsə Səyalı Kərimovanın isə yerini və onların miras qalmış əmlaka münasibətini müəyyən etmək olmamış, iş üzrə tərəflər də həmin vərəsələrin yerinin müəyyən edilməsində və işə cəlb edilməsində maraqlı olmamış, kollegiya tərəfindən sorğu-sual edildikdə isə yalnız öz mənafelərindən çıxış etmişlər.
68. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, vərəslərdən biri Leyla Dukoşvili anasından miras qalmış əmlakdan özünə düşən pay hissəsindən iddiaçının M. Əfəndiyevanın xeyrinə imtina etmişdir.
69. Kollegiya bu imtinanı qəbul etməyərək bildirir ki, birinci instansiya məhkəməsi bu imtinanı qəbul edib, imtina edənin payını iddiaçıya verməkdə düzgün nəticəyə gəlməmişdir. Çünki belə bir ərizənin qanunvericiliklə müəyyən olunmuş müddət keçəndən sonra yazılması və ya notarius tərəfindən təsdiq olunması yolverilməzdir.
70. Belə ki, Mülki Məcəllənin ; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1270.1-ci maddəsinə əsasən mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
71. Güründüyü kimi vərəsə Leyla Dukoşvili miras əmlakdan 6 ay (qüvvədən düşmüş Məcəllə) ərzində imtina etməli olduğu halda, miras qoyan vəfat etdikdən uzun müddət keçdikdən sonra mirasdan digər şəxsin xeyrinə imtina etmişdir. Bu isə mülki qanunvericiliyin tələblərinə uyğun olmamaqla, digər vərəsələrin mülkiyyət hüquqlarını pozur.
72. Kollegiya mövcud mübahisəyə baxarkən belə qənaətə gəlir ki, hazırki işin həllində formalaşmış məhkəmə təcrübsəindən fərqlilik yarandığından, yəni hüquq müəyyənlik prinsipi baxımından bütün vərəsələrin işə cəlb edilməsi, hansı vərəsənin mirası qəbul edib-etməməsini aydınlaşdırmaq mümkün olmadığından yalnız iddiaçının mübahisəli miras əmlakda irsi transmissiya üzrə payı müəyyən edilməlidir. Pay müəyyən edilərkən bütün vərəsələr nəzərə alınmalı, lakin onların iradə ifadələrini müəyyən etmək mümkün olmadığından vərəsəlik payı yalnız iddiaçıya münasibətdə müəyyən edilməlidir.
73. İddiaçının payının müəyyənləşdirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçının anası Sumayə Kərimova miras qoyan Keke Kərimovadan miras qalmış evdə yaşayıb, təsərrüfat idarə etməklə həmin əmlakı faktiki qaydada qəbul etmiş, lakin sənədləşdirməmişdir.
74. Sumayə Kərimovanın ölümündən sonra da nənədən miras qalmış əmlakda nəvə, hazırki iş üzrə İddiaçı yaşayıb, təsərrüfat idarə etməkdə davam etmiş, beləliklə də mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.
75. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, Cavabdeh izahatında X30 nəvəsi olmasını bildirmiş və mərhum nənəsi Keke Kərimovadan miras qalmış əmlakın tam olaraq iddiaçıya verilməsinə etiraz edir.
76. Apellyator nənəsindən miras qalmış əmlakın anası Bəsti Kərimova və digər vərəsələr tərəfindən faktiki qəbul edildiyini və onların da payının olduğunu bildirir, lakin tələbini sübut edəcək halları məhkəməyə təqdim etməməklə, israrlı şəkildə qətnamənin ləğv olunması və iddiaçının mübahisəli evdən çıxarılmasını tələb edir.
77. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, apellyasiya şikayətində göstərilən digər dəlilləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə yeni qətnamə qəbul edilməlidir.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh vəkili X12 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı miras qoyan (anası) X2 miras qalmış (xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 6 ünvanda yerləşən 0.0723 ha toropaq sahəsinin ½ hissəsində vərəslik payı tam; Nənəsi X20 miras qalmış (xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.0723 ha toropaq sahəsinin ½ hissəsində vərəslik payı 1/7 (yeddidə bir) hissə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Sədrlik edən Ayaz Mahmudov