Məhkəmə qərarları › İş №2(107)-92/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-92/2021

16.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-92/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Cavabdeh qarşı qaz paylayıcı stansiyanın mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-52/2020 nömrəli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində inşa edilməkdə olan tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək Göyçay-1 Qaz paylayıcı stansiyasının mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-52/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı cavabdeh tərəfindən Göyçay rayonu Çayarxı kəndi ərazisində inşa edilməkdə olan tikililərin cavabdehin öz vəsaiti hesabına sökülərək Göyçay-1 Qaz paylayıcı stansiyasının mühafizə zonasından çıxarılması barədə tələbinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 69.53 manat məhkəmə xərci iddiaçı X7 alınaraq Kadastr və X4 Mərkəzinin VÖEN **********, AZ 37NABZ**********0000001944 nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat iddiaçı X7 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonuun Çayarxı kəndi ərazisində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarın tələbləri pozularaq “Qaz İxrac" İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsinin balans və istismarında olan Göyçay-1 Qaz paylayıcı stansiyasının mühafizə zonasında tikililər (hasar, yaşayış evi) inşa olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi, qaz paylayıcı stansiyaların yerləşdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qaz paylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Texniki təhlükəsizlik haqqında xx.xx.1999cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPSlər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında' Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin təhlükəsizlik zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz paylayıcı stansiyasının texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. X8 Ağdaş magistral qaz kəmərləri Sahəsi tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yerinə yetirməmişdir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi qətnamə qəbul edərkən diametri yüksək təzyiqli Göyçay-1 QPS-nin yerləşdiyi ərazidə cavabdehə ayrılmış torpaq sahəsinin əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılmaması məsələsinə düzgün münasibət bildirməyərək maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, xx xxxx 1998-ci il tarixli 513-İQ nömrəli Qaz Təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmədən kənar qaydada cavabdehə mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, sonda cavabdeh həmin tikilini inşa etməkdə davam etmişdir. Ekspert rəyindən də göründüyü kimi həmin tikili (hasar) cavabdehə məxsus olan torpaq sahəsinion hüdudlarından kənarda yerləşir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Elşən Cəbrayıl oğlu izahat verərək bildirmişdir ki, hasar inşa edilən zaman ona heç kim xəbərdarlıq etməmişdir. Bundan əlavə inşa etdirdiyi hasarın özünə məxsus olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyini bilmirdi. Çünki ona sənəd verilərkən məhz həmin koordinatları göstərmişlər. Ekspert rəyi ilə tanışdır. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlillərini işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-52/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək, iş üzrə ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayоnunun Çayarxı kəndi ərazisində yerləşən 0,36 ha tоrpaq sahəsi (yaşayış məntəqələrinin tоrpaqları kateqоriyasına aid) xüsusi mülkiyyəti kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 69.53 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 31185 saylı rəyindən görünür ki, Göyçay rayonu Çayarxı kəndində yerləşən Cavabdeh xx.xx.2019-cu il tarixli hüquqların Dövlət Reyestrindən ********** saylı çıxarış əsasında xüsusi mülkiyyəti kimi qeydə alınmış 0.36 ha torpaq sahəsi həmin ərazidə yerləşən layihə təzyiqi 55 atmosfer, işçi təzyiqi 12-15 atmosfer olan yüksək təzyiqli Göyçay-1 Qaz paylayıcı stansiyasına bitişik olduğunu nəzərə alaraq, inşa edilmiş qeyri-yaşayış tikililər və 0.36 ha torpaq sahəsi Göyçay-1 Qaz paylayıcı stansiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təhcizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 100.0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 395 nömrəli rəyindən görünür ki, X3 qaz paylayıcı stansiya ərazisinə yaxın, şimal və cənub hissədə gediş-gəliş yolu istiqamətində mişar daşı ilə hasarlama işləri aparmışdır. Göyçay-1 qaz paylayıcı stansiya ərazisi ilə cavabdehin arasında stansiyanın sərhəddini bildirən metal tordan hasar vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh xüsusi mülkiyyətinə verilən (çıxarış, reyestr nömrəsi **********53) 0.30 ha torpaq sahəsinin naturadakı hüdudları ilə qaz paylayıcı stansiya ərazisi ilə arasındakı məsafə Autocad və Arcmap proqramları vasitəsilə tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Beləliklə cavabdeh tərəfindən mübahisəli ərazinin şimal tərəfində inşa edilən daş hasarın 12.8 metr hissəsi, cənub tərəfdən 7.5 metr hissəsi cavabdehə məxsus sahəsinin plan-cizgi sxeminin hüdudları xaricindədir. Apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyinə əsasən müəyyən olunur ki, X3 qaz paylayıcı stansiya ərazisinə yaxın, şimal və cənub hissədə gediş-gəliş yolu istiqamətində mişar daşı ilə hasarlama işləri aparmışdır. Göyçay-1 qaz paylayıcı stansiya ərazisi ilə cavabdehin arasında stansiyanın sərhəddini bildirən metal tordan hasar vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh xüsusi mülkiyyətinə verilən (çıxarış, reyestr nömrəsi **********53) 0.30 ha torpaq sahəsinin naturadakı hüdudları ilə qaz paylayıcı stansiya ərazisi ilə arasındakı məsafə Autocad və Arcmap proqramları vasitəsilə tərtib edilən plan-sxemdə aydın şəkildə göstərilmişdir. Beləliklə cavabdeh tərəfindən mübahisəli ərazinin şimal tərəfində inşa edilən daş hasarın 12.8 metr hissəsi, cənub tərəfdən 7.5 metr hissəsi cavabdehə məxsus sahənin plan-cizgi sxeminin hüdudları xaricindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Birincisi ona görə ki, cavabdeh tərəfindən inşa edilən hasarın bir hissəsi ona məxsus olan torpaq sahəsinin hüdudlarından kənardadır. Cavabdeh mübahisənin bu halı ilə razılaşmasa da, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. İkinci, iş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi sökülməsi tələb olunan tikili (hasar) mühafizə zonasında yerləşməkdən başqa, inşa edilən daş hasarın 12.8 metr hissəsi şimal hissədən, 7.5 metr hissəsi isə cənub hissədən cavabdehə məxsus plan-cizgi sxeminin hüdudları xaricindədir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və bu xarakterli mübahisələrin həllində mühüm rol oynayır. Üçüncüsü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tikilinin şimal tərəfdən 12.8 metr hissəsi, cənub hissədən isə 7.5 metr hissəsi cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf hazırki iddia tələbi ilə bağlı iddia qaldırmaq üşün subyektiv hüququn daşıyıcısıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, işə yenidən baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Buna görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-52/2020 nömrəli qətnаməsi qismən ləğv edilməli və ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesаbınа ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-52/2020 nömrəli qətnаməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Göyçay rayonu Çayarxı kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin ((hasarın) ekspert rəyinə uyğun) şimal hissədən 12.8 metr hissəsi, cənub tərəfdən 7.5 metr hissəsi cavabdehin hesabına sökülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 300 manat Cavabdeh alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar