Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-92/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4, X11, Həsənova (Musayeva) Aygün Rasim qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRXnın verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyyat nömrəli Çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin naturada ayrılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızının iştirakları ilə, İddiaçı cavabdehlər X4, X11, Həsənova (Musayeva) Aygün Rasim qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nın verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyyat nömrəli Çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(024)-74/2023 nömrəli qətnaməsindən cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı X12 cavabdehlər X6, X15, Həsənova (Musayeva) Aygün Rasim qızı və İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qax rayonu Güllük kəndində yaşayır. Ona məxsus Qax rayonu Güllük kəndində 0.36 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi onun və X6, X15, X10 birgə mülkiyyətindədir. Ona verilmiş həmin torpaq sahəsini o naturada əldə edə bilmir. Belə ki cavabdehlərlə öz aralarında razılığa gələ bilmirlər. O həmin torpaq sahəsinin sənədləşmə işlərinə 5000 manat borcdan əlavə 1522 manat və 155 manat pul ödəmişdir. Ona görə də hazırda o DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən payının naturada ayrılıb verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X12 məhkəmə iclasında izahat verərək məhkəmədən ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh X16 izahat verərək göstərmişdir ki, ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onların mülkiyyətində Qax rayonu, Güllük kəndi ərazisində 0.36 ha torpaq sahəsi var. Lakin həmin torpaq sahəsi faktiki olaraq 0.32 ha-dır. İddiaçıya 0.08 ha torpaq sahəsinin verilməsinə etiraz etmir.
5. Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsi İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməsi qət edilmişdir.
6. Qax Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsinin 5-ci səhifəsinin 2-ci və 6-cı abzaslarına “İş üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər X6, X15, X7 birgə qaydada alınaraq Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı-Dövlət Xəzinədаrlığı Agentliyi KOD 210005, VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE******************** saylı hesaba köçürülsün” cümləsinin əlavə edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/1939 saylı rəy verilmişdir. Ekspertin rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi 0.36 ha yox, 0.3221 ha-dır. 0.3221 ha torpaq sahəsinin 0.09 ha hissəsi bölünərək iddiaçıya, yerdə qalan 0.2321 ha torpaq sahəsinin cavabdehlərə verilməsi tərtib olunmuş yerqurluşu sxemində göstərildiyi qaydada mümkündür. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsi İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 60-cı maddələrinə, 29-cu maddəsinin 5-ci bəndinə,“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5,213.1, 213.2, 213.5, 223.2, 223.4, 220.1, 220.2, 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnaməsindən narazı qalan cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin az olmasına baxmayaraq, yenə də torpaq sahəsinin ¼ hissəsini təşkil edən 0,09 ha torpaq sahəsinin bölünməsinin mümkün olması qənaətinə gəlmişdir.
12. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1939 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi 0,36 ha yox, 0,3221 ha-dır. 0,3221 ha torpaq sahəsinin 0,09 ha hissəsi bölünərək iddiaçıya, yerdə qalan 0,2321 ha torpaq sahəsinin cavabdehlərə verilməsi tərtib olunmuş yerquruluşu sxemində göstərildiyi qaydada mümkündür. Ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində cavabdehlərə məxsus qaraj yerləşir.
13. Qanunun bu tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda Qanunun tələbindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşya onun mülkiyyət hüququndakı payına tənasüb olmalıdır. Halbuki birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək iddiaçının paylı mülkiyyətdəki payını onun mülkiyyət hüququndakı payından yəni 1/4 hissədən artıq olaraq naturada ayrılmasını qət etmişdir. Məhkəmə bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış binası (qaraj) olmasını və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasını nəzərə almamışdır. Belə ki, iş üzrə ekspert rəyində iddiaçıya ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində cavabdehlərə məxsus qaraj yerləşməsi qeyd olunmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin qarajla bağlı heç bir münasibət bildirmədən qanunsuz olaraq iddiaçının iddia ərizəsini tam təmin etmişdir. Bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi onun və digər cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehlərdən biri X6 ölməsinə baxmayaraq məhkəmə hüquqi varis müəyyən etməmişdir. Apelyasiya şikayətinə əlavə etdiyi “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, iddiaçının iddia tələbi irəli sürdüyü cavabdehlərdən biri X6 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Lakin birinci instansiya məhkəməsi, iş üzrə çıxardığı qətnaməsinin işdə iştirak edən tərəflərin hüquq və maraqlarına toxunacağını nəzərə alaraq məhkəmə iclasları barədə tərəflərə məlumat verməli olduğu halda, hətta məhkəmə bildirişlərinin iş üzrə tərəflərə çatması barədə məlumatı olmadığı halda, məhkəmə ölən şəxs barəsində qətnamə qəbul etmişdir.
14. Cavabdeh X3 ölmüş olmasına baxmayaraq birinci instansiya məhkəməsi MPM-in 185.2-ci maddəsinin tələblərini nəzərə almamış, formal olaraq qətnamədə məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verildiyini qeyd etmiş, barəsində mübahisə edilən hüquq münasibətində cavabdeh olan mərhum X3 hüquqi varisini müəyyən etmədən məhkəmə verilmiş tələb əsasında işə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Bundan başqa məhkəmə ekspert rəyində qeyd olunan ayrılması mümkün olan 0,09 ha torpaq sahəsində yerləşən cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış binası (qaraj) olmasını və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasını nəzərə almamışdır. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,76 və 88 maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.
15. Qax Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan Mülki Prosessual sübutlara düzgün hüquqi qiymət verməmişdir.
16. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin az olmasına baxmayaraq, yenə də torpaq sahəsinin 1/4 hissəsini təşkil edən 0,09 ha torpaq sahəsinin bölünməsinin mümkün olması qənaətinə gəlmişdir.
17. Odur ki, Azərbaycan Respublikası Qax Rayon Məhəkəməsin25 may 2023-cü il tarixli, 2(033)-74/2023 iş nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(024)-74/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona və digər cavabdehlərə qarşı “ƏMDK yanında DƏDRX-nın verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyyat nömrəli Çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi tələbi”nə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehlərdən X3 15 mart 2007-ci il tarixdə öldüyünü bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(024)-74/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X15, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X13, X19 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. “X8rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən kollegiya Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(024)-74/2023 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Şəki Apellyasiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(107)-92/2024 nömrəli qərardadı ilə cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi iddianın cavabdeh X4 qarşı təmin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsinin İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməsi, X2 50 manat ekspertiza xərcinin alınaraq Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı-Dövlət Xəzinədаrlığı Agentliyi KOD 210005, VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE******************** saylı hesaba köçürülməsi hissələrində ləğv edilmiş, İddiaçı cavabdeh X4 qarşı ƏMDK Yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünün mülkiyyətinə verilmiş Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən ¼ hissə olmaqla payının naturada ayrılıb verilməsi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehlər X11, Həsənova (Musayeva) Aygün Rasim qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı təmin edilən və məhkəmə xərclərinə aid hissələrdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
31. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********06 reyestr, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Qax rayonu Güllük kəndində 0.36 ha torpaq torpaq sahəsi İddiaçı, X6, X15 və X10 wmumibirgə mülkiyyətlərindədir. İddiaçı ümumibirgə mülkiyyətində olan torpaq sahəsini naturada əldə edə bilmədiyinə, cavabdehlərlə öz aralarında razılığa gələ bilmədiklərinə istinad edərək, həyətyanı torpaq sahəsindən payının naturada ayrılıb ona verilməsini tələb etmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş və məhkəmə xərclərinə aid hissələrdə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
34. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlər X15 və Həsənova (Musayeva) Aygün Rasim qızından torpaq sahəsindən payının naturada ayrılıb verilməsini tələb etməkdə haqlı olmasına dair hissədə gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi sənəd üzrə 0.36 ha olmasına baxmayaraq ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin yerində faktiki olaraq 0.3221 ha təşkil etməsini nəzərə almadan, yerində mövcud olan 0.3221 ha torpaq sahəsindən ¼ hissəsinin deyil, 0.09 ha hissəsini ayrılaraq İddiaçı verilməsini qət etməklə, digər ümumibirgə mülkiyyətçilərin mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, həmçinin iddianı buna cavab verməli olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hissədə də təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
35. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
36. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
37. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
38. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
39. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
40. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
41. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
42. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
43. Kollegiya qeyd edir ki, iddiaçı ümumibirgə mülkiyyətin özünə aid hissəsinin naturada ayrılması məsələsini digər ümumibirgə mülkiyyətçilərlə, həmçinin vəfat etmiş mülkiyyətçinin mülkiyyətə gözləntisi olan vərəsələri ilə müzakirə etməli olduğu halda birinci instansiya məhkəməsi mübahisəli əmlakın paylı mülkiyyətçisi olmayan və yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əsl cavabdehlərlə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb digər cavabdehlərlə yanaşı iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla, beləliklə iddia tələbini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı hissədə də təmin etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
45. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
46. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.
47. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin ekspert rəyinə əsasən, torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin az olmasına baxmayaraq, yenə də torpaq sahəsinin ¼ hissəsini təşkil edən 0,09 ha torpaq sahəsinin bölünməsinin mümkün olması qənaətinə gəlinməsi, iddiaçının paylı mülkiyyətdəki payının onun mülkiyyət hüququndakı payından yəni 1/4 hissədən artıq olaraq naturada ayrılmasının qət edilməsinə dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 01 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin etsə də ekspertiza tədqiqatının nəticəsi üzrə müəyyən edilən halları tam diqqətə almamışdır.
48. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1939 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi 0.36 ha yox, 0.3221 ha-dır. 0.3221 ha torpaq sahəsinin 0.09 ha hissəsi bölünərək iddiaçıya, yerdə qalan 0.2321 ha torpaq sahəsinin cavabdehlərə verilməsi tərtib olunmuş yerqurluşu sxemində göstərildiyi qaydada mümkündür. Ayrılması mümkün olan 0.09 ha torpaq sahəsində cavabdehlərə məxsus qaraj yerləşir.
49. Ekspertiza rəyindən göründüyü kimi Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsi 0.36 ha olsa da həmin torpaq sahəsinin yerində ölçüləri 0.3221 ha təşkil edir.
50. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin verdiyi **********06 reyestr nömrəli Çıxarışa əsasən Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan hissəsindən iddiaçıya aid hissəsinin naturada ayrılmasının mümkünlüyü məsələsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və alınmış rəy iş materiallarına əlavə edilmişdir.
51. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16- 16/2-10/2686 nömrəli rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
52. ƏMDX yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X6, X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin sənəddə göstərilən koordinatları müəyyən etmək mümkün olmamışdır. **********06 reyster nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyindən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən, naturada ölçü işləri faktiki sərhədlər daxilində aprıldığına görə 0.36 ha torpaq sahəsininn əskiyinin harda yerləşdiyini təyin etmək mümkün deyil.
53. ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı, X6, X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin sənəddə göstərilən koordinatları müəyyən edildikdən sonra,onun naturada ölçüləri müəyyən etmək mümkün olmamışdır. **********06 reyster nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən, naturada ölçü işləri faktiki sərhədlər daxilində aprıldığına görə 0.36 ha torpaq sahəsininn əskiyinin harda yerləşdiyini təyin etmək mümkün deyil.
54. ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tanxli Çıxarışa əsasən İddiaçı, X6, X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsinin sənəddə göstərilmiş koordinatları mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planı-1 də göstərilmişdir.
55. ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı,X6,X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra,onun naturada öçülər mütəxəssi rəyinə əlavə edilmiş yerquruluşu planı-1 də göstərilmişdir.
56. ƏMDK yanında DƏDRX-nin nüquqlar.n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli,xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı,X6,X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən 0.36ha olan hissəsindən yerində mövcud olan 0.3221 ha hissəsi çıxıldıqdan sonra yerdə qalan 0.0379ha torpaq sahəsinin harada yerləşməsi,kimin istifadəsində olması,koordinatları və naturada ölçüləri müəyyən etmək mümkün olmamışdır. **********06 reyster nömrəli çıxarışda göstərilən 0.36 ha torpaq sahəsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən sahəyə istinad olunmaqla işləndiyındən.torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən,naturada ölçü işləri faktiki sərhədlər daxilində aprıldığına görə 0.36 ha torpaq sahəsininn əskiyinin harda yerləşdiyini təyin etmək mümkün deyil.
57. ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********06 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı,X6.X15 və X10 birgə mülkiyyətində olan Qax rayonu Güllük kəndində yerləşən torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsindən iddiaçıya aid ¼ hissə payının naturada ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı-2 də göstərilmiş qaydada mümkündür. Ayrılması mümkün olan hissədə cavabdehlərə məxsus dəmir konstruksiyalardan ibarət qaraj yerləşir.
58. Kollegiya qeyd edir ki, həm birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə təyin edilərək, əldə edilmiş, həmçinin məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş ekspertiza rəyləri ilə mübahisəli torpaq sahəsinin yerində mövcud olan hissəsinin 0.3221 ha təşkil etməsi, 0.36 ha torpaq sahəsinin əksik hissəsinin harada yerləşməsinin isə təyin edilməsinin mümkün olmaması müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin üzərində cavabdehlərin ümumi birgə mülkiyyətində olan qeyri-yaşayış binası (qaraj) olması və bölünməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin həmin dəlilləri üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmişdir.
61. Mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/2686 nömrəli rəyi üzrə 0.3221 ha torpaq sahəsindən iddiaçıya naturada ayrılıb verilməsi təklif olunan ¼ hissəsi üzərində qaraj adlandırılan dəmir konstruksiya aşkar olunsa da həmin konstruksiyanın dşınmasının, beləliklə apellyator tərəfindən dəmir qarajın oradan götürülməsinin mümkünlüyü müəyyən edilmişdir.
62. Həmçinin mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman məhkəmə tikinti-texniki ekspertizasının 22 avqust 2024-cü il tarixli 3-16-16/2-10/2686 nömrəli rəyi üzrə 0.3221 ha torpaq sahəsindən iddiaçıya naturada ayrılıb verilməsi təklif olunan ¼ hissəsinin qarşısında dəmir darvazanın mövcudluğu ilə yanaşı 0.3221 ha torpaq sahəsinə daxil olmaq üçün iddiaçıya ayrılıb verilməsi təklif olunan hissəsindən kənarda da ayrıca giriş qapısının və digər bir dəmir darvazanın da mövcud olması müəyyən edilmişdir.
63. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı təmin etməkdə və yerində tam mövcud olmayan 0.36 ha torpaq sahəsindən, faktiki olaraq isə 0.3221 ha torpaq sahəsindən 0.09 hektarının ayrılaraq iddiaçıya verilməsini qət etməkdə yanlış mövqedən çıxış etmişdir.
64. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi cavabdehlər X15, Həsənova (Musayeva) Aygün Rasim qızı və İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı təmin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsinin İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməsi, cavabdehlər X15 və X7 birgə qaydada 50 manat ekspertiza xərcinin alınaraq Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər X15 və Həsənova (Musayeva) Aygün Rasim qızına qarşı hissədə torpaq sahəsindən payının naturada ayrılıb verilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsindən İddiaçı ¼ hissə payı naturada ayrılıb ona verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
65. Kollegiya hesab edir ki, ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi B.Gülmizliyevin tərtib etdiyi 22 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq koordinatları (1) X=646574.2992 Y=4596285.9964, (2) X=646572.4434 Y=4596261.3162, (3) X=646570.4940 Y=4596259.6846, (4) X= 646541.6112 Y=4596262.7247, (5) X=646543.9991 Y=4596288.6958 müəyyən edilməlidir.
66. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınaraq məhkəmə
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Həsənova (Musayeva) Aygün Rasim qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(024)-74/2023 nömrəli qətnaməsi cavabdehlər X15, Həsənova (Musayeva) Aygün Rasim qızı və İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı təmin edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsindən 0.09 ha torpaq sahəsinin İddiaçı mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq ayrılaraq verilməsi, cavabdehlər X15 və X7 birgə qaydada 50 manat ekspertiza xərcinin alınaraq Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər X15 və Həsənova (Musayeva) Aygün Rasim qızına qarşı hissədə torpaq sahəsindən payının naturada ayrılıb verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 0.36 ha torpaq sahəsinin yerində mövcud olan 0.3221 ha hissəsindən İddiaçı ¼ hissə payı naturada ayrılıb ona verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ayrılan torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisi B.Gülmizliyevin tərtib etdiyi 22 noyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq koordinatları (1) X=646574.2992 Y=4596285.9964, (2) X=646572.4434 Y=4596261.3162, (3) X=646570.4940 Y=4596259.6846, (4) X= 646541.6112 Y=4596262.7247, (5) X=646543.9991 Y=4596288.6958 müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı İddiaçı özünə aid edilsin, 50 manatı isə cavabdehlər X15 və X7 müştərək qaydada alınaraq İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının cəmi dəyəri olan 100 manatın 50 manatı İddiaçı, digər 50 manatı isə cavabdehlər X15 və X7 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.