Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-922/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-47/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları 1.JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı1, X1, X9 və X2 birgə mülkiyyətinə 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı2, X3 və X4 birgə mülkiyyətinə 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. Qəbələ Rayon Məhkəməsinin 2(025)-120/2021 saylı 27 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbi təmin edilmiş, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən İddiaçı1, X5, X12 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr İ997-ci il tarixli 18 nömrəli qərarına əsasən X10, X6 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli **********18 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 14 dekabr 2021 -ci il tarixdə Qəbələ rayonu Mamaylı kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işlərı aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,
5. 1. Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tjarixli 18 nömrəli qərarı ilə İddiaçı2 və aiiə üzvlərinin birgə mülkiyyətinə JN-0003 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3,38 ha torpaq sahəsinin hüdudları sxem üzrə müəyyən edilmişdir.
6. 2. JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3,06 hektar torpaq sahəsinin 0,2401 hektar hissəsi Cavabdeh istifadəsindədir, JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahəsinin 0,0449 hektar hissəsi Cavabdeh istifadəsindədir.
7. 3. JN-003 (kod ********) nömrəli Dövlət aktı mülkiyyətinə verilmiş 3.06 hektar və JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahələrinin Cavabdeh istifadəsində olan 0,2401 hektar və 0,0449 hektar hissələri kol çəpər ilə hasarlanmışdır.
8. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 10/5247 nömrəli ekspert rəyindən görünür ki,
9. Qərardadın 1-ci sual üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nöçrəli qərarı ilə İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0003 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.38 ha torpaq sahəsinin hüdudları sxem üzrə müəyyən edilmişdir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir).
10. Qərardadın 2-ci sual üzrə: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3.06 hektar torpaq sahəsinin 0.2401 hektar hissəsi Cavabdeh istifadəsindədir. JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3.38 hektar torpaq sahəsinin 0.0449 hektar hissəsi Cavabdeh istifadəsindədir.
11. Qərardadın 3-cü sualı üzrə: Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3.06 hektar və JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə iddaçı İddiaçı1 mülkiyyətinə verilmiş 3.38 hektar torpaq sahələrinin Cavabdeh istifadəsində olan 0.2401 hektar və 0.0449 hektar hissələri kol çəpər ilə hasarlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi, xx.xx.2022-ci il tarixdə isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “JN-0003, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2 ayrılmış 3.06 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.2401 ha hissəsindən cavabdehin çıxarılması; - JN0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 ayrılmış 3.38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.0449 ha hissəsindən cavabdehin çıxarılması; - zəbt edilmiş 0.2401 ha və 0.0449 ha hissələrə çəkilmiş kol çəpərin və onun tərkib hissələrinin (dirək, məftil və sair) cavabdehin vəsaiti hesabına sökülməsi; iddiaçılara məxsus torpaq sahəsindən istifadəyə müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
14. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, JN-0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayon Mamaylı kəndində yerləşən 3.38 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar islahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı1 və digər 3 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır. JN-0003, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayon Mamaylı kəndində yerləşən 3.06 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı2 və digər 2 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır.
15. Cavabdehə məxsus torpaq sahəsi iddiaçılara məxsus olan yuxarıda qeyd edilən torpaq sahələrinin qonşuluğunda yerləşir və tərəflər arasında uzun müddətdir ki, torpaq sahəsinin zəbtinə dair mübahisə mövcuddur. Hesab edir ki, cavabdeh onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmiş, torpaq sahələrinin arasında mərz çəkilmiş (çəpərləmə işləri aparılmış) və cavabdeh müdaxilənin olub-olmadığını, vardırsa nə qədər olduğunu müəyyən etməyə də imkan vermir.
16. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 26 aprel 2022-ci il tarixli, 2(025)- 47/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərk JN-0003 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayon Mamaylı kəndində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.06 ha torpaq sahəsinin 0.2401 ha hissəsindən və JN-0002 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Qəbələ rayon Mamaylı kəndində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.38 ha torpaq sahəsinin 0.0449 ha hissəsindən Cavabdeh çıxarılması, zəbt edilmiş torpaq sahələrində çəkilmiş kol çəpər və onun hissələri (dirək, məftil və s.) Cavabdeh öz hesabına sökülməsi, həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı aparılan ekspertiza nəticəsində məlum oldu ki, iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.06 ha torpaq sahəsinin 0.2401 ha hissəsi və İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3.38 ha torpaq sahəsinin 0.0449 ha hissəsi cavabdeh tərəfindən zəbt olunaraq ətrafı kol çəpərə alınmışdır. Həmçinin cavabdeh həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneələr törədir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o verilmiş mütəxəssis rəyi ilə razı olmadığını, ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. O, mütəxəssislər tərəfindən verilən rəylərin qeyriobyektivliyinə şübhə etdiyindən məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə isə mütəxəsssis rəyini əsas gətirərək qətnamə qəbul etmişdir.
20. Bildirir ki, o, heç vaxt iddiaçıların tələb etdikləri ərazidə onlara məxsus torpaq sahəsi zəbt etməmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(025)– 124/2021 saylı qərardadından da görünür ki, o, hətta ərazidə torpaq mühəndisləri tərəfindən ölçü işlərinin aparılmasına belə mane yaratmamışdır. Mühəndislər tərəfindən ərazidə ölçü işləri aparılmış iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin tərəfindən zəbt olunması müəyyən edilməmiş, icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Ancaq sonradan yəni Şəki LTİ mütəxəsisləri tərəfindən xx.xx.2021 -ci il tarixdə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və guya müəyyən edilmişdir ki, JN -002 saylı Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3.38 ha torpaq sahəsinin 0.0449 ha JN -002 saylı Dövlət aktı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 3.06 ha torpaq sahəsinin 0.2401 ha onun istifadəsinədir.”
21. Qeyd edilənlərə əsasən iş üzrə təkrar ekspertiza təyin edilməsini və ekspertizanın keçirilməsi zamanı ekspertin mübahisəli ərazidə iştirakının təmin edilməsini, müvafiq ölçü işlərinin ekspert tərəfindən mübahisəli ərazidə şəxsən özü tərəfindən aparılmasını, ekspertizanın aparılmasının özəl ekspertlərə tapşırılmasını, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-47/2022 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi birgə mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində əmlaklarından istifadə edə bilmirlər. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir.
24. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi birgə mülkiyyət hüququ ilə özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində əmlaklarından istifadə edə bilmirlər. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh və kollegiya tərəfindən işə cəlb edilmiş 3-cü şəxslər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyası;
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(025)-47/2022 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
31. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(025)-47/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını zəriri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddiaçı tərəf onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
34. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
37. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
38. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, JN-0002, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayon Mamaylı kəndində yerləşən 3.38 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar islahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı1 və digər 3 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır. JN-0003, KOD 40604038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qəbələ Rayon Mamaylı kəndində yerləşən 3.06 ha torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə İddiaçı2 və digər 2 nəfərdən ibarət ailə üzvünə ayrılmışdır.
39. İddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçılarınn torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
40. Cavabdeh isə Qəbələ rayon Mamaylı kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququnun olduğunu göstərib, iddiaçılara məxsus torpaq sahələrini zəbt etmədiyini, həmçinin verilmiş mütəxəssis rəyi ilə razılaşmadığını bildirir.
41. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və bildirir ki, iddiaçılar mübahisələndirdikləri torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmələrinə baxmayaraq, cavabdeh tərəfinin müdaxiləsi ilə qarşılaşırlar ki, bu da iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
42. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
43. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya şikayətin dəlilləri üzrə ekspertiza təyin etmiş və əldə olunmuş rəyə əsasən Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı2 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0003 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.06 ha torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə JN-0002 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 3.38 ha torpaq sahəsinin hüdudları sxem üzrə müəyyən edilmişdir (yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir).
44. Rəyə əsasən JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3.06 hektar torpaq sahəsinin 0.2401 hektar hissəsi, JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3.38 hektar torpaq sahəsinin isə 0.0449 hektar hissəsi Cavabdeh istifadəsində olması və həmin sahələrin kol çəpər ilə hasarlanması müəyyən edilmişdir.
45. Beləliklə, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, JN-003 (kod ********) nömrəli Dövlət aktı ilə iddiaçı X7 mülkiyyətinə verilmiş 3,06 hektar torpaq sahəsinin 0,2401 hektar hissəsi Cavabdeh istifadəsindədir, JN-002 (kod ********) nömrəli Dövlət aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 3,38 hektar torpaq sahəsinin 0,0449 hektar hissəsi Cavabdeh istifadəsindədir. Cavabdehin qeyd edilən torpaq sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda, iddiaçıları həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçı tərəfin həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçılara (onların ailə üzvlərinə) məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.
46. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.
47. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
48. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci 50 manat iddiaçılara aid edilməlidir.
49. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(025)-47/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 manat müştərək qaydada Cavabdeh alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаba ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov