Məhkəmə qərarları › İş №2(107)-923/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-923/2022

18.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-923/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müyyən olunması” tələbinə dair (ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müyyən olunması – qarşılqılı iddia ərizəsinin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müyyən olunması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadından Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh bərabər hissədə olmaqla, hər birinə 1/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh, İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən 0,23 ha torpaq sahəsində olan ¼ hissədə olan 0,0575 ha torpaq sahəsinin naturada bölünərək həyətin yola çıxış hissəsindən payının bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov)xx.xx.2022-ci il tarixli, 2(051)- 988/2022 saylı qərardadı ilə Cavabdeh payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)- 988/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(051)-988/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddianın və qarşılıqlı iddianın məzmunundan görünür ki, tərəflərin ümuni birgə mülkiyyətində olan ünvan 3 ünvanınında 0,23 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsində tərəflərin hər birinə ¼ hissədə payın ayrılması ilə bağlı mübahisə olmasa da, Cavabdeh özünə düşməli olan ¼ hissənin (0,0575 ha) naturada ayrılmasını tələb edir. Qanunvericiliyə uyğun olaraq qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün hallar ondan ibarətdir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməlidir. Belə olan halda qarşılıqlı iddianın icraata qəbul edilir. Lakin hazırki qarşılıqlı iddiada həmin hallar mövcud deyildir. Qarşılıqlı tələb (yəni naturada bölgü) ilk tələbin (yəni payların müəyyən olunması) qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Belə ki, paylar müəyyən olunmadan və payların hansı miqdarda olduğu dəqiq bilinmədən naturada ayrılması qanuna müvafiq deyildir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından da göründüyü kimi payların ayrılması, naturada bölgü, kompensasiya və əşyanın açıq hərracdan satılması barədə tələblər ayrı-ayrılıqda və ardıcıl olaraq verilməlidir. Qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. Belə ki, iş materiallarından da aydın görünür ki, qarşılıqlı iddianın təmin edilməsi üçün mütləq qaydada ilk iddia təmin edilməlidir. Payların müəyyən olunması barədə işə baxılıb yekunlaşana kimi isə naturada bölgü mümkün deyildir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez baxmaq əvəzinə, mübahisənin uzanmasına və sözügedən Konstitusiya Məhkəməsinin qərarına zidd olacağına zəmin yaratmış olar. Məhkəmə ilk iddia, qarşılıqlı iddia və iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddianın icraata götürülməsi qanunla mümkün olmamaqla bərabər, 220.6 və 221-ci maddələrin tələblərindən də kənara çıxmağa səbəb olacaqdır. İlk iddianın vaxtında baxılıb qətnamə qəbul olunduqdan sonra ardıcıllıq gözlənilməklə naturada bölgü barədə iddianın verilməsi və işə baxılması daha məqsədə uyğun sayılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1, 156.1 və 156.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022ci il tarixli 2(051)-988/2022 saylı qərardadı ilə onun payının naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına görə ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib bölünməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə İlk iddia, qarşılıqlı iddia və iş materiallarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddianın icraata götürülməsi qanunla mümkün olmamaqla bərabər 220.6 və 221-ci maddələrin tələblərindən də kənara çıxmağa səbəb olacaqdır. İlk iddianın vaxtında baxılıb qətnamə qəbul olunduqdan sonra ardıcıllıq gözlənilməklə naturada bölgü barədə iddianın verilməsi və işə baxılması daha məqsədə uyğun sayılmalıdır. Həmçinin göstərilmişdir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 20 gün müddət keçmişdir. Əvvəla, məhkəmə ona iddia ərizəsinin surətini göndərməmişdir. Ona yalnız 06 may 2022-ci il tarixə məhkəmə hazırlıq iclasının təyin olunması barədə bildiriş göndərilmişdir. Bununla əlaqədar vəkilə müraciət etmişdir. Vəkillə müqavilə bağladıqdan sonra iddia ərizəsinin surətini əldə edə bilmişdir. Bundan sonra tələb olunan sənədlərin toplanması və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 27 may 2022-ci ildə qarşılıqlı iddia ərizəsini təqdim edə bilmişdir. Qarşılıqlı iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar bildirir ki, o, ümumi birgə mülkiyyətdə olan torpağın satılmasını deyil, torpağın naturada bölünməsini tələb edir. Onların hər birinin payları bərabər olmaqla onun da ¼ hissə payı vardır. Payların bölünməsi ilə bağlı onların arasında heç bir vaxt mübahisə olmamışdır. Ancaq məhkəmə hesab etmişdir ki, payların ¼ hissə bölünməsindən sonra o, çıxarış almalı, daha sonra naturada bölünməsi tələbi qaldırılmalıdır. Halbuki, payların bölünməsi həm də özündə torpağın naturada bölünməsini əhatə etdiyindən və bununla da lüzumsuz məhkəmə mübahisələrindən qaçmış olar. Onun hər məhkəmə üçün vəkillə müqavilə bağlayıb xərclər çəkməyi əsassız məsrəfdir. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. 156.2-ci maddənin tələbinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2022-ci il tarixli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, ləğv edilmiş hissədə sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və qeyd edir ki, ilk və qarşılıqlı iddiaların məzmunundan görünür ki, tərəflərin ümuni birgə mülkiyyətində olan ünvan 3 ünvanınında 0,23 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsində tərəflərin hər birinə ¼ hissədə payın ayrılması ilə bağlı mübahisə olmasa da, Cavabdeh özünə düşməli olan ¼ hissənin (0,0575 ha) naturada ayrılmasını tələb edir. Qanunvericiliyə uyğun olaraq qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün hallar ondan ibarətdir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməlidir. Belə olan halda qarşılıqlı iddia icraata qəbul edilir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, iş üzrə cаvаbdehin təqdim etdiyi qarşılıqlı iddia ərizəsi ilk iddia ilə birlikdə baxılmaq üçün təqdim edilən və ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönələn və ya ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldıran və ya ilk iddia ilə qarşılıqlı əlaqəsi olan tələbdən ibаrətdir. Həmçinin qeyd оlunаn qarşılıqlı iddia tələbi öz xarakterinə və məzmununа görə cavabdehin qanuni mənafeyinin müdafiəsinin təmin ediməsinə yönəldilmiş prosesual vasitə оlmаqlа yаnаşı hər iki iddia tələbinə birlikdə baxılmasınа qənaət edir, tərəflərin qarşılıqlı tələblərini tənzimləyir, gələcəkdə ilkin və qаrşılıqlı iddiа tələbləri üzrə məhkəmələr tərəfindən ziddiyətli qətnamələrin çıxarılmasının qarşısını alır. MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir”. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-nin “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır. Mülki Prosessual Məcəlləsinin 156.1-ci mаddəsinə əsаsən, hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Kollegiya birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş əsaslanmaya da qiymət verərək qeyd edir ki, əgər gələcəkdə işə baxılan zaman hər hansı ekspertizanın təyin edilməsi və digər araşdırmanın aparılması zərurəti yaranarsa və ya əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunarsa, onda işə baxan məhkəmə MPM-in 169-cu maddəsinə əsasən istisna hal kimi iddia tələbini ayrıca icraata ayıra bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların arışdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2022-ci il tarixli qərardadı qismən, yəni ”şikayətin təmin edilməməsi” hissəsində ləğv olunmalı və mülki iş qarşılıqılı iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı: Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-988/2022 nömrəli qərardadı tam, bu qərardadla bağlı xx.xx.2022-ci il tarixli qərardadı qismən, yəni ”şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin və mülki iş qarşılıqlı iddia tələbinin bu hissəsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar