Məhkəmə qərarları › İş №2(107)-925/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-925/2024

01.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-925/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması, mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacallı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Hacallı kəndində yaşayan İddiaçı 22 aprel 2006-cı il tarixdə Qəbələ rayonu, Hacallı Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.09 ha torpaq sahəsi alqı-satqı qaydasında adına rəsmiləşdirilməsini xahiş etmiş, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılması barədə dərkənar qoyulmuşdur. Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Qəbələ rayonu, Hacallı Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müsbət rəyi və cizgisi, torpaq alqı-satqı üçün ödənilmiş vəsaitin qəbzi əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534-saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.09 ha torpaq sahəsi İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. Bundan sonra 05 may 2006-cı il tarixli «Torpaqların alqı-satqısına dair» Aktla Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin mülkiyyətində olаn 0.09 ha torpaq sahəsinin dəyəri əvvəlcədən bələdiyyənin hesаbınа ödənilməklə İddiaçı satılmışdır. Alqı-sаtqı аktını Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin sədri, аlıcı kimi İddiaçı və Dövlət Torpаq və Xəritəçəkmə Komitəsinin Qəbələ rаyon şöbəsinin müdiri imzаlаmışlаr və həmin аkt 05 may 2006-cı il tаrixdə Dövlət Torpаq və Xəritəçəkmə Komitəsinin Qəbələ rаyon şöbəsində 173 nömrə ilə qeydə аlınmışdır. Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsinə 19 fevral 2013-cü il tarixli, A №-425808 kadastr planı işlənmiş və həmin kadаstr plаnı dövlət torpaq kadastr kitabında 127 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Qəbələ rayonu, Hacallı kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış (plan-ölçü) sənədinin verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5nin 9-saylı Ucar Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə gələrək ölçü və digər işlərin aparan zaman Qəbələ rayonu, Hacallı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 əməkdaşlara maneçilik törədəcəklərin bildirmiş, mühəndisə mane olduqdarına görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında ƏMDXnın yanında DƏDKR X5 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsinin ölçülməsi üçün mühəndisə şərait yaradılacağı təqdirdə ərizəniz qanuna müvafiq icra olunacaqdır. Hesab edirlər ki, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilmiş, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 5 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçünün və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacallı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Qəbələ rayon Hacallı bələdiyyəsinin 5 may 2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən Hacallı kəndi sakini İddiaçı bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlardan alqısatqı predmeti olan torpaq sahəsindən həyətyanı torpaq sahəsi məqsədi ilə 9 sot torpaq satılması qərara alınmışdır. Həmçinin Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı A 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan, yəni cavabdehlər çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin araşdırılması zamanı cavabdehlərin İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi cavabdehlərin özlərinin etirafları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış 20 iyun 2022-ci il tarixli, **********31 nömrəli məktubu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 08 iyul 2022-ci il tarixli, **********27 nömrəli məktubu ilə sübuta yetməkdədir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Hazırkı halda cavabdehlər ƏMDK-nın yanında DƏDRX-nın 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədildiklərindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacallı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən olduqca ədalətsiz və qanunsuz qətnamə qəbul olunmuşdur. Belə ki, hazırda onun mülkiyyətində olan, sənəd üzrə 0,12 və faktiki 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi valideynlərinə məxsus olmuşdur. Həyətyanı torpaq sahəsi isə 0,23 ha olmaqla 1970-ci illərdən onların qanuni istifadəsində olmuşdur. Həmin torpaq və fərdi yaşayış evinə dair anası Şahverdiyeva Tükəzban 2006-cı ilə onun adına vəsiyyətnamə qoymuşdur. Anasının adına 2017-ci ildə tərtib olunmuş və sonradan vərəsəlik əsasında onun adına tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportlarından görünür ki, həyətyanı torpaq sahəsi ümumilikdə 0,23 ha təşkil edir. Lakin torpaq islahatları zamanı valideynlərindən qalan və onların qanuni istifadəsində olan 0,23 ha həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsi islahat siyahısına daxil edilmiş, qalan 0,11 ha hissəsi isə bələdiyyə torpağı kimi qeyd edilmişdir. Buna baxmayaraq həmin 0,23 ha həyətyanı torpaq sahəsi on illərlə valideynlərindən qalmaqla bu gündək onların faktiki istifadəsindədir. 2006-cı ildə onların xəbəri olmadan Qəbələ rayon Hacallı bələdiyyəsi vəzifə mövqeyindən suiistifadə edərək həmin bələdiyyə mülkiyyətində qalan 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsini saxta sənədlərlə qardaşı İddiaçı satmışdır. 2006-cı ildə 2023-cü ilədək sözügedən bələdiyyə qərarından məlumatları olmamış, nə bələdiyyə, nə də torpağı formal olaraq satın alan İddiaçı onlara torpağın boşaldılması barədə xəbərdarlıq etməmiş, bu haqda məlumat verməmişdir. Necə ola bilər ki, yarım əsrdən çox istifadələrində olan və həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan bir torpaq kiməsə satılır, onların isə bundan 17 ildən sonra xəbərləri olmuşdur. Bu faktın özü qeyd edilən sənədləri saxtakarlıqla hazırlandığını sübut edir. Mülki mübahisəyə baxan məhkəmə isə qeyd olunanları nəzərə almamış, iddiaçı tərəfindən torpağa dair təqdim edilmiş sənədlərin ekspertizadan keçirilməsini təmin etməmişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 4. Bənd 3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarı: 51. Bənd 39. 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103 52. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayon Hacallı bələdiyyəsinin 5 may 2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən Hacallı kəndi sakini İddiaçı bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlardan alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı torpaq sahəsi məqsədi ilə 9 sot torpağın satılması qərara alınmışdır. Həmçinin Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı A 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan, yəni cavabdehlər çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Şikayətin dəlili ondan ibatətdir ki, hazırda onun mülkiyyətində olan, sənəd üzrə 0,12 və faktiki 0,23 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi valideynlərinə məxsus olmuşdur. Həyətyanı torpaq sahəsi isə 0,23 ha olmaqla 1970-ci illərdən onların qanuni istifadəsində olmuşdur. Torpaq islahatları zamanı valideynlərindən qalan və onların qanuni istifadəsində olan 0,23 ha həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsi islahat siyahısına daxil edilmiş, qalan 0,11 ha hissəsi isə bələdiyyə torpağı kimi qeyd edilmişdir. Buna baxmayaraq həmin 0,23 ha həyətyanı torpaq sahəsi on illərlə valideynlərindən qalmaqla bu günədək onların faktiki istifadəsindədir. 2006-cı ildə onların xəbəri olmadan Qəbələ rayon Hacallı bələdiyyəsi vəzifə mövqeyindən sui-istifadə edərək həmin bələdiyyə mülkiyyətində qalan 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsini saxta sənədlərlə qadaşı İddiaçı satmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. İş materiallarında olan Qəbələ rayon Hacallı bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarından görünür ki, Hacallı kəndi sakini İddiaçı bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaqlardan alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı torpaq sahəsi məqsədi ilə 9 sot torpaq satılması qərara alınmışdır. İş materiallarında olan A 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X4 kitabında xx.xx.2013-cü il tarixdə 127 nömrə ilə uçota alınmışdır. Kollegiya qeyd edir ki, cavabdehlərin İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi cavabdehlərin özlərinin etirafları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış 20 iyun 2022-ci il tarixli, **********31 nömrəli məktubu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5nin 08 iyul 2022-ci il tarixli, **********27 nömrəli məktubu ilə sübuta yetməkdədir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Qəbələ rayonu, Hacallı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (Konstitusiya, maddə 13, bənd İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göründüyü kimi, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən hüququn tətbiqində səhvə yol verməmiş, işin faktiki hallarını tam araşdırmış, sübutları düzgün qiymətləndirmiş, mülkiyyət hüququnun qorunmasını tənzimləyən maddi hüquq normalarının, o cümlədən mülkiyyətin müdafiəsinə dair təməl prinsiplərin qorunması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hazırkı halda cavabdehlər ƏMDK-nın yanında DƏDRX-nın 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törətdiklərindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı Cavabdeh2 cavabdeh Qəbələ rayonu Hacallı Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(116)-1152/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Qəbələ rayonu Hacallı Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Cavabdeh2 həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(107)-625/2023 saylı qərardadı ilə, iddiaçı Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2-1(116)- 1152/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh2 həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(102)- 770/2024 saylı qərardadı ilə, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(107)-625/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ekspertizanın keçirilməsi ilə bağlı şikayətin dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Onu hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(025)-11/2024 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar