Məhkəmə qərarları › İş №2(107)-928/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-928/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-928/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işi üzrə Qəbələ Rayon Məhkəməsinin 04 may 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Azərbaycan Respublikası Nazirlər Kabinetinin N may 2013-cü il tarixli, 112 s nömrəli Sərəncamına əsasən, Qəbələ radiolakasiya stansiyasının bağlanması ilə əlaqədar olaraq, Azərbaycan tərəfinə təhvil verilmiş əmlakın səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə X1 yaşayış şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəniməişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli, 51 nömrəli Sərancamından görünür ki, X1 yaşayış şəhərciyində yerləşən və aşağıda adları qeyd olunan, ümumi dəyəri 1.369.945 (bir milyon üç yüz altmış doqquz min doqquz yüz qırx beş) manat olan bina və qurğuların əvəzsiz olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Siyahının 10-cu sırasında 1982-ci ildə inşa edilmiş 75 nömrəli yaşayış binası qeyd olunmuşdur. Qəbələ rayon İcra Hakimiyyəti başçısının 25 yanvar 2016-cı il tarixli, 10 nömrəli sərancamından görünür ki, Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan keçmiş X1 yaşayış şəhərciyində ümumi dəyəri 1.160.879 (bir milyon bir yüz altmış min səkkiz yüz yetmiş doqquz) manat olan yaşayış binalarının əvəzsiz olaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilməsi qərara alınmışdır. Siyahının 10-cu sırasında 1982-ci ildə inşa edilmiş 75 nömrəli yaşayış binası qeyd olunmuşdur. Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh ünvanlanmış 21 iyul 2022-ci il tarixli, 53 nömrəli bildirişdən görünür ki, sonuncuya keçmiş hərbi şəhərcik ərazisində yerləşən Kombinatın balansında olan 75 №-li yaşayış binasının 20 №-li mənzilini qeyri-qanuni olaraq zəbt etdiyini, üç gün müddətinə mənzili boşaltmağı, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. Notarial qaydada təsdiq olunmuş 12 oktyabr 2012-ci il tarixli “Жилищный договор”dan (məzmununa görə görə kirayə müqaviləsi) görünür ki, xx.xx.2012-ci il tarixdə N saylı hərbi hissəsinin komandiri X6 ilə Cavabdeh arasında xidmət etdiyi müddət ərzində ünvan 1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 35,72 kv.m sahəsindən ibarət yaşayış evini aralarında razılaşdırılmış şərtlərə əsasən icarəyə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75/20 nömrəli, 3 otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan cavabdehin həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu ərazisində uzun illər ərzində Rusiya Federasiyasının N saylı hərbi hissəsi (X3, Daryal) fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə xidmət edən hərbiçilərin ailələri və digər işçilərin ailələrinin yaşaması üçün hərbi şəhərcik mövcud olmuşdur. Sonradan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi hissənin fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda icarə vaxtının uzadılması məqsədilə işçi qruplarının görüşləri olmuş və 04 dekabr 2012-ci il tarixdən həmin hərbi hissənin fəaliyyəti dayandırılaraq Azərbaycan ərazisini tərk etmişlər. Bu zaman ərazidə yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti yaşayış evləri Gəncə şəhərində yerləşən Mənzil istismar İdarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli, 305s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə Komissiyasının tərkibi təsdiq edilmiş və 1 ay müddətində inventarlaşdırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 328s nömrəli sərəncamı ilə X1 fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin keçirilməsi üzrə komissiya yaradılmış və inventarlaşdırılmış əmlakın təhvil verilməsi həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin N may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli n, 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Gəncə Mənzil İstismar İdarəsinin balansında olan və rayon icra hakimiyyətinin balansına verilənədək müddətdə xidməti mənzillər olmasına baxmayaraq və orada yaşamağa heç bir hüququ olmayan şəxslər özbaşına olaraq müxtəllif yollarla həmin mənzillərə soxularaq zəbt etmişlər. Keçən dövr ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən dəfələrlə şəhərcikdə yerləşən binalarda qanunsuz olaraq yaşayan vətəndaşların mənzilləri boşaldaraq tərk etmələri tələb olunmuşdur. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)- 295/2023 nömrəli iş üzrə qəbul etdiyi 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi təmin edilmiş, cavabdehin Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75 saylı binanın 20 saylı 3 (üç) otaqlı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi qət olunmuşdur. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli, 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75 saylı binanın 20 saylı 3 (üç) otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzilin yerləşdiyi keçmiş hərbi şəhərcik 2012-ci il dekabrın 10-dək Rusiya Federasiyasının icarəsində olmuş “Daryal” RLS-də xidmət keçən hərbi qulluqçuların müvəqqəti yaşaması üçün nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından həmin yaşayış sahələri xidməti yaşayış sahəsi kimi “Daryal” RLS-də xidmət keçən hərbi qulluqçulara və həmin stansiyada əmək münasibətlərində olmuş, lakin müvafiq yaşayış məntəqəsində (Qəbələ rayonunda) yaşayış sahəsi olmayan işçilərə verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh isə heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75 saylı binanın 20 saylı mənzilini zəbt etmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi fəaliyyətini dayandırıb Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin hərbi hissənin xidməti istifadəsində olmuş Qəbələ-2 ünvanında yerləşən keçmiş hərbi şəhərcikdə yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına verilməsinə baxmayaraq, yaşayış sahələrinin son təyinatı müəyyənləşməmişdir və gələcəkdə bu yaşayış məntəqəsindəki yaşayış sahələrinin məqsədli təyinatını müəyyən etmək Azərbaycan Dövlətinin müstəsna səlahiyyətindədir. Cavabdeh heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasının mülkiyyətində olmuş, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmiş Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75 saylı binanın 20 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7.1, 8, 17, 91, 92, 98, 99, 103, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 106.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məlumat üçün qeyd edirəm ki, bir tərəfdən 30 yanvar 1988-ci il tarixli fərman əsasında fəaliyyət göstərən komandir X5 təmsil etdiyi N nömrəli hərbi hissə və digər tərəfdən AZE N260021 pasposrt sahibi Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 35.72 kv.m olan xidməti yaşayış yerinin tutulmasına dair 12 oktyabr 2012-ci il tarixli mənzil müqaviləsi bağlanılmışdır. Cavabdeh qeyd olunan tarixdən ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin mənzildə yaşayır. O cümlədən, Cavabdeh (AZE №********) Cəbrayıl rayonu, Horovlu kəndində xx.xx.1966-cı il tarixdə doğulmaqla həmin ünvanda qeydiyyatdadır. Lakin təəssüf ki, uzun müddət erməni işğalı altında qalan kənddə yaşayış yerləri dağıdılmışdır. Hesab edirik ki, hazırki işdə iddianın predməti, subyekti doğru olmadığından və iddia tələbi əsassız olduğundan belə bir iddianın təmin edilməsi məhkəmə qətnaməsinin qanunsuz hesab edilməsi üçün əsas olmuşdur. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin N may 2013cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli, 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli, 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7-ci maddəsinə görə mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Məcəllənin 8.0.1 və 8.0.2 maddələrinə görə qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının aktları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarıdır.” İddianın predmeti cavabdehin Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmiş qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması tələbidir. Özəlliklə qeyd olunmuşdur ki, cavabdehlər əsassız, qanunazidd olaraq zəbt etdikləri mənzilləri məcburi qaydada boşaltmalıdırlar”. Öncəliklə onu qeyd edim ki, cavabdehlə 05 oktyabr 2012-ci il tarixli 4 nömrəli protokol əsasında 12 oktyabr 2012-ci il tarixli, 17 oktyabr 2012- ci il tarixdə 3m202 reyster nömrəsiylə notarial təsdiq olunmuş müddətsiz mənzil müqaviləsi bağlanan zaman o işləmirdi və ümumiyyətlə isə heç zaman hərbi qulluqçu olmamışdır. Müqavilənin 2.d bəndində qeyd olunur ki, icarəyə götürən ailəsi ilə birlikdə başqa daimi yaşayış yerinə gedərkən onun tutduğu yaşayış sahəsini və avadanlıqlarını akt əsasında boşaldıb saz vəziyyətdə ev sahibinə təhvil verməlidir. Müqavilənin 5-ci bəndində qeyd olunur ki, əgər icarəçi müəssisə, təşkilatla əmək münasibətlərinə xitam vermişsə, bu müqavilə icarəyə verənin tələbi ilə ləğv edilə bilər. Göründüyü kimi müqavilə qüvvədədir, hər hansı müddətlə məhdudlaşdırılmamışdır, ona görə də müddətsiz bağlanılmış hesab olunmalıdır, digər halda da tərəflərin hər hansı birinin müqavilənin ləğvi ilə bağlı da tələbi olmamışdır. O cümlədən, hüquqi olaraq qanuni şəkildə mənzildə yaşayanlara münasibətdə “mənzilə qanunsuz soxulub” “mənzili qanunazidd zəbt edib” ifadələrinin işlədilməsi doğru deyildir. “Zəbt etmək” izahlı lüğətdə “zorla tutmaq, ələ keçirmək, zorla sahiblənmək” mənasında istifadə olunur. Şəxsin müqavilə əsasında həmin mənzildə yaşaması qanuni olaraq yaşadığına əsas olduğu kimi, bu halda eyni zamanda aydın olur ki, hər hansı “zor” tətbiqindən də söhbət belə gedə bilməz. Beləliklə də demək olar ki, cavabdeh qanuni şəkildə həmin mənzildə yaşayır. Onu da qeyd edək ki, iddiaçı özü qeyd edir ki, şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli, 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Amma təəssüf ki, bu hal onu mənzilin mülkiyyətçisi olduğu qənaətinə gətirmişdir. Lakin bu belə deyil, bu hal onu yalnız həmin şəhərcikdə yerləşən mənzillərə kommunal xidmətlərin göstərilməsinə səlahiyyətli etmişdir. Bu sərəncam iddiaçını həmin mənzilin mülkiyyətçisi edə bilməz. İddiaçı da mənzilin ona məxsusluğu ilə bağlı başqa hər hansı bir sənəd təqdim etməmişdir. Bununla belə, həmin yaşayış yeri ilə bağlı digər sərəncamların adları qeyd olunsa da, məhkəmə onları iddiaçıdan tələb etməmiş, ümumiyyətlə “mübahisəli” mənzilin olduğu heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmiş həmçinin təəssüf ki, məhkəmə də bunu tələb etməmişdir. Bununla belə, Dövlət qulluğu haqqında Qanunun 1.1.4-cü maddəsində bildirilir ki, dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Eyni zamanda Qəbələ RİH-nin rəsmi saytında da, aparatın strukturunda Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı göstərilməmişdir. Təəssüf ki, icra hakimiyyətinə məxsus rəsmi saytda Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı barədə məlumat əldə edə bilmədik (Qəbələnin küçə və prospektlərinin məişət tullantılarından təmizlənməsi istiqamətində fəaliyyətindən başqa). Lakin başqa bir icra hakimiyyətinin rəsmi saytında (http://qobustan-ih.gov.az/az/page/70.html) isə bununla bağlı bildirilir ki, Kombinat “özünün adı olan möhürü, ştampı, müstəqil balansı, respublikanın banklarında hesablaşma hesabına və digər hesablara malik olan hüquqi şəxsdir”. Yəni Kombinat yaradılma şəklinə və digər meyarlarına görə dövlət orqanı, işçiləri də dövlət qulluqçusu deyildir. Belə olduğu halda da, Mənzil Məcəlləsində qeyd edildiyi kimi Azərbaycan Respublikasının adından qanunvericilikdə qeyd olunan şəkildə dövlət orqanı kimi də çıxış edə bilməz. Lakin hazırda Kombinatlar şəhər və rayon icra hakimiyyətlərinin bir bölməsi kimi fəaliyyət göstərirlər. Onlar icra hakimiyyəti başçısının sərəncamı əsasında yaradılır. Funksiyası mənzilkommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi və s. əhatə edir. Bura habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti də daxildir. Halbuki müvafiq sərəncamvə Kombinatın mövcud səlahiyyətləri yeni Mənzil Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. İddia tələbi doğru olsaydı belə, iş üzrə iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Bu halda, iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub pozulmaması ilk öncə məhkəmə tərəfindən nəzərə alınmalıydı. Beləliklə də aydın olur ki, iddiaçı qanunsuz olaraq cavabdehi yaşadığı yerdən zorla çıxarmaq istəyir. Bununla yanaşı, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi Cəbrayıl rayon İHB-nın Horovlu kənd İƏD-si üzrə nümayəndəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışa məhkəmə münasibət bildirməmişdir. Hansı ki, həmin arayışdan da məlum olur ki, cavabdeh məcburi köçkün rayonunda qeydiyyatdadır və ona heç bir mənzil verilməmişdir. Eyni zamanda cavabdehin etirazda qeyd etdiyi məsələlər aydınlaşdırılmamış, tədqiqi demək olar ki aparılmamışdır. Cavabdeh Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla məcburi köçkün olduğu üçün faktiki olaraq hazırda başqa bir yaşayış yeri yoxdur. Həmçinin himayəsində 20N-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var (bununla bağlı xx.xx.2014-cü il tarixli arayışı qoşmaya əlavə olunur). Həmçinin, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1998-ci il tarixli, 895 nömrəli Sərəncamının İİ. Miqrasiya, məskunlaşma, reabilitasiya, bərpa və repatriasiya problemləri bəndinin 16-cı yarımbəndində məcburi köçkünlərin 1992—1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısının alınması, həmin ailələrin məskunlaşdıqları evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması. Bu sahəyə hüquq-mühafizə orqanlarının nəzarətinin gücləndirilməsi barədə göstəriş verilmişdir. Qeyd olunan məsələnin icrası isə Ədliyyə Nazirliyi, Respublika Ali Məhkəməsi, Respublika Prokurorluğu, şəhər və rayonların icra hakimiyyətlərinə tapşırılmışdır. Məhkəmə bu meyara da diqqət etməmişdir. Etirazda bildirilmişdir ki, “cavabdeh qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, həmin evi yaşadığı müddətdə təmir etmiş, içərisindəki əşyalar onun tərəfindən alınmış, bütün kommunal ödənişləri də bu günə qədər o etmişdir. Eyni zamanda məhkəmə tərəfindən hansı səbəbdən 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 13(102)-5(a)2022 saylı Plenum Qərarının 16-cı maddəsi: Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X2rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Cavabdehin mənzilini “ev” olubolmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq ələ alınmalı idi. ordakı mənzillərdə yaşayan bütün şəxslərin yox, yalnız az bir hissəsinin məhkəməyə verilməsi, məhkəməyə verilməyən şəxslərin əllərində hansı mülkiyyət hüquqlarını təsdiqləyən sənədin olması, onlarla kirayə müqaviləsi bağlanmışsa həmin müqavilələrin olub-olmaması araşdırılması istənmişdir. Əks halda qeyd olunan hallar bir qrup şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəyi bildirilmişdir.” Həqiqətən də apellyasiya şikayətinə əlavə olunan görüntülərdə də görünür ki həmin ərazidə, eyni zamanda həmin binada kifayət qədər insan faktiki yaşayır. O zaman cavabdehin həmin mənzildən çıxarılmaq istənməsinin səbəbi nədir? Bu hansı zərurətdən irəli gəlir? Mənzili boşaltdıqdan sonra ediləcək fəaliyyət nədən ibarətdir? Orada faktiki yaşayan digər insanların hüquqi baxımından cavabdehin vəziyyətindən nə fərqi var? Hazırda yaşayış yerinin hüquqi statusu nədir? Həmin mənzil hazırda kimin mülkiyyətindədir? Təəssüf ki, məhkəmə bu halları da araşdırmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunan 21 iyul 2022-ci il tarixli bildirişə toxunarkən bildirişin hüquqiliyini yoxlamamış, o cümlədən bildirişdə göstərilən müddətdə mənzili boşaltmadıqları halda niyə indiyə qədər gözlədiklərini aydınlaşdırmamışdır. Bütün bu sadalanan hallar onu deməyə əsas verir ki, məhkəmə işi ətraflı, obyektiv, ədalətli araşdırmamış iddianı olduğu kimi təmin etmiş, bu da məhkəmənin mülki işə qeyri obyektiv yanaşdığını göstərir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisə ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə bildirdikləri məlumatlardan müəyyən edilir ki, Qəbələ radiolokasiya stansiyasına (RLS Daryal) xidmət göstərən Rusiya Federasiyasının N saylı hərbi hissənin komandiri X6 ilə Cavabdeh arasında 12 oktyabr 2012-ci il tarixdə mənzil kirayə müqaviləsi (“Жилищный договор”) bağlanmışdır. Həmin müqavilənin şərlərinə görə, N saylı hərbi hissədə xidmət göstərən hərbi qulluqçuların və onların ailə üzvlərinin, habelə hərbi hissədə işləyən mülki şəxslərin yaşayışı üçün nəzərdə tutulmuş Qəbələ şəhəri, A.Vasilyev küçəsində yerləşən 75 №-li evin 20 №-li mənzili cavabdehə kirayəyə verilmişdir. Müqavilədə kirayə münasibətlərinin qüvvədə olma müddəti müəyyən olunmamışdır, müqavilə müddətsizdir. N saylı hərbi hissənin komandiri X6 ilə Cavabdeh arasında bağlanmış həmin xx.xx.2012-ci il tarixli müqavilə notarial qaydada təsdiq ounmuşdur. Daha sonra X1 fəaliyyətinin dayandırılması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 112s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qəbələ RİH başçısının xx.xx.2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binaları Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilin balansaxlayıcısının dəyişməsinə və mənzilin dövlət mənzil fonduna aid yaşayış sahəsi olmasına əsaslanaraq cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. Bununla bağlı Məhkəmə bildirir ki, mübahisəli mənzilin dövlət mənzil fonduna aid yaşayış sahəsi olması və iddiaçının balansında olması işin mübahisə olunmayan hallarındandır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mübahisəli mənzilin balansaxlayıcısının dəyişməsi, cavabdehin yaşayış yerindən məhrum edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilənin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ varsa məhrumetmə qanunsuz sayılır. Hazırki işdə olan sənədlərdən görünür ki, cavabdeh mübahisəli mənzildə yaşamağının əsası, onunla mənzilin əvvəlki balanssaxlayıcısının notarial qaydada bağladığı müddətsiz kirayə müqaviləsidir. Həmin müqavilə iddiaçı tərəfindən mübahisələndirilməmişdir, müqavilə hal-hazırda da qüvvədədir. Mübahisəli mənzil əvvəl Qəbələ Rayon İcra Hakimiyyətirin, daha sonra isə iddiaçının balansına keçərkən, mənzil cavabdehin icarə hüququ ilə yüklü olmuş, iddiaçı bu barədə məlumatlı olmuş və mənzili bu yüklülüklə balansına qəbul etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh 2012-ci ildən kirayə müqaviləsi əsasında yaşadığı mənzildən məhrum edilə bilməz. İddiaçının iddiasını təmin etmiş Rayon Məhkəməsi isə Konstitusiyanın yuxarıda qeyd olunan qadağanedici normasını pozmuş, cavabdehi yeganə yaşayış yerindən məhrum etmişdir. Bundan başqa, işdə olan sənədlərdən aydın olur ki, cavabdeh Cəbrayıl rayonundan məcburi köçkündür. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə görə, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Lakin işə baxmış Rayon Məhkəməsi cavabdehin məcburi köçkün olduğunu, 2012-ci ildən mübahisəli mənzili yaşayış yeri kimi seçdiyini, bu mənzildən başqa mülkiyyətindən, icarəsində başqa yaşayış yerinin olmamasını, hazırda mənzilə ehtiyacının olduğunu nəzərə almamış, cavabdehin mübahisəli mənzildə yaşamaq hüququndan məhrum etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 may 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar