Məhkəmə qərarları › İş №2(107)-928/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-928/2024

03.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-928/2024 03.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzildən çıxarılma) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X12 və X7 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı “mənzildən çıxarma tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnаməsindən iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli 323 nömrəli arayışında göstərilir ki, Cavabdeh3 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

2. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli 1022 nömrəli arayışında göstərilir ki, Cavabdeh8 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli 1404 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 adına respublika ərazisi üzrə fərdi yaşayış evi və ya mənzil sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya X19 Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/V/118 nömrəli xx.xx.2022-ci il tarixli Balakən rayonu Mahamalar kəndində yaşayan Cavabdeh3 ünvanlanmış məktubda göstərilir ki, X1 1966-1997-ci illər ərzində Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləməsinə dair arayışın verilməsi ilə əlaqədar məktubuna Milli Geoloji Kəşfiyyat Xidmətində aidiyyəti üzrə baxılmışdır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya X19 Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/V/199 nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh3 atası X5 həqiqətən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aşağıdakı kimi işləmişdir: 12 fevral 1969-cu ildə X3 Axtarış Partiyasına traktorçu qəbul edilmişdir (Əmr № 29, xx.xx.1969-cu il); 09 avqust 1989-cu ildə X11 Partiyasına buldozer maşinisti keçirilmişdir (Əmr № 93, 09.08. 1989-cu il); 01 avqust 2008ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 37/k, xx.xx.2002-ci il). Əsas: 1969-2002ci illər üzrə əməyin ödənilməsi cədvəlləri, t-2 kitabları.

6. İş materiallarında olan Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin 20 noyabr 1971-ci il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarından çıxarışda göstərilir ki, Baş Qafqaz GKE-nin balansında olan yataqxana tipli 2-ci evin 2-ci mərtəbəsindəki mənzil 1971-ci ildən ekspedisiyada çalışan böyük mühasib Cavabdeh10 verilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin 26 aprel 1994-cü il tarixli 59 nömrəli əmrində göstərilir ki, Dövlərgeolkomda Baş Qafqaz geoloji ekspedisiyasının balansında olan 4 ədəd, 2 mərtəbəli, 12 mənzilli daş binaların orada yaşayan sakinlərin şəxsi mülkiyyətinə əvəzsiz verilməsinə baxılmasını və həll edilməsini operativ həll etmək üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdır: 1.Ə.D.Səmədov- Dövlərgeolkomun Tikinti və Təchizat şöbəsinin rəisi –komissiyanın sədri, 2. Ə.M.Canibəyov- Dövlərgeolkomun aparıcı hüquqşünası, 3. Q.İ.Hacıkərimov- Baş Qafqaz GKE-nin rəisi, 4. F.M.İsmayılov- Baş Qafqaz GKE-nin baş mühəndisi, 5. X.B.Ağcayev- Baş Qafqaz GKE-nin Həmkarlar təşkilatının sədri. Baş Qafqaz GKE-nin rəhbərliyinə tapşırılsın ki, ekspedisiyasının balansında olan bütün yaşayış binalarının siyahısını dəqiqləşdirib may ayının 1-nə kimi komissiyaya təqdim edilsin. Komissiyaya tapşırılsın ki, təqdim edilmiş sənədləri yerindəcə yoxlasın və mənzillərin orada yaşayanlara əvəzsiz verilməsi barədə rəsmi sənədləri mövcud qaydada rəsmiləşdirilsin. Əmrin icrasına nəzarət Dövlətgeolkomun sədr müavini S.İ.Məcidova həvalə edilsin.

8. İş materiallarında olan Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 15 avqust 2023cü il tarixli 908 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 həqiqətən Balakən rayon Mahamalar kənd sakinidir və aşağıda adları qeyd olunan ailə üzvləri vardır: 1-Yoldaşı Nümayəndə2 2-X20 Tengiz

9. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayon Mahamalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 142 nömrəli arayışında göstərilir ki, Cavabdeh8 Naib oğlunun Mahamalar bələdiyyəsi ərazisində həyətyanı torpaq sahəsi yoxdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayon Mahamalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 153 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 Mahamalar bələdiyyəsi ərazisində həyətyanı torpaq sahəsi yoxdur.

11. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 631 nömrəli arayışında göstərilir ki, Cavabdeh4 həqiqətən Balakən rayon Mahamalar kənd sakinidir. Vətəndaşın Mahamalar kəndi üzrə təsərrüfat başına kitablarda özünə məxsus fərdi yaşayış evi barədə qeyd aşkar olunmamışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Mahamalar Kənd İnzibatı Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 08 iyun 2023-cü il tarixli 623 nömrəli arayışında göstərilir ki, X14 həqiqətən Balakən rayonu Mahamalar kənd sakinidir. X8 Ekspedissivasma məxsus olmuş, hal - hazırda Balakən Rayon Mənzil İstismar Müəssisəsinin balansına verilmiş yataqxana binasında uzun illər ailəsi ilə birgə yaşayıb. Vətəndaş hal - hazırda qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasında müvvəqəti olaraq getmişdir, qonşularının və ailəsinin bildirməsinə görə təxminən 2019 - cu ildə ailə həyatı quraraq Balakən rayon Mənzil İstismar Müəssisəsi tərəfindən Liter C olaraq qeydə alman 2 mərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində 2 (iki) azyaşlı övladı ilə birgə məskunlaşıb.

13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışda göstərilir ki, respublika ərazisi üzrə Cavabdeh11 adına fərdi yaşayış evi və ya həyətyanı torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur.

14. İş materiallarında olan Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin 15 oktyabr 1982-ci il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarından çıxarışda göstərilir ki, Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasınin balansında olan yataqxana tipli 2-ci evin mənzili yaşamaq üçün ekspedisiyanin kadrlar üzrə mütəxəssisi 1973-cü ildən ekspedisiyada çalışan Cavabdeh11 Ziyavəddin qızına verilmişdir.

15. İş materiallarında olan Baş Qafqaz GKE-nin idarə işçilərinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2004-cü il tarixdə birgə keçirilmiş iclasının protokolundakı qərarında göstərilir ki, Baş Qafqaz GKE-nin balansında olan yataqxana tipli 2№-li evin 1/4-cü mənzili 1990-ci ildən ekspedisiyada aparıcı mühasib işləyən və halhazırda mənzilə ehtiyacı olan Cavabdeh6 Şamsuda qızına verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9,Cavabdeh8, Cavabdeh10,Cavabdeh1,Cavabdeh12, Cavabdeh5, X4 onlarla yaşayan ailə üzvlərinin Balakən rayonunun Mahamalar kəndində yerləşən, Liter A,B,C,D kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh12, X4 adlarının səhvən iddia ərizəsinə qoyulduğunu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh5 Cavabdeh10, Cavabdeh7, Cavabdeh4, X6, Cavabdeh1, Cavabdeh8 mənzildən çıxarılmaları barədə iddia ərizəsində səhvən ailə üzvləri sözünün işləndiyini, 2(019)-203/2024 ilə bağlı iddia tələbini dəqiqləşdirərək yuxarıda adları göstərilmiş şəxslərin ailə üzvləri sözünün texniki səhv kimi qiymətləndirib iddia ərizəsindən çıxarılmasını, Cavabdeh12, X4 iddia ərizəsində cavabdeh qismindən çıxarılmasını xahiş etmişdir.

18. Sonradan İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mahamalar kəndində yerləşən Liter A binasındakı mənzildən Cavabdeh2, Mahamalar kəndində yerləşən liter A binasındakı mənzildən Cavabdeh3, Mahamalar kəndində yerləşən liter B binasındakı mənzildən Cavabdeh11, Mahamalar kəndində yerləşən liter B binasındakı mənzildən Cavabdeh6, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən Cavabdeh4, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən X6, Mahamalar kəndində yerləşən liter C binasındakı mənzildən Cavabdeh8, Mahamalar kəndində yerləşən liter D binasındakı mənzildən Cavabdeh10 və Mahamalar kəndində yerləşən liter D binasındakı mənzildən Cavabdeh5 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli sərəncamı ilə Ekologiya X19 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Yaşayış evləri 1968-1973-ci illərdə tikinti normalarına uyğun olmadan, yəni dəmir-beton sutunlar və dəmir-beton kəmərlər inşa olunmadan tikilmişdir. Bınalar 2018-ci ildə 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən tutulmuş **********09-12101 texniki pasporta görə hərflərlə işarə edilmişdir. Balakən Şəhər Mənzil İstismar Müəssisəsi tərəfindən binalarda yaşayan və faktiki yaşamadan mənzilləri öz istifadələrində saxlayan vətəndaşlara bir neçə dəfə şifahi olaraq qeyd edilən mənzillərdə yaşamaq hüquqlarını təsdiq edən sənədləri təqdim etmək tövsiyə olunmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yazılı müraciət olunaraq (onlara göndərilən məktubların surətləri iddia ərizəsinə əlavə olunur) mənzili qanunsuz zəbt etdikləri halda onu 1 həftə müddətinə könüllü boşaltmaları xahiş olunmuş, əks halda həmin mənzillərdə qanunsuz yaşayan vətəndaşların və onların ailə üzvlərinin mənzillərdən çıxarılmaları tələbi ilə aidiyyəti qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin heç kim mənzillərdən çıxmamış, əksinə bu tələbi onların mənzil hüquqlarının pozulması kimi qəbul etmişlər. Bundan başqa həmin ekspedisiyada ən qısa müddət ərzində belə işləmiş olan şəxslər Balakən RİH-ə müraciət edərək həmin mənzillərə hüquqlarının olduğunu bildirir, onların ərazidə mənzillə təmin edilmələrini tələb edirlər. Binalarda yaşayan və yaşamaq hüquqlarının olduğunu iddia edən şəxslər tərəfindən Balakən Şəhər Mənzil İstismar Müəssisəsinə daxil olan sənədlərə baxılmış, müvafiq araşdırmalar aparılmışdır. Binada yaşayan sakinlərin bəziləri müxtəlif illərdə ekspedisiyada işləmələrini əsas gətirərək təqdim etdikləri əmək kitabçasının surətinə əsaslanaraq, bəziləri isə müəssisənin iclas protokoluna əsasən onlara yaşayış sahəsinin verildiyini bildirərək mənzillərə qanuni hüquqlarının olduğunu iddia edirlər. Bundan başqa əvvəllər həmin binada xidməti mənzillə təmin olunmuş, hal-hazırda başqa ünvanda qeydiyyatda olan və həmin mənzillərdə uzun illər yaşamayan,ötən müddət ərzində həmin ərazidə yerləşən binalara normal nəzarət edilməməsi nəticəsində binadakı ayrı-ayrı mənzilləri qanunsuz zəbt edərək uzun müddət məskunlaşmış şəxslərin olması halları da mövcuddur. Bildirilir ki, həmin mənzillərin heç biri bu günədək özəlləşdirilməmişdir. Həmin şəxslərlə müqavilə bağlanılması üçün mənzillərdə uzun müddət yaşadıqlarına dair Mahamalar kənd İcra Nümayəndəliyindən və Reyestrdən adlarında mənzil və ya torpağın olmamasına görə arayış gətirmələri tələb olunmuşdur. Lakin heçbir nəticəsi olmamışdır. Mövcud qanunvericiliyə istinad edilərək yuxarıda adları qeyd edilən şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli sərəncamı ilə Ekologiya X19 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş , RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin balansına verilmiş mənzillərdə yaşamaq hüquqlarının tanınması mümkün olmadığından müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi X9 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh11 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 1974-cü ildən 2018-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında əvvəl kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmişdir. Ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə ona 1986-cı ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmişdir. O, indiyə qədər həmin mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun başqa ev və mənzili yoxdur.

22. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 1990-cı ildən 2019-cu ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında hesabdar və aparıcı mühasib işləmişdir. İdarənin administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə ona 2004-cü ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmişdir. O, indiyə qədər həmin mənzildə ailəsi ilə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun başqa ev və mənzili yoxdur.

23. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, atası Əmrullah 1965-ci ildən 2008-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında traktorçu işləyib. Atasına Ekspedisiyanın həmkarlar ittifaqı və administrasiyasının qərarı ilə xidməti mənzil yataqxana verilib. O da atasının ailə üzvü kimi həmin vaxt həmin mənzilə köçmüşdür və 30 ilə yaxındır ki, ailəsi ilə bu mənzildə yaşayır. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun və ailəsinin yaşamağa başqa yeri yoxdur. Bütün əşyaları bu evdədir.

24. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, Cavabdeh4 arvadıdır. Cavabdeh4 1991-ci ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmişdir. Cavabdeh4 ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmişdir və onlar ailəlikcə həmin vaxtdan bu mənzildə yaşayırlar. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişlər. Bütün əşyaları burada yerləşir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur.

25. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh10 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1971-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aparıcı mühasib işləmişdir. Ona 1980-ci ildə ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmişdir və o, həmin vaxtdan bu mənzildə yaşayır. Mənzilin kommunal xərclərini həmişə ödəmişdir. Bütün əşyaları burada yerləşir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur.

26. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh9 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1989-cu ildən 2022-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Ona 2000-ci illərin əvvəllərində müdiriyyət və həmkarlar ittifaqı tərəfindən xidməti yataqxana mənzil verilmişdir. O, həmin vaxtdan indiyə qədər bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur.

27. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh8 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1990-cı ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında mühafizəçi işləmişdir. Ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. O, həmin vaxtdan bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onun və ailəsinin başqa ev və mənzili, yaşamağa başqa yeri yoxdur.

28. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1991-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmişdir. Ekspedisiyanın müdiriyyəti və həmkarlar ittifaqı ona 2005-2006-cı illərdə xidməti yataqxana vermişdir və o, həmin vaxtdan ailəsi ilə burada yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini vaxtlı-vaxtında ödəmişdir. Onların başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur.

29. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, 1970ci ildən olmaqla 40 il Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmişdir. Ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. O, həmin vaxtdan bu mənzildə yaşayır. Bütün əşyaları burada yerləşir. Mənzilin kommunal xərclərini həmişə ödəmişdir. Onun və ailəsinin başqa ev və mənzili, yaşamağa başqa yerləri yoxdur.

30. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 6, 28, 45, 46, 51, 53, 100, 107, 123-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 1.2, 1.3, 2.1, 2.2, 3.1, 4.0, 5.1, 5.3, 6.0, 9.1, 12.1, 12.2, 14.1, 30.1, 30.2, 30.3, 30.4, 48.1, 69.1, 69.2, 91.1, 91.2, 92, 93.1, 103.1, 104.1, 135.1, 146.1, 146.3, 146.2 və 146.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnaməsindən nаrаzı qalan iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

33. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun tərtib edilmişdir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahələrinə (mənzilə) hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları müəyyən edilməmişdir. Məhkəmədə işə baxılarkən cavabdehlərdənXidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarılması qadağan olunan şəxslərin olub-olmaması müəyyən edilməmişdir. Cavabdehlərin mübahisəli mənzillərdə həqiqətən yaşayıb yaşamadıqlarının, onlara məxsus əşyaların mənzillərdə olub olmamasının müəyyən edilməsi üçün yerində müayinə aparılmamışdır. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin işdə olduğu və tədqiq edildiyi bildirilən 26 aprel 1994-cüil tarixli 59 nömrəli əmrinin icra edilməsi və ya əmrin icrasının mümkün olmaması barədə hər hansı araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-203/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

35. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehlər Cavabdeh11, Cavabdeh6, Cavabdeh9 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

36. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

41. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

42. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respblikasının Mənzil Məcəlləsi (1982-ci il redaksiyası)

43. Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri. və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.

44. Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

45. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

46. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. ... 47 Maddə 107. ...Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir.

48. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. ...

Azərbaycan Respblikasının Mənzil Məcəlləsi

49. Maddə 7.1. Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

50. Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir.

51. Maddə 17. Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir.

52. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri - 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...). - 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...).

53. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

54. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

55. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

56. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.

57. Maddə 103. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

59. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

60. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

61. Maddə 50.1. prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

62. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

63. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə oalda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

64. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

65. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

68. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

69. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

70. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

71. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

72. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

73. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; (...).

V. Apellyasiya məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)- 203/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

76. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

77. Müəyyən edilmişdir ki, Cavabdeh11 1974-cü ildən 2018-ci ilə qədər əvvəllər fəaliyyət göstərən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar şöbəsinin müfəttişi, sonra isə rəisi işləmiş, ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqı tərəfindən ona 1986-cı ildə ekspedisiyanın balansında olan yataqxana tipli evdən xidməti mənzil verilmişdir. Həmçinin Cavabdeh6 1990-cı ildən 2019-cu ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında hesabdar və aparıcı mühasib işləmiş və ona ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə 2004-cü ildə ekspedisiyanın balansında olan evdən xidməti mənzil yataqxana verilmiş, Cavabdeh3 atası X5 1965-ci ildən 2008-ci ilə qədər Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmiş və həmkarlar ittifaqı və ekspedisiya müdiriyyəti tərəfindən yataqxana tipli xidməti mənzil verilmiş və Cavabdeh3 Əmrulla oğlu da atasının ailə üzvü kimi həmin mənzilə köçürülmüş, Cavabdeh4 1991-ci ildən Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmiş və ona da idarə rəhbərliyi tərəfindən xidməti yataqxana mənzil verilmiş, Cavabdeh10 1971-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında aparıcı mühasib işləmiş, ona 1980-ci ildə ekspedisiyanın administrasiyası və həmkarlar ittifaqının birgə qərarı ilə xidməti yataqxana mənzil verilmiş, Cavabdeh9 1989-cu ildən 2022-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, ona 2000-ci illərin əvvəllərində müdiriyyət və həmkarlar ittifaqı tərəfindən xidməti yataqxana mənzil verilmiş, Cavabdeh8 1990-cı ildə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında mühafizəçi işləmiş və o, ekspedisiya müdiriyyətinin razılığı ilə yataqxana tipli mənzilə köçürülmüş, Cavabdeh5 1991-ci ildən 2018-ci ilədək Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında fəhlə işləmiş və ekspedisiyanın müdiriyyəti və həmkarlar ittifaqı ona 2005-2006-cı illərdə xidməti yataqxana vermiş, Cavabdeh2 1970ci ildən olmaqla 40 il Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasında işləmiş, ekspedisiyanın müdiriyyəti ona xidməti yataqxana vermişdir. Lakin cavabdehlərə Baş Qafqaz Geoloji Axtarış Ekspedisiyasının müdiriyyəti tərəfindən, həmçinin Balakən Rayon İcra Hakimiyyəti tərəfindən həmin yataqxana mənzillərin istifadəsi və həmin mənzillərə köçürülmə ilə bağlı müvəqqəti və ya daimi orderlər verilməmişdir.

78. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 İyul tarixli 434s nömrəli sərəncamı ilə Ekologiya X19 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin balansından Balakən RİH-ə təhvil verilmiş 4 ədəd iki mərtəbəli yaşayış binası və 1 ədəd bir mərtəbəli yaşayış evi RİH başçısının xx.xx.2021-ci il tarixli 95 nömrəli sərəncamı əsasında Balakən Şəhər Mənzil İstismar Müəssisəsinin balansına verilmişdir. Sonuncu hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İşə mahiyyəti üzrə baxan Balakan Rayon Məhkəməsi iddianın təmin olunmamasına dair qətnamə çıxarmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı Balakən Şəhər Mənzil İstismar Müəssisəsi apellyasiya şikayəti vermişdir.

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb hüququ olmayan şəxs Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxmışdır.

80. Birinci instansiya məhkəməsi yanlış olaraq iddia qaldırmış iddiaçının iş üzrə əsl iddiaçı qismində çıxış edə biləcək Balakən Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, tərəflərlə həmin məsələni müzakirə etməmiş, hazırkı tələblər qaldırmağa subyektiv hüququ olmayan idarə tərəfindən qaldırılmış baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

81. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

82. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

83. Qeyd olunan normanın tələbindən də göründüyü kimi tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbini qaldırmağa subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.

84. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 22 fevral 2024-cü il tarixli qərarında ifadə olunmuş aşağıdakı hüquqi mövqelərini qeyd etməyi zəruri sayır.

85. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həminqərarında sərgilənən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

86. «Hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.

87. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və yacavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.

88. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

89. Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

90. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir.

91. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır.

92. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

93. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması istisna edilir.

94. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər.

95. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

96. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbləri onu qaldırmağa subyektiv hüququ olmayan idarə tərəfindən qaldırıldığından apellyasiya mərhələsində iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilməsi doğru hesab edilə bilməz.

97. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin apellyasiya icraatı zamanı bir neçə dəfə məhkəmə kollegiyasının iclası keçirilməsinə və iclasın vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı qismində çıxış etmiş Balakən Rayon Mənzil İstismar Müəssisəsi məhkəmədə təmsil olunmamışdır.

98. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Balakən Rayon Mənzil İstismar Müəssisəsi yuxarıda qeyd edilən hüquq və vəzifələri həyata keçirmək üçün məhkəmə iclasında iştirak etmək, həmçinin hazırkı iddianı qaldırmaq iqtidarında olmamışdır.

99. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin mənzil münasibətlərində tərəf (kirayəyə verən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.

100. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

101. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. - İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı).

102. Buna görə də, məhkəmə kоllegiyаsı belə hesаb edir ki, birinci instаnsiyа məhkəməsi işin bütün fаktiki hаllаrını tаm, hərtərəfli və оbyektiv аrаşdırmаmış və tərəflər аrаsındаkı mübаhisənin həlli üçün tətbiq edilməli оlаn prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməmiş, qаnunu səhv təfsir etmişdir ki, bu dа Аzərbаycаn Respublikаsı MPM-in 387.2.8-ci mаddəsinə görə məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır.

103. Sonda məhkəmə kollegiyası izah edir ki, iş üzrə iddiaçı qismində göstərilmiş Balakən Rayon Mənzil İstismar Müəssisəsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə hazırkı tələblə bağlı əsl iddiaçı olan Zaqatala Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

104. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tаrixli, e-2(019)-203/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh11, Cavabdeh6, Cavabdeh4, Cavabdeh9, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh5 qarşı “mənzildən çıxarma tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar