Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-93/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X3 X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz meşəbəyliyinin 02 a saylı dolayının 31-ci kvartalının 02-ci bölməsində cavabdeh tərəfindən zəbt olunmuş 0,32 hektar meşə fondu torpağının boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Oğuz meşəbəyliyinin 02 a saylı dolayının 31-ci kvartalının 02-ci bölməsində cavabdeh tərəfindən zəbt olunmuş 0,32 hektar meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnaməsi ilə Oğuz meşəbəyliyinin 02a saylı dolayının 31-ci kvartalının 02-ci bölməsində Cavabdeh tərəfindən zəbt olunmuş 0,32 hektardan ibarət meşə fondu torpağının boşaldılması, həmin torpaq sahəsində olan bütün tikili və qurğular Cavabdeh vəsaiti hesabına sökülməsi və ərazi X3 X1nə təhvil verilməsi, Məhkəməyə müraciət etmək üçün ödənilməli olan 10 (on) manat dövlət rüsumu məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan cəmi 108 (bir yüz səkkiz) manat 60 (altmış) qəpik məbləğ Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (Kapital Bankın 1 saylı Xətai filialı; Kod : 200071; VÖEN ( bank ) **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT AİİBAZ2X; VÖEN **********; hesab № AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bundan əlavə sözügedən torpaq sahəsi Qəbələ Regional X1nə məxsus torpaq sahəsində deyil, su mühafizə zolağında yerləşir 03 2018-ci il tarixli mütəxəsis rəyinə əsasən isə həmin torpaq sahəsi dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyinə əsasən isə həmin torpaq sahəsinin su müfafizə zolağında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan Əlavə o, həmin əraziyə xərclər çəkmiş və həmin ərazini icarəyə götürmək niyyətindədir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməldir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisə predmetinə aid olan torpaq sahəsi Dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşir. Həmin ərazidə Cavabdeh tərəfindən zəbt olunduğu qeyd edilən torpaq sahəsinin naturada faktiki miqdarı 0,54 hektar təşkil edir. İddiaçı hazırda Qəbələ Regional X1 Oğuz meşəbəyliyinin 02a saylı dolayının 31-ci kvartalının 02-ci bölməsində 0,32 hektar meşə fondu torpağının cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunduğunu iddia edərək həmin torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində olan bütün tikili və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq mübahisə predmetinə aid olan torpaq sahəsinin Dövlət meşə fondu torpaqlarına aid olmasına, həmin torpaq sahəsinin yerləşdiyi əraziyə müvafiq səlahiyyətli şəxslərin iştirakı ilə baxış keçirilməsinin nəticələrinə dair akta və xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına təkrarən gəlməmiş, iddia tələbinə münasibətini bildirməmiş və həmin tələbə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli 636 saylı Qərarının 1-ci maddəsinin “d” bəndinə əsasən meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsinə görə maddi məsuliyyət daşıyırlar. “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması” Qaydalarının 2-ci maddəsinə əsasən lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olab xəbərnamədən görünür ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsinin Dövlət meşə fondu torpaqlarına aid ərazidə yerləşdiyi iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən və həmin rəyə əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, Oğuz şəhərində yerləşən, Cavabdeh tərəfindən zəbt olunduğu qeyd edilən torpaq sahəsi naturada faktiki olaraq 0,54 hektar təşkil edir və Dövlət meşə fondu torpaqlarına məxsus ərazidir. Bundan əlavə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan ərazi Dövlət Meşə Fondu torpaqlarına aiddir. Bundan əlavə həmin ərazinin xüsusi mülkiyyətdə olduğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, qeyd olunan torpaq sahəsindən cavabdehin icarə müqaviləsi və ya digər hər hansı qanuni əsaslarla istifadə etməsi halları da müəyyən edilməmişdir. Mübahisə predmetinə aid olan torpaq sahəsi Dövlət meşə fondu torpaqlarına aid olmasına baxmayaraq cavabdehin qeyd olunan torpaq sahəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(054)-41/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-93/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-93/2020
11.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver