Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-93/2025 25.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), X9 və X10 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli 2(014)-41/2024 nömrəli qətnaməsindən cavabdeh və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçı mübahisəli torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2021-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 sayli ərazi idarəsi tərəfindən Ağdaş şəhəri, Cardam kəndində yerləşən 1,622 hektar torpaq sahəsinə, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********95 olan dövlət çıxarışı ona və oğlu X8 verilmişdir. Uzun müddətdir ki, ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən onların razılığı olmadan istifadə edilmişdir. Qonşu olduqları üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər torpağını tərk etməyiblər. Hazırda uzun müddətdir ki, cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etmişlər və qanunsuz olaraq istifadə edirlər. Nəticədə o öz torpağından və onun istifadəsindən məhrum olmuşdur. Cavabdehlər isə onun şəxsi mülkiyyətini şəxsi təsərrüfatı və qazanc üçün istifadə edirlər. O isə öz torpaq sahəsinə yaxınlaşa bilmir. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayat xarakterlidir. Qeyd olunanlara əsasən cavabdehler tərəfindən ona və oğluna məxsus Ağdaş şəhəri, Cardam kəndində yerləşən, cavabdehlərin qanunsuz zəbt etdiyi, mülkiyyətlərində olan 1.622 ha torpaq sahəsindən çıxarılması və torpaq sahələrinin zəbtdən azad edilərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı nümayəndəsi X2 Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, xx.xx.2021-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 ha torpaq sahəsinə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********95 olan dövlət çıxarışı iddiaçıya və oğlu X8 verilmişdir. Uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmişdir, həm də onun razılığı olmadan. Qonşu olduqları üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər torpağı tərk etməyiblər. Hazırda uzun müddətdir ki, cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etmişlər və qanunsuz istifadə edirlər. Nəticədə o, öz torpağından və onun istifadəsindən məhrum olmuşdur. Cavabdehlər isə onun şəxsi mülkiyyətini şəxsi təsərrüfatı və qazanc üçün istifadə edir. O, isə öz torpaq sahəsinə yaxınlaşa bilmir. Cavabdehlərin sadalanan əməlləri öz növbəsində cinayətdir. Hesab edir ki, torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Hazırda cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etdiyindən heç bir təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmir. Ancaq cavabdehlər torpaq sahəsindən qanunsuz olaraq öz şəxsi məqsədləri üçün istifadə edir. Hətta bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və əraziyə baxan mütəxəsislər və ekspert həqiqətəndə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiklri açıq-aşkar qeyd edilir, lakin buna baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə iddiaçının torpaq sahəsindən çıxmaq istəmirlər. Buna bariz nümunə xx.xx.2024-cü il tarixdə keçrilən məhkəmə iclasında cavabdehlərin məhkəmə iclasının təxirə saldırmaları ilə bağlı dedikləri əsassız sözlərdir. Belə ki, mütəxəsis rəyi xx.xx.2024-cü il tarixdə və ekspert rəyi isə xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Necə ola bilərdi ki, iddiaçı həmin rəy ilə sistem vsitəsi ilə tanış olduğu halda cavabdehlər hələdə tanış olmamışdır. Bir daha qeyd edir, cavabdehlər məhkəmə iclasını əsassız olaraq uzadırlar. İddia tələbini müdafiə edir, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, məhkəmədən iddia tələbinə iddiaçının və onun iştrakı olmadan baxılmasını və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən edilmiş zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda izahat verərək bildirmişdirlər ki, iddiaçının iddia tələbi əsassızdır. Həmin torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsi dövlət aktı əsasında onlara verilmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh3 vəkili Nümayəndə1 izahatında iş üzrə düzgün ekspertiza aparılmadığını, iddiaçının iddiasının əsassız olduğunu, buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir.
6. Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli 2(014)-41/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 1,622 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,52 hektar hissəsindən məcburi qaydada çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 157.2 -ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3, 110, 111.1, 111.2, 139.1 və 157.2 -ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə İddiaçı tərəfindən verilən ərizə; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-İ-00xx-xx/2023 saylı məktubu; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 3- 21-3-35/2-339/2024 saylı rəyi; **********95 reyestr nömrəli çıxarış; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2819 saylı rəyi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyi.
9. Qətnаmədən nаrаzı qаlаn cavabdeh və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı (JN:317) cizgidə göstərilən sərhədlər daxilində verilmiş 3,51 hektar torpaq sahəsi Qurbanəli, Həvva, Sehran, Nəzər,Təranə, Nurlan Mahmudovlara, yəni 6 (altı) nəfərin mülkiyyətində olmuşdur. O Cavabdeh2 isə RAİK-nın eyni qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktında (JN:318) cızgidə göstərilən sərhəd daxilində verilmiş ayrıca 0,18 hektar torpaq sahəsi vardır. 6 nəfərə Ağdaş RAİK-nın xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş 3,51 hektar torpağa mülkiyyət hüququna dair Dövlət aktı (JN:317), həmçinin də Cavabdeh2 verilmiş 0,18 hektar torpağa mülkiyyət hüququna dair Dövlət aktı (JN:318) hər hansı bir qurum, inzibati orqan və ya məhkəmə tərəfindən dəyişdirilməmiş, etibarsız hesab olunmamış, ləğv edilməmiş, həmin torpaq sahəsi alğı-satqı və ya bağışlama predmeti olmamışdır. Aralarındakı hazırki mülki mübahisə qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış səbəbindən yaranmışdır. Çıxarışda qeyd olunmuş 1,622 hektar torpaq sahəsinin 2/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin isə X8 məxsusluğu qeyd olunmuşdur. Bu “çıxarışın verilməsi üçün əsas olmuş” Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı (JN:319) 1,62 hektar torpaq sahəsi “çıxarış işlənənədək” həmin iki nəfərin və X4 mülkiyyətinə verilmiş və 1999-cu ildən akt qeydləri kitabında 5387 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfin dövlət aktının(JN:319) verildiyi 1998-ci ildən bu yana, iddia tələbinin verildiyi 2023-cü il də daxil olmaqla ötən 25 (iyirmi beş) il ərzində aralarında torpaqla əlaqədar hər hansı mübahisə, münaqişə, məhkəmə çəkişməsi və ya hər hansı qarşılıqlı iddia və tələblər olmamışdır. Ona görə ki, ötən 25 il ərzində hazırkı iş üzrə tərəflər birmənalı şəkildə öz Dövlət aktlarında qeyd olunmuş koordinatlar daxilində və müvafiq ölçülərdə torpaq sahəsindən istifadə etmişlər. İddiaçı tərəf onun adına işlənmiş və verilmiş çıxarışa əsasən hazırkı iddiaya baş vurmuşdur. Halbuki özləri də etiraf edə bilər ki, heç vaxt dövlət aktı ilə onlara verilən torpağı onlar zəbt etməmiş, həmin torpaqdan istifadə etməmişlər, həmçinin də iddiaçı tərəf də heç bir vaxt de-fakto onların pay torpaqlarının 1,622 hissəsindən istifadə etməmiş, ona sahiblik etməmişlər. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, dövlət aktlarının verildiyi 25 il ərzində qüvvədə olduğu, tərəflərin qarşılıqlı olaraq da de-fakto torpaq zəbt etmədikləri bir fakt olduğu halda çıxarışın qanuniliyindən və iddia tələbinin qanuni və ədalətli olaraq təmin edilməsindən heç bir hüquqi əsasda söhbət ola bilməz. Qeyd olunan iş üzrə müvafiq qərardadla ekspertiza təyin edilmişdir. Ekspertiza haqqında qərardadda müvafiq xüsusi hallar, o cümlədən 2 ayrıayrı dövlət aktları üzrə (JN:316 və JN: 317) mübahisənin olduğu nəzərə alınmamış və torpaq sahələrinə yerində baxış keçirilərkən iş üzrə heç bir tərəfin, o cümlədən də mülkiyyətçilərin iştirakı təmin edilməmişdir və ekspertin haraya baxıb və nəyə əsasən rəy verdiyi aydın deyildir və iş üzrə verilmiş həmin “rəyin” heç bir hüquqi və sübut kimi əhəmiyyəti və mahiyyəti yoxdur. Ekspertin rəyində iddiaçının torpaq sahəsinin 2 ayrı-ayrı dövlət aktları üzrə (JN:316 və JN: 317) kimin tərəfindən, hansı ölçülərdə və hansı cizgilərdə zəbt edildiyi məlum deyildir. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotunu aparmış və rəqəmsal kadastr xəritəsinin tərtib etmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin nümayəndəsinin (ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi269.) iş üzrə yuxarıda qeyd olunan halların obyektiv araşdırılması və onlara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi məqsədilə iş üzrə izahat verməsi üçün dəvət edilməsinə, iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilməsinə və ekspert qarşısında Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 20 saylı qərarı ilə cavabdeh(lər)ə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı (JN:319) 1,62 hektar torpaq sahəsinin müvafiq cizgiləri ilə torpağa dair çıxarışda göstərilən cizgilər uyğundurmu, üst-üstə düşürmü?(1), çıxarışda qeyd olunmuş 1,62 hektar torpaq sahəsinin İddiaçı çatası 2/3 hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdirmi?(2), zəbt edilmişdirsə, həmin zəbt sahəsi ayrı-ayrı dövlət aktları üzrə (JN:316 və JN: 317) hansı hissəni və hansı cizgilərdə (ayrı-ayrı dövlət aktları üzrə (JN:316 və JN:317) təşkil edir ?(3) kimi sualların qoyulduğu vəsatətləri məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmənin qətnaməsinin bir sıra hissələrində (səh.3, abzas 4, 6 və s.) qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışda qeyd olunan 1,622 hektar torpaq sahəsinin iddiaçı yalnız İddiaçı mülkiyyətində olmasından bəhs edilir ki, bu da əsassızdır. Ona görə ki, çıxarışda qeyd olunmuş 1,622 hektar torpaq sahəsinin 2/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin isə X8 məxsusluğu qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı, həmçinin məhkəmə çıxışı zamanı vəkillərinin çıxarışdakı 1,622 hektar torpaq sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi olan X5 işdəki iddia ərizəsi üzrə iddiaçı olmadığını, iddia tələbi ilə bağlı adından hər hansı şəxsə etibarnamə vermədiyi səbəbindən ona aid hissədə iddianın birmənalı şəkildə rədd edilməli olması bildirilmiş və məhkəmə müşavirədən qayıtdıqda həmin hissədə iddianın təmin olunmadığı elan edilməsinə baxmayaraq qətnamə hazırkı “vəziyyətdə” təqdim olunmuşdur.
11. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” 2(014)-41/2024 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflərdən heç biri məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdehlər Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli 2(014)-41/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsələr də, iddianın təmin olunmamış hissədə qətnamənin hansı səbəbdən və əsasla ləğv olunmalı olmasını göstərmədiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən təmin edilmiş hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
20. İşin halları bundan ibarət olmuşdur ki, Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Həmin hal iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətində əks etdirilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Ağdaş rayonu, Cardam kəndində reyestr nömrəsi **********95 olan 1,622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi X5, 2/3 hissəsi İddiaçı payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 3- 21-3-35/2-339/2024 saylı rəyindən görünən odur ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir.
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/2819 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edildiyinə görə iddia tələbini qismən təmin etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 1,622 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,52 hektar hissəsindən məcburi qaydada çıxarılması nəticəsinə gəlmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 10-cu bəndində sadalanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “1,622 hektar torpaq sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi olan X5 işdəki iddia ərizəsi üzrə iddiaçı olmadığını, iddia tələbi ilə bağlı adından hər hansı şəxsə etibarnamə vermədiyi səbəbindən ona aid hissədə iddianın birmənalı şəkildə rədd edilməli olması” hissəsinə münasibət bildirərək qeyd edir ki, X1 Əminə Heydar qızı ilə paylı mülkiyyətlərində olan Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 hektar torpaq sahəsinin 1/3 hissəsinin mülkiyyətçisi kimi İddiaçı etibarnamə verməmiş olsa belə, İddiaçı cavabdehlərə qarşı tələb irəli sürməsində heç bir məhdudiyyət yoxdur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.
25. Digər bir hal bundan ibarətdir ki, apellyasiya şikayətində cavabdehlər X5 işdəki iddia ərizəsi üzrə iddiaçı olmadığını, iddia tələbi ilə bağlı adından hər hansı şəxsə etibarnamə vermədiyi səbəbindən ona aid hissədə iddianın birmənalı şəkildə rədd edilməli olması bildirilmiş və məhkəmə müşavirədən qayıtdıqda həmin hissədə iddianın təmin olunmadığı elan edilməsinə baxmayaraq qətnamənin hazırkı “vəziyyətdə” təqdim olunduğunu bildirsələr də, məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024cü il tarixində keçirilmiş məhkəmə iclasının audio-video görüntülərini izləmiş və müəyyən etmişdir ki, məhkəmənin elan etdiyi qətnamədən çıxarışla hazırki qətnamənin nəticə hissəsi eyni məzmundadır.
26. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Hazırki iş üzrə cavabdehlər qətnamənin elan edildiyindən fərqli şəkildə yazıldığını bildirsələr də, indiyə qədər protokol barədə yazılı qeyd təqdim etməmişlər. Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərinin də heç bir əsası yoxdur.
27. Bundan başqa iddia tələbi Ağdaş şəhəri, Cardam kəndində yerləşən, cavabdehlərin qanunsuz zəbt etdiyi, iddiaçıların mülkiyyətində olan 1.622 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad edilərək iddiaçıya qaytarılması barədə olsa da, məhkəmə araşdırılmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin 1,622 hektarı deyil, 1,52 hektarı cavabdehlərin istifadəsində olmaqla onlar tərəfindən zəbt edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır və apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə mütəxəssis rəyini və ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
29. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə həmin hissədə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh və və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli 2(014)-41/2024 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 1 iyul 2024-cü il tarixli 2(014)-41/2024 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.