Məhkəmə qərarları › İş №2(107)-930/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-930/2022

19.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-930/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Tabeliyində olan X13 X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi – iddia ərizəsinin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Tabeliyində olan X13 X6rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları 0120464 nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xitamı Cavabdeh1 işə qəbul və kadrlarla iş şöbəsinin müdiri R.Şərifova tərəfindən verilmişdir Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsinə dair Cavabdeh1 xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Dövlət X5 Göyçay Peşə X10 Hüquqi Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 02 may 2022-ci il tarixli, 2(046)- 1341/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsinı dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya Cavabdeh1 hüquqi ünvanı üzrə aidiyyatı məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-1341/2022 saylı 02 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işə əlavə edilmiş ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xitamı Cavabdeh1 işə qəbul və kadrlarla iş şöbəsinin müdiri R.Şərifova tərəfindən verilmişdir. Cavabdeh1 hüquqi ünvanı isə ünvan 1ləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi cavabdehin tələbi hüquqi şəxs olan Cavabdeh1nə olduğundan İddiaçı iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. İddiaçı, iddia ərizəsində cavabdeh kimi Dövlət X5 Göyçay Peşə X10 Hüquqi Şəxsi də qeyd etməsinə baxmayaraq, ona qarşı heç bir tələb irəli sürməmişdir. İddiaçı bu yolla iddianın süni şəkildə Göyçay Rayon Məhkəməsinin icraatında baxılmasına nail olmaq istəmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 2(007)-1372/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)- 1372/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və Qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə yəni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə və ya Göyçay Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Bundan sonra İddiaçı həmin iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə Göyçay Rayon məhkəməsinin 2(046)-1341/2022-saylı, 02 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsinı dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya Cavabdeh1 hüquqi ünvanı üzrə aidiyyətı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1372/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına uyğun olaraq iddiaçı cavabdehlərdən birinin hüquqi ünvanı üzrə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bundan başqa Nizami rayon Məhkəməsinin 2(007)-1372/2022-nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından göründüyü kimi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış “şəxsiyyət vəsiqəsi məlumatları”ndan müəyyən olundu ki, İddiaçı rəsmi yaşayış yeri Göyçay Rayonu, Göyçay şəhəri, Nizami küçəsidir. Göründüyü kimi Göyçay rayon Məhkəməsi iddiaçının seçməsinə görə aidiyyət qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinin tələbini pozmuş, bununla da prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-cü maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki işə əlavə edilmiş ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin xitamı Cavabdeh1 işə qəbul və kadrlarla iş şöbəsinin müdiri R.Şərifova tərəfindən verilmişdir. Cavabdeh1 hüquqi ünvanı isə ünvan 4lləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, irəli sürülən tələbdə hər-hansı sözün dəyişdirilmiş formada yazılması və yaxud həmin tələbə aidiyyəti olmayan şəxslər hesabına işdə iştirak edən şəxslərin siyahısının artırılması həmin işin aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, Cavabdeh1 hüquqi ünvanının ünvan 5 tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda sadalanan maddənin məzmunundan göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli, 2(046)-1341/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar